Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-542/2022 16.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs xarici ölkədən “Toyota Prius” markalı avtomobil alıb gətirəcəyini yalandan vəd verib aldadaraq, sonuncudan xx.xx.2021ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsində yaşadığı evin yaxınlığında yerləşən kafedə 4850 manat, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində 200 manat, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində 1500 manat və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində 2000 manat pulu onun hesab kartına köçürtdürməklə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində 1550 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 10100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 2019-cu ildən tanıyır. Rəşad əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Era electronics” adlı dükanda mebel şöbəsində işləyirmiş. 2019-cu ilin sonlarında həmin dükanda Rəşadla tanış olmuşdur. Rəşad onun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə 2020-ci ilin yanvar ayında mətbəx mebeli quraşdırmışdır. Həmin vaxtdan Rəşadla münasibətləri yaranmışdır. Münasibətləri həmişə normal olmuşdur. Hətta Rəşad onun valideynlərini də tanıyırmış. Rəşad düzəltdiyi mebel ilə bağlı evlərində bir neçə dəfə olmuşdur. Həmin vaxtlar söhbət əsnasında o, Rəşada xarici ölkələrdən maşın alıb gətirdiyini və internet sosial şəbəkəsi vasitəsi ilə satdığını, nə vaxt maşın almaq istəsə qulluğunda olacağını deyirmiş. 2021-ci ilin may ayında Rəşad ona zəng edərək maşın almaq istədiyini və bunun üçün görüşmək istədiyini bildirmişdir. Bundan sonra yaşadığı evin yaxınlığında kafedə Rəşadla görüşmüşlər. Rəşad söhbət əsnasında “Toyota Prius” markalı avtomobil almaq istədiyini bildirmişdir. O, da Rəşadın yanında Gürcüstan Respublikasında olan tanışı Elçin adlı şəxsə zəng edərək “Toyota Prius” markalı avtomobil lazım olduğunu demişdir. Elçinlə birlikdə bir neçə dəfə avtomobil alıb-satmışlar. Elçinlə danışdıqdan sonra Rəşada istədiyi “Toyota Prius” markalı avtomobili ümumilikdə 10.800 manat müqabilində Gürcüstan Respublikasından gətirəcəyini demişdir. Rəşad da onunla razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsində yaşadığı evin yaxınlığında kafedə görüşmüşlər. Rəşadın yanında tanımadığı bir nəfər şəxs olmuşdur. Onlar kafedə oturub çay içmişlər. Söhbət əsnasında Rəşad ona 4500 manat ilkin olaraq pul düzəltdiyini bildirmişdir. O, da Rəşadı tanıdığı üçün ona inanaraq 4500 manat pulu almışdır. O, Rəşada qalan məbləği də özü düzəldəcəyini demişdir. O, pulu Rəşaddan aldıqdan sonra ona avtomobili təxminən 1-2 ay müddətində Bakı şəhərinə gətizdirib gömrükdən keçirdikdən sonra təhvil verəcəyini, maşını təhvil verdikdən sonra isə onun Rəşadın əvəzinə qoyduğu məbləği ödəməli olduğunu demişdir. Rəşad da onunla razılaşmış və alası pulu olduğunu, maşın gələnədək pulu verəcəyini demişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Aradan bir neçə gün keçdikdən sonra o, Rəşada zəng edərək X2 üçün ağ rəngli “Toyota Prius” markalı avtomobil aldığını bildirmişdir. Aradan təxminən 10-15 gün keçdikdən sonra o, Rəşada zəng edərək pulu nə vaxt verəcəyini soruşmuş, Rəşad da həmin gün onun kartına 2500 manat pul göndərmişdir. Aradan bir müddət keçdikdən sonra isə Rəşadla əlaqə saxlayıb onun yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində evinin yaxınlığında idarə etdiyi avtomobilin içərisində görüşmüşdür. Rəşad həmin vaxt ona 1550 manat pul vermişdir. Aradan bir müddət keçdikdən sonra o, Rəşada zəng edərək onun üçün ABŞ-dan aldığı ağ rəngli “Toyota Prius” markalı avtomobili Bakı şəhərinə gətirə bilmədiyini demişdir. Rəşad sonradan ondan pulunu tələb etdikdə, o, Rəşada pulun əvəzində başqa maşın verməyi təklif etsə də, Rəşad onunla razılaşmayaraq pulunu tələb edirmiş. O, sonradan Rəşadla görüşüb verdiyi pulu aylıq olmaqla hissə-hissə ödəməyi təklif etsə də Rəşad onunla razılaşmamış və bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun üçün xarici ölkədən avtomobil alıb gətirmək məqsədi ilə xatırlamadığı tarixlərdə birinci dəfə 4500 manat pulu yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsində yaşadığı evin yaxınlığında kafedə görüşüb almış, həmin vaxt Rəşadın yanında bir nəfər tanımadığı oğlan olmuş, ikinci dəfə Rəşad onun kartına 2500 manat göndərmiş, üçüncü dəfə isə Rəşadla onun yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində yerləşən evinin yaxınlığında idarə etdiyi avtomobilin içərisində görüşüb 1550 manat pul almış, o, Rəşaddan ümumilikdə 8550 manat pul almışdır. O, Zərərçəkmiş şəxs aldığı 8550 manat puldan sonradan hər hansı məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxslə əvvəllər hər hansı bir işi görməmişdir. Rəşaddan ümumilikdə 8550 manat pul aldığını, həmin pulu da maddi sıxıntıları olduğu üçün şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı ta ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada mebel ustası işləyir. Əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Era electronics” adlı dükanın mebel şöbəsində işləyirmiş. 2019-cu ilin sonlarında işlədiyi mağazaya müştəri qismində gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Turalın ünvan 1 ünvanda yerləşən mənzilinə mebel quraşdırmaq üçün getmişdir. 2020-ci ilin yanvar ayında isə hazırlanan mətbəx mebelini Turalın qeyd olunan evində yığmışdır. Həmin vaxtdan Tural ilə münasibətləri yaranmışdır. Münasibətləri həmişə normal olmuşdur. Hətta Turalın valideynləri ilə də münasibətləri yaranmışdır. Düzəltdiyi mebel ilə əlaqədar bir neçə dəfə Turalın evinə getmişdir. Söhbət əsnasında Tural ona xarici ölkələrdən maşın alıb gətirdiyini və Bakı şəhərində Badamdar maşın bazarında satdığını, nə vaxt maşın almaq istəsə qulluğunda olacağını deyirmiş. 2021-ci ilin may ayında Tural ona zəng edərək yaşadığı evin yaxınlığında ona məxsus qarajda özü üçün ofis düzəltdiyini və bunun üçün ondan həmin yerə mebel düzəltməyini xahiş etmişdir. O, da Turala maşın almaq istədiyini və bunun üçün elə Tural ilə görüşmək istədiyini bildirmişdir. Telefonda Tural ilə danışan zaman o, Turala ekonom bir maşın almaq istədiyini demişdir. Tural da ona xarici ölkədən “Toyota Prius” markalı avtomobil gətirəcəyini demişdir. O, artıq Turala inanıb maşın almaq üçün ilkin olaraq pul toplamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsində Turalın yaşadığı evin yaxınlığında kafedə görüşmüşlər. Həmin vaxt onun yanında iş yoldaşı Şahid1 da olmuşdur. Onlar kafedə oturub çay içmişlər. Söhbət əsnasında Tural ona ümumilikdə 10.800 manat müqabilində ona xarici ölkədən “Toyota Prius” markalı avtomobil gətirəcəyini demişdir. O, da Tural ilə razılaşmışdır. Tural ona avtomobilin dəyərinin yarısını ilkin olaraq ödəməyini bildirmişdir. O, da iş yoldaşı Cavidin yanında Təqsirləndirilən şəxs ilkin olaraq 4850 manat sayaraq pul vermişdir. Tural da həmin pulu sayaraq götürmüşdür. Tural pulu ondan aldıqdan sonra ona avtomobili təxminən 1-2 ay müddətində Bakı şəhərinə gətizdirib gömrükdən keçirdikdən sonra ona təhvil verəcəyini, maşını təhvil verdikdən sonra isə qalan məbləği ödəməli olduğunu demişdir. O, da razılaşmışdır. Bundan sonra sağollaşıb ayrılmışlar. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində Tural ona zəng edərək istədiyi avtomobili artıq xarici ölkədən aldığını, avtomobilin sənədləşməsinə 600 manat pul lazım olduğunu demişdir. O, da Turala üzərində 200 manat olduğunu demişdir. Tural ona həmin pulu onun kart hesabına göndərməyini demişdir. O, da yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində olan “Rahat” marketə getmiş və marketdə olan zaman Turaldan ona kartının şəklini çəkib göndərməsini istədikdə Tural ona telefonunda internetinin olmadığını və şifahi olaraq ona hesab kartının nömrəsini demişdir. O, da marketdə “Milliön” ödəmə terminalı vasitəsi ilə Turalın hesab kartına 200 manat pul köçürmüşdür. Tural ona sənədləşmə üçün qalan məbləği özü ödəyəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində Tural ona zəng edərək təcili 1500 manat pul lazım olduğunu bildirmişdir. O, həmin pulun nəyə lazım olduğunu soruşduqda, Tural ona aldığı avtomobili karqoya yükləmək üçün həmin pulun lazım olduğunu demişdir. Tural söhbət zamanı ona əgər, pulu indi göndərə bilməsə, maşının gəlməsinin müddətinin uzanacağını bildirmişdir. O, da artıq bir ay müddətdən çox maşını gözlədiyi üçün məcbur qalaraq 1500 manat pulu həmin vaxt Bakı şəhərində olduğu üçün Biləcəri qəsəbəsində yerləşən “Sarı” marketdə olan ödəmə terminalı vasitəsi ilə Turalın hesab kartına köçürmüşdür. Həmin vaxt da Tural ona eyni əvvəlki qaydada telefonunda internetinin olmadığını deyərək kart hesab nömrəsini şifahi demişdir. Aradan bir müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə o, Turala zəng edərək maşının aqibətini soruşduqda, Tural ona narahat olmamağını deyərək 10 gün müddətində onun üçün aldığı avtomobilin gələcəyini bildirmişdir. O, da Turala inanıb heç bir söz deməmişdir. xx.xx.2021ci il tarixdə saat təxminən 16 radələrində Tural ona zəng edərək maşının Gürcüstanda olduğunu bildirib, birbaşa onun adına sənədləşdirəcəyi təqdirdə gömrük rüsumunun az olacağını deyərək bunun üçün 2000 manat pul və şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmişdir. O, da 2000 manat pulu həmin vaxt Gəncə şəhərində olduğu üçün orada xatırlamadığı marketdə ödəmə terminalı vasitəsi ilə Turalın hesab kartına köçürmüşdür. Tural yenə də hesab kartının nömrəsini şifahi olaraq ona demişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini çəkərək Turalın telefonuna vatsapla göndərmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə Tural ona zəng edərək bəzi çətinliklərinin olduğunu deyib, tək onun üçün aldığı avtomobilin deyil, digər aldığı avtomobillərin də gömrükdə qaldıqlarını demiş və ondan 1600 manat pul istəmişdir. O, da onsuz da avtomobilə ödəyəcəyi pulu verməli olduğunu düşünüb həmin məbləği də Turala verməyə razılaşmış və həmin gün saat təxminən 22 radələrində Tural ilə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində evinin yaxınlığında görüşmüşlər. Tural onun yanına öz idarə etdiyi ağ rəngli “Toyota Prius” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlmiş. O, 1550 manat pulu sayaraq Turalın avtomobilinin içərisində ona vermişdir. Tural da pulu saydıqdan sonra götürmüş və onun üçün çox yaxşı vəziyyətdə maşın aldığını və qısa bir vaxtda avtomobilini ona təhvil verəcəyinə söz vermişdir. Bundan sonra Tural sağollaşıb çıxıb getmişdir. Həmin vaxtdan o, Təqsirləndirilən şəxs müxtəlif mobil nömrələrinə zənglər etsə də, Tural ona cavab verməyərək, vatsap proqramı vasitəsi ilə müxtəlif mesajlar yazaraq bəhanələr gətirirmiş. O, artıq Turalın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşüb bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsində Turalın yaşadığı evin yaxınlığında kafedə iş yoldaşı Şahid1 yanında 4850 manat, ikinci dəfə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində olan “Rahat” marketdə olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs hesab kartına 200 manat, üçüncü dəfə xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində olduğu üçün Biləcəri qəsəbəsində yerləşən “Sarı” marketdə olan ödəmə terminalı vasitəsi Turalın hesab kartına 1500 manat, dördüncü dəfə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhərində olduğu üçün orada xatırlamadığı marketdə ödəmə terminalı vasitəsi ilə Turalın hesab kartına 2000 manat köçürməklə, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində evinin yaxınlığında Turala 1550 manat pulu sayaraq Turalın avtomobilinin içərisində Turala onun üçün xarici ölkədən avtomobil gətirməsi üçün vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 10100 (bir on min bir yüz) manat pul vermişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada mebel ustası işləyir. Zərərçəkmiş şəxs həmkəndli kimi uşaqlıqdan tanıyır. Həm də onunla qonşudur. Rəşadla dostluq münasibətləri vardır. Hətta onunla eyni sahədə, yəni mebel ustası olduqları üçün birlikdə də mebel düzəldirlər. xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evin yaxınlığında Rəşadla görüşmüşdür. Rəşad ona Bakı şəhərinə birlikdə getməyini xahiş etmişdir. O, da heç bir söz deməyib razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan küçəsinə getmişlər. Küçədə Tural adlı Rəşadın tanışı ilə görüşmüşlər və yaxınlıqda olan adını xatırlamadığı kafeyə getmişlər. Kafedə oturub çay içmişlər. Söhbət əsnasında Rəşad Turala özü üçün xarici ölkədən “Toyota Prius” markalı avtomobil gətirməsini xahiş etmişdir. Tural da ümumilikdə 10.800 manat müqabilində Rəşad üçün maşın gətirəcəyini demişdir. Rəşad da Tural ilə razılaşmışdır. Tural Rəşada avtomobilin dəyərinin yarısını ilkin olaraq ödəməsini bildirmişdir. Rəşad da onun yanında Təqsirləndirilən şəxs ilkin olaraq 4850 manat sayaraq pul vermişdir. Tural da həmin pulu sayaraq götürmüşdür. Tural pulu aldıqdan sonra Rəşada avtomobili təxminən 1-2 ay müddətində Bakı şəhərinə gətizdirib gömrükdən keçirdikdən sonra təhvil verəcəyini, maşını təhvil verdikdən sonra isə qalan məbləği ödəməli olduğunu demişdir. Rəşad da razılaşmışdır. Bundan sonra sağollaşıb ayrılmışlar. Aradan bir neçə müddət keçdikdən sonra Rəşad söhbət əsnasında ona Turalın onu aldatdığını, onun üçün maşın gətirmədiyini, Turala ümumilikdə 10100 manat pul verdiyini demişdir. Bundan sonra bir neçə dəfə o, Rəşadla birlikdə Turalın yaşadığı ünvana gedərək Turalın atası və özü ilə söhbət edərək pulu qaytarmasını bildirmişlər. X9 pulunu qaytarmamışdır. Sonradan Rəşadın bu barədə polisə məlumat verdiyi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs Rəşadın vasitəsi ilə tanımış, Tural ilə heç bir münasibəti olmamışdır. Rəşad onun yanında qeyd etdiyi tarixdə özü üçün xarici ölkədən maşın gətizdirmək məqsədi ilə Turala ilkin olaraq 4850 manat pul vermiş, həmin vaxtdan sonra Turalı tanımışdır. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Ekoaləm və problemlər ictimai-siyasi, ekoloji qəzetin baş redaktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun doğma oğludur. Rəşad ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 28 May yaşayış massivində yaşayır. Mütəmadi olaraq Rəşadın evinə gedib baş çəkir. Rəşad fərdi qaydada mebel ustası işləyir. Rəşad əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Era electronics” adlı dükanın mebel şöbəsində işləmişdir. 2019-cu ilin sonlarında işlədiyi mağazada Təqsirləndirilən şəxs ilə tanış olmuş və Turalın evinə mebel quraşdırmışdır. Həmin vaxtdan münasibətləri yaranmışdır. X10 evində bir neçə dəfə olduğu üçün Turalın valideynləri ilə də münasibətləri yaranmışdır. Sonradan o, eşitmiş ki, oğlu Rəşad Turala 2021-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 10100 manat pul vermiş ki, onun üçün xarici ölkədən avtomobil gətirsin. Bildirmişdir ki, Tural söhbət əsnasında Rəşada xarici ölkədən avtomobil gətirib satdığını, Rəşada nə vaxt avtomobil lazım olarsa onun qulluğunda duracağını da bildirmişdir. Bunda sonra o, bir neçə dəfə Tural və atası Əliskəndər ilə danışıb oğlu Rəşadın Turala verdiyi pulu qaytarmasını tələb etsə də, hər dəfə Tural müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını desə də, bu günədək qaytarmamışdır. Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs xarici ölkədən “Toyota Prius” markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq oğlunun ümumilikdə 10100 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Oğlu Rəşada dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Rəşada görə tanımış, onunla heç bir münasibəti olmamışdır. Tural Rəşada avtomobil gətirmək üçün pulunu alıb qaytarmadığı üçün həmin vaxtdan sonra Turalı tanımışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 2525 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxs X6 notariat qaydasında təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 64 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 384 manat məbləğində pul, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 64 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 384 manat məbləğində pul, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-542/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-542/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver