Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-542/2024 01.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, X8 Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəffaf rəngli sellofan torbanın içərisində 01 ədəd göy rəngli sellofon bükümdə və 04 ədəd kağız bükümdə 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,695 qram, 0,083 qram, 0,083 qram, 0,083 qram və 0,075 qram, ümumi çəkisi 1,019 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 11 ədəd kağız bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,025 qram, 0,051 qram, 0,049 qram, 0,054 qram, 0,056 qram, 0,052 qram, 0,053 qram, 0,056 qram, 0,052 qram, 0,053 qram və 0,061 qram, ümumi çəkisi 0,562 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, 26 avqust 2023cü il tarixdə saat 23 radələrində Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi. Səməd bəy Mehmandarov küçəsində yerləşən yaşadığı 65 saylı evin qarşısında saxlanılıb Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 23:30-dan 23:50-yə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 05 bükümdə ümumi 1,019 qram çəkidə narkotik vasitə heroin və 11 bükümdə ümumi 0,695 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı şifahi vəsatətlə müraciət edərək ittiham aktının nəticə hissəsində texniki səhvə yol verildiyini bildirərək 0,695 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür əvəzinə 0,562 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür kimi nəzərə alınmasını xahiş etmişdir.Məhkəmə iş materiallarını araşdırıb, mövcud yanlışlığın təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırmadığı qənaətinə gələrək, ittiham aktında texniki yanlışlığa yol verildiyini nəzərə alaraq dövlət ittihamçısının şifahi vəsatətini təmin etmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 avqust 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin qapısı döyülmüşdür. Qapını açan zaman 7-8 nəfər qapının qarşısında durmuşdu və özlərini polis əməkdaşı kimi təqdim edərək ərazidə olan oğurluq hadisələri ilə bağlı yaşadığı evə baxış keçirəcəklərini bildirmişdirlər. O, baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşlarını evə dəvət etmişdir. Polis əməkdaşları evə baxış keçirib gedən zaman ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş və o, narkotik vasitə aludəçisi olduğunu üzərində bir büküm, təxminən 1 qram psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona təyziq göstərərək yerə yıxmış və Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətirmişdirlər. Bundan sonra polis əməkdaşları ona fiziki təyzyiq göstərərək, döyərək videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olduğunu və satış məqsədi ilə əldə etdiyini bildirməsini tələb etmişdirlər. Video-çəkiliş zamanı təzyiq altında məcbur qalaraq narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Çəkilişdən öncə polis əməkdaşları tərəfindən döyülmüş və çəkilişdən də göründüyü kimi gözünün altı zərbələrin təsirindən şişmişdir. Həmçinin iş üzrə şahid Abşeron RPİ-nin əməkdaşları Şahid1 və Şahid2 onu evdən götürən zaman orada olmamış, ümumiyyətlə həmin polis əməkdaşlarını əvvəlcə görməmiş, yalnız video-çəkiliş aparılan zaman iştirak etmişdirlər. O, fiziki təsir nəticəsində şişkinliyi güya tutulduqdan bir gün öncə yarandığını bildirmişdir, halbuki, polis əməkdaşları tərəfindən döyülmüş və narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirilməsi ondan tələb edilmişdir. Narkotik vasitə aludəçisi olduğunu etiraf etsə də heç vaxt satışı ilə məşğul olmadığını, döyülərək təzyiq altında satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin göstərilən bükümlərin heç birinin ona məxsus olmadığını, üzərindən aşkar olunmuş bir büküm təxminən 1 qram olan metamfetaminin də şəxsi axtarış istintaq hərəkəti zamanı video-çəkilişdəki bükümlər olmadığını bildirdi. Sonda məhkəmədən yalnız narkotik vasitə istifadəçisi olduğunu, heç vaxt narkotik vasitə satmadığını bildirərək onun barəsində bəraət hökmü çıxarılmsını xahiş etdi. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 2023-cü ilin avqust ayının sonlarında Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin polis nəfəri Şahid2 ilə birlikdə Abşeron rayonu, Qobu qəssəbəsi ərazisinə gəlmişdirlər. Həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında piyada hərəkət edən zaman saxlanılmış və ona üzərində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş və o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Babayev X4 Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətirilmişdir. İdarədə xidməti otaqlardan birində Şahid2 və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirməklə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 14-15 sayda bükümləri təqdim edərək həmin bükümləri 70-80 manata istifadə üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman Şahid2 başqa heç kəs əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Video-çəkiliş zamanı Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrində, həmçinin gözünün altında olan xəsarətlərdən məlumatı olmadığını, ona istər saxlanılan zaman istərsə də polis bölməsində heç bir zor, təzyiq göstərilmədiyini, təqsirləndirilən şəxsin evinə daxil olmadıqlarını bildirdi. Tərəflərindən Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı bir şəxsə satması barədə müvafiq şəxs müəyyən edilməmiş, yazışma aşkar olunmamışdır, şərti alıcı isə olmamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin polis nəfəri, Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında səhər düzülüşündən sonra bölmənin əməkdaşı Şahid1 tərəfindən ona bu gün tədbir keçiriləcəyini və hazır olması bildirilmişdir. Əməliyyat məlumatından xəbərsiz olmuşdur və əməliyyat müvəkkilinə kömək etmək üçün həmin gun axşam saatlarında Şahid1 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində adını xatırlamadığı küçəyə gəlmiş və burada ətrafı müşahidə etməyə başlamışdırlar. Həmin gün axşam saatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs küçədə piyada hərəkət edən zaman saxlanılmışdır. Ondan üzərində dövriyyəsi qadağan edilmiş hər hansı predmet olması soruşulduqda o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Babayev X4 Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətirilmiş və bölmənin xidməti otaqlarından birində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılmış və təqsirləndirilən şəxs 10-15 sayda bükümləri təqdim edərək törətdiyi əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində görmüş olsa da onunla heç bir düşmənçiliyi ədavəti olmamışdır. O, Şahid1 ilə birlikdə təqsirləndirilən şəxsi saxlamışdır və digər heç bir polis əməkdaşı iştirak etməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya digər formada təzyiq göstərilməmişdir. Qeyd edir ki, o, əməliyyat tapşırığında əməliyyatçıya kömək məqsədi ilə gedir, belə ki, tutulan şəxsin istifadə və ya satış ilə məşğul olması barədə onu əvvəlcədən məlumatlandırmırlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır; - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü, yəni xx.xx.2023-cü il tarixdə, saat 23:20 radərində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində qeyd olunan maddə ilə cinayət işi başlanmış və cinayət işi aidiyyatı üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli,3-16-16/2-6/4568 saylı rəyinə əsasən Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 245” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs : - imza, üç imza, Nurəddin Firudinli -imza...” yazı əalvəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 05 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri -0,695 qram, - 0,083 qram, -0,083 qram, -0.083 qram. -0.075 qram, ümumi təmiz çəkisi -1,019 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xariciəlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 11 (on bir) ədəd bükümlərdəki təmiz çəkiləri - 0,025 qram, -0,051 qram, -0,049 qram, -0,054 qram, -0,056 qram, -0,052 qram, -0,053 qram, -0,056 qram, -0,052 qram, -0,053 qram, - 0,061 qram, ümumilikdə təmiz çəkisi - 0,562 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop amddə metamfetamindir. Heroinlərin ümumi təmiz çəkisi – 1,019 qram, tədqiqata sərf cəmi edilən miqdar 0,1 qram, qalıq 0,919 qramdır. Metamfetaminlərin ümumi təmiz çəkisi – 0,562 qram, tədqiqata cəmi sərf edilən miqdar 0,11 qram, qalıq 0,452 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir; - “Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsindən Həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-635/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Abşeron rayon Şöbəsinin 29 avqust 2023-cü il tarixli 1845 saylı rəyinə əsasən 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol göz almasının küt travması – alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, sol çiyin qurşağının arxa səthinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli qançırı- küt əşya (əşyaların) təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə yəni, 26 avqust 2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(Rəyin təsviri hissəsində müayinə zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən Qobu polis bölməsində yumruq, təpik zərbələri ilə baş, üz nahiyəsindən vurmuşlar kimi qeyd edilmişdir) - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında 1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs döyülməsi fakti ilə bağlı toplanmış 351-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsniun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - “Maddi sübut kimi tanıma” haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş qalıq çəkisi 0,919 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,452 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-909/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay olmaqla 26 yanvar 2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 7756 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Vəsatətə baxılması haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 230271 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olan zaman elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı xüsusatlar vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd olunmuşdur. - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki,qərarın təsviri hissəsində gösstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, ilkin izahatında və istintaqa vermiş olduğu ifadələrində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi ilə bağlı xüsusatlar cinayət işi materialları ilə tam təkzib olunduğundan özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilməsi və şəxsi axtarış və götürmə aparılması haqqında 26 avqust 2023-cü il tarixli istintaq hərəkətinin, Təqsirləndirilən şəxs ilkin izahatının və istintaqa vermiş olduğu ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi qərara alınmışdır. - Sübutların qiymətləndirilməsi” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Abşeron Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı 18 iyul 2024cü il tarixli cavab məktubundan görünür ki,Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə Abşeron RPİ Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq RPİ-in müvəqqəti saxlama yerinə təhvil verilən zaman bədəni üzərində hər hansı xəsarət izləri müəyyən edilməmiş və tibb işçisi tərəfindən müayinədən keçirilən zaman şikayəti olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 16 iyul 2024-cü il tarixli 3-16-17/40/2-4731/2024 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-542/2024 saylı məktuba cavab olaraq bildirilir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdəə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı hər iki çiyin nahiyəsində iri həcmli sarımtıl rəngli, sol gözətrafı nahiyədə 4-5 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, sağ kürək nahiyəsində iri həcmli sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-542/2024 saylı qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin 26 avqust 2024-cü il tarixdə (bütün gün ərzində) daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, daxil olan və çıxan zənglərin anten məlumatı (əhatə dairəsi), hansı anten dairələrində istifadə olunmasına dair məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" MMC-nin 16 sentyabr 2024-cü il tarixli AZF/LGL-9629/24 saylı məktubundan görünür kimi, "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuş 1(012)-542/2024 saylı xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilir ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. - Abşeron Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat qeydiyyat işi açılması qeydə alınmamışdır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 11 (on bir ədəd) bükümdən ibarət, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri, 04 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə göy sellofana bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitəyə bənzər kütləni təqdim edərək həmin kütlələrin psixtrop maddə metamfetamin və narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən başqa şəxslərə satmaq məqsədi ilə 70 manata aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni iş materiallarında olan sübutların hər hansı biri təsdiq etmir. Əslində isə ibtidai istintaq orqanı narkotik vasitənin satışı ilə bağlı ümumiyyətlə sübuta istinad da etməmişdir. Cinayət işinin materiallarına əsasən bu istiqamətdə ibtidai istintaq orqanının sübut toplamağa yeganə cəhdi Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 5 büküm narkotik vasitə heroin və 11 büküm psixotrop maddə metamfetamindir, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsidir ki, həmin ifadəni də artıq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis bölməsində döyüldüyü üçün və ona qarşı təzyiq olunduğu üçün verdiyini bildirmişdir, daha sonra isə təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olarkən özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini, əldə etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1.1-ci maddəsinə əsasən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən o cümlədən: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Həmin Məcəllənin 125.7-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Məhkəmə hökmü haqqında Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olubolmaması məsələsini həll edə bilər. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən döyülmüşdür, belə ki, cinayət işi materiallarında olan tibbi ekspertiza rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol göz almasının küt travması – alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, sol çiyin qurşağının arxa səthinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli qançırı- küt əşya (əşyaların) təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə yəni, 26 avqust 2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi, təqsiləndirilən şəxsin dindirilmə protokolunda mövcud zədələrin 24-25 avqust 2023-cü il tarixdə işdə olarkən alınması qeyd edilsə də, məhz ekspert rəyində sözügedən zədələrin 26 avqust 2023-cü il tarixdə alınması qeyd edilir. 26 avqust 2023-cü il tarix isə məhz Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu vaxtdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Abşeron RPİ-nin müvəqqəti saxlama yerinə verilmiş sorğuya alınan cavabdan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən üzərində hər hansı bir xəsarət olmayıb,lakin 29 avqust 2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olarkən artıq üzərində müayinə zamanı hər iki çiyin nahiyəsində iri həcmli sarımtıl rəngli, sol gözətrafı nahiyədə 4-5 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, sağ kürək nahiyəsində iri həcmli sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması və əldə olunmuş sübutların fiziki zorakılıq təsiri nəticəsində əldə edilməsi barədə məhkəmədə əsaslı fikir yaradaraq, təqsirləndirlən şəxsin üzərində həmin zədələrin daha əvvəlcədən olmasına dair hal təkzib edilir. Məhkəmə sözügedən zorakılıq halı ilə bağlı prokurorluğa məlumat vermiş, odur ki, məhkəmənin məlumatı əsasında Baş Prokurorluqda araşdırma aparılmaqdadır. Lakin məhkəmə aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsinə münasibətdə hesab edir ki, yuxarıda qeyd edilən sübutlar Təqsirləndirilən şəxs barəsində əldə edilmiş sübutlar məhz zorakılıq nəticəsində əldə edilmişdir. Odur ki, təqsirləndirilən şəxs üzərində şəxs axtarış və götürmə aparılmasına dair istintaq hərəkəti, Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs kimi dindirilmə protokolları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən hüquqi qüvvəsi olmayan hesab edir və bu sübutun ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilinməməsi qənaətinə gəlir. Bununla bərabər, təqsirləndirilən şəxsin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı şəxsi istehlak üçün xeyli miqdarda psixotrop maddəni - 1 qram metamfetamini əldə etməsi ilə bağlı ardıcıl və israrlı etirafını nəzərə almaqla məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs üzərində 1 qram psixotrop maddə metamfetamin olduğunu bildirsə də, aşkar olunmuş metamfetaminin ümumilikdə təmiz çəkisi 0,562 qramdır, məhkəmə bu halı onunla əsaslandırır ki, təqsirləndirilən şəxs üzərində ancaq metamfetamin olduğunu bildirsə də, onun təxmini çəkisinin 1 qram olduğunu bildirmişdir, belə ki, təqsirləndirilən şəxsin üzərində daşıdığı psixotrop maddənin təmiz çəkisinin nə qədər olduğunu dəqiqliklə bildirə bilməsi məhkəməyə mümkünsüz görünür, odur ki,Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı aşkar olunduğu rəsmiləşdirilmiş narkotik vasitə və psixotrop maddədən yalnız 0,562 qram psixotrop maddə olan metamfetaminin şəxsə aid edilməsi ilə bağlı hissədə axtarış və götürmə protokolunun sübut kimi qəbul edilməsi qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən həm də Cinayət-Prosessual Məcəllənin 125.7-ci maddəsini rəhbər tutur və sübut kimi istifadə edilməsi qeyri-mümkün olan şəxsi axtarış və götürmə aparılması protokolundan məhdud istifadə edilmənin mümkünlüyü qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilən 0,562 qram psixotrop maddə metamfetaminin də satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını da təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu qənaətə gələrkən məhkəmə həm də polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrə də əsaslanır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahidlər məhkəmə iclasında qeyd etdilər ki, Təqsirləndirilən şəxs məlumat əsasında narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək saxlanılmış, amma Təqsirləndirilən şəxs narkotik vasitələri konkret kimə satması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini yalnız 0,562 qram psixotrop maddə olan metamfetaminə münasibətdə sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni – 0,562 qram psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən aşkar edilmiş bükümlərdən başqa heç bir sübut aşkar olunmadı. Aşkar edilmiş ayrı-ayrı bükümlərə aid olan şəxsi axtarış və götürmə istintaq hərəkəti isə təqsirləndirilən şəxs üzərində zorakılıq yolu ilə əldə edilməsinə dair əsaslı dəlillər olduğundan sübut kimi yol verilən deyildir, sadəcə olaraq təqsirləndirilən şəxsin öz təqsirini etiraf etdiyi hissədə, yəni 0,562 qram metamfetaminə münasibətdə istifadə məqsədi ilə əldə edərək üzərində gəzdirməsi və saxlaması hissəsində protokolun məhdud istifadə olunması mümkün saylır. Həmçinin əgər təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən hər hansı zorakılıq olmasaydı belə, yəni sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmuş olsaydı belə, yalnız əldə edilmiş bükümlərin sayına və müxtəlif növlü olmasına istinad etməklə həmin narkotik vasitənin satışına və ya həmin vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü özlüyündə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı, bükümlərə bölünməsi özü-özlüyündə həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, təqsirləndirilən şəxsin digər istehlakçılarla razılıq əldə etməsi, narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması və.s. satış məqsədinin müəyyən edilməsi üçün zəruri olan bu kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin aşkarlanması və həmin vasitənin miqdarının çox olması(külli miqdara yaxın),bükümlərə bölünməsi faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə nəzərdə saxlayır ki, iş üzrə yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvəlinin 26 avqust 2023cü il tarixdən hesablanması qərara alınmışdır Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmənarkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 0,452 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, hazırkı iş üzrə məhv ediləcək 0,452 qram psixotrop maddə metamfetamin çıxılmaqla digər 0,919 qram olan narkotik vasitə heroin ilə bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirli olan şəxslər müəyyən olunanadək Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılmalıdır. iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2023-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 0,452 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, hazırkı iş üzrə məhv ediləcək 0,452 qram psixotrop maddə metamfetamin çıxılmaqla digər 0,919 qram olan narkotik vasitə heroin ilə bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirli olan şəxslər müəyyən olunanadək Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılsın. İş üzrə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki)manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediləcək 0,452 qram psixotrop maddə metamfetamin çıxılmaqla digər 0,919 qram olan narkotik vasitə heroin ilə bağlı Azərbaycn Respublikasının CPM-in müdəaları ilə nəzərdə tutulmuş qaydada cinayət törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-542/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-542/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver