Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-543/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə XX.XX.1977-ci il tarixdə Qırğızıstan Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu, Şambul kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsi nömrəsiz həyət evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi 323 nömrəli həyət evinin qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqları yerindən çıxardıb, həmin pəncərədən evə qanunsuz daxil olaraq, yataq otağında, döşəyin alt hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, oğurluq etmədiyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai isrintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 323 saylı həyət evinin qarşısından keçən zaman həmin həyət evinin taxtadan ibarət giriş qapısının üzərində dəmir qıfılın olduğunu görmüş, həmin zaman bilmişdir ki, həyət evinin içərisində heç kim yoxdur, o həmin həyət evindən içərisində heç kimin olmadığını düşündüyü üçün oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həyət evinin taxtadan ibarət olan və üzərində dəmir qıfıl olan qapıya yaxınlaşmış, həmin zaman tək olmuş, ətrafda heç kim olmamış, əvvəlcədən düşündüyü kimi, yəni özgənin əmlakını oğurlayaraq əldə etmək üçün, həyət evinin giriş qapısının yaxınlığında olan hasardan keçib həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra sol tərəfdə olan boşluq ilə irəliləyib, mənzilin qonaq otağının pəncərəsinin qarşısına gəlmiş, həmin zaman pəncərənin ağ rəngli plastik materialdan olmaqla üzərində dəmir barmaqlıqların olduğunu görmüş o, həyətdən tapdığı dəmir ilə pəncərənin dəmir barmaqlıqlarını yerindən çıxardıb, pəncərəni əli ilə açmış, bundan sonra mənzilin qonaq otağına qanunsuz daxil olub, mənzilin qonaq otağından, mənzilin yataq otağına keçmiş, evdə yaşayış olduğu halda qiymətli əşyaların evin yataq otağında saxlanıldığını təxmin etmiş bu, niyyət ilə oğurluq etmək üçün daxil olduğu evin yataq otağına keçmiş və oranı axtarmağa başlamış, yataq otağını axtarmağa başlayan zaman yataq dəstinin üzərində olan döşəyi qaldırmış, həmin zaman orada 100 manatlıq pul əskinazlarının olduğunu görmüş, bundan sonra o, həmin pulların ümumulikdə 5000 manat olduğunu görüb, həmin pulları gizlincə cibinə qoyaraq, oradan yəni oğurluq etdiyi mənzilin yataq otağını tərk etmiş, mənzildən çıxan zaman mənzilə daxil olduğu yerdən, yəni pəncərədən çölə çıxaraq, hadisə yerindən uzaqlaşmış, daha sonra həmin gündən başlayaraq oğurladığı pulları öz istifadəsi üçün xərcləməyə başlamış bu, hadisədən sonra polis əməkdaşları onu saxlayıb Abşeron rayon polis idarəsinə dəvət etmiş, o da polis idarəsinə gəldikdən sonra etdiyi cinayət əməli barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 10 radələrində yaşadığı evdən çıxıb, yaxınlıqda olan iş (gözəllik salonuna) yerinə getmiş, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evə qayıdan zaman yaşadığı evin qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqların yerindən çıxarıldığını, həmin pəncərənin qapısının açılaraq pəncərədən mənzilimə kənar şəxsin daxil olub, yataq otağının səliqəsinin pozulduğunu və yataq otağında olan şəxsi əşyalarımı dağıdıldığını, yataq otağında olan yataq dəstinin altında gizlətdiyi özünə məxsus olan 5000 manat nəğd pulunun oğurlandığını aşkar etmiş, bundan sonra dərhal DİN-in 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar olaraq məlumat vermiş, daha sonra sonra polis əməkdaşları gəlib onun yaşadığı evə baxış keçirmiş və sonradan müəyyən edilmişdir ki, cinayət hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs özü ona yalvarırdı ki, razılığ ver bayıra çıxım ziyanı ödəyəcəm, indi isə məhkəmədə yalan ifadə verib özünü təqsirli bilmir.Bundan başqa yerli baxışda da hadisəni necə törətdiyini göstərmiş və bu protokolla rəsmilşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sura oğlu ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, xidmət etdiyi inzibati ərazidə xx.xx.2024-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 323 nömrəli həyət evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyət evinin yataq otağında olan, döşəyin alt hissəsindən Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat pulu oğurlayan şəxs əvvəllər məhkum olunmuş “Sərdar” adlı olmuş, həmin şəxsin yerini və şəxsiyyətini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədirləri keçirilmiş və cinayət əməlini törədən həmin şəxsin cinayət hadisəsi baş verən günü yaxınlıqda olan video müşahidə kameralarına düşmüş, bundan sonra həmin şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilərək müəyyən olunmuşdur ki, qeyd edilən cinayət əməlini törədən şəxs əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, Təqsirləndirilən şəxs Mərdəliyevçdir, həmin şəxs əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılmış və Abşeron RPİ-nə gətirilmiş, orada Sərdar Mərdəliyerviç xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 323 nömrəli həyət evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağında olan, döşəyin alt hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat pulunu oğurlamasını etiraf etmiş, daha sonra isə onunla şifahi sorğu sual zamanı həmin şəxs bildirmişdir ki, oğurladığı pulları hadisədən sonra şəxsi istifadəsi üçün xərcləmişdir. İbtidai ististintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2, eyni məzmunlu ifadə verib Şahid1 Sura oğlunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Şahid1 Sura oğlu cinayət hadisəsi baş verən zaman yaxınlıqda olan video müşahidə kamerasına düşmüş, Təqsirləndirilən şəxs Mərdəliyevçin video görüntüsü olan bir ədəd DVD diskini istintaq orqanına təqdim etmiş, həmin DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut olaraq götürülmüş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında həmin diskdə olan görüntüyə də baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, göstərilən video görüntüdə olan şəxs o deyildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.1,177.2.2, 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon məhkməsinin qərarı ilə AR-sı MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökümlə təyin edilmiş A.M.E cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onun məhkəmə baxışında elan olunan ittiaham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində CM-nin 65.2. madddəsinin tələbləri həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2013 və 2011-ci il təvəllüdlü Mərdan və Xədicə adlı azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətin ağırlaşdıran halı cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3(üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmış və hazırda da həbsdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və cəzasının əvvəli tutulduğu 09 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 20 saat hesabı ilə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut bir əddə DVD diski cinayət işinin materiallarında sübut qismində saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli tutulduğu 09 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut bir əddə DVD diski cinayət işinin materiallarında sübut qismində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 20 saat hesabı ilə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-543/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-543/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver