Məhkəmə qərarları › İş №1(012)-543/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-543/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-543/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, 6-cı Xırdalan döngəsi, Binəqədi yolu ev 100 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqdsədlə xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ordubadi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ət satışı dükanına qanunsuz daxil olub oradan 50 kq 550 manat dəyərində iribuynuzlu heyvan ətini, 20 kq 260 manat dəyərində xırdabuynuzlu heyvan ətini oğurlayıb, Zərərçəkmiş şəxs 810 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, 6-cı Xırdalan döngəsi, Binəqədi yolu ev 100-də arvadı X1 və 3 yaşlı oğlu X2 ilə birlikdə yaşayır. 6 ay olar ki mütammadi olaraq spitlii çki qəbul edir. Spirtli içki olmayanda halı pis olur. 2020-ci ilin avqust ayının 26-da öz yaşadığı evdə bir qədər 1 şüşə araq içmiş, lakin bədəni yenə spirtli içki qəbul etmək istədiyindən həmin spirtli içki qəbul etmək üçün də pulu olmamışdır. Yaşadığı evdə həmin günü tək olmuş, arvadı Gülnar və azyaşlı uşağı bacanağı Rafiq gildə olmuşlar. Ona görə spirtli içki alıb qəbul etmək üçün oğurluq cinayətit örətmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb piyada Masazır qəsəbəsi M. Ordubadi küçəsinə gəlmişdir. Küçədə bir ət dükanı görmüş, həmin ət dükanında olan iri və xırda buynuzlu heyvan ətini oğurlayıb satmaq və spitrli içki almaq üçün pul əldə etmək qərarına gəlmişdir. Saat 03 radələrində həmin dükanın yanında küçə ilə bir qədər hərəkət edəndə açıq hasarın kənarında bir araba görmüşdür. Həmin arabanı götürüb sürərək dükana tərəf gəlmiş, arabanı orada saxlayıb, ət dükanına aid dəmir qarmağı götürüb dükanın plastik qapısını qarmağın köməyi ilə açmışdır. İçəri daxil olub soyuducunun içində olan təxminən 23 kiloqram iri buynuzlu heyvan ətini, 4 kiloqram qoyun ətini oğurlayıb həmin arabaya yükləmiş, həmin arabanı sürərək piyada tək həmin oğurladığı əti öz yaşadığı evə gətirmişdir. Həmin arabanı həyətdə saxlayıb səhər olmasını gözləmişdir. Həmin arabanı yaşadığı evin yaxınlığında zibilliyə atmışdır. Sonradan həmin arabanın zibillikdə olmadığını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı evdən taksi sifariş verib həmin oğurladığı ətdən 8 kiloqram çəkidə iri buynuzlu heyvan əti, 4 kiloqram çəkidə xırda buynuzlu heyvan əti ağ kisədə götürdüyüt aksiyə yükləmiş və Bakı şəhəri Binəqədi rayonu Avtovaqzalın yaxınlığında yerləşən «Qoşa Çinar» restoranına təsadüfən gəlmişdir. Həmin restorana təklif etsə, restoran əti ondan alar deyə düşünmüşdür. Orada işləyən bir nəfər şəxsə yaxınlaşıb özü ilə götürdüyü əti ucuz qiymətə təklif etmişdir. Həmin şəxsə əti ona qohumunun rayondan göndərdiyini, soyuducuda yeri olmadığı üçün əti satdığını bildirmişdir. Həmin şəxs əti almağa razılıq vermiş, restorandakı şəxs 4 kiloqram xırda buynuzlu heyvan ətinə ona 20 manat, 5 kq iri buynuzlu heyvan ətinə isə 30 manat pul verib həmin əti almış, həmin iri bunuzlu heyvan ətindən 3 kq ət özündə qalsa da, həmin şəxs ət yararsız olduğu üçün onu almaqdan imtina etmişdir. Əti həmin şəxs restoranda zibil qutusuna tullamışdır. Ondan ət alan şəxsə orada onda yenə ucuz ət olduğunu bildirərək həmin əti ona yenə ucuz təşkil edəcəyini təklif etmişdir. Həmin şəxs ondan yenə ət almağa razılıq vermişdir. Qoşa çinar restoranının yaxınlığında marşrut avtobusa minib yaşadığı evə qayıtmış, evində qalan təxminən 15 kiloqram iri buynuzlu heyvan ətini götürüb taksiyə yükləyib həmin Qoşa Çinar restoranına saat 19 radələrində gətirmişdir. Həmin restorandakı ondan əvvəl ət alan şəxsə həmin 15 kiloqram əti 25 manata satmışdır. Həmin şəxsə yenə əti ona qohumunun rayondan göndərdiyini soyuducuda yer olmadığını, ona görə ucuz satdığın ıbildirmişdir. Ət alan şəxs ondan ətin oğurluq olub olmamasını soruşduqda, həmin şəxsə ətin oğurluq olmadığını, onun özünə aid olmasını bildirmişdir. Həmin şəxsdən 15 kiloqram iri bunuzlu ətə görə 25 manat pul götürüb öz yaşadığı evə getmiş və özü üçün spitli içki və yemək alıb əldə etdiyi 75 manat pulun hamısını xərcləmişdir. Oğurladığı ətin satışından əldə etdiyi 75 manat puldan onda heç nə qalmamışdır. Həmin dükandan təxminən 23 kiloqram iri bunuzlu heyvan əti, 4 kiloqram isə xırda buynuzlu heyvan əti oğurlamışdır. Törətdiyi oğurluq hadisəsini tək törətmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindəgöstərmişdirki, Abşeron rayonu Masazır qəsəbəsi M. Ordubadi küçəsində «ət satışı» mağazısını icazəyə götürüb işlədir və orada iribunuzlu və xırdabuynuzlu hevvan ətlərinin satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində o Abşeron rayonu Masazır qəsəbəsi M.Ordubadi küçəsində «ət satışı» mağazımda iri və xırda buynuzlu heyvan kəsib ətini satışa qoyub bir qismini satmışdır. xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində mağazada 50 kiloqram hər kiloqramın dəyəri 11 manat, ümumi dəyəri 550 manat olan iribuynuzlu heyvan əti, 20 kiloqram isə hər kiloqramın dəyəri 13 manat, ümumi dəyəri 260 manat olan xırdabuynuzlu heyvan əti qalmışdır. Saat 22 radələrində o işlədiyi «ət satışı» mağazanı bağlıyıb öz yaşadığı evinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 06:30 radələrində mağazaya iş yerinə gələndə görmüşdür ki, mağazının plastik qapısı açılmış vəziyyətdədir, mağazada soyuducuda olan 50 kiloqram hər kiloqramın dəyəri 11 manat, ümumi dəyəri 550 manat olan iribuynuzlu heyvan əti, 20 kiloqram isə hər kiloqramın dəyəri 13 manat, ümumi dəyəri 260 manat olan xırdabuynuzlu heyvan əti naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona oğurluq nəticəsində 810 manat ziyan dəymişdir. Hadisədən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisədən sonra yaxın ətrafda dükanda və evlərdən olan bir neçə müşahidə kamerasından telefonuna görüntüləri çəkmiş və hal hazırda həmin görüntülər onda 1 ədəd diskdədir, görüntüləri istintaqa təqdim etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi Ordubadi küçəsi nömrəsiz yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evin həyəti olsa da həyətin darvazası yoxdur, darvaza qoyulması üçün nəzərdə tutulan yerində hasarının kənarı tam hörülməmişdir. xx.xx.2020ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətinin gələcəkdə darvaza qoyduracağı yerin qarşısına küçəyə 1 ədəd əl arabası qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində yuxudan duranda həyətə düşmüş və küçəyə qoyduğu ona məxsus həmin 1 ədəd 30 manat dəyərində əl arabası yerində olmadığını yəni oğurlandığını görmüşdür. Həmin arabanın harada olmasını bilmir. Bir neçə gün sonra ona qonşulardan soraqlaşanda bir nəfər şəxsin küçədən ona məxsus 1 ədəd 30 manat dəyərində əl arabasını oğurladığını, sonra onun yaşadığı evə yaxın yerləşən Zərərçəkmiş şəxs ət dükanına getdiyini, həmin dükandan ət oğurlayaraq ona məxsus olan oğurladığı əl arabası ilə apardığını eşitmişdir. Həmin arabanın oğurlanmasından şikayətçi deyil, bununla bağlı şikayət və tələbi yoxdur. Arabanın kim tərəfindən oğurlanmasını, həmin şəxsin kim olmasını və Zərərçəkmiş şəxs ət dükanandan hansı miqdarda ət oğurlamasını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu yeni avtovağzalla üzbəüz yerləşən Qoşa Çinar restoranında bağban işləyir, həm də restoranın mühafizə itinə baxır. Belə həmin itə ət və yemək verib bəsləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qoşa Çinar restoranında olmuş, bu zaman əlində ağ kisə olan bir nəfər şəxs ona yaxınlaşıb ucuz qiymətə ət satdığını bildirmişdir. Nə sürət olmasını soruşmuş, həmin şəxs ona iri buynuzu və xırda buynuzlu heyvan ət olmasını, həmin əti qohumunun rayondan ona göndərdiyini, soyuducuda yer olmadığı üçün onu ucuz satdığını bildirmişdir. O ətə baxıb qiyməti barədə soruşanda həmin şəxs xırda buynuzlu heyvan ətini 5 manata, iri buynuzlu heyvan ətini isə 6 manata satdığını bildirmişdir. Həmin əti restoranın it üçün alıb itə verə biləcəyini düşünmüşdür. Həmin şəxs ona vəsiqəsini göstərmiş və ona məlum olmuşdur ki, ona ət təklif edən şəxs Təqsirləndirilən şəxsdur. O, həmin şəxsin gətiridiyi 4 kiloqram xırda buynuzlu heyvan ətinə 20 manat, 5 kq iri buynuzlu heyvan ətinə 30 manat pul verib həmin əti, almış, həmin şəxs də yenə 3 kq ət olsa da həmin ət yararsız olduğundan o əti almamışdır. Həmin şəxs əti ona pulsuz verdiyi üçün və ət yararsız olduğu üçün əti zibil qutusuna tullamışdır. Bundan başqa həmin şəxs ona yenə iri buynuzlu heyvan əti olduğunu, ona ucuz sata biləcəyini bildirmişdir. Düşünmüşdür ki, həmin it üçün ət çox olsun onu alar restoranın itini bəsləyər. Həmin Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə o yenə ətin varsa ucuz qiymətə onu ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs çıxıb getmiş, təxminən 2 saat sonra həmin günü xx.xx.2020-ci il tarixdə saat 19 radələrində həmin şəxs yenə ona 15 kiloqram iri buynuzlu heyvan əti gətirmiş, həmin əti ondan 25 manat pula almış, çünki həmin ət müəyyən keyfiyyətlərini itirmişdir. Həmin Təqsirləndirilən şəxs adlı özünü təqdim edən şəxsə o birinci dəfə 50 manat, ikinci dəfə isə 25 manat verib yuxarıda qeyd etdiyi çəkidə ət almışdır. Həmin əti restoranın itinə vermiş, həmin ətdən onda heç nə qalmamışdır. Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsdən şəxsiyyət vəsiqəsinin sürətini götürməmiş, sadəcə vəsiqəsinə baxmışdır. Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxsə ət satdığına görə heç bir qəbzə imza atdırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixli zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 01 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və ibtidai və məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 360 (üç yüz altmış) manat Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar