Məhkəmə qərarları › İş №1(012)-551/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-551/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-551/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Xırdalan şəhər vəkil Bürosunun vəkili X4 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işsiz, Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi dalan 3 ev 2-də qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2021-ci ildə saat 01:30-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində «X16» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində yolun sol zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X16» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarəetməni itirərək, avtomobil Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yolayrıcı beton piltəyə çırpılmış, beton piltədən qopan parça Quba rayonu istiqamətində yolun 3-cü zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olan X7 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsini dəlib keçərək avtomobilin salonunda olan sərnişin X9 dəyərək ehtiyyatsızlıqdan ona həyat üçün təhlükəli olan açıq kəllə-beyin travması, kəllə tağı və əsasının açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyələrini əhatə edən əzilmiş-cırılmış yarası, baş-beyin toxumasının əzilməsi və üz nahiyəsinin sol yarısının hematoması xəsarətlərini yetirməklə ölümünə, RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs 2640 manat zərər, 1 ədəd beton bordür yararsız hala düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 240 manat zərər və HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 3960 manat zərər vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona 27.06.2012-ci ildə 27.06.2022-ci ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 26 iyun 2021-ci ildə saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində, küçə işıqları ilə işıqlandırılmış 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə idarə etdiyi RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobillə faraların yaxın işığında Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən qəflətən və heç bir səbəb olmadan sükan əlindən çıxaraq avtomobil sola istiqamətlənib beton piltələrdən ibarət yolayrıcı səddə çırpılmış və avtomobil fırlanaraq bir qədər öndə yolun sağdan sola doğru 2-ci zolağında ön hissəsi yolayrıcı beton səddə doğru olmaqla təkərləri üzərində dayanmışdır. Avtomobildən düşüb görmüşdür ki, avtomobildən tüstü çıxır. Tanımadığı bir nəfər cavan oğlan kənardan yaxınlaşaraq avtomobilin mühərrikxanasına su töküb söndürmüş və akkumlyatoru sistemdən ayırmışdır. Təxminən 20 dəqiqədən sonra avtomobilin yanında olarkən bir nəfər tanımadığı oğlan yaxınlaşıb demişdir ki, yolun əks hərəkət hissəsində, yəni Quba rayonu istiqamətində bir nəfər adam ölüb. Yolda avtomobillə heç kimi vurmadığını və avtomobilin idarəetmədən çıxarkən heç kimə dəymədən beton səddə çırpıldığını bildiyi üçün ölən şəxsin hansı səbəbdən öldüyünü bilməmişdir. Şəxsin nədən öldüyünü öyrənmək məqsədi ilə oğlanın dediyi istiqamətə gedib görmüşdür ki, yolun Quba istiqamətinə olan hissəsində camaat toplaşıb, amma qorxub həmin yerə getməmiş, telefonla anasına zəng edib camaatın toplaşdığı yerlə üzbəüz yolun Bakı şəhəri istiqamətinə olan hissəsində yolun sağ kənarında olan ağacın altında oturub anasını gözləmişdir. Anası gəldikdən sonra həmin şəxsin nə üçün ölməsi ilə maraqlanıb hadisə yerinə toplaşan şəxslərdən öyrənmişdir ki, idarə etdiyi avtomobil beton piltələrdən ibarət səddə çırpıldıqda betondan qopmuş parça Quba rayonu istiqamətində hərəkətdə olan HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsini dəlib keçərək avtomobilin salonunda olan sərnişin oğlana dəyərək onu öldürmüşdür. Daha sonra məlum olmuşdur ki, ölən oğlan Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan 2004-cü il təvəllüdlü X10r. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmişdir. Sonra müstəntiq hadisə yerini müayinə edərək ona Ekologiya postuna getməyi tapşırmışdır. Bundan sonra sərxoşluqla əlaqədar tibbi müayinədən keçirilmişdir. Hadisə zamanı avtomobildə yük və sərnişin olmamışdır. Hadisə zamanı sərxoş olmamışdır. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, qohumu X3 mülkiyyətində olan RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili Şahid2 22.03.2021-ci ildə icarəyə götürərək avtomobili idarə etmək üçün həmin tarixdən 9 ay müddətinə ona etibarnamə verilmişdir. 26 iyun 2021-ci ildə saat 01:30-da Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində Şahid2 qardaşı Təqsirləndirilən şəxs RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobili idarə etərkən törətdiyi yol nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində ona 2640 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsindən görünür ki, X12 onun oğludur. Oğlu Tofiq 10 aprel 2004-cü ildə Bakı şəhərində doğulmuşdur. Tofiq onunla eyni ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Tofiq 2021-ci ildə orta məktəbi bitirərək Hərbi Ali məktəbə daxil olmuşdur. 25 iyun 2021-ci ildə axşam saat 22 radələrində Lerik şəhərində Tofiq onun bacısı oğlu X7 idarə etdiyi HYUNDAİ SONATA minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Onlar yola düşdükdən sonra tez-tez zəng edib yolun hansı ərazidən keçən hissəsində olduğunu soruşmuş və 26 iyun 2021-ci ildə saat 01 radələrində zəng etdikdə evə çatmalarına az qaldığını demişdir. Sonuncu dəfə zəng etdikdə Nicat Tofiqin telefonu ilə ona cavab verib bildirmişdir ki, yolda yol nəqliyyat hadisəsi baş verib, Tofiq yaralanmışdır. Bu xəbəri eşidib Lerik şəhərindən Bakı şəhərinə yola düşmüş, Bakı şəhərinə gəldikdən sonra məlum olmuşdur ki, Bakı şəhəri istiqamətinə hərəkət edən avtomobil qəzaya düşüb və bu zaman yolayrıcı beton piltədən qopmuş parça Nicatın idarə etdiyi avtomobilin alın şüşəsini dəlib içəri keçərək Tofiqə dəyib və Tofiq ölmüşdür. Tofiqin meyiti morqda müayinə olduqdan sonra meyiti aparıb Qaradağ rayonu ərazisindəki qəbiristanlığında dəfn etmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə1 ifadəsindən görünür ki, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobili Cəmiyyətdə sürücü işləyən X13 yol vərəqəsi əsasında idarə edir. 26 iyun 2021-ci ildə saat 01:30-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi RENAULT TONDAR 90 minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolayrıcı beton səddə çırpılması, betondan qopan parça Quba rayonu istiqamətində hərəkətdə olan X7 idarə etdiyi HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsinə dəyməsi nəticəsində avtomobil əzilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 3960 manat zərər dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 elan olunmuş ifadəsindən görünür ki, 26 iyun 2021-ci ildə saat 01:30-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yolayrıcı beton səddə çırpılması nəticəsində 1 ədəd beton bardür yararsız hala düşərək həmin agentliyə 240 manat zərər dəymişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən gələcəkdə dəymiş maddi ziyanın ödənlməsini tələb edəcəklər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona 01.03.2017-ci ildə 01.03.2027-ci ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 26 iyun 2021-ci ildə saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində, küçə işıqları ilə işıqlandırılmış 4 zolaqlı yolun soldan sağa doğru 3-cü zolağı ilə etibarnamə ilə idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən yolun Bakı şəhəri istiqamətinə olan hərəkət hissəsi tərəfdən qəflətən təxminən mişar daşı həcmində bir beton parçası idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin üst hissəsinə dəyərək şüşəşini dəlib keçərək avtomobilin qabaq sağ oturacağında oturmuş xalası oğlu X8 başına dəyərək Tofiq ölmüşdür. Avtomobili hadisə yerində dayandırmış, hadisənin təsirindən bundan sonra nə baş verdiyini bilməmişdir. Tofiqin meyiti morqda ekspert tərəfindən müayinə olunduqdan sonra aparıb meyiti Bakı şəhəri Yasamal rayonundakı qəbiristanlıqda dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, həmin anda Bakı şəhəri istiqamətində hərəkətdə olan RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcı səddə çırpılaraq beton piltədən qopmuş parça gəlib Tofiqin başına dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, X5 məxsus RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 22.03.2021-ci ildə icarəyə götürərək həmin tarixdən 9 ay müddətinə ona etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs onun ögey qardaşıdır və bir təsərrüfatda yaşayırlar. 25 iyun 2021-ci ildə saat 18 radələrində dostunun idarə etdiyi yük avtomobili ilə Gəncə şəhərinə yola düşmüşdür. RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətində saxlamış, açarları isə evdə şkafın içində olmuşdur. 26 iyun 2021-ci ildə saat 02 radələrində yolda olarkən anası zəng edib İmamqulunun Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində idarə etdiyi RENAULT TONDAR 90 minik markalı 99VT256 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat qəzası törətdiyini bildirmişdir. Gəncədən qayıtdıqdan sonra məlum olmuşdur ki, İmamqulu evdən avtomobilin açarını götürüb avtomobili idarə edərək siqaret və su almaq üçün gedərkən yolda idarəetməni itirib avtomobil yolayrıcı beton piltəyə çırpılıb və beton piltədən qopmuş parça Quba rayonu istiqamətində hərəkətdə olan HYUNDAİ SONATA minik markalı 90PH346 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsini dəlib keçərək avtomobilin salonunda olan sərnişin oğlana dəyib oğlanı öldürmüşdür. İmamqulu avtomobili idarə etmək üçün həyətdən apardıqda ona bu barədə deməmiş, lakin istədiyi vaxt İmamqulu da həmin avtomobili idarə etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 26.06.2021-ci il tarixli, 70 saylı rəyindən görünür ki, X8 meyitində açıq kəllə-beyin travması, kəllə tağı və əsasının açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyələrini əhatə edən əzilmiş-cırılmış yarası, baş-beyin toxumasının əzilməsi və üz nahiyəsinin sol yarısının hematoması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl, yəni 26.06.2021-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X8 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasının hissəvi xaricə tökülməsi və əzilməsi, kəllə tağı və əsası sümüklərinin mürəkkəb, qəlpəli sınıqları olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. X8 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 17.08.2021-ci il tarixli, 8/1808 saylı rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində RENAULT TONDAR 90 minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 26.06.2021-ci il tarixli, 2/17865 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-dən verilmiş 06.07.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 27.06.2012-ci ildə 27.06.2022-ci il tarixədək müddətə etibarlı olan AB 481939 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitəsini idarə etmək hüququ 19.09.2014cü ildə Yasamal rayon məhkəməsinin qərarı ilə 19.03.2015-ci il tarixədək məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 153-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayandığı üçün həmin sürücülük vəsiqəsi ondan alınanadək etibarlı hesab edilir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, 26 iyun 2021-ci il tarixdə M-1 Bakı-Quba –Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də, Renault-Tondar markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 1 ədəd beton bordür yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 240 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan ziyan barədə arayışa əsasən 1 ədəd beton bardürün əzilməsi nəticəsində dəymiş ziyan 240 manat müəyyən edilmişdir. İş materiallarında olan ziyan barədə arayışa əsasən RENAULT TONDAR 90 minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 2640 manat müəyyən edilmişdir. İş materiallarında olan ziyan barədə arayışa əsasən HYUNDAİ SONATA minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 3960 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi tərəfindən ünvanlanmış ərizədən görünür ki, 26 iyun 2021-ci il tarixdə M-1 Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də, Renault-Tondar markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 1 ədəd beton bordür yararsız hala salınmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 240 manat məbləğində ziyan dəymişdir. Həmin nəqliyyat vasitəsinin sığorta olduğunu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müraciət olunmuş və ödəmədən imtina edilməmişdir. Lakin müvafiq sənədlərin sığorta şirkətinə çatdırılması gecikdirildiyindən hal-hazıradək vurulmuş ziyan Agentliyin hesabına ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hazırda iddia və tələbləri yoxdur. Gələcəkdə sığorta şirkəti tərəfindən olunarsa, vurulmuş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan 03.07.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 16.09.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Renault Tondar 90 minik markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi Hyundai Sonata minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarında olan 64 saylı MKİS-nin nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 12.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Renault Tondar 90 minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi Hyundai Sonata minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Tofiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 12.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Renault Tondar 90 minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi Hyundai Sonata minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar