Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-549/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs оğlunun və onun müdаfiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkı ilə xx.xx.1989-cu ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, оrtа təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Nücü Ərazi Dairəsi, Lərmərud kəndində qeydiyyatda olan, ünvan 3 yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında həmin evlərinin satışı ilə bağlı yaranmış fikir ayrılığı səbəbindən baş vermiş ailədaxili narazılıq üstündə mübahisə edərək, həmin mübahisə əsnasında evin içərisində döşəmədən götürdüyü bir ədəd küt əşya (taxta parçası) ilə Zərərçəkmiş şəxs üzərinə hücum edib həmin əşya ilə qəsdən Zərərçəkmiş şəxsnın özünü müdafiə üçün qarşıya verdiyi sol əlindən, habelə bədəninin müxtəlif və ayaq nahiyələrindən zərbələr vuraraq sonuncuya sol əlin küt travması, İİİ,İV barmaqların şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan qançırları, əzilmiş-cırılmış yaraları, sol budun aşağı 1/3-nin tış səthinin bir ədəd, sağ çiyin qurşağının bir ədəd geniş sahəli qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 2015-ci il təvəllüdlü Mələk adında qız övladı var. Evləndikləri gündən bu günə kimi ailədə arvadı Xəyalə ilə mübahisələri mütəmadi olmasa da, arada bir olmuşdur. Hazırda yaşadığı evi satmaq qərarına gəlmiş, həmin yaşayış evini satıb başqa ərazidə yaşayış evi almaq fikri olduğu üçün yaşadığı evin həyət qapısına və pəncərəsinə evin satılması üçün reklam vurmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında işdən evə gələn zaman həmin reklam yazılarını görməmiş və arvadı Xəyalədən bu barədə soruşan zaman o həmin kağızları cırıb atdığını söyləmişdir. O, isə buna əsəbiləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində o, evdə yerdə olan taxta parçasını götürüb Xəyaləni vurmuş, yəni Xəyalə sol əlini qarşıya verdikdə taxta ilə onun sol əlindən, bədənindən və ayaqlarından vurmuşdur. Həmin taxta evin dam örtüyünün təmiri zamanı yerə döşməyə düşüb qalan taxta parçası olmuşdur. Hadisədən sonra o, evdən çıxaraq getmiş və gedərkən Xəyaləni vurduğu həmin taxta parçasını yol üstü xatırlamadığı yerə tullamışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 2015-ci il təvəllüdlü Mələk adında qız övladı var. Evləndikləri gündən bu günə kimi ailədə əri Təqsirləndirilən şəxs ilə mübahisələri mütəmadi olmasa da, arada bir olmuşdur. xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaşa səbəb İntizamın bir neçə gün bundan əvvəl yaşadığı evi satmaq qərarına gəlməklə bunun üçün o, yaşayış evinin pəncərəsinə və həyətin giriş qapısına evin satılması barədə kağıza “Ev Satılır” yazısı yazıb yapışdırması olmuşdur. O, isə İntizama demişdir ki, “sən niyə evi satırsan”. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. xx.xx.2024-cü il tarixdə isə həyətə ev almaq üçün gələn şəxslərdən bezib həmin kağızları cırıb atmışdır. İntizam axşam radələrində işdən evə gələn zaman “kim kağızları cırıb atıb” deyə ondan soruşmuşdur. O da həmin kağızları cırıb atdığını söyləmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş və mübahisə zamanı İntizam əlinə taxta parçası götürüb həmin taxta parçası ilə onun sol əlinə, bədəninin müxtəlif nahiyyələrinə, ayaqlarına vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o, yerə yıxılmış və İntizam evdən həmin taxta parçası ilə çıxıb getmişdir. O, müvazinətini düzəldib ayağa qalxmış və mobil telefon vasitəsi ilə atasına zəng vurub olanlar barədə məlumat vermişdir. Daha sonra, valideynləri yaşadığı ünvana gələrək onu Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman evdə başqa şəxs olmamış, dava-dalaş və mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, baş verən mübahisə zəminində səs-küyün qonşuluqda yaşayan şəxslərə narahatçılıqlarına heç bir səbəb olmadığını, Saray PB-nə gedib ərizə ilə müraciət edərək İntizamın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə kеçirilmiş məhkəmə-tibbi еkspеrtizаsının xx.xx.2024-cü il tarixli, 141 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin küt travması, İİİ,İV barmaqların şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan qançırları, əzilmiş-cırılmış yaraları, sol budun aşağı 1/3-nin tış səthinin bir ədəd, sağ çiyin qurşağının bir ədəd geniş sahəli qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı balta sapı ilə vurulan zərbənin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Аzərbаycаn Rеspublikаsı DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 aprel 2015-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 59-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 20 saat olmaqla, 120 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində yaşayış yeri olan ünvan 3 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-549/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-549/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver