Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-55/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi Noruz oğlunun iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Kuropatkin kəndində yerləşən fərdi evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və onun ailəsinin Türkiyə Respublikasının Antalya şəhərinə 5 nəfər böyük və 2 nəfər uşaqla birlikdə istirahətə getməsi üçün orada yerləşən “X10” hotelini bron edəcəyini vəd verib inandıraraq ilkin olaraq 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında, «Qurd qapısı» dairəsinin yaxınlığında yerləşən "xxxx" şirkətinin ofisində Zərərçəkmiş şəxs1 həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2.500 ABŞ dolları pulu və 03 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında yerləşən “Qurd qapısı» dairəsinin yaxınlığında olan "xxxx" şirkətinin ofisində Zərərçəkmiş şəxs1 həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 6290 (altı min iki yüz doxsan) manat təşkil edən 3700 (üç min yeddi yüz) ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vədinə əməl etməyərək sonuncuya ümumilikdə xeyli miqdar təşkil edən 10540 (on min beş yüz qırx) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 26 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində 08 gecə 09 gün müddətinə olmaqla, Türkiyə Respublikasının Antalya şəhərinə dörd nəfərlik səyahət paketi təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 20 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «İstanbul» restoranının qarşısında Zərərçəkmiş şəxs2 1700 (bir min yeddi yüz) manat və həmin tarixdə saat 20 radələrində 2450 (iki min dörd yüz əlli) manat nağd pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 4150 (dörd min yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə bilet satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs3 09 sentyabr 2021-ci il tarixdə saat Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında, «Qurd qapısı» dairəsinin yaxınlığında yerləşən "xxxx" şirkətinin ofisində 2750 (iki min yeddi yüz əlli) manat, adına olan "xxxx" ASC-yə məxsus **********524120 nömrəli “MasterCard” ödəniş kartına 14 sentyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evində "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs3 2900 (iki min doqquz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 05 gecə 06 gün müddətinə X2 Dubay şəhərinə 2 nəfərlik səyahət paketi olmaqla istirahətə getməsi üçün orada yerləşən “X7” hotelini bron edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və adına olan "xxxx" ASC-yə məxsus **********524120 nömrəli “MasterCard” ödəniş kartına 04 sentyabr 2021-ci il tarixdə saat 14:46-da ünvan 4 ünvanında yerləşən “Bizim Market”də olan “eManat” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 1000 (bir min) manat, 11 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, “Kristal ünvan 5 ünvanında yerləşən evində “BirBank” mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə saat 14:47-də 250 (iki yüz əlli) manat və 14:48-də isə 150 (bir yüz əlli) manat və 05 oktyabr 2021-ci il tarixdə saat 15:40-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksin həyətindəki “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 1258 (bir min iki yüz əlli səkkiz) manat olmaqla ümumilikdə 2658 (iki min altı yüz əlli səkkiz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyərək, aviabilet üçün ödəniş etsə də həmin “X7” hotelinin ödənişi etməyib zərərçəkmiş Gülnür Əhmədə 1647 (bir min altı yüz qırx yeddi) manat 92 (doxsan iki) qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, tur şirkəti işlədir. Belə ki, onun işi müxtəlif xarici ölkələrə ucuz səfərlər taparaq üzərlərinə müəyyən qazanc qoyub satmaqla qazanc əldə etməkdir. O, təxminən 2017-ci ilə kimi “Happy Travel” adı ilə fəaliyyət göstərmişdir. Lakin 2017-ci ildən həmin şirkəti satdığından özünə yeni “Optimal Travel” adlı tur şirkəti açmış və bu günə kimi fəaliyyət göstərmişdir. O, özünə qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmiş və bununla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2021-ci ilin iyul ayının axırlarında “İnstagram” sosial şəbəkəsi vasitəsilə işlətdiyi "xxxx" MMC-yə müraciət etmişdor. O, həmin MMC-nin rəhbəri olaraq 6200 dollar qiymətində 5 nəfər böyük və 2 nəfər uşaq daxil olmaqla Türkiyənin Antalya şəhərində yerləşən “X10” hotelində qalmaq və gediş-gəliş bileti daxil 12 günlük səyahət tur paketini Valehə təklif etmişdir. Valeh də həmin turu onsuzda seçdiyini deyib onun təklifi ilə razılaşmışdır. Həmin vaxtın məzənnəsinə uyğun olaraq Zərərçəkmiş şəxs1 ona 10540 Azərbaycan manatı pul ödəməli imiş. 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 Badamdar şosesi 1 ünvanında yerləşən “Qurd qapısı”dairəsi adlanan yerin yaxınlığında olan "xxxx" şirkətinin ofisində 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 qalan 6290 manat pulu 03 avqust 2021-ci il tarixdə saat 14 radələrində yenə də işlədiyi ofisdə ona vermiş və beləcə ona 10540 manat ödəmiş olmuşdur. Həmin tur biletləri 20 avqust 2021-ci il tarixə alınmalı olsa da, o, Zərərçəkmiş şəxs1 səfəri gecikdirməsindən istifadə edib həmin vaxt anası ağır xəstə olduğuna görə Valehdən aldığı pulları anasının müalicəsinə xərcləmişdir. Bu səbəbdən o, Valehdən aldığı pulları sonuncuya qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Alanya şəhərində istirahət etmək üçün "xxxx" MMC-yə müraciət etmişdir. O da həmin MMC-nin rəhbəri olaraq, Rəhmana 8 gecə 9 gün istirahət paketini təklif etmiş və tur paketin qiymətinin 4200 manat olmasını bildirdikdə Rəhman onunla razılaşmışdır. O da həmin məbləğdən Rəhmana 50 manat güzəştə getmiş və həmin pulu Rəhmandan 2 dəfəyə almışdır. 1-ci dəfə təxminən 2021-ci ilin avqust ayının 19-da Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən İstanbul kafesinin qarşısında 1700 manat məbləğində, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Rəhmanla əlaqə saxlamış və sonuncu onun "xxxx" hesabına 2450 manat məbləğində vəsaiti köçürmüşdür. O isə həmin pulu aldıqdan sonra Rəhmana biletləri verməli imiş. Lakin, anası ağır xəstə olduğuna görə o, Rəhmandan aldığı pulları anasının müalicəsinə xərcləmişdir. Bu səbəbdən o, Rəhmana verdiyi vədi əməl edə bilməmiş və Rəhmandan aldığı pulları sonuncuya qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 2021-ci ilin oktyabr ayı ərəfələrində “İnstagram” sosial şəbəkəsi vasitəsilə işlətdiyi "xxxx" MMC-yə müraciət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 ona Dubay və İstanbul şəhərlərinə tur paket axtardığını bildirmişdir. O da Gülnura Türkiyə Respublikasının İstanbul şəhərinə 6 gün 7 gecə olmaqla 1 kiçik 2 böyük şəxs üçün hotel və gediş-gəliş təyyarə biletləri daxil 1921 manatlıq tur paketi təklif etmişdir. Həmçinin Gülnurun istəyinə uyğun BƏƏ-nin Dubay şəhərinə 5 gecə 6 gün olmaqla 2 böyük şəxs üçün hotel və gediş-gəliş təyyarə biletləri daxil 2800 manatlıq tur paketdə təklif etmişdir. Lakin Gülnur ona İstanbul səfəri üçün tələb olunan 1921 manat pulunu tam ödəyəcəyini, Dubay şəhərinə olan səfər üçün tələb olunan 2800 manat pulun yarısını ödəyəcəyini bildirmişdir. Bundan sonra 03 sentyabr 2021-ci il tarixdə saat 17:09-da Zərərçəkmiş şəxs4 ona məxsus 5404-0852-3852-4120 nömrəli bank kartına 1921 manat pul göndərmiş və İstanbul səfəri üçün olan tur paketin pulunu ödəmiş olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə saat 14:46-da Zərərçəkmiş şəxs4 Dubaya olan tur paketi üçün yenə də ona məxsus 5404-0852-3852-4120 nömrəli bank kartıma 1000 manat, 11 sentyabr 2021-ci il tarixdə saat 14:47-də 250 manat, saat 14:48-də isə 150 manat olmaqla ümumilikdə 400 manat pul göndərmişdir. Beləcə Zərərçəkmiş şəxs4 ona Dubay səfəri tur bileti üçün tələb olunan 2800 manat pulun 1400 manatını ödəmiş olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə saat 15:40-da Zərərçəkmiş şəxs4 Dubay tur paketi üçün onun 5404-0852-3852-4120 nömrəli bank kartıma 1258 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs4 Dubay tur paketi üçün ümumilikdə ona 2658 manat pul ödəmiş olmuşdur. Yerdə qalan 142 manat pulu isə sığorta ilə bağlı işlərini Gülnur özü həll etdiyindən ödəniləcək ümumi məbləğdən çıxılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs4 üçün təyyarə biletlərini almış lakin hotelə ödənilməli olan 1647 manat pulu hotelə ödəməmişdir. Belə ki, həmin vaxt anası ağır xəstə olduğuna görə Zərərçəkmiş şəxs4 aldığı pulları anasının müalicəsinə xərcləmişdir. Bu səbəbdən o, 1674 manat pulu Gülnura qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 2021-ci ilin sentyabr ayı ərəfələrində “İnstagram” sosial şəbəkəsi vasitəsilə işlətdiyi "xxxx" MMC-yə müraciət etmişdir. O, həmin MMC-nin rəhbəri olaraq 02 nəfər böyük, 02 nəfər kiçik, gediş-gəliş bileti və bir həftəlik hotel pulu daxil ümumilikdə 2900 manat qiyməti olan Sankt-Peterburq tur paketini Ruslana təklif etmiş və Ruslan da onun bu təklifi ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 onun Yasamal rayonu, Qurd Qapısı dairəsi adlanan yerin yaxınlığında yerləşən ofisinə gələrək ona 2750 manat pul ödəmişdir. Danışığa əsasən Ruslan qalan 150 manatı pulu uçuş günü ödəyəcəkmiş. Lakin onun pula ehtiyacı olduğundan Ruslana qalan 150 manatı ödəməsini demiş və Ruslan da xx.xx.2021-ci il tarixdə onun bank hesabına 150 manat pul göndərmişdir. Bundan sonra o, həmin pulu aldıqdan sonra Ruslana biletlərdə problem olduğunu bildirərək biletləri verməmişdir. Həmin vaxt anası ağır xəstə olduğuna görə o, Ruslandan aldığı pulları anasının müalicəsinə xərcləmişdir. Bu səbəbdən o, Ruslana verdiyi vədə əməl edə bilməmiş və Ruslandan aldığı pulları sonuncuya qaytara bilməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının axırlarında o, ailəsilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə səyahət etməyi düşünmüşdür. Həmin vaxt o, “İnstagram”sosial şəbəkəsindəki tur şirkətlərinin paylaşımlarına baxan zaman "xxxx" deyə bir tur səhifəsinin paylaşımları qarşısına çıxmışdır. Həmin paylaşımlardakı turların qiyməti münasib olduğundan o, şirkətə müraciət etmişdir. Həmin vaxt özünü "xxxx"un direktoru Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona 5 nəfər böyük və 2 nəfər uşaq daxil olmaqla Türkiyənin Antalya şəhərində yerləşən “X10” hotelində qalmaq və gediş-gəliş bileti daxil 12 günlük səyahətin qiymətinin 6200 dollar olduğunu bildirmişdir. O həmin vaxtki məzənnəyə uyğun hesablayıb bunu AZN-ə çevirdikdə 6200 dolların 10540 manat etdiyini müəyyən etmişdir. O da Ülvi ilə razılaşmışdır. O, Ülviyə bildirmişdir ki, biletləri və hotelin bronunu 20 avqust 2021-ci il tarixə etsin. 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində o, Badamdar şosesi 1 ünvanında yerləşən “Qurd qapısı” dairəsi adlanan yerin yaxınlığında olan "xxxx" şirkətinin ofisində özünü "xxxx" şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşüb həmin vaxta olan məzənnəyə uyğun olaraq 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu vermişdir. Həmin vaxt onun yanında qardaşı Şahid2 da olmuşdur. Bundan bir müddət sonra, 03 avqust 2021-ci il tarixdə saat 14 radələrində, o, qalan 6290 manat pulu əvvəlki kimi Badamdar şösəsi 1 ünvanında yerləşən “Qurd qapısı dairəsi adlanan yerin yaxınlığında olan "xxxx" şirkətinin ofisində Təqsirləndirilən şəxs vermiş və ümumilikdə Ülviyə verəcəyi 10.540 manat pulu tamamlamışdır. Həmin vaxt da onun yanında qardaşı Şahid2 da olmuşdur. Bundan təxminən bir neçə gün sonra o və ailə üzvləri Covid-19 xəstəliyinə yoluxmuşdur. O bu barədə Ülviyə bildirdikdə Ülvi ona biletlərin uçuş tarixlərini ertələyərək sağaldıqdan sonra səyahət edə biləcəyini bildirmişdir. O düşünmüşdür ki, uçuşu ertələdiyi üçün Ülvi ondan yaranacaq cərimə pulun ödəməli olduğunu deyər. Lakin Ülvi bu barədə bir söz deməmişdir. O da Ülvinin təklifi ilə razılaşmışdır. O və ailə üzvləri sağaldıqdan sonra Ülviyə bu barədə bildirib yenidən ona hoteli bron etməyi və aviabilet sifariş verməyi bildirmişdir. Ülvi də onu aldadaraq sifariş edəcəyini söz vermişdir. Lakin yay fəsli qurtarana kimi Ülvi ona Antalyaya turu təşkil etməmişdir. Yay fəsli bitdiyi üçün o artıq başa düşmüşdür ki, Ülvi ona Antalyaya tur təşkil edən deyil. Ona görə də o, Ülvidən vermiş olduğu 10540 manat pulunu geri istəmişdir. Lakin bu günə kimi Ülvi müxtəlif bəhanələr gətirərək ondan aldığı 10540 manat pulu ona geri qaytarmamışdır. Bir sözlə Ülvi bu günə kimi ona nə Antalyaya getmək üçün tur təşkil etmiş, nə də onun vermiş olduğu 10540 manat pulu ona geri qaytarmışdır. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, işi ilə əlaqədar növbəti məzuniyyətinə xx.xx.2021-ci il tarixdən çıxmışdır. Məzuniyyətə çıxan müddətə qədər turlarla maraqlanmışdır. Məzuniyyətini Türkiyədə keçirmək üçün tur şirkətləri ilə maraqlanan zaman Optimal Tour adlı şirkətin instagram sosial şəbəkəsində olan səhifəsini görmüş və Türkiyə Antalya turu ilə maraqlanmış və 4200 manata 4 nəfər ailə üzvü ilə birlikdə xx.xx.2021-ci il tarixdən sentyabr ayının 4-dək, 8 gecə 9 gün olmaqla həmin şirkətin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə razılaşmışdır və Ülvi sənədləri ondan almış və xx.xx.2021-ci il tarixdə qeyd edilən səyahətlə bağlı rezervasiya elətdirdiyini bildirmişdir. Ülvi ondan pulu xx.xx.2021-ci il tarixdə çatdırmağını istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o, Ülviylə zəngləşib Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən İstanbul restoranının qarşısında görüşmüş və 1700 manat pulu tanışı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə saat sonra geriyə qalan 2500 manat pulu o, Ülviyə verməli imiş. Ülvi onunla danışan zaman 50 manat ona güzəşt etdiyini bildirmiş və o da 2450 manat pulu tanışı Şahid1 vermiş, Orxan da həmin pulu X5 adına olan Kapital Banka məxsus bank kart hesabına 2450 manat ödəmişdir. Ödəniş etdikdən sonra Ülvi ona biletləri xx.xx.2021-ci il tarixdə verməli imiş. Lakin biletləri verməmiş və onu yubatmağa başlamışdır. Artıq xx.xx.2021-ci il tarixdə o, məzuniyyətə çıxsa da, Ülvi ilə əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış və o artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 4150 manat maddi ziyan dəymişdir. X8 ümumilikdə 4150 manat pul verilmiş, 1700 manat pulu Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən İstanbul kafesinin yanında, 2450 manat isə ünvan 8 ünvanında yerləşən Bazar Store adlı marketin qarşısında olan “MilliÖn” ödəniş terminalı vasitəsilə onlayn olaraq ödənmişdir. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayı ərəfələrində o, ailəsi ilə birlikdə Rusiyanın Sank-Peterburq şəhərinə istirahət etmək üçün getmək istəmiş. O, tur paketi almaq üçün “İnstagram” sosial şəbəkəsindəki bilet satan səhifələrin elanlarına baxırmış. Həmin vaxt “İnstagram”da olan "xxxx" səhifəsi onun diqqətini çəkmişdir. Belə ki, həmin səhifədə satılan tur paketlər digər səhifələrdə olanlardan daha ucuz olmuşdur. O həmin səhifədə olan 02 nəfər böyük, 02 nəfər kiçik, gediş-gəliş bileti və bir həftəlik hotel pulu daxil ümumilikdə 2900 manat qiyməti olan Sank-Peterburq tur paketini görmüş və ona uyğun olduğundan səhifədə yerləşdirilən nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt ona özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs cavab verərək "xxxx" MMC-nin rəhbəri olduğunu bildirmişdir. Bundan sonra o Ülvi ilə danışmış və o, 2900 manata həmin tur bileti alacağını demişdir. Həmin günün sabahı, yəni xx.xx.2021ci il tarixdə o, Ülvinin Yasamal rayonu, Qurd Qapısı dairəsi adlanan yerin yaxınlığında yerləşən ofisinə gedərək orada Ülviyə 2750 manat pul ödəmişdir. Danışığa əsasən o, qalan 150 manatı uçuş günü ödəyəcəkmiş. Bundan təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək bilet almaq üçün pul lazım olduğunu bu səbəbdən qalan 150 manatıda ödəməyini demişdir. O da məcbur olub xx.xx.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsi bina 15 mənzil 9-dan “AzərTürk” banka aid tədbiq vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına 150 manat pul göndərmişdir. Bundan sonra Ülvi ona göndərdiyi 150 manatın çatdığını demişdir. Təxminən uçuşa bir neçə gün qalmış o, Ülvi ilə əlaqə saxladıqda Ülvi problemin olmadığını və uçuş həyata keçəcəyini bildirmişdir. Uçuşun olduğu gün, yəni xx.xx.2021-ci il tarixdə o, biletləri əldə etmək üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman sonuncu ona uçuş üçün yerlərin hamısının dolmadığını, bu səbəbdən uçuş ləğv edildiyini bildirmişdir. Ülvi ona ayın 30-u üçün yeni bilet təklif etsə də, o artıq həvəsdən düşdüyündən Ülvidən biletini geri tələb etmişdir. Bundan sonra o, Ülvinin ofisinə getdikdə ofisin kilidli olduğunu görüb Ülviyə zəng etmişdir. Ülvi də hər dəfə müxtəlif bəhanələr gətirərərək guya pulun qaytarılmadığını bildirib ondan vaxt istəmişdir. 05 ay, Ülvi onu yubadaraq pulunu qaytarmamışdır. Şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayı ərəfələrində Türkiyə Respublikasının İstanbul şəhəri və X2 Dubay şəhərinə getmək üçün tur paketləri axtarırmış. Həmin ərəfələrdə o, “İnstagram” sosial şəbəkəsində dolaşan zaman "xxxx" adlı tur şirkətinə rast gəlmişdir. Həmin vaxt o, şirkətin paylaşımlarına baxdıqda satılan tur paketlərin digər şirkətlərdən daha sərfəli yəni ki, ucuz olduğunu görmüşdür. Bundan sonra o, orada qeyd olunmuş nömrə ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayan zaman özünü "xxxx" şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ona biletlərlə bağlı daha ətraflı məlumat vermişdir. Həmin vaxt ona iki ölkəyə tur paket alacağı təqdirdə tur paketləri daha ucuz qiymətə verəcəyini bildirmişlər. O da Ülvininn təklifinin uyğun olduğunu görüb razılaşmışdır. Belə ki, razılığa əsasən o, Ülviyə Türkiyə Respublikasının İstanbul şəhərinə 6 gün 7 gecə olmaqla 1 kiçik 2 böyük şəxs üçün hotel və gediş-gəliş təyyarə biletləri daxil 1921 manat ödəməli imiş. Həmçinin BƏƏ-nin Dubay şəhərinə 5 gecə 6 gün olmaqla 2 böyük şəxs üçün hotel və gediş-gəliş təyyarə biletləri daxil 2800 manat pul ödəmişdir. Bundan sora Təqsirləndirilən şəxs ona hər iki tur paketin ödənişi tam ödəməli olduğunu bildirmişdir. Lakin o, Ülviyə ilk növbədə səfər edəcəyi İstanbul tur paketinin pulunu tam ödəyəcəyini, Dubaya ola tur paketin ödənişinin isə yarısını ödəyəcəyini bildirmiş və Ülvi də razılaşmışdır. Bundan sonra o, 03 sentyabr 2021-ci il tarixdə saat 17:09-da Xırdalan şəhəri, H. Əliyev prospekti 11-də yerləşən Ruzi marketdəki “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus 5404-0852-3852-4120 nömrəli bank kartına 1921 manat göndərmişdir. Həmin günün sabahı, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14:46-da Dubaya olan tur paketi üçün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market”dən “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus 5404-0852- 3852-4120 nömrəli bank kartına 1000 manat pul göndərmişdir. 11 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 9 ünvanında yerləşən evdə olan zaman telefonundakı BirBank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus 5404-0852-3852-4120 nömrəli bank kartına saat 14:47-də 250 manat, saat 14:48-də isə 150 manat olmaqla ümumilikdə 400 manat pul göndərmişdir. Bundan sonra 21 sentyabr 2021-ci il tarixdə o, İstanbula getmişdir. Təqsirləndirilən şəxs İstanbulda öz dələduz əməlindən əl çəkməyərək onların bir neçə gün hotelin resepşınında qalmağına, hotelə buraxılmamağına səbəb olmuşdur. Lakin bir müddət təkid etdikdən sonra Təqsirləndirilən şəxs hotelin ödənişini etmiş və onu hotelə buraxmışlar. 26 sentyabr 2021-ci il tarixdə isə o artıq Azərbaycana qayıtmışdır. Bundan sonra o, Dubay tur paketi üçün ödəmiş olduğu pulu geri almaq istəsə də, artıq pulun yarısını ödədiyində bileti qaytarmaq fikrindən daşınmışdır. 05 oktyabr 2021-ci il tarixdə saat 15:40-da o, Dubay tur paketi üçün qalan ödənişini etmək məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin həyətində yerləşən “MilliÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus 5404-0852-3852-4120 nömrəli bank kartına 1258 manat pul ödəmişdir. Bununla da o, Təqsirləndirilən şəxs məxsus 5404-0852-3852-4120 nömrəli bank kartına Dubay tur paketi üçün ümumilikdə 2658 manat pul ödəmişdir. Yerdə qalan 142 manat pulu isə sığorta ilə bağlı işləri özü həll etdiyindən ödəniləcək xərc ümumi məbləğdən çıxılmışdır. Bundan sonra 06 oktyabr 2021-ci il tarixdə o, Dubaya yola düşmüşdür. O, Dubayda yerləşən rezerv etdirdiyi “X9” hotelinə çatdıqda orada resepşında oturan şəxs ona ödənişi etməməyi səbəbindən hotelə buraxılmayacağını bildirmişdir. O, Ülviyə zəng vurub baş vermiş problem barədə bildirdikdə Təqsirləndirilən şəxs ödənişdə guya problem çıxdığını bildirib ödənişi sabah edəcəyini demişdir. Bundan sonrakı günlərdə Təqsirləndirilən şəxs hər gün onu aldadaraq ödənişi edəcəyini desə də, heç bir ödəniş etməmişdir. O da məcbur olub xərclik üçün özü ilə götürdüyü puldan Təqsirləndirilən şəxs ilə əvvəl razılaşdığı 6 gün 7 gecəlik qalmaq üçün 3506 BƏƏ Dirhəmi pulu hotelə ödəniş etmişdir. Həmin ödənişi 09 oktyabr 2021-ci il tarixdə saat 22:07-də BirBank mobil tətbiqi vasitəsi ilə etmişdir. BirBank mobil tətbiqi vasitəsi ilə ödəniş edən zaman Azərbaycan manatı ilə onun hesabından 1647 manat 94 qəpik pul çıxılmışdır. Bundan sonrakı günlərdə Ülvi ödənişi etmədiyindən o, məcbur qalıb anasındandan pul göndərməsini istəmişdir. Ülvi bu günə kimi ona pulunu qaytaracağını bildirsə də, hələdə pulunu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Belə ki, Ülvi onun etibarından sui istifadə edərək onu inandırmaq üçün təyyarə biletlərini alsa da, daha sonra hotel üçün ödəməli olduğu 1647 manat 94 qəpik pulunu dələduzluq yolu ilə ələ keçirərək ona maddi ziyan vurmuşdur. Şikayətçidir, dəymiş ziyan ödəniməmişdir Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 o, bir neçə ildir ki tanıyır, sonuncu ilə normal münasibəti vardır. Zərərçəkmiş şəxs2 işi ilə əlaqədar növbəti məzuniyyətinə xx.xx.2021-ci il tarixdə çıxmışdır. Məzuniyyətini Türkiyə Respublikasında keçirmək üçün turizm şirkətləri ilə maraqlanan zaman, "xxxx" adlanan şirkətin «İnstagram» sosial şəbəkəsində olan səhifəsini görmüş, «Türkiyə Antalya» turu ilə maraqlanmış və 4200 manata 4 nəfər ailə üzvləri ilə birlikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 8 gecə 9 gün olmaqla, həmin şirkətin sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə razılaşmış və sonuncu sənədləri alaraq, xx.xx.2021-ci il tarixdə qeyd edilən səyahətlə bağlı rezervasiya elətdirdiyini bildirmişdir. Qalan pulu isə Ülvi Rəhmana xx.xx.2021-ci il tarixdə çatdırmaq lazım olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Rəhman Ülvi ilə zəngləşib Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «İstanbul» restoranının qarşısında onun yanında Ülvi ilə görüşüb 1700 manat pulu sonuncuya vermişdir. Yerdə qalan 2500 manat pulu isə Rəhman Ülviyə bir neçə saatdan sonra verməli olmuşdur. Daha sonra Rəhman Ülvi ilə danışan zaman sonuncu Rəhmana 50 manat güzəşt etdiyini bildirmiş və Rəhman 2450 manat pulu ona vermişdir ki, o həmin pulu X5 adına olan «Kapital Banka» məxsus bank kart hesabına köçürsün. O da həmin 2450 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə saat 20 radələrində ünvan 11 ünvanında yerləşən «Bazar Store» adlı marketin qarşısında olan «Milliön» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan «Kapital Banka» məxsus bank kart hesabına köçürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasına getməsi üçün heç bir tur paketi düzəltməmiş və sonucudan aldığı 4150 manat pulunu da geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının axırlarında qardaşı Valeh ailəsi ilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə səyahət etməyi planlaşdırdığı üçün, “İnstagram” sosial şəbəkəsindəki tur şirkətlərinin paylaşımlarına baxan zaman "xxxx" deyə bir tur səhifəsinin paylaşımları qarşısına çıxmışdır. Həmin paylaşımlardakı turların qiyməti münasib olduğundan Valeh ora müraciət etmişdir. Həmin vaxt özünü "xxxx"un direktoru Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Valehə 5 nəfər böyük və 2 nəfər uşaq daxil olmaqla Türkiyənin Antalya şəhərində yerləşən “X10” hotelində qalmaq və gediş-gəliş bileti daxil 12 günlük səyahətin qiymətinin 6200 dollar olduğunu bildirmişdir. Həmin vaxtki məzənnəyə uyğun hesablayıb bunu AZN-ə çevirdikdə 6200 dolların 10540 manat etdiyini müəyyən etmişlər. Valeh də Ülvinin təklifi ilə razılaşmışdır. Valeh biletləri və hotelin bronunu 20 avqust 2021-ci il tarixə etməsini Ülvidən istəmişdir. 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində Valeh Badamdar şosesi 1 ünvanında yerləşən “Qurd qapısı” dairəsi adlanan yerin yaxınlığında olan "xxxx" şirkətinin ofisində özünü "xxxx" şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşüb həmin vaxta olan məzənnəyə uyğun olaraq 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu vermişdir. Həmin vaxt o da Valehin yanında olmuşdur. Bundan bir müddət sonra, 03 avqust 2021-ci il tarixdə saat 14 radələrində, yerdə qalan 6290 manat pulu əvvəlki kimi Badamdar şösəsi 1 ünvanında yerləşən “Qurd qapısı” dairəsi adlanan yerin yaxınlığında olan "xxxx" şirkətinin ofisində Təqsirləndirilən şəxs vermiş və ümumilikdə verəcəyi 10.540 manat pulu tamamlamışdır. Həmin vaxt da o, Valehin yanında olmuşdur. Bundan təxminən bir neçə gün sonra onun ailə üzvləri Covid-19 xəstəliyinə yoluxmuşdur. Valeh də bu barədə Ülviyə bildirdikdə Ülvi biletlərin uçuş tarixlərini ertələyərək sağaldıqdan sonra səyahət edə biləcəklərini bildirmişdir. Onun ailə üzvləri sağaldıqdan sonra Ülviyə bu barədə bildirib yenidən hoteli bron etməyi və aviabilet sifariş verməyi bildirmişlər. Ülvi də onu aldadaraq sifariş edəcəyini söz vermişdir. Lakin yay fəsli qurtarana kimi Ülvi onlara Antalyaya turu təşkil etməmişdir. Yay fəsli bitdiyi üçün o artıq başa düşmüşdür ki, Ülvi onlara Antalyaya tur təşkil edən deyil. Ona görə də qardaşı Valeh Ülvidən vermiş olduğu 10540 manat pulunu geri istəmişdir. Lakin bu günə kimi Ülvi müxtəlif bəhanələr gətirərək Valehdən aldığı 10540 manat pulu geri qaytarmamışdır. Bir sözlə Ülvi bu günə kimi onlara nə Antalyaya getmək üçün tur təşkil etmiş, nə də Valeh ona vermiş olduğu 10540 manat pulu ona geri qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olduğundan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 01 mart 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmadığından, 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 210040960 nömrəli cinayət işi üzrə 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs baş müstəntiq Elvar Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyinə görə, ona həmin maddədə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmadığından, həmin tarixdə barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır. Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir. 14 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək, həmin tarixdə Təqsirləndirilən şəxs baş müstəntiq Elvar Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmişdir. 05 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 02 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmiş və baş müstəntiq Elvar Quliyev tərəfindən həmin tarixdə qəbul edilmiş qərarla cinayət işi ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə göndərilmiş və 02 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilmişdir. 02 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 05 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. 29 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilir. 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 30 aprel 2022-ci il tarixli qərarla cinayət işi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 30 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ -nin xx.xx.2022-ci il tarixli 128-95807 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Abbaslı X6 Rayon Məhkəməsinin 19 fevral 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü Səid Abbaslı adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini, yəni zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi Noruz oğlunun göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına 150 manat məbləğdə pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron Rayon vəkil bürosunun vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi Noruz oğlunun göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına 150 manat məbləğdə pul köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-55/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-55/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver