Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-544/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi ev 69-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində Məmmədyarov küçəsinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinə mişar daşı ilə tikilmiş hasarını aşma yolu ilə yolu qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş yardımçı tikilidən bir ədəd 500 manat dəyərində qaynaq aparatı, bir ədəd 160 manat dəyərində drel, bir ədəd 100 manat dəyərində elektrik ölçən cihaz, 100 manat dəyərində bir cüt elektrik tənzimləyici və 100 manat dəyərində dəmir boru üçün yiv açan alətlər dəstini oğurlayaraq, ona ümumilikdə 960 manat məbləğində ziyan vurmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində onun qonşuluğuna adını bilmədiyi və tanımadığı bir ailə ev alıb köçmüşdür. O, 5-6 gün əvvəl Elvinin həyətində tüstü görüb gedib Elvinə xeyirli olsun demiş və yandırdığı taxtaları ona verməsini xahiş etmişdir. Həmin şəxs taxtaları ona vermişdir. Onun 3 azyaşlı uşağı var və maddi cəhətdən sıxıntıları olmuşdur. Evə ərzaq almalı olsa da, pulu olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində sərxoş halda küçədə gəzərkən xatırlamışdır ki, qonşuya yeni köçən şəxsin həyətində tikinti təmir alətləri olar və Elvininb həyətinə girib həmin əşyaları götürüb sataraq gəlir əldə etməyi düşünüb sonuncunun evinin yanına getmişdir. O orada sakitçilik olduğunu görüb qonşunun hasarından aşıb həyətə daxil olmuş, orada yardımçı tikiliyə girib gizlin olaraq oradan bir ədəd drel, bir ədəd qaynaq aparatı, iki ədəd elektirik tənzimləyicisi, bir ədəd elektirik ölçən və dəmir boruya rezba açan dəstini oğurlayıb torbaya yığmışdır ki, onu heç kim görmədən oradan uzaqlaşıb evinə gəlsin. O həmin alətləri evinin həyətində olan tövlənin samanlığında gizlətmişdir. Lakin evdə heç kimə bu barədə heçnə deməmiş və fikiri həmin əşyaları satıb pul əldə etmək olmuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşı onun ünvanına gəlib qonşuluqda olan oğurluq hadisəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və söhbət əsnasında o, polisə oğurluq etməyini etraf etmiş, sonra oğurlayıb həyətində yerləşən tövlədə samanlıqda gizlətdiyi əşyaları gətirib təhvil vermişdir. Etdiyi oğurluq əməlinə görə peşmandır. O, əşyaları satıb qazanc əldə etmək istəmişdir. Oğurladığı əmlakları geri qaytarılmaqla dəymiş ziyanı ödəmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən yaşadığı evin daş hasarla tikilmiş qapalı həyətinin içərisində yerləşən saxlanc yerindən ona məxsus bir ədəd 500 manat dəyərində qaynaq aparatı, bir ədəd 160 manat dəyərində drel, bir ədəd 100 manat dəyərində elektrik ölçən cihaz, 100 manat dəyərində iki ədəd elektrik tənzimləyici və 100 manat dəyərində dəmir boru üçün yiv açan alətlər dəstinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona ümumilikdə 960 manat maddi ziyan dəymişdir. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək o, evdə olmadığı müddət ərzində baş vermişdir. Bundan sonra Abşeron RPİ-nin X5 əməkdaşları yaşadığı evə gəlib onun ərizə və izahatını almışlar. Hadisə yerinə baxış keçirib protokol tərtib etmişlər. Protokol ucadan oxunmuş. xx.xx.2023-cü il tarixdə isə ona evindən oğurluq etmiş şəxsin müəyyən edilməsi barədə məlumat verilmişdir. O, bundan sonra bilmişdir ki, evindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs evinin həyətinə və ya evinin içərisinə ondan xəbərsiz daxil olmağa icazə verməmişdir. Baş vermiş hadisəsi nəticəsində ona ümumilikdə 960 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 9/8727 nömrəli rəyindən görünür ki, eksperiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 515,00 manat müəyyən edilir. Üzərində JİALİ AC WELDER BX1- 250C” yazıları olan qaynaq aparatı 300 manat, bir ədəd drel 70 manat, bir ədəd üzərində «АМПЕРВОЛЬТОММЕТР-ИСПЫТАТЕЛЬ ТРАНЗИСТОРОВ ТЛ-4М» «СССР» yazıları olan elektrik ölçən cihaz 45 manat, bir cüt üzərində “EFFİCİENTHİGH-SPEEDCHARGER” “XİNGHUAELECTRİKAL WELD QEUİPMENT COMPANY” “HYKC-20A” yazılan elektrik tənzimləyici 20 manat və dəmir boru üçün yiv açan alətlər dəsti 80 manat olaraq göstərilmişdir İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qaynaq aparatı, bir ədəd drel, bir ədəd elektrik ölçən cihaz, bir cüt elektrik tənzimləyici və dəmir boru üçün yiv açan alətlər dəsti sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 31 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, qəti cəza təyin ediləlidir.. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd qaynaq aparatı, bir ədəd drel, bir ədəd elektrik ölçən cihaz, bir cüt elektrik tənzimləyici və dəmir boru üçün yiv açan alətlər dəsti Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd qaynaq aparatı, bir ədəd drel, bir ədəd elektrik ölçən cihaz, bir cüt elektrik tənzimləyici və dəmir boru üçün yiv açan alətlər dəsti Zərərçəkmiş şəxs qaytarılmış hesab olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-544/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-544/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver