Məhkəmə qərarları › İş №1(012)-55/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-55/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-55/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinin nümayəndəsi, Nümayəndə2, təqsirləndirilən şəxs, (milki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2001-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olamayan, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, Qara Qarayev küçəsi, 22-ci məhəllə ev 17-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsini sıxıb açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 54 manat dəyərində 01 ədəd qabda 16 litrlik boyanı, 30 manat dəyərində 01 ədəd havalandırma sisteminin mühərriyini, hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd asma tavan işıqlarını, 20 manat dəyərində 01 ədəd 14 kiloqramlıq izolyasiya məhlulu və suyu olan qutunu və hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 300 metr uzunluqda 4-lük elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 274 (iki yüz yetmiş dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 09 aprel 2021-ci il tarixidə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi evinin plastik pəncərəsini açaraq qanunsuz içəri daxil olub evdən Zərərçəkmiş şəxs3 məxsus 380 manat dəyərində altı top elektik naqili və 22 ədəd elektrik açar dəstini, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 250 manat dəyərində “TŞK” markalı perefaratoru, bir ədəd 180 manat dəyərində böyük laqondanı, bir ədəd 50 manat dəyərində kiçik laqondanı, hər biri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd böyük dreli, bir ədəd 50 manat dəyərində kiçik dreli, bir ədəd 45 manat dəyərində ütünü vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 380 manat məbləğində və Zərərçəkmiş şəxs5 775 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 aprel 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəbiristanldığının yanında yerləşən tikintisi başa çatmamış fərdi evin birinci mərtəbəsində olan plastik pəncərəni əli ilə sıxıb açmaqla qanunsuz içəri daxil olmuş, evin birinci və ikinci mərtəbələrində divarlara və tavana çəkilmiş hər metrinin dəyəri 1 manat olan ümumi 450 manat dəyərində 450 metr uzunluğunda elektrik naqillərini özü ilə gətirdiyi bıçaqla kəsib gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 may 2021-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağ küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz içəri daxil olub evdən 760 manat dəyərində 12 top elektik naqili və 100 manat dəyərində elektrik açar dəstini, bir ədəd 250 manat dəyərində perefaratoru, bir ədədinin qiyməti 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd kiçik laqondanı, bir ədədinin qiyməti 45 manat olmaqla cəmi 90 manat dəyərində iki ədəd ütünü, bir ədədinin qiyməti 100 manat olmaqla cəmi 200 manat dəyərində iki ədəd böyük dreli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 1500 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfərov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 fərdi yaşayış evinin həyətinə hasardan keçərək, açıq qapıdan evə qanunsuz daxil olmaqla, evin birinci mərtəbəsində pilləkənin altına yığılmış hər biri 96 manat olan 2 top 192 manat dəyərində 6 mm-lik elektrik naqillərini, hər biri 76 manat olan 5 ədəd 380 manat dəyərində 4 mm-lik elektrik naqillərini, bir top 60 manat dəyərində televizor kabelini, hər biri 5 manat olan 16 ədəd 80 manat dəyərində «SMES» elektrik avtomatlarını, 55 manat dəyərində bir top 2,5 mm-lik elektrik naqilini, hər biri 37 manat olan 3 top 111 manat dəyərində 1,5 mm-lik elektrik naqilini, bir ədəd 16 manat dəyərində elektrik şitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 894 (səkkiz yüz doxsan dörd) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 may 2021-ci il tarixdə, saat 02 radələrində Abşeron Gənclər şəhərciyi y/k blok 11-dən Aztelekom Abşeron EATS-yə məxsus xətt qurğularından 732 manat dəyərində 120 metr uzunluğunda TPP 100x2 kabeli və hər birinin qiyməti 15 manat olan 2 ədəd cəmi 30 manat dəyərində P 100x2 muftanı gizli olaraq talayıb zərərçəkmiş şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinin Abşeron filialına 762 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyəti Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, Aztelekom MMC-yə dəymiş maddi zərərin əvəzinə mülki cavabdehdən Təqsirləndirilən şəxs 1066,80 manat məbləğində pulun və 31 manat ödənilmiş dövlət rüsumunun tutulub MMC-yə verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu il raixində oğurluq etdiyinə görə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığına, özünə heç bir yerdə iş tapa bilmədiyinə görə yaşadığı Abşeron rayonu, Masazır kəndi ərazisində oğurluq etmək qərarına gəlmişdir. Həmin ərazidə yaşayış olmayan müxtəlif evlərə və yaşayış olan evlərin həyətinə girib oradan oğurluq etmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində sonradan adını Zərərçəkmiş şəxs2 bildiyi şəxsə məxsus Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 20 saylı evin 4 nömrəli mənzilin birinci mərtəbsində olan eyvanına keçmiş, daha sonra eyvanın plastik pəncərəsini sıxıb açaraq, evə daxil olmuşdur. Evə daxil olduqdan sonra 01 ədəd qabda 16 litrlik boyanı, 01 ədəd havalandırma sisteminin mühərrikini, 02 ədəd asma tavan işıqlarını, 01 ədəd 14 kiloqramlıq izolyasiya məhlulu və suyunu və təxminən 300 metr uzunluqda 4-lük elektrik naqilləri oradan götürüb, həmin eyvandan çölə çıxmışdır. Yuxarıda göstərilən əşyaların hamısını, Xırdalan şəhərində tanımadığı metal yığanlara 50 manat məbləğində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu tək törətmişdir. Bundan başqa narkotik maddələrin istifadəsi ilə məşğul olduğu üçün pul axtarmışdır. 09 aprel 2021-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Atatürk prospektində piyada gəzərkən orada yarımtikilini görmüş, həmin yarımtikilidə işıq yanmamışdır. Ona görə də həmin yarımtikilidən oğurluq etmək qərarına gəlmişdir. Həmin yarımtikininin yola baxan tərəfində birinci mərtəbəsində olan plastik pəncərəni özü ilə gətirdiyi vintaçan vasitəsilə açıb oradan içəri daxil olmüşdür. Evin içərisində təmir işləri getdiyi toz-torpaq idi. O, evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında olan pilləkənin altından 6 top kabel, daha sonra dəhlizində bir ədəd beton qırmaq üçün perefarator, bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, iki ədəd böyük direl, bir ədəd kiçik direl, bir ədəd ütü və 22 ədəd işıq yandırıb söndürən cihaz razedkasını özü ilə gətirdiyi iri torbalara yığıb pəncərədən çölə çıxmışdır. Oradan taksi çağırıb oğurladığı əşyaları yaşadığı evin yaxınlığına aparmışdır. Taksi sürücüsünə pulu verib yola salmışdır. Bundan sonra oğurladığı malları evin yaxınlığında zirzəmidə gizlətmişdir. Səhəri günü oğurladığı əşyaları zirzəmidən çıxarıb kabelləri aparıb yandıraraq içərisindəki misi Masazır qəsəbəsində səyyar metal alan tanımadığı şəxsə 64 manata satmışdır. O, qonşuluqda yaşayan Mətin adlı şəxslə görüşüb söhbət edərkən ona bildirmişdir ki, qardaşına məxsus tikintidə istifadə olunan alətlər var. Təcili pul lzım olduğu üçün satmaq istəyir. Mətin onunla razılaşmış və o, bir ədəd beton qırmaq üçün perefarator, bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, iki ədəd böyük direl, bir ədəd kiçik direl, bir ədəd ütü və 22 ədəd işıq yandırıb söndürən cihaz razedkasını Mətinlə danışıb 120 manata razılaşmışdır. Mətin ona 70 manat pul verib qalanını da yaxın vaxtda verəcəyini bildirmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 30 aprel 2021-ci il tarixdə maddi sıxıntıları olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə gecə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yarımtikililərdən biri diqqətini cəlb etdiyindən oraya yaxınlaşmışdır. Evin giriş qapısı dəmir materialdan, pəncərələr isə plastik idi və ətraf tam hörülməmişdir. Həmin plastik pəncərəni əlimlə itələyib açaraq içəriyə daxil olan zaman orada elektrik naqillərini görmüşdür. O, həmin elektrik naqillərini özü ilə gətirdiyi bıçaqla kəsmiş və onları apararaq çöldə yandırmışdır. İçərisindəki dəmiri səhər yoldan keçən dəmir yığan maşina 35 manata satmışdır. Bundan başqa 10 may 2021-ci il tarixinə keçən gecə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Atatürk prospektində piyada gəzərkən orada yarımtikilini görmüş, həmin yarımtikilidə işıq yanmamışdır. Ona görə də həmin yarımtikilidən oğurluq etmək qərarına gəlmişdir. Həmin yarımtikininin yola baxan tərəfində birinci mərtəbəsində olan plastik pəncərəni özü ilə gətirdiyi vintaçan vasitəsilə açıb oradan içəri daxil olmuşdur. Evin içərisində təmir işləri getdiyi üçün toz-torpaq idi. O, həmin evdən 12 top kabel, bir ədəd beton qırmaq üçün perefarator, iki ədəd ütünü, iki ədəd böyük dreli, iki ədəd kiçik laqondanı, elektrik açarlarını özü ilə gətirdiyi iri torbalara yığıb pəncərədən çölə çıxmışdır. Oradan taksi çağırıb oğurladığı əşyaları yaşadığı evin yaxınlığına aparmışdır. Taksi sürücüsünə pulu verib yola salmışdır. Bundan sonra oğurladığı malları evin yaxınlığında zirzəmidə gizlətmişdir. Səhəri günü oğurladığı əşyaları 75 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. O, qeyd etmişdir ki, etdiyi oğurluq barədə əvvəlcədən heç kimə bildirməmiş, həmin oğurluğu tək törətmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə keçən gecə təxminən saat 23 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri B.Səfəroğlu küçəsində piyada gəzərkən həmin vaxtı qəbiristanlığın yaxınlığında olan iki mərtəbəli yarımtiki diqqətini cəlb etmişdir. O, həmin evin dam örtüyü vurulsada, hələ qapı və pəncərələri qoyulmadığını görmüşdür. O, həmin evin mişar daşından olan hasarından keçərək həmin evin həyətinə daxil olmuş, hələ qoyulmamış açıq qapıdan həmin iki mərtəbəli evin birinci mərtəbəsinə daxil olaraq, birinci mərtəbədə piləkənin altından təxminən 10-12 top elektrik naqilləri, televizor kabeli, elektrik naqilləri üçün nəzərdə tutulmuş təxminən 15 ədəd avtomat, bir ədəd elektrik şitini götürərək, həmin əşyaların hamısını sntetik torbaya yığıb, həyət tərəfdən qapını içəridən açaraq qapıdan çıxıb getmişdir. Həmin günün səhəri, yəni gündüz o, görmüşdür ki, bir nəfər təxminən 20-25 yaşlarında, orta boylu və orta bədən qurluşlu tanımadığı bir oğlan alüminium və mis yığır, o, həmin evdən oğurladığı və kisəyə yığdığı bütün elektrik naqillərini və digər əşyalırın hamısını həmin oğlana 80 manata razılaşıb satmışdır. Həmin 80 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, yəni ərzaq və su almışdır. Həmin oğurluğu tək etmiş, həmin vaxtı onun yanında heç kim olmamış, onun həmin evdən oğurluq etməyindən heç kimin xəbəri olmamışdır. Bundan başqa 28 may 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində Abşeron rayonu Abşeron Gənclər şəhərciyində olarkən orada işığı sönülü vəziyyətdə olan bloka daxil olmuşdur. Orada divarda kabel var idi, pula ehtiyacı olduğu üçün həmin kabeli oğurlamaq qərarına gəlmişdir. Təxminən 120 metr uzunluğunda kabeli üstümdə olan bıçaqla kəsib özü ilə gətirdiyi torbalara yığaraq oradan çıxıb getmişdir. Şəhərcikdən çıxanda taksi saxlatdırıb oğurladığı əşyaları yaşadığı evin yaxınlığına aparmışdır. Taksi sürücüsünə pulu verib yola salmışdır. Bundan sonra naqili yandırmış, içərisində dəmiri evin yaxınlığında zirzəmidə gizlətmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2010-ci il tarixdən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi Atatürk küçəsi 2-də həyət evində tikdirmiş, Zərərçəkmiş şəxs3 onun qonşusudur. Aralarında normal qonşuluq münasibətləri var. O, yaşayış evlərində rəngsaz və kafel vurmaqla çörəkpulu qazanır. O, qızını Bayramın oğluna ərə vermişdir. Qudası Bayram yaşadığı evin həyətində oğlu üçün ev tikmişdir. Evin içərisində kafel vurmağı ondan xahiş etmişdir. Onunla razılaşmışdır. Bildirmişdir ki, işlədiyi evin həyətdən giriş qapısı yoxdur və bir pəncərəsi yola baxır. O, təxminən 01 aprel 2021-ci il tarixdən başlayaraq Bayramın evinin həyətində yeznəsinin evində kafel vurmaqla məşğul olmağa başlamışdır. 07 aprel 2021-ci il tarixdə evdə təmir işi ilə məşğul olarkən VAZ-2106 markalı avtomobillə 2 nəfər təxminən 25-26 yaşlarında oğlan və bir qadın gəlmişdir. Qadın evin həyərinə daxil olmuşdur. O, ondan nə istədiyini soruşduqda bildirmişdir ki, ona plastik boru lazımdır. O, ona lazımsız plastik boru vermişdir. Özü isə su içməyə gedib qayıdanda görmüşdür ki, həmin qadın evin içinə boylanıb baxır, özünü şübhəli aparır. O, ondan nə axtardığını soruşduqda həmin qadın oradan çıxıb getmişdir. Həmin günü saat 19 radələrində o, işini qurtarıb evinə getmişdir. 08 aprel 2021-ci il tarixdə qudası Bayramla birgə ev daxil olmuşlar. Axşam dəhlizə beton tökmüşlər. Görmüşlər ki, otaqlardan birində dəhlizə tərəf ayaq izləri var. Şübhələndiyi üçün pəncərə tərəfə gedəndə görmüşlər ki, açıqdır. Məlum olmuşdur ki, evə yola tərəf olan pəncərədən kimlərsə daxil olmuşdur. Ona görə də evə nəzər yetirdikdə məlum olmuşdur ki, ona məxsus 250 manat dəyərində bir ədəd beton qırmaq üçün “TŞK” adlanan perefarator, 180 manat dəyərində bir ədəd böyük laqonda, 50 manat dəyərində bir ədəd kiçik laqonda, hər biri 100 manat olan iki ədəd böyük drel, 50 manat dəyərində bir ədəd kiçik direl, 45 manat dəyərində bir ədəd ütü, qudam Bayrama məxsus cəmi 380 manat dəyərində altı top elektrik kabeli və 22 ədəd işıq yandırıb söndürən cihaz razedkası ilə birlikdə oğurlanmışdır. Ona görə bu barədə 102 zəng xidmətinə zəng vurub oğlunun evindən oğurluq olması barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 775 manat manat məbləğində, Bayrama 380 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi Atatürk küçəsi 2 ev 15-də ikimərtəbəli həyət evi tikdirmiş və hazırki vaxta kimi həmin ünvanda yaşayır. Təxminən bir ilə yaxın müddətdir ki, yaşadığı evin həyətində oğlu Orman Nəbiyevə ikimərtəbəli ev tikdirmiş, lakin hazırki vaxta kimi həmin evdə təmir tikinti işləri getdiyi üçün həmin evdə yaşayış yoxdur, oğlu öz ailəsi ilə birlikdə onun evində yaşayır. Bildirmişdir ki, oğlu üçün tikilən evin bir pəncərəsi yola tərəf baxır. Onun evinin həyəti hasarla əhatəyə alınmışdır. 08 aprel 2021-ci il tarixdə 09-10 radələrində usta oğlunun evində təmir işləri görmək üçün evinin həyətinə gəlmişdir. Onlar bir yerdə evə daxil olmuşlar. Axşam dəhlizə beton tökmüşlər. Görmüşlər ki, otaqlardan birində dəhlizə tərəf ayaq izləri var. Şübhələndiyi üçün pəncərə tərəfə gedəndə görmüşlər ki, açıqdır. Məlum olmuşdur ki, evə yola tərəf olan pəncərədən kimlərsə daxil olmuşdur. Ona görə də evə nəzər yetirdikdə məlum olmuşdur ki, Usta Viladinə məxsus 250 manat dəyərində bir ədəd beton qırmaq üçün “TŞK” adlanan perefarator, 180 manat dəyərində bir ədəd böyük laqonda, 50 manat dəyərində bir ədəd kiçik laqonda, hər biri 100 manat olan iki ədəd böyük drel, 50 manat dəyərində bir ədəd kiçik direl, 45 manat dəyərində bir ədəd ütü, mənə məxsus cəmi 380 manat dəyərində altı top elektrik kabeli və 22 ədəd işıq yandırıb söndürən cihaz razedkası ilə birlikdə oğurlanmışdır. Ona görə bu barədə 102 zəng xidmətinə zəng vurub oğlunun evindən oğurluq olması barədə məlumat verdim. Hadisə nəticəsində ona 380 manat manat məbləğində, usta Viladinə 775 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi almış və orada özü üçün fərdi yaşayış evi inşa etdirir. İnşa etdirdiyi ev ikimərtəbəli olmaqla kürsülüdür. Evə giriş qapısı dəmirdən düzəlmiş, pəncərələri isə plastikdən hazırlanmışdır. Lakin pəncərələrin ətrafı tam hörülməmiş və üzərində dəmir barmaqlırlar qoyulmamışdır. Evin hər iki mərtəbəsinin döşəmə taxtaları qoyulsa da, döşəmə tam hazırlanmamış, evin hər iki mərtəbəsinin divarlarına eleketrik naqilləri çəkdirmişdir. Divarlara və evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasından keçən elektrik naqilləri xüsusi kiçik ölçülü plastik borucuğuna salınmışdır. Son günlər demək olar ki, hər gün evdə təmir tamamlama işləri aparılmaqdadır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə fərdi həyət evində olmuşdur. Axşam saat 21 radələrində evə nəzarət edib yaşadığı evə qayıtmışdır. Həmin günün səhərisi, yəni xx.xx.2021-ci il tarixdə səhər radələrində evinə usta gətirmiş, evin giriş qapısını açıb içəri girdikdə evin plastikdən olan pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra evin daxilinə nəzər saldıqda divara çəkilmiş elektrik naqillərinin tam əksər hissəsinin kəsilərək yerindən çıxarıldığını və oğurlandığının şahidi olmuşdur. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmşlər. Fərdi həyət evinin divarına çəkilmiş elektrik naqilləri kəsilərək oğurlanmışdır. Evdən elektrik naqillərindən başqa hər hansı əmlakı oğurlanmışdır. Oğurlanmış elektrik naqilləri təxminən 4 top yarım təşkil edir və hər bir elektri naqilinin topuna 100 manat pul vermiş, odur ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı evin düz qonşuluğunda olan ona məxsus torpaq sahəsində özünə ev tikdirir. Həmin evi tikib qurtarmış və hazırda elektrik işlərini görmüşlər, o, həmin evdə elektrik işləri görmək üçün 2200 manatlıq elektrik avadanlıqları almışdır, həmin avadanlıqlardan müəyyən hissəsini işlətmiş, müəyyən hissəsi qalmışdır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində ustalar işlərini qurtarıb getmişlər. xx.xx.2021-ci il tarixdə ustalar gələndə ona zəng etmişlər ki, evindən oğurluq olubdur. O, gedib görmüşdür ki, xx.xx.2021-ci il tarixdə naməlum şəxslər hasardan keçmə yolu ilə evə daxil olaraq, evin içərisində olan 2 top hər biri dəyəri 96 manat olan, ümumi dəyəri 192 manat olan 6 elektrik naqillərini, 5 ədəd hər biri 76 manat olan, 380 manat dəyərində 4 lük elektrik naqillərini, 60 manat dəyərində bir top televizor kabeli, hər biri 5 manat olan 16 ədəd 80 manat dəyərində simes avtomat, bir top 55 manat dəyəfrində 2,5 lik elektrik naqili, 3 top hər biri 37 manat olan 1,5 lik naqqillər 111 manat dayərində, bir ədəd 16 manat dəyərində elektrik şiti, ümumi dəyəri 894 manat olan elektrik avdanlıqlarını oğurlayıblar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Abşeron filialının nümayəndəsi qismində dindirilmiş ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 27-dən fevral ayının 8-nə qədər Neftçala rayonunda olmuşdur. 08 fevral 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsi 15A saylı ünvana gəlmiş, darvazanı açandan sonra görmüşdür ki, evin birinci mərtəbəsinin çərçivəsinin əyildiyini görmüşdür. Başa düşmüşdür ki, evə oğru daxil olmuş ona görə də DİN-in 102 xidmətinə zəng vurmuşdur. Ətrafa baxdıqda sayğacdan evə qədər olan 8 sm-lik mis naqilin, evin bayır tərəfində olan bayır işıq cihazlarının və elektrik naqillərinin, həyətdə olan su mühərrikindən evə qədər gedən naqilin, sonra evə daxil olduqda evin içində olan avtomatdan işıq lampalarına qədər gedən naqillərin kəsilərək oğurlanmasını, həmçinin evin içində 3 ədəd elektrik uzadıcısının naqillərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Oğurlanmış 8sm-lik ölçüsündə 25 metr uzunluğunda naqilin qiyməti 375 manat, evin bayır tərəfində yerləşən elektrik naqilinin və işıqlandırma cihazlarının dəyəri 75 manat, evin girişində yerləşən elektrik şitindən otaqlardakı işıq lampalarına qədər 200 metr naqilin qiyməti 200 manat, elektrik uzadıcısının qiyməti 30 manat, mühərrikin naqilinin qiyməti isə 20 manat təşikl edir. Ümumilikdə mənə 700 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, nömrəsiz fərdi yaşayış evi var. Ona məxsus evin hasarı və darvazası var, qapı və pəncərələri quraşdırılıb. Tam təmir olunmadığı üçün orada daimi yaşamır, lakin mütəmadi olaraq gəlib nəzarət edir. xx.xx.2021-ci il tarixdə özünə məxsus fərdi yaşayış evinə ailə üzvləri ilə birgə gəlmiş və həmin evdə işlər görüb evini səliqəyə salmışdır ki, yaxın vaxtlarda həmin evə köçsün. Özü və ailə üzvləri evdən xx.xx.2021-ci il tarixdə saat 21 radələrində getmişlər, həmin vaxt evindən heç bir oğurluq hadisəsi olmamışdır. Növbəti gün yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ailə üzvləri ilə birlikdə yenidən evinə gələn zaman evinin pəncərəsinin açıq olduğunu görmüş və evinin içinə baxanda ev əşyalarının və tikinti ləvazimatlarının oğurlandığını müəyyən etmişdir. Naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evindən xx.xx.2021-ci il tarixdə saat 21 radələrində xx.xx.2021-ci il tarixdə saat 10 radələrinə qədər olan vaxt ərzində birinin qiyməti 18 (on səkkiz) manat olan 28 (iyirmi səkkiz) ədəd divar kağızı, qiyməti 150 (yüz əlli) manat olan bir ədəd xalça, bir topunun qiyməti 55 ( əlli beş) manat olan 9 (doqquz) top kabel, birinin qiyməti 6 (altı) manat olan 21 (iyirimi bir) ədəd support (işıq başlığı) və xx.xx.2021-ci il tarixdə evinə 130 (yüz otuz) manat dəyərində aldığım ərzağı oğurlayaraq ona ümumilikdə 1515 (min beş yüz on beş) manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsindəgöstərmişdir ki, təxminən 10 il bundan öncə Abşeron rayonu Hökməli qəsəbəsində ev tikməyə başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin evin tikintisini hal-hazıradək başa çatdıra bilməmişdir. Özü isə ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Nəbi Xəzri 4 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Hökməli qəsəbəsində qonşusu ona zəng vurraraq evinin pəncərəsinin açıq olduğunu bildirmişdir. Bundan sonra saat 22 radələrində Hökməli qəsəbəsində tikdirdiyi yarım tikiliyə baş çəkmək üçün gedən zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və həmin evdən 200 manat dəyərində elektrik naqillərinin ,50 manat dəyərində 50 metr uzunluğunda elektrik kabellərinin,1 ədəd 50 manat dəyərində markasını bilmədiyi laqondanın, 1 ədəd 60 manat dəyərində markasını bilmədiyi elektrik ütüsünün ,1 ədəd 30 manat dəyərində markasını xatırlamadığı kiçik ölçülü drelin,1 ədəd 80 manat dəyərində markasını xatırlamadığı böyük drelin, 1 qutu 75 manat dəyərində profilin oğurlandığını aşkar etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin evdə olmuş və həmin vaxtı bütün bu əşyalar yerində olmuşdur. Əşyalarının oğurlanması nəticəsində ona 545 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, (mülki iddiaçı) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Abşeron Elektron ATS-nin Masazır sahə mühəndisi vəzifəsində işləyən X1 rayonu, Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyi yaşayış kompleksində Abşeron EATS-a məxsus xətt qurşağından naməlum şəxslərin oğurluq etmələri barədə məlumat vermişdir. 29 may 2021-ci il tarixdə baxış zamanı Abşeron rayonu Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyi yaşayış kompleksində blok 11-dən Abşeron EATS-a məxsus xətt qurşağından 120 metr uzunluğunda TPP 100x2 kabeli kəsilərək oğurlanmışdır. Oğurlanmış kabel 1066.88 manat dəyərindədir. 30 may 2021-ci il tarixdə Süleyman Məmmədzadə baş vermiş oğurluq barəsində 102 zəng xidmətinə məlumat vermişdir. Oğurlanmış əşyalar istifadə olunmuş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından etibarən ünvan 5 ünvanı var. Hazırda da həmin evdə təmir işləri aparılır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin evində olarkən hər şey qaydasında olmuşdur. Lakin xx.xx.2021-ci il tarixdə həmin evinə gedib baxan aman naməlum şəxs və şəxslərin evinin arxa eyvanının plastik materialdan olan pəncərəsini sıxıb açma yolu ilə içəri daxil olub yataq otağından 54 manat dəyərində olan 1 ədəd 16 litrlik boyanı, qonaq otağından 30 manat dəyərində olan 1 ədəd asma tavanın havalandırma mühərrikini, hər biri 10 manat dəyərində olan 2 ədəd asma tavan işıqlarını, 20 manat dəyərində olan bir ədəd 10 kq-lıq izolyasiya məhlulu və onun –litrlik suyunu, evin divarlarına və döşəməsinə çəkilmiş hər bir metrii 0,50 manat dəyərində olan 300 metr 4-lük elektrik naqillərini kəsərək ümumilikdə 274 manat dəyərindəki tikinti materiallarını oğurladıqlarını görmüşdür. Həmçinin aydınlaşdırdığı zaman da ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən evin divarlarının və döşəməsinin elektrik naqilləri kəsilərək oğurlanması nəticəsində evin elektrik sistemi tam yararsız hala salınmış və bununla da ona 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Ona görə də o, bundan bir gün sonra Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək evində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra isə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, qeyd etmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 274 manat məbləğində ziyan dəymişdir. Həmin evin divarlarına və döşəməsinə çəkilmiş elektrik naqillərinin də kəsilərək evin elektrik sisteminin tamyararsız hala salınması ilə ona ümumilikdə 2000 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Masazır kəndində yaşayır. Lakin onun Abşeron rayonu Masazır qəsəbəsi, qarabağ küçəsində özünə məxsus ikimərtəbəli yarımtikilisi vardır. Həmin tikilidə təmir işlər aparılır. Sonuncu dəfə 08 may 2021-ci il tarixdə həmin evə getmişdir. Hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, həmin evə gedərkən görmüşdür ki, evin plastik pəncərəsini sındıraraq evə daxil olmuşlar. Evindən ona məxsus 12 top elektik naqili və elektrik açar dəstini, bir ədəd perefaratoru, iki ədəd kiçik laqonda, iki ədəd ütü, iki ədəd böyük dreli oğurlamışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 avqust 2021-ci il tarixli 210 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş uzunluğu 120 metr təşkil edən, üzərində «TPP-100» markalanma yazısı olan elektrik naqilinin işlənmə dərəcəsi nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2021-ci ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri 540.0 manat müəyəyn edilir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 07 gün müddəti hissəsi “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli şübhəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinin ona qaldırdığı mülki iddianı qismən 762 manat məbləğində olan hissəsini qəbul edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qabda 16 litrlik boya, 01 ədəd havalandırma sisteminin mühərriki, 02 ədəd asma tavan işıqları, 01 ədəd 14 kiloqramlıq izolyasiya məhlulu və suyu, 300 metr uzunluqda 4-lük elektrik naqili, altı top elektik naqili, 22 ədəd elektrik açar dəsti, bir ədəd “TŞK” markalı perefarator, bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, 2 ədəd böyük drel, bir ədəd kiçik drel, bir ədəd ütü, 450 metr uzunluğunda elektrik naqilləri, 12 top elektik naqili, elektrik açar dəsti, bir ədəd perefarator, iki ədəd kiçik laqonda, iki ədəd ütü, iki ədəd böyük drel, 2 top 6 mm-lik elektrik naqilləri, 5 ədəd 4 mm-lik elektrik naqilləri, bir top televizor kabeli, 16 ədəd «SMES» elektrik avtomatı, bir top 2,5 mm-lik elektrik naqili, 3 top 1,5 mm-lik elektrik naqili, bir ədəd elektrik şiti, 120 metr məsafədə TPP 100x2 kabeli və 2 ədəd P 100x2 mufta ibtidai istintaq zamanı sahiblərinə qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinin mülki iddiası qismən təmin edilməlidir. Beləki, iş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyəti təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 1066,80 manat pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materialları ilə Təqsirləndirilən şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətindən oğurladığı malların qiyməti 762 manat məbləğində olmasına dair məhkəməyə sübutlar təqdim olunsa da qalan ziyanın məbləği barəsində sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya 762 manat məbləğində maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinə dəymiş maddi ziyan 762 manat məbləğində pul təşkil etdiyindən mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 762 manat məbləğində pul tutulub mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinə verilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, mülki iddiaya aid hissədə isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qabda 16 litrlik boya, 01 ədəd havalandırma sisteminin mühərriki, 02 ədəd asma tavan işıqları, 01 ədəd 14 kiloqramlıq izolyasiya məhlulu və suyu, 300 metr uzunluqda 4-lük elektrik naqili, altı top elektik naqili, 22 ədəd elektrik açar dəsti, bir ədəd “TŞK” markalı perefarator, bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, 2 ədəd böyük drel, bir ədəd kiçik drel, bir ədəd ütü, 450 metr uzunluğunda elektrik naqilləri, 12 top elektik naqili, elektrik açar dəsti, bir ədəd perefarator, iki ədəd kiçik laqonda, iki ədəd ütü, iki ədəd böyük drel, 2 top 6 mm-lik elektrik naqilləri, 5 ədəd 4 mm-lik elektrik naqilləri, bir top televizor kabeli, 16 ədəd «SMES» elektrik avtomatı, bir top 2,5 mm-lik elektrik naqili, 3 top 1,5 mm-lik elektrik naqili, bir ədəd elektrik şiti, 120 metr məsafədə TPP 100x2 kabeli və 2 ədəd P 100x2 mufta ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 762 manat məbləğində pul alınaraq, mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X5 Cəmiyyətinə verilsin. Mülki iddia qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qabda 16 litrlik boya, 01 ədəd havalandırma sisteminin mühərriki, 02 ədəd asma tavan işıqları, 01 ədəd 14 kiloqramlıq izolyasiya məhlulu və suyu, 300 metr uzunluqda 4-lük elektrik naqili, altı top elektik naqili, 22 ədəd elektrik açar dəsti, bir ədəd “TŞK” markalı perefarator, bir ədəd böyük laqonda, bir ədəd kiçik laqonda, 2 ədəd böyük drel, bir ədəd kiçik drel, bir ədəd ütü, 450 metr uzunluğunda elektrik naqilləri, 12 top elektik naqili, elektrik açar dəsti, bir ədəd perefarator, iki ədəd kiçik laqonda, iki ədəd ütü, iki ədəd böyük drel, 2 top 6 mm-lik elektrik naqilləri, 5 ədəd 4 mm-lik elektrik naqilləri, bir top televizor kabeli, 16 ədəd «SMES» elektrik avtomatı, bir top 2,5 mm-lik elektrik naqili, 3 top 1,5 mm-lik elektrik naqili, bir ədəd elektrik şiti, 120 metr məsafədə TPP 100x2 kabeli və 2 ədəd P 100x2 mufta ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, mülki iddiaya aid hissədə isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar