Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-542/2025 09.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla, Binəqədi rayon Azadlıq pr. 161A, 2№-li yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə 2024-cü ilin iyun ayında ona Gədəbəy rayonu, Saratovka kəndində yerləşən özünə və yaxın qohumlarına məxsus 6 ədəd fərdi yaşayış evinə işıq sayğacı quraşdırılması ilə bağlı müraciət edən Zərərçəkmiş şəxs hər bir sayğacı 1100 manat pul müqabilində həmin fərdi yaşayış evlərinə quraşdırıb ona təhvil verəcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, sonuncu ona inanıb razılaşdıqdan sonra 2024-cü ilin iyun ayının əvvəllərində Xırdalan şəhərində yerləşən “Ana-bala” parkında 4400 manat və Xırdalan şəhər, Nizami küçəsi, 25 №-li binada yerləşdirilmiş “E-manat” ödəmə terminalı vasiəsilə onun kart hesabına xx.xx.2024-cü il tarixdə göndərilmiş 600 manat, xx.xx.2024-cü il tarixdə göndərilmiş 600 manat və xx.xx.2024-cü il tarixdə göndərilmiş 1000 manat pulu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat məbləğdə pulunu alıb xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır. O, maddi vəziyyətinin pis olması ilə əlaqədar bir neçə dəfə İlyasdan borca pul alıb geri ödəmişdir. Həmin məbləğləri ödəyərkən İlyas ondan hər 1000 manata 100 manat faiz alırmış. Hər dəfə ondan pul aldıqda İlyas kağız üzərində ondan pul almağını əks etdirən yazı yazıb ona imzalatdırırmış. 2024-cü ilin iyun ayında o, İlyasla əlaqə saxlamış aliment və digər borclarını ödəmək üçün ondan 6000 manat pul istəmişdir. İlyas ona üzərində 3800 manat pul olduğunu demiş həmin pulu ona vermiş və eyni qaydada kağızda faizlə birlikdə ümumi borcunun 4400 manat olduğunu əks etdirən yazı yazıb ona imzalatdırmışdır. Bir neçə gün sonra ona göndərdiyi Leo Bank ASC-ə məxsus kart hesabına 2200 manat pul göndərmiş və 1-2 gün sonra oğlu Tural adlı şəxslə Xıradalan şəhərində “ana-bala” parkına gəlib onunla görüşmüş 4400 manat borcunun olduğu göstərilən kağızı onun iştirakı ilə cırıb yenidən faizlə birlikdə 6600 manat borcunun olduğunu əks etdirən yazını yazıb imzalatdırmışlar. Onun həmin borcu 1 ay müddətə ödəyəcəyinə dair razılaşalarda da o, 2024-cü ilin avqust ayının 3-dək bankdan kredit götürüb borcu qaytaracağını bildirmişdir. Həmin müddət tamam olduqda o, kredit götürüb borcunu bağlaya bilməmiş və belə olduqda İlyas onun barəsində polisə şikayət etmişdir. Ona ünvanlanmış suallara cavab verərək əlavə etmişdir ki, Zərərçəkmiş şəxslə aralarında bu barədə söhbət olmamışdır. Lakin o İlyasdan 6000 manat pulu aldıqdan 1 həftə, 10 gün sonra sonuncu onunla əlaqə saxlayıb bir evdə iki sayğac quraşdırmaq istədiyini bildirdib, ona kömək edib-edə bilməyəcəyini soruşduqda, o, ASAN xidmət mərkəzində işləyən Babək adlı tanışının olduğunu bildirib, düzəldə bilərsə ondan xahiş edə biləcəyimi bildirmiş, sənədləri oğlu Turalın mobil telefonu vasitəsilə Babəkə göndərib ondan bu barədə soruşduqda, Babək bildirmişdir ki, bu evlərə sayğac quraşdırmağa icazə verilmir. Daha sonra bu barədə heç bir söhbəti olmamışdır. Həmçinin bununla bağlı ondan əlavə hər hansı pul vəsaiti almamış və ümumiyyətlə pul müqabilində işıq sayğacı quraşdıracağına söz verməmişdir. Zərərçəkmiş şəxs 3800 manat pulu ona nəğd olaraq vedikdən bir neçə gün sonra 600, 600, 1000 manat olmaqla 2 gün ərzində ümumilikdə 2200 manat pul göndərdiyini qeyd etmişdir. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri ödəmiş, onunla barışmışdır, dövlət nəfinə zərərin 25% hissəsini ödəmişdir.Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əvvəllər Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən evini inşa etdikdən sonra oraya işıq sayğacı quraşdırmaq üçün İşıq idarəsinə getdikdə X3 ilə tanış olmuşdur. O, həmin evə sayğac quraşdırmaqda ona kömək etmişdir. Gədəbəy rayon, Saratovka kəndində yerləşən ona və yaxın qohumlarına məxsus olan 6 ədəd ev eyni ünvanda yerləşdiyi üçün həmin evlərə ayrı-ayrılıqda sayğac quraşdırmaq mümkün olmamışdır. O da 2024-cü ilin iyun ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs bu barədə ona kömək etməsi üçün müraciət etmişdir. O bildirmişdir ki, həmin evlər eyni ünvanda yerləşdiyi üçün orada sayğac quraşdırmaq çətindir və bunu həll edə biləcək tanışları vardır. Bunun müqabilində isə hər sayğaca görə 1100 manat pul ödəməlidirlər. Daha sonra o İlkin adlı şəxsin nömrəsini vermiş, evə aid sənədləri və ev sahiblərinin şəxsiyyət vəsiqələrini ona göndərməyini istəmişdir. O da göndərməyi bacarmadığı üçün oğlu Turala şəkilləri həmin nömrəyə göndərməsini tapşırmışdır. Buna görə də, o Namikə iyun ayının əvvəllərində Xırdalan şəhərində yerləşən “ana-bala” parkında 4400 manat pul vermiş, həmin ayın 7-dən 13-dək olan müddət ərzində isə 2200 manat pulu hissə-hissə onun təqdim etdiyi kart hesabına göndərmişdir. Göndərdiyi pulların müqabilində o 6 evdə işıq sayğacı quraşırmağa kömək etməli olduğu halda bu belə olmamış, o, Namiqdən nə üçün bu işi həll edə bilmədiyini soruşduqda o ASAN xidmət mərkəzində işləyən Babək adlı tanışının nömrəsini vermiş həmin şəkilləri ona göndərməyini istəmişdir. Bir daha oğlu Tural şəkilləri onun tanışı Babəkə göndərmişdir. Lakin şəkilləri göndərdikləri şəxslər İlkin və Babək bu barədə onlara heç bir məlumat vermədikdə o yenidən Namiqlə əlaqə saxlamış işin hansı səbəbdən gecikdiyini soruşduqda o müxtəlif bəhanələrlə onu aldatmışdır. Bu günədək Namiq Şadmanov nə onun pulunu qaytarmış nə də ki, bu istqamətdə hər hansı bir iş görməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə hal-hazırda yaşadığı evə sayğac quraşdırarkən tanış olmuşdur. Daha sonra onunla hər hası formada münasibəti olmamışdır. Belə ki, onun və yaxın qohumlarının Gədəbəy rayonu Saratovka kəndində eyni ünvanda 6 mənzildən ibarət evləri vardır. Həmin ünvanda yerləşən mənzillərə ayrı-ayrılıqda işıq sayğacı quraşdırmaq üçün atası Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayında Şadmanov Namiqə müraciət etmişdir. O da bunun müqabilində atasından pul istəmişdir. Onlar onunla razılaşmış iyun ayının əvvəllərində Xırdalan şəhərində yerləşən “ana-bala” parkında 4400 manat pul vermiş, həmin ayın 7-dən 13-dək olan müddət ərzində isə 2200 manat pulu hissə-hissə onun təqdim etdiyi kart hesabına göndərmişlər. Namik hər bir sayğaca görə 1100 manat pul istəmişdir. Atası Namiqlə razılaşdıqdan sonra o evin sahiblərinin şəxsiyyət vəsiqələrinin və çıxarışların şəkillərini dediyi nömrələrə göndərməylərini istəmiş, atasıda göndərə bilmədiyi üçün həmin şəkilləri göndərməyi ona tapşırmışdır. O, şəkilləri Namiqin verdiyi nömrələrə göndərmişdir. Həmin nömrə sahiblərindən biri İşıq idarəsinin işçisi İlkin, digəri isə ASAN xidmət mərkəzinin işçisi Babək adlı şəxslər olmuşdur. Atası Zərərçəkmiş şəxs daha sonra onlarla əlaqə saxladıqda İlkin bu məsələdən xəbərinin olmadığını, Namikin telefonuna şəkil göndərmək mümkün olmadığı üçün şəkilləri ona göndərdiyini bildirmişdr. Babək adlı şəxs isə Namikin ondan həmin mənzillərə sayğac quraşdırmağın mümkün olub-olmadığını soruşduğunu və onun da mümkün olmayacağını dedikdən sonra Namiqlə əlaqə saxlaya bilmədiyini bildirmişdir. O həmin evlərdən birinin ona birinin atasına birinin isə qardaşı Məmmədəliyev Vüsala digər 3-nün isə əmisigilə məxsus olduğunu bildirmişdir. Onlar da hər evə görə 1100 manat pul verdiyini, Namikin onları aldatdıqdan sonra atasının onların pulunu geri qaytardığını və beləliklə də Namikin onlara 6600 manat maddi ziyan vurduğunu əlavə etmişdir.Lakin hazırda ziyanlıq tam olaraq ödənilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər onun iş yoldaşı olmuşdur. Onlar arada bir olnunla iş yerində görüşüb söhbət edirmiş. Onun Namiqlə heç bir şəxsi münasibəti yoxdur. Təxminən 6-7 ay bundan əvvəl onun nömrəsinə tanımadığı nömrədən şəxsiyyət vəsiqəsi şəkilləri göndərilmiş və bunun ardınca Namiq ona zəng vurub həmin şəxsiyyət vəsiqəsini və sənədləri göndərdiyi adamların mənzillərinə abonent kodu açıb sayğac quraşdırmağın mümkün olub-olamamsını soruşmuşdur. Oda həmin sənədlərə baxıb ona həmin evlərə ayrı-ayrılıqda sayğac quraşdırmağın mümkün olmayacağını demişdir. Daha sonra həmin məsələ ilə əlaqədar sonradan adının İlyas olduğunu bildiyi bir şəxs ona zəng vurub sayğaclar barədə soruşduqda o, ona bu məsələnin mümkün olmaması barədə Namiqə məlumat verdiyini bildirmişdir. Onu polis əməkdaşları dəvət edənədək Namiqin İlyas adlı şəxsdən pul alıb-almaması barədə heç bir məlumatı olmamışdır. Namiqlə əlaqə saxlayıb onun polis əməkdaşları tərəfindən hansı səbəbə çağırıldığını öyrənmək istəmiş, lakin onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Bildirmişdir ki, Gədəbəy rayon Saratovka kəndində ona və yaxın qohumlarına məxsus eyni ünvanda 6 mənzildən ibarət evləri vardır. Həmin evlərdən biri ona, biri isə atası X2 məxsusdur. Əmisi Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayında onlara bildirmişdir ki, həmin evlərə işıq sayğacı quraşdırmaq üçün Namiq adlı biri ilə danışmışdır. O demişdir ki, həmin şəxs hər evə görə 1100 manat pul istəyir. Onların həmin vaxt imkanı yaxşı olmadığı üçün onların evlərinə görə 2200 manat pulu əmisi Namiq adlı şəxsə vermiş və onlara bildirmişdir ki, sayğac quraşdırıldıqdan sonra ona ödəniş edərlər. Daha sonra da evin sənədlərini və şəxsiyyət vəsiqələrimizin şəkillərini əmisi oğlu Turala göndərmişlər. Bir müddət keçdikdən sonra əmisindən məsələnin nə yerdə qaldığını soruşduqda o bildirmişdir ki, Namiq adlı şəxs onu aldadaraq pulu mənimsəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 22 oktyabr 2024-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45 dəqiqədə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Şirzad Baxşəlinin 23 oktyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 noyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və ondan şikayət və tələbi yoxdur,onunla barışmışdır Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan onun tərəfindən ödənilmiş və zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1650 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir; Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-542/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-542/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver