Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-547/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2003-cü ildə Saatlı rayonu, Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən (ustalıq fəaliyyəti ilə məşğul olan), Saatlı rayonu, Qıraqlı Ərazi Dairəsi, Qıraqlı kəndi qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il saat 16 radələrində ustalıq fəaliyyyəti ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, 9 saylı binanın qarşısında tanışı Zərərçəkmiş şəxs ona zarafat etməsi, işlə məşğul olmaması səbəbindən irad bildirməsindən əsəbiləşərək buna görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq səbəbindən istifadəsində olan «rezak» kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə Zərərçəkmiş şəxs sol baldır nahiyyəsindən qəsdən vuraraq sonuncuya sol baldır nahiyəsinin kəsilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Saatlı rayonu, Qıraqlı Ərazi Dairəsi, Qıraqlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 2023-cü ildə X2 ilə ailə həyatı qurmuş və birgə nigahdan 2024-cü ilin noyabr ayında X3 anadan olmuşdur. O, rəsmi olaraq heç bir yerdə işləmir, bir müddət olar ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tikinti işlərində gündəlik fəhlə kimi çalışaraq ailəsini maddi cəhətdən dolandırır. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onunla birlikdə fəhlə kimi işləyir. Onunla münasibətləri həmişə yaxşı olmuş, hərdənbir bir-birləri ilə zarafatlar da edirlər. 17 dekabr 2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində “Kristal Abşeron-2” yaşayış kompleksində yerləşən 9-cu binada saat 16 radələrində Müşfiqlə birlikdə binanın çöl hissəsində fasad işləri görərkən, həmin zaman bir-biriylə zarafat etməyə başlamışlar. Müşfiq ona zarafat etməməyi, işləməyi bildirməklə irad söylədikdə o, bundan əsəbiləşərək Müşfiqə arxa tərəfindən yaxınlaşıb istifadə etdiyi «rezak» kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə Müşfiqin sol baldır nahiyəsini kəsib xəsarət yetirmişdir. Bundan sonra oradan qaçıb uzaqlaşmış, daha sonra isə geri qayıdıb Müşfiqə kömək etmiş və onun yarasına bağlamağa köməklik göstərmişdir. Aralarında olanların 5-6 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kimin yaxınlaşmadığını, həmin mübahisə zamanı Müşfiq ona qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, hərdənbir Abşeron rayonu ərazisində gündəlik fəhləliklə məşqul olaraq ailə üzvlərini maddi cəhətdən dolandırır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs bir müddət olar ki, tanıyır. Elvin də onun kimi fəhləliklə məşqul olur. Aralarında əvvəllər heç bir ədavətləri və düşmənçiliyi olmamışdır. Elvinlə münasibətləri həmişə yaxşı olmuş, hərdənbir aralarında sözlə zarafatlar da olur. 17 dekabr 2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində “Kristal Abşeron-2” yaşayış kompleksində yerləşən 9-cu binada saat 16 radələrində Elvinlə birlikdə binanın çöl hissəsində fasad işləri görərkən Elvin onunla zarafat etməyə başlamış, o isə Elvinə onunla zarafat etməməyi, iş görməyi iradla bildirmişdir. Həmin vaxtı gözləmdiyi halda Elvin kəsici «rezak» kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə onun sol ayağının baldır nahiyəsinə vuraraq ona qəsdən xəsarət yetirmiş, sonra isə onun yanından qaçıb getmişdir. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Həmin hadisə zamanı Elvinə qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini və ona xəsarət yetirmədiyini, zənnincə onun Elvinə zarafat etməməyi, işləməli olması ilə bağlı irad bildirməsi Elvinin xoşuna gəlmədiyindən əsəbiləşib Elvin onun ayağından həmin «rezak» kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə qəsdən vurduğunu göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2914nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə rezakın təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi o.nun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-547/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-547/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver