Məhkəmə qərarları › İş №1(012)-550/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-550/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-550/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, işləmiyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 avqust 2023-cü il tarixdə saat 15 radələrində X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qonaq olarkən evdə heç kimin olmamasından istifadə edərək qonaq otağından 01 ədəd 500 manat dəyərində «Beko» markalı paltaryuyan maşını, 01 ədəd 400 manat dəyərindən «Beko» markalı soyuducunu, 01 ədəd 100 manat dəyərində elektrik sobanı və 01 ədəd 50 manat dəyərində ütünü gizli olaraq talayıb zərərçəkmiş şəxs Yaşar Abulova ümumilikdə 1050 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 danışmaq adı ilə «Samsung A 32» markalı mobil telefonu alıb sonuncuya məxsus «ABB» mobil tətbiqinə daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə 26 iyul 2023-cü il tarixdə saat 11:28-dən həmin gün saat 13:59-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 4000 manat pulu «M10» mobil tətbiqi vasitəsi ilə öz **********418762 №-li «Leo bank» kartına köçürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 4000 (dört min) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə taksi xidmətindən istifadə etdikdən sonra gediş haqqını ödəmək üçün Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli nömrəsini, istifadə müddətini və CVV nömrələrini əldə edib 26 avqust 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu Fatmai kəndindəki evində «Birbank» mobil tətbiqindən istifadə etməklə Zərərçəkmiş şəxs1 bank hesabında olan 1700 manat pulu özünə məxsus «Leobank» kartına köçürməklə gizli olaraq Zərərçəkmiş şəxs1 1700 manat ziyan vurmaqla oğurluq etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsili bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-722/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmü və həmin məhkəmənin hazırki iş üzrə 10 iyul 2024-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilməsi, hökmdən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs3 hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Abudov X4 rayon Polis İdarəsinin müstəntiqi Elçin Süleymanov tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınaraq dindirilsədə ona ibtidai istintaqın qurtarması barədə məlumat verilməmiş və cinayət işi materialları ilə tanış edilməmişdir. Belə ki, iş materiallarına bununla bağlı formal olaraq çağırış məktubu əlavə olunmuşdur. Qeyd olunan məktub 04 aprel 2024-cü il tarixində tərtib olunaraq, sonuncu xx.xx.2024-cü il tarixə dəvət olunmuşdur. Həmin məktubun zərərçəkmiş şəxs tərəfindən həqiqətən alınıb-alınmaması ilə bağlı sübut mövcud deyil və Zərərçəkmiş şəxs3 yaşadığı ünvan ünvan 3əməyə çağırılacaq şəxslərin siyahısında da belədir) formal olaraq iş materiallarına əlavə olunmuş məktubda Abşeron rayonu, Xırdalan şəhəri Şəhid Zimistan küçəsi ev 10 göstərilmişdir. Buna görə də o cinayət işinin materialları ilə tanış ola bilməmiş, həmçinin zərərçəkmiş şəxs iş üzrə tərtib edilmiş ittiham aktını almamış, qeyd olunan cinayət işinin istintaqı zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyindən, cinayət işinin materiallarının baxılmasına xitam verilməli, o ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi ilə qoşulan Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəməyə dəvət edilərək dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 izahatında bildirdi ki, iş üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaqın yekunlaşmasına dair yaşadığı ünvana bildiriş göndərilmişdir. Məktuba cavab gəlmədiyi üçün araşdırma aparmış və zərərçəkmiş şəxsin həbsdə olduğu müəyyən edilmişdir. Daha sonra saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına getmiş və sonuncudan ərizə almışdır. Göstərilənlərə əsasən qanun pozuntusuna yol vermədiyini bildirərək məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə dövlət ittihamçısının, digər proses iştirakçılarının rəylərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatətdə göstərilən xüsusatlar əsaslıdır və hazırki cinayət işinin materiallarına baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işində olan məktub 04 aprel 2024-cü il tarixində tərtib olunaraq, sonuncu xx.xx.2024-cü il tarixə dəvət olunmuşdur. Həmin məktubun zərərçəkmiş şəxs tərəfindən həqiqətən alınıb-alınmaması ilə bağlı sübut mövcud deyil və Zərərçəkmiş şəxs3 yaşadığı ünvan ünvan 4kəməyə çağırılacaq şəxslərin siyahısında da belədir) formal olaraq iş materiallarına əlavə olunmuş məktubda Abşeron rayonu, Xırdalan şəhəri Şəhid Zimistan küçəsi ev 10 göstərilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 cinayət işi materialları ilə tanış etmə haqqında protokola rast gəlinmir. Məhkəmə zamanı müəyyən edildi ki, müstəntiq Elçin Süleymanov tərəfindən iş materiallarına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 1, mənzil 39 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 cinayət işi üzrə istintaq materialları ilə 06 aprel 2024-cü il tarixdə tanış ola bilməsinə dair 04 aprel 2024-cü il tarixli məktub əlavə edilmiş (məktub ünvan 5 ünvanına göndərilmişdir.), lakin həmin məktubların Zərərçəkmiş şəxs3 tərəfindən alınmasını və ya həmin məktubların geri qaytarilmasını təsdiq edən hər hansı bir sənəd cinayət işinə tikilməmişdir. Beləliklə, məhkəmə müstəntiq Elçin Süleymanov tərəfindən prosessual pozuntuya yol verilməsi, zərərçəkmiş şəxsin hüquqlarının pozulması, ona ibtidai istintaqın qurtarması barədə məlumat verilməməsi, cinayət işinin materialları ilə tanış olma yeri və vaxtı müəyyən edilməməsi, bu səbəbdən zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış ola bilməməsi, həmçinin iş üzrə tərtib edilmiş ittiham aktının almaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. CPM-in: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10cu maddəsinə əsasən Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-in 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, xx.xx.2025-ci il tarixədək uzadılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri müddəti 1 ay olmaqla, 06 aprel 2025-ci il tarixədək uzadılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar