Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-548/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil MirzəMüdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, "xxxx" MTK, bina 1, mənzil 34-də yerləşən mənzildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olan Təqsirləndirilən şəxs arasında, zərərçəkmişin sonuncu ilə birlikdə yaşamaq istəməməsi səbəbindən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qeyri-rəsmi ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə vuraraq sağ əlini sıxmaqla sonuncuya sağ əlin ovuc və üst səthinin şişkinlik halında qançırları, sağ əlin V barmağının əsas falanqasının qapalı, basılmış sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs barəsində Abşeron RPİ-nə vermiş olduğu şikayət ərizəsi ilə, eyni zamanda Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə vermiş olduğu məlumatla tanış olmuşdur. Esmiralda Ağbəyli onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Onu təxminən 15 ildir ki, tanıyır. Münasibətləri həmişə normal olmuşdur. Heç bir düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun istifadə etdiyi mobil nömrəsinə zəng edərək birlikdə şam yeməyi yemək üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində yaşadığı ünvana dəvət etmişdir. O da etiraz etməmiş və Esmiraldanın bu təklifini qəbul etmişdir. Saat 17 radələrində Esmiraldanın sözü gedən mənzilinə getmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə yemək yeyib spirtli içki olan araq qəbul etmişlər. Söhbət əsnasında Esmiralda onunla səsini yüksəldərək danışmağa başlamış, o da ona yüksək səs tonu ilə danışmağını irad bildirmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində Esmiraldanın yaşadığı mənzildə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbləşib Esmiraldanın sağ əlinin öz əlinin içinə alaraq möhkəm sıxmağa başlamışdır. Bu zaman Esmiralda qışqıraraq əlinin sındığını bildirmişdir. Nəticədə Esmiralda sağ əlindən xəsarət almışdır. Bundan sonra Esmiralda ondan evi tərk etməyini tələb etmişdir. O da həmin mənzildən çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Abşeron RPİ-nə şikayət etmişdir. Mübahisələrinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində yaşadığı mənzildə təxminən 2-3 dəqiqə dəvam etdiyini, həmin vaxt ikisindən başqa yaxınlığda heç kimin olmadığını, aralarında baş verən mübahisə zamanı Esmiraldanın ona qarşı hər hansı bir fiziki təsir və ya xəsarət yetirmədiyini göstərmişdir.Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Onu təxminən 15 ildir ki, tanıyır. Əvvəllər münasibəti normal olmuş sonradan adi məişət mübahisələri səbəbi ilə korlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseyinzadə küçəsində yerləşən mənzildə Aqillə yemək yemiş və spirtli içki qəbul edərkən ona artıq sözü gedən evinə gəlməməyini, bu münasibətə son qoymağını bildirmişdir. O, da ona “sən nə danışırsan mən səndən ayrılmayacağam” sözlərini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Aqil onun sifətindən bir dəfə sillə vurmuş, sonra sağ əlini sıxmağa başlamışdır. Nəticədə sağ əlindən xəsarət almışdır. Bundan sonra o, DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində sözügedən mübahisənin yaşadığı mənzildə baş verməsini təxminən 2-3 dəiqə davam etməsini yanlarında heç kim olmadığını, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir və ya xəsarət yetirmədiyini bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1683 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Məmmədli qızının məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlini sıxmaqla sağ əlin ovuc və üst səthinin şişkinlik halında qançırları, sağ əlin V barmağının əsas falanqasının qapalı, basılmış sınığı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə davadalaş zamanı əl zərbəsinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə, Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs Məmmədli qızı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Məmmədli qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Abşeron Rayon Vəkil Bürosunun müdafiəçisi vəkil MirzəMüdafiəçi 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul ödənilnəlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Abşeron Rayon Vəkil Bürosunun müdafiəçisi vəkil MirzəMüdafiəçi 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-548/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-548/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver