Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-544/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Çəmbərək rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, X4 qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 46 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli midarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs **-OO-*** dövlət qeydiyyat nişanı almağına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun 2022-ci ilin avqust ayında özünə məxsus bank kartından onun **********789226 nömrəli bank kartına göndərdiyi 500 manatı, Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında xx.xx.2023-cü il tarixdə 1300 manat və xx.xx.2023-cü il tarixdə 6000 manat olmaqla cəmi 7300 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 7800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və mahiyyəti mənə tam aydındır. Mahir adlı şəxsi təxminən dörd-beş il olar ki, tanıyır. O, Mahirə əvvələr yalandan dövlət yol polisi şöbəsində yaxşı tanışlarının olduğunu demişdir. 2022-ci ilin avqust ayında Mahir ona **- OO-*** dövlət qeydiyyat nişanını almaq istədiyini dedikdə o, Mahirə həmin dövlət qeydiyyat nişanının qiymətinin 7800 manat olduğunu demişdir. Mahir həmin vaxt nömrəni ala bilmədiyini, lakin beh vermək istədiyini dedikdə o, Mahirdən 500 manat pul istəyərək nömrəni onun üçün saxlatdıracağına söz vermişdir. Daha sonra avqust ayında dəqiq xatırlamadığı tarixdə Mahir ona məxsus kart hesabına 500 manat pul göndərmişdir. O da Mahirə yalandan həmin dövlət qeydiyyat nişanını satışdan çıxardığını demişdir. Daha sonra 2022-ci ilin oktyabr ayında Mahir təzədən onunla əlaqə saxlayaraq dövlət qeydiyyat nişanını almaq istədiyini bildirmişdir. Buna görə də o, Mahirlə 06 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmüşdür. Orada Mahir ona 1300 manat pul verib geriyə qalan 6000 manatını isə dövlət qeydiyyat nişanını alan zaman verəcəyini bildirmişdir. O Mahirə növbəti gün dövlət qeydiyyat nişanını verəcəyinə söz vermişdir. Növbəti gün, yəni 07 oktyabr 2022-ci il tarixdə Mahirlə təkrar Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmüş, Mahirə sənədləşmədə problem yarandığını bildirirək bir-iki gün ərzində hazır olacağını bildirmişdir. Mahir biraz tərəddüd etsə də sonradan özü ilə gətirdiyi 6000 manat pulu ona vermişdir. O Mahirə narahat olmamasını və Eyvaz adlı tanışının köməklik edəcəyini bildirmişdir. Daha sonra Eyvaz adlı tanışına Mahirdən 7800 manat pul aldığını və qaytara bilmədiyini, Mahiri bir neçə gün “yol verməsini”, daha sonra Mahirin pulunu qaytaracağını demişdir. Daha sonra 14 oktyabr 2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş və bir neçə ay sonra qayıdıb Fuadın pulunu qaytarmağı fikirləşmişdir. Sonda o, Eyvaz adlı şəxsin onun dostu olduğunun, Mahirin pulunu qaytara bilmədiyi üçün Eyvazdan ona bir neçə gün vaxt qazandırmağını xahiş etdiyini, Əli adlı şəxsi isə ümumiyyətlə tanımadığını bildirmişdir. Dəymiş ziyan ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Fuad adlı şəxsi təxminən 1-2 il əvvəl Bakı şəhəri, Qaradağ rayonu Meyvəli bazarında yerləşən Dövlət yol Polisi İdarəsində tanımışdır. Belə ki, həmin vaxt Fuad orada ona avtomobili üçün dövlət qeydiyyat nişanı almağa köməklik göstərmişdir. Lakin, Fuad polis əməkdaşı olmamışdır. 2022-ci ilin avqust ayında o, Fuada özü üçün BMW markalı avtomobil alacağını demişdir. Fuad **-OO-*** dövlət qeydiyyat nişanını 7800 manat müqabilində həll edə biləcəyini dedikdə o, həmin nömrəni almaq istədiyini, lakin avtomobili olmadığı üçün həmin dövlət qeydiyyat nişanını saxlatmasını Fuaddan xahiş etmişdir. Buna görə də o, Fuada məxsus **********789226 nömrəli bank kartına 2022-ci ilin avqust ayında 500 manat beh göndərmişdir. Daha sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində özünə BMW markalı avtomobil almış, ona görə də həmin **- OO-*** dövlət qeydiyyat nişanını almaq məqsədi ilə 06 oktyabr 2022-ci il tarixdə Fuadla Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmüşdür. Fuada ilkin olaraq 1300 manat pul verib geriyə qalan 6000 manatı isə dövlət qeydiyyat nişanını təhvil alarkən ödəyəcəyinəı söz vermişdir. Fuad isə öz növbəsində növbəti gün dövlət qeydiyyat nişanını həll edəcəyinə söz vermiş və onlar növbəti gün görüşmək barədə razılaşmışlar. Növbəti gün, yəni 07 oktyabr 2022-ci il tarixdə yenə də Fuadla Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmüşlər. Həmin vaxt atası Şahid da yanında olmuşdur. O özü ilə gətirdiyi 6000 manat pulu da Fuada vermişdir. Fuad 6000 manat pulu ondan aldıqdan sonra dövlət qeydiyyat nişanının bir-iki günə hazır olacağını bildirib getmişdir. Daha sonra o, Fuadla əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Bir neçə gün sonra Fuad ona Eyvaz adlı tanışının telefon nömrəsini verərək Eyvazın bu işi həll edəcəyini bildirmişdir. O, Eyvaz adlı şəxslə əlaqə saxladıqda Eyvaz narahat olmamağını demişdir. Bir müddət sonra isə Eyvaz adlı şəxs də onun telefonuna cavab vermədikdən sonra o, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq əməli etdiyini başa düşmüşdür. Buna görə də baş vermiş hadisə barədə Abşeron rayon Polis İdarəsinə ərizə müraciət etmişdir.dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində oğlu Mahir özünə BMW markalı avtomobil almaq istəmişdir. Həmin vaxt Mahir ona Fuad adlı şəxslə tanış olduğunu və Fuadın **-OO-*** dövlət qeydiyyat nişanını 7800 manat müqabilində təşkil edə biləcəyini demişdir. O, Mahirin həvəs göstərdiyini nəzərə alıb etiraz etməmişdir. Həmin vaxt Mahir Fuada 500 manat beh göndərmiş, daha sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Mahir özünə BMW markalı avtomobil aldıqdan sonra Fuaddan dövlət qeydiyyat nişanını almaqda köməklik etməsini təkrar xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Mahir gedib Fuadla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşdür. O, Mahirə dövlət qeydiyyat nişanını almamış pulun hamısını verməməyi tapşırmışdır. Mahir Fuadla görüşdükdən sonra Fuada 1300 manat pul verdiyini və növbəti gün pulun qalanını verib nömrəni alacağını demişdir. O, Fuadın Mahiri aldadacağını fikirləşdiyi üçün özü də Mahirlə birlikdə Fuadla görüşməyə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, Mahirlə birlikdə Fuadla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Xırdalan dairəsi yaxınlığında yerləşən Lukoil yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmüşdür. Həmin vaxt Fuad pulu tələb edərək dövlət qeydiyyat nişanını bir iki günə çatdıracağını demiş, o əvvəlcə etiraz etsə də Mahirin incidiyini görüb təkid etməmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq Fuadın dövlət qeydiyyat nişanını təhvil vermədiyini görüb Mahirə şikayət etməsini məsləhət görmüşdür. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 16 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respubliksı Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü madddəsinə əsasən dayandırılmışdır. 22 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon polis idarəsinin X3 təhvil verilmişdir. 22 mart 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 22 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. 24 mart 2023-cü il tarixdə cinayət işinin istintaqı Abşeron RP-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rahil Alıyevə həvalə edilmişdir. 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində müstəntiq Rahil Alıyev tərəfindən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək, Abşeron RPİnin MSY-dən azad olunmuşdur. Zərərçəkmiş şəxs Maarif oğlu tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1950 (bir min doqquz yüz əlli) manat dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X2 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Maarif oğluna ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-544/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-544/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver