Məhkəmə qərarları › İş №1(012)-546/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-546/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-546/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il saat 20:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanda kobud tərzdə xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı Saleh Şükürova həyat tərzi ilə bağlı nəsihətlər verdikdə onun bu kobud tərzini görən arvadı Zərərçəkmiş şəxs ona irad bildirərkən həmin səbəbdən tərəflər arasında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə həmin mübahisə əsnasında o, əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, qol, qulaq və bədəninin müxtəlif nahiyələrinə, ayaq, təpik zərbələri ilə isə qarın nahiyəsinə vuraraq yerə yıxıb, ardınca əlləri ilə artıq yerdə olan Zərərçəkmiş şəxs boyun (boğaz) nahiyəsindən tutaraq sıxıb buraxmaqla Zərərçəkmiş şəxs başın alın nahiyəsinin hematoması, sağ qulaq seyvanının girəcək hissəsinin əzilmiş-cırılmış yarası, boyunun sağ yan səthinin qançırları, sol bazu, sol qoltuqaltı, sağ bazu, nahiyələrinin, döş qəfəsinin ön səthinin qançırları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. 2005-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmuş, birgə nigahdan üç övladı var. Ailə həyatı qurduqdan təxminən 1 il sonra evdə səbəbsiz yerəaralarında mübahisələri baş verir. Bir neçə dəfə ayrılmaq qərarına gəlsələr də, övladlarına görəayrılmamışlar. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində evdən çıxıb gedərkən Aygülə zəng edib evdə yeməyin olmadığını bildirmiş, bu zaman Aygül telefonda ona sərt cavab verərək gəlməyəcəyini söyləmişdir. Təxminən 1 saat sonra Aygül 15 yaşlı oğlu Salehlə yaşadıqları ünvana gəlmiş və həmin vaxt Salehə vaxtında evə gəlməyini, avara uşaqlara qoşulmamağını bildirərkən Aygül səs-küy salmağa başlamışdır. Bu zaman o, əsəbiləşib qonaq otağına keçərək Aygülün üzərinə gedib bir neçə dəfə əli (sillə) ilə sonuncunun sifət, qulaq və baş nahiyələrinə, təpiklə isə qarın boşluğuna vuraraq yerə yıxdıqdan sonra Aygülün boğazından tutmuşdur. Bu zaman qızı Arzum onu sakitləşdirmiş və o, Aygüldən aralanmışdır. Həmin vaxt mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, hadisə zamanı Aygülün ona təzyiq göstərmədiyini və onu hər hansı bir formada vurmadığını, mübahisə başa çatdıqdan sonra o evdən çıxıb getdiyini, sonradan Aygülün onun barəsində şikayət etməsindən məlumatı olduğunu göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır.Zərərçəkmişə dəymiş ziyan ödənilmişdir, zərərçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur, odur ki, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə rəsmi nigaha daxil olmuş və bu nigahdan 3 övladı var. Ailə həyatı qurduqdan təxminən 1 il sonra əri Poladın mütəmadi şəkildə spirtli içki qəbul etdiyi üçün evdə səbəbsiz yerə sözlə mübahisələri olur. Bir neçə dəfə ayrılmaq qərarına gəlsə də, övladlarını nəzərə alıb ayrılmamışdır. 22 dekabr 2024-cü il tarixdə saat 20:30 radələrində işdən çıxıb oğlu Salehlə evə gəlmişdir. O, işdə olarkən əri Polad onun anasıgildə olmuş, evə gəldikdən sonra Polad Salehə tərəf gedərək avara uşaqlara qoşulmamasını bildirərkən bu zaman oğlu Salehi vuracağından qorxub qarşısına keçmiş, həmin vaxt Polad əli ilə onun sifət, baş, qol, qulaq nahiyələrinə, ayağı ilə isə qarın boşluğuna vuraraq onu yerə yıxmışdır. Həmin vaxt huşunu itirmiş, Polad onun boğazından tutarkən qızı Arzum onları ayıraraq ona su verib ayıltmışdır. Bundan sonra qızı Arzum DİN-in “102” Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş verənlərin yaşadıqları ünvan 2 ünvanında olduğunu, hadisə zamanı əri Polada xəsarət yetirmədiyini və onu vurmadığını, ona hər hansı maddi ziyan dəymədiyini göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını,ona dəymiş ziyanın ödənildiyini qeyd etmişdir, odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2952 saylı rəyinə əsasən 1987-ci il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın alın nahiyəsinin hematoması, sağ qulaq seyvanının girəcək hissəsinin əzilmişcırılmış yarası, boyunun sağ yan səthinin qançırları, sol bazu, sol qoltuqaltı, sağ bazu, nahiyələrinin, döş qəfəsinin ön səthinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı boyunun sağ yan səthinin qançırları əllə boyunun sıxılması nəticəsində, digər qalan xəsarətləri isə yumruq-təpik zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış,ona dəymiş ziyanı ödəmiş və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar