Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-551/2024 23.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 17 avqust 1984-cü ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Universal Education” şirkətinin rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli bir ədəd yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağı, təyinatı üzrə istifadə və atəş üçün yararlı vəziyyətdə olan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 09x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatı hesab edilən 04 ədəd patronu qanunsuz olaraq əldə edib gəzdirməklə əlində olan boz rəngli əl çantasının içərisində saxlayıb ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 13:50-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 15:41dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində tutduğu boz rəngli əl çantasının içərisindən bir ədəd yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq və 09x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatı hesab edilən 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə dini ekstemist materiallar, yəni dini ektremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar olduğunu bilə-bilə “X11 hocaefendi” yazılmış kserosurətlər (24 vərəq), “Kim terör örgütü?” yazılmış kserosurətlər (2 vərəq) “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?” yazılmış kserosurətlər (2 vərəq), “Cumhuriyet de tuzağa düştü” yazılmış kserosurətlər (2 vərəq) “Mülaane kime vurdu” yazılmış kserosurətlər (2 vərəq), “ASUS” markalı noutbukda olan “Fethullah Gülen” hocaefendinin hizmet anlayışı” slaydı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 33 ünvanında yerləşən iş otağında və yaşadığı ünvan 4 ünvanında saxlamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iştirakı ilə 22 iyul 2023-cü il tarixdə saat 20:26-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 33 ünvanında yerləşən iş otağına keçirilmiş axtarış istintaq hərəkəti zamanı iş masasının üzərindən içərisində dini ekstermist material hesab edilən, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran “Fethullah Gülen hocaefendinin hizmet anlayışı” slaydı olan “Asus” markalı noutbuk aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin davamı olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iştirakı ilə 22 iyul 2023-cü il tarixdə saat 22:20-dən etibarən onun yaşadığı ünvan 4 ünvanında yerləşən evə keçirilmiş axtarış istintaq hərəkəti zamanı evin uşaq otağında olan şkafın üzərindəki dini ekstremist materiallar hesab edilən, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran “X11 hocaefendi” yazılmış kserosurətlər (24 vərəq), “Kim terör örgütü?” yazılmış kserosurətlər (2 vərəq) “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?” yazılmış kserosurətlər (2 vərəq), “Cumhuriyet de tuzağa düştü” yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?” yazılmış kserosurətlər (4 vərəq), “Mülaane kime vurdu” yazılmış kserosurətlər (2 vərəq), aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 167-3.1 və 228.1-ci maddələri ilə ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində, tanımadığı bir qrup şəxs onu maşından zorla düşürərək, özlərini təqdim etmədən onu zorla başqa maşına əyləşdirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada ona məlumolmuşdur ki, onu gətirən şəxslər BMCMİ-nin əməkdaşlarıdır. İdarədə ona psixoloji təzyiq edərək çantasına qoyduqları silahın və bu gün də içində nə olduğunu bilmədəyi kserosurətlərin və sair sənədlərin ona məxsus olduğunu bildirməsini tələb etmişdirlər. Əgər qəbul etməsə 1500 Amerika dolları saxta pul, üzərindən və evindən narkotik vasitə aşkar edəcəkləri barədə ona bildirdikdə, o ailə üzvlərinə də problem yaradılacağından və qeyd edilənlərlə ittiham olunacağı halda onu daha ağır nəticələr gözlədiyini başa düşdüyü üçün onlarla razıaşmalı olmuşdur. Eyni zamanda onu da demişdirlər ki, “bizi başa düş indi belə lazımdır. Sən bu məsələni yerli və beynəlxalq mediyaya, Avropa insan haqqları məhkəməsinə çıxarma, bir müddət sonra bu ittihamları götürəcəyik, sən məhkəmədə bəraət alacaqsan”. Hətta orda həmin şəxslərdən biri onu Yusif peyğəmbərə bənzədərək demişdir ki, “O, da günahsız yerə zindanlara düşmüş, sonra azad edilmişdir”. O, da onlarla razılaşmışdır. Bundan sonra digər otağa keçmiş və orada təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman çantasından odlu silahı, 04 ədəd patronu, 01 ədəd tapança darağını təqdim edərək qorxduğu üçün özünə məxsus olduğunu, guya kı, onu yaşadığı ünvanın yaxınlığında zibillikdən bir gün öncə tapdığını demişdir. Halbu ki, o həmin gecə xaricdən Azərbaycana qayıtmışdır. Baş İdarədə olduğu zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməsə də, polis əməkdaşları ona psixi zor tətbiq edərək, yuxarıda qeyd etdiyi predmetlərin özünə məxsus olduğunu bildirmişlər. Evindən aşkar edilən üzərində “Fetullah Gülen hocaefendi” yazılmış kserosurətlər (24 əqə), “kim terör örgütü” yazılmış kserosurətlər (2 vərəqə), “Fetullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?” yazılmış kserosurətlər (2 vərəqə), “Cumhuriyet de tuzağa düştü” yazılmış kserosurətlər (2 vərəqə), “Bizden misin?” yazılmış kserosurətlər (4 vərəq), “Mülaane kime vurdu” yazılmış kserosurətlər (2 vərəqə) ona məxsus olmamışdır. Evinə axtarış keçirilib aşkar edilən həmin kserosurətlər axtarış başlamamışdan bir müddət əvvəl polis əməkdaşları tərəfindən oraya qoyulmuş, videoçəkilişdə həmin kresosurətlər aşkar edilən zaman qorxusundan onların özünə məxsus olduğunu bildirmişdir. “Asus” markalı noutbukunda olan “Fethullah Gülen hocaefendinin hizmet anlayışı” slaydı da hər halda onlar tərəfinən yüklənmişdir. Bir daha qeyd etmişdir ki, əvvəlki etirafedici məzmunlu ifadələri həqiqəti əks etdirmir, qorxduğu və məcbur qaldığı üçün o ifadələri vermişdir. Fetullah Güleni islam alimi kimi gördüyünə görə bəzi qanunla qadağan olunmayan mətnlərlə internetdə tanış olmuş, ola bilsin ki, həmin slayd da oradan kompüterində qalmışdır. Fetullah Güleni islam alimi kimi görmüş, islam alimi kimi rəğbət bəsləmiş, onun ideyalarını, təhsil, tədris, əxlaqi və digər bütün cəmiyyətlə bağlı fikirlərini dəstəkləmişdir. Onun müəllifi olduğu bir sıra kitabları oxumuşdur. Lakin, həmin şəxsi görməmiş, onunla görüşə bilməmişdir. Hətta bir neçə il əvvəl Amerikada şəxsi işləri ilə bağlı olduğu zaman onunla görüşmək istəmişdir. Fetullah Gülenin qəbuluna getsə də, onun köməkçiləri Fetullah hocanın xəstə olduğunu, görüşməyə imkanının olmadığını bildirmişlər. O, ümumiyyətlə hesab edir ki, Fətullah Gülən terrorçu deyil, xalq və cəmiyyət qarşısında böyük xidmətləri olan şəxsdir. Sonda ölkəmizin, milli maraqlarının əlehinə tək bir fəaliyyəti, hətta ifadəsi olmadığını, Vətən müharibəsində yardım fəaliyyətləri göstərməsini, ölkəmizi beynəlxalq olimpiadalarda və konfranslarda təmsil etdiyini, təsildən başqa heç bir fəaliyyətinin olmadığını bildirərək, həbs edilməsini Türkiyədə baş verən siyasi proseslərlə əlaqəli hesab edərək barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiklə göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edilməsi, üstündə saxlanılması, eləcə də daşınması və gəzdirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməkdaşla həmin əraziyə getmiş, təxminən günorta saatlarında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsi görüb ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsin şəxsiyyətini müəyyən edərək şübhənin mahiyyəti izah edilmiş və idarəyə dəvət olunmuşdur. O, etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmiş, xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Kənan Kərimli tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, əl çantasının içərisində odlu silah olmasını bildirib həmin predmeti çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd, boz rəngli əl çantasının içərisinə baxılmışdır. Çantanın içərisində əlavə olaraq bir ədəd pul kisəsi və bir ədəd mobil telefon olması müəyyən edilmiş, pul kisəsinin içərisindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı və pul əsginasları olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd odlu silaha bənzər dəmir predmeti bir gün tapmasını, istifadə etmədiyini, sadəcə olaraq onda maraq yaratdığı üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd silah tapançaya bənzər dəmir predmet, bir ədəd dəmir sandıqça və içərisində dörd ədəd güllə ilə birlikdə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bir ədəd mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş pul kisəsi və pul vəsaiti şəxsin özünə qaytarılmışdır. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və işlədiyi iş otaqlarında axtarış istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verilmiş əvvəlcə onun iş yerinə gedilmiş, axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs qeyd edilən ünvanda Azərbaycan Respublikası qanunvericiliyi ilə gəzdirməsi, saxlaması, daşıması qadağan olunan əşya və predmet varsa onu könüllü surətdə təqdim etməsi təklif edilmişdir. O, belə əşya və predmet saxlamadığını bildirmişdir. Axtarış aparılan zaman rəflərdə müxtəlif məzmunlu kitabların olması müəyyən edilmişdir. Üzərində “Azərbaycan İqtisadiyyat Tarixi” yazısı olan ümumilikdə 4 cilddə, üzərində “Azerbaijani Cuisine” sözləri yazılan 01 ədəd cilddə, üzərində “Futuristov v Baku” sözləri yazılan 01 ədəd cilddə kitablar aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün götürülməmişdir. Həmin rəfdə olan digər sənədlərə baxdığı zaman içərisində Təqsirləndirilən şəxs şəxsi sənədlərin surətləri olan 01 ədəd qovluq, 01 ədəd DVD disk, üzərində “Peygamber Efendimizin izinden Mekke-Medine” sözləri yazılan 01 ədəd kitab, içərisində Təqsirləndirilən şəxs sertifikatları olan 03 ədəd qovluq aşkar edilmişdir. Həmin sənədlərdən 01 ədəd DVD disk, üzərində “Peygamber Efendimizin izinden Mekke-Medine” sözləri yazılan 01 ədəd kitabın götürüləcəyi barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra ofisdə masanın üzərində 01 ədəd “Asus” markalı kompyuter (notbuk) olması müəyyən edilmiş və həmin əşyanın da götürüləcəyi barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Axtarış davam etdirilərkən masanın çəkməcələri açılaraq içərisində axtarış aparılmış və orada olan çəkməcənin içərisindən 5600 manat pul əsginazına bənzəyən predmetin götürüləcəyi Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra istintaq hərəkəti zamanı götürülmüş əşyalar qablaşdırılmağa başlanmışdır. Axtarış istintaq hərəkəti başa çatmış və istintaq hərəkətində iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2na axtarış keçirmək məqsədi ilə gəlmişlər. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qeyd edilən ünvanda saxlaması, daşıması qadağan olunan əşya və predmet varsa onu könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə uşaq otağında qanunsuz dini ədəbiyyat olan kitabların olduğunu bildirmişdir. Şkafda 2 ədəd kitabın-birinin uşaq psixologiyası, digərinin isə dua kitabı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri çəhrayı rəngli üzərində türk dilində “Büyük Cevşan ve meali” sözləri yazılmış kitabın iş üçün əhəmiyyət daşıya bilmə ehtimalının olması səbəbindən qablaşdırılaraq götürüləcəyi barədə məlumat verilmişdir. Qonaq və uşaq otağında sübut əhəmiyyətə malik kitab və ya başqa predmet aşkar edilməmiş, digər yerlərə baxılarkən ümumilikdə 20 ədəd kitab və kitabların yanında çap edilmiş 06 ədəd A4 formalı vərəqlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vərəqlərin özünə məxsus olduğunu bildirmiş, həmin vərəqlərə baxış keçirdikdə yazı mətnlərinin Fetullah Gülen ilə əlaqədar olduğu, eyni zamanda yazı mətnlərində sarı rəngli qələmlə xüsusi hissələrinin qeyd formasında saraldıldığı aşkar edilmişdir. Həmin qeydiyyatın kim tərəfindən aparıldığı soruşulduqda, Təqsirləndirilən şəxs sarı qələmlə qeydiyyatın özü tərəfindən icra olunduğunu bildirmişdir. Bundan sonra götürülmüş kitab və yazı qeydləri möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otağına yəni, yataq otağında axtarış aparılmış, lakin həmin otaqdan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi “Universal Education” şirkətinin ünvan 6 ünvanda yerləşən ofisinin qapısının qarşısında gəlmiş və həmin ünvana axtarış keçirməyə başlanılmış, axtarış istintaq hərəkəti zamanı qeyd edilən ünvandan hər hansı sübut əhəmiyyəti daşıya biləcək əşya və ya predmet götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, daşımaqda gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin tutulması haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:53 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 22 iyul 2023-cü il tarixdən, saat 13:50-dən hesablanmışdır;
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22 iyul 2023-cü il tarixli, 23/570 saylı rəyinə görə tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişlik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN- KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib, nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 04 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olundu.
4. “Cinayət işinin başlanması icraata qəbul edilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama və daşıma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək” haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(005)- 1108/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-16-16/2-4/1258-5/1046 nömrəli məhkəməkompüter-texniki və məhkəmə dinşünaslıq ekspertizasının rəyinə əsasən: 1) Təqdim edilmiş kitablardan aşağıda adları qeyd olunanlar istisna olmaqla, digərləri dini təyinatlı hesab olunur:
1. Əbdürrəhman Dönərin “Yeniyetməlik dövrünün yol xəritəsi”
2. Mahir Şahinin “Üfüqdəki məktəb” Həmçinin bildiririk ki, Həsən Yenibaşın "Peyğəmbərlər tarixi" kitabı 2 cild olmaqla hər birindən 2 nüsxədir, yəni cəmi 4 ədəddir. 2) Təqsirləndirilən şəxs götürülmüş və dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı məlumat materiallarından "X11 hocaefendi yazılmış kserosurətlər" (24 vərəq), "Kim terör örgütü?" yazılmış kserosurətlər (2 vərəq), “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?" yazılmış kserosurətlər (2 vərəq), "Cumhuriyet de tuzağa düştü" yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?" yazılmış kserosurətlər (4 vərəq), "Mülaane kime vurdu" yazılmış kserosurətlər (2 vərəq), "ASUS" markalı noutbukda olan "Fethullah Gülen hocaefendinin hizmet anlayışı" slaydı dini ekstremist materiallar hesab olunur.
Beləki, dinşünaslıq ekspertizasına təqdim edilmiş həmin dini təyinatlı məlumat materialları Türkiyə Respublikasında 15 iyul 2016-ci il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan "FETÖ" (X9) təşkilatının lideri sayılan Fethullah Gülənə aiddir və ya onun şəxsiyyətinin təbliğatı xarakterlidir. Fethullah Gülənin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın strateji hədəflərindən birinin dindən istifadə etməklə dövlətin əsas strukturlarını ələ keçirmək olduğu məlumdur. Qeyd olunduğu kimi 15 iyul 2016-cı il tarixində X3 Gülənin tərəfdarları olduğu bildirilən bir qrup hərbçi tərəfindən çevrilişə cəhd edilmişdir. 300-dən artıq insanın həlak olması, 1500ə yaxın insanın yaralanması ilə nəticələnən qiyam terror hadisəsi kimi qiymətləndirilmişdir. Bu tarixdən etibarən Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət Hərəkatı FETÖ terror təşkilatı və bu Hərəkata bağlı olanlar FETÖ terror təşkilatının üzvləri kimi qəbul edilmişdir. Həmin dövrdə Türkiyə Cümhuriyyətində ordu sıralarında, bir çox dövlət qurumlarında və özəl sahələrdə çalışan on minlərlə şəxs FETÖ təşkilatına yardım etməkdə ittiham olunaraq həbs edilmiş, Hərəkatın bir çox sosial müəssisələri, vəqf, dərnək, universitet, lisey və dərsxanaları, iqtisadi sahədəki müəssisələri bağlanmışdır. Bu proses tədricən dünyanın 48 ölkəsində davam etmişdir. Azərbaycanda da geniş şəbəkə qurmağa çalışmış FETÖ-yə bağlı bir çox müəssisə ya bağlanmış, ya da rəhbərləri dəyişdirilərək dövlətin nəzarətinə keçmişdir. Eyni zamanda, məlum hadisədən sonra X1ruluşunu zorla dəyişdirilməsinə cəhd edən "X12 (FETÖ) qruplaşmasının rəhbəri Fəthullah Gülənin din adamı qiyafəsi altında insanların rəğbətini qazanmaq və təşkilata üzvlər cəlb etmək məqsədilə hazırlanmış 672 adda kitab, CD, DVD və digər məlumat materiallarının çapı, yayılması, satışı 2016-cı ilin, iyulun 29-da İstanbul Bakırköy məhkəməsi tərəfindən qadağan edilmişdir. Həsən Yenibaşın "Peyğəmbərlər tarixi" kitabı 2 cild olmaqla hər birindən 2 nüsxədir, yəni cəmi 4 ədəddir. 9) Təqdim edilmiş aşağıda adları qeyd olunan dini ədəbiyyat nümunələri ekspert qarşısında qoyulmuş suallara əsasən, ölkəyə xaricdən idxal olunmuşdur:
1. X4 "Bir müslümanın yol haritası" ("İşik yayınları", İstanbul, 2005);
2. Rasim Haner, Yüksel Çayıroğlu, Aykut Avcının 'Kadın ve aile ilmihalı" ("İşik yayınlanı",İstanbul, 2015);
3. Davut Aydüzün "Peygamber efendimizin dilinden faziletli dualar" ("İşik akademi yayınları", İstanbul, 2011);
4. Osman Şimşekin "Bahara yolculuk" ("İşik yayınları", İzmir, 2002);
5. Ali Demirelin "İffet ya hu" ("İşik yayınları", İstanbul, 2013);
6. Talha Uğurluelin "Peyğamber efendimizin izinde Mekke-Medine";
7. "Hizbu envaril hakaikin-nuriyye - Büyük cevşen meali" (İzmir, 2015);
8. M. Fethullah Gülenin "Eİ-Kulubud-daria" (İzmir, 2007). Digər dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur.
10) Təqdim edilmiş X5 "Eİ-Kulubud-daria" (İzmir, 2007) kitabı ekspert qarşısında qoyulmuş suallara cavab əsasən, qanunvericiliyin tələblərinə zidd olaraq ("Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi), X18 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmişdir: Eyni zamanda bildiririk ki, aşağıda adları qeyd olunan dini ədəbiyyat nümunələrinin ölkəyə idxalına müvafiq razılığın alınması ilə bağlı X18 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır:
1. Rasim Haner, Yüksel Çayıroğlu, Aykut Avcının "Kadın ve aile ilmihalı" ("İşik yayınlanı İstanbul, 2015);
2. Davut Aydüzün "Peygamber efendimizin dilinden faziletli dualar" ("İşik akademi yayınları", İstanbul, 2011);
3. Osman Şimşekin "Bahara yolculuk" ("İşik yayınları", İzmir, 2002);
4. Ali Demirelin "İffet ya hu" ("İşik yayınları", İstanbul, 2013);
5. Talha Uğurluelin "Peygamber efendimizin izinde Mekke-Medine". Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir.
8. “Maddi sübut hesab edilməsi” haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı odlu silah olan Makarov PM konstruksiyalı tapança, 01 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patron və 01 ədəd daraq maddi sübut hesab edilməli və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir;
9. “Cinayət işi üzrə əməln tövsif edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən həmin Məcəllənin 167- 3.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir;
10. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 3-16-16/2-5/1054/2023 saylı məhkəmə ekspert rəyinə görə tədqiqata təqdim edilmiş Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrofik çap üsusulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir;
12. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 228.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir;
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(005)-1495/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 22 dekabr 2023-cü il tarixədək uzadılmışdır;
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 4(005)-1707/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 22 fevral 2024-cü il tarixədək uzadılmışdır;
15. “Sübutların qiymətləndirilməsi” haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, axtarış istintaq hərəkəti protokolları, həmin protokollara əlavə edilmiş 02 ədəd DVD disk, şahidlərin ifadələri, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 22 iyul 2023-cü il tarixli 23/570 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 avqust 2023-cü il tarixli 3-16-16/2- 4/1258-5/1046 nömrəli məhkəmə-kompeks məhkəmə kompüter-texniki və məhkəmə dinşünaslıq ekspertizasının rəyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanmasına dair qərarı, əməliyyat tapşırığına cavab məktubu, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, maddi sübut qərarı və digər istintaq sənədləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, “Universal Education” şirkətinin ünvan 7 ünvanda yerləşən ofisində axtarış istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, sonuncunun yaşadığı Abşoron rayonu, Məhəmmədli qəsəbəsi, S.Sultanov küçəsi ev 20 ünvanında yerləşən evində axtarış istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk sübut kimi tanınması və cinayət İşinin materiallarına əlavə edilməsinin nəzərə alınması, işlədiyi “Universal Education" şirkətinin ünvan 6 ünvanda yerləşən ofisində axtarış istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı işin bütün halları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməsi, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxdən götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən 01 ədəd mobil telefonun sübut qismində tanınmadan cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən götürülmüş 02 ədəd bank kartının sübut qismində tanınmadan cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində tutulmamışdan 1 gün öncə taparaq götürməsini odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını qanunsuz olaraq əldə edilməsi kimi, həmin predmetləri götürdükdən sonra onları üzərində, yəni əl çantasında gəzdirməsi qanunsuz olaraq üzərində odlu silah, onun komplekt hissəsi və döyüş sursatını qanunsuz gəzdirməsi kimi, əl çantasında gəzdirməsi odlu silahın, onun komplekt hissəsi və döyüş sursatının qanunsuz saxlanılması kimi, şəxsin həmin silahı yuxarıda qeyd edilən ünvanda tapdıqdan sonra tutulduğu Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsinə gətirməsi silahın yerinin dəyişdirilməsi ilə əlaqədar hərəkətlər olduğu üçün odlu silahın, onun komplekt hissəsi və döyüş sursatının qanunsuz olaraq daşınması kimi qiymətləndirilməsi, üzərindən götürülmüş Makarov PM konstruksiyalı tapança, 01 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patron və 01 ədəd daraq iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsinin nəzərə alınması, saxlanıldıqdan sonra üzərində gəzdirdiyi əl çantasında olan odlu silahı, onun komplekt hissəsi və döyüş sursatını könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin qeydinə əsasən odlu silahın könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 283-cü maddəsinin tərkib əlamətləri ilə cinayət təqibinin başlanması rədd edilməsi, barəsində Azerbaycan Respublikası CM-ln 167-2-cl maddəsinin tərkib əlamətləri ilə cinayət təqibinin başlanması rədd edilməsi, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlandığından işinin materiallarından 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı odlu silah olan Makarov PM konstruksiyalı tapança, 01 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patron və 01 ədəd darağın, həmçinin "X11 hocaefendi yazılmış kserosurətlər" (24 vərəq), "Kim terör örgütü?" yazılmış kserosurətlər (2 vərəq), "Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?" yazılmış kserosurətlər (2 vərəq), "Cumhuriyet de tuzağa düştü" yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?" yazılmış kserosurətlər (4 vərəq), "Mülaane kime vurdu" yazılmış kserosurətlər (2 vərəq) və "ASUS" markalı noutbuk içərisində olan "Fethullah Gülen hocaefendinin hizmet anlayışı" slaydının əldə edilmə mənbəyinə görə material ayrılması, təqsirləndirilən şəxsin yaşadığı evə və iş otağına axtarış keçirilən zaman götürülmüş "X11 hocaefendi yazılmış kserosurətlər" (24 vərəq), "Kim terör örgütü?" yazılmış kserosurətlər (2 vərəq), “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?" yazılmış kserosurətlər (2 vərəq), "Cumhuriyet de tuzağa düştü" yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?" yazılmış kserosurətlər (4 vərəq), "Mülaane kime vurdu" yazılmış kserosurətlər (2 vərəq) və içərisində "Fethullah Gülen hocaefendinin hizmet anlayışı" slaydı olan "ASUS" markalı noutbuk iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ- nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, eyni zamanda Əbdürrəhman Dönərin “Yeniyetməlik dövrünün yol xəritəsi", Mahir Şahinin “Üfüqdəki məktəb”, Həsən Yenibaşın "Peyğəmbərlər tarixi" (4 cild), Rasim İHaner, Yüksel Çayıroğlu, Aykut Avcının "Kadın ve aile ilmihalı", Davut Aydüzün "Peygamber efendimizin dilinden faziletli dualar", Osman Şimşekin "Bahara yolculuk", Ali Demirelin "İffet ya hu", Talha Uğurluelin "Peygamber efendimizin izinde Mekke- Medine”, X4 "Bir müslümanın yol haritasf, Hizbu envaril hakaikin-nuriyye - “Büyük cevşen meali", “Əşəreyi-mübəşşərə”, “Mən İnanıram-iman əsasları”, “Qul haqqı" (2 cild), “Peyğəmbərimiz”, “X13 Məhəmməd”, M. Fethullah Gülenin "Eİ-Kulubuddaria", “İslamda Dialoq və Tolerantlıq”, “Quran oxumağın fəzilətləri” kitabları iş üçün əhəmiyyət kəsb etməsə də, saxlanması üçün DİN-in BMCMİ- nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 204-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və həmin pul vəsaitinin saxlanması üçün DİN-in Maliyyə-Plan İdarəsinin depozitinə göndərilməsi qərara alınmışdır;
16. “Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 228.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.
17. “Nağd pulun depozit hesabına təhvil verilməsi” haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi iş otağında axtarış keçirilərkən həmin iş otağında çəkməcələrin içərisindən aşkar edilmiş 5600 manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınmadan cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 5600 manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınmadan cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 5600 manat məbləğində pul vəsaiti saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə -Plan İdarəsinin depozit hesabına verilmişdir;
18. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları vardır.
Şəxsi axtarış və götürmə aparılması barədə 22 iyul 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, sonuncu təklifdən sonra əlində saxladığı 01 ədəd əl çantasının içərisindən tapançaya bənzər predmeti çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, bundan sonra onun təqdim etdiyi həmin 01 ədəd, boz rəngli əl çantasının içərisinə baxılmış, çantanın içərisindən əlavə olaraq 01 ədəd pul kisəsi və 01 ədəd mobil telefon olması müəyyən edilmiş, üzərindən əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanmış, ilkin olaraq pul kisəsinin içərisindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 02 ədəd plastik bank kartı və 489 manat dəyərində olan pul əskinasları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs pul vəsaitinin onun özünə məxsus olmasını, hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmiş, daha sonra 01 ədəd mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung” markalı olmaqla, həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin istifadə edilməsini bildirmiş, bundan sonra 02 ədəd plastik bank kartlarına baxış keçirilmiş, bank kartlarının üzərində 5239 1515 1193 9376 və 4169 7578 5494 5007 nömrələrinin olması müəyyən edilmişdir. Təqdim olunan 01 ədəd odlu silaha bənzər dəmir predmetə baxış keçirilmiş, həmin dəmir predmetin üzərində hər hansı bir rəqəm və ya yazı simvolu aşkar edilməmişdir. Dəmir predmetin içərisində 01 ədəd daraq olması, darağın içərisində isə 04 ədəd patrona bənzər predmetlərin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd odlu silaha bənzər dəmir predmeti 01 gün əvvəl yaşadığı ünvanın yaxınlığında zibillik ərazidən tapmasını, hər hansı bir qanunsuz məqsədlə həmin predmetdən istifadə etmədiyini, sadəcə olaraq odlu silahların onda maraq yaratdığı üçün həmin predmeti də üzərində saxlamasını, hər hansı bir şəxsin onda belə bir predmetin olmasından məlumatının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd odlu silah tapançaya bənzər dəmir predmet 01 ədəd sandıqça və içərisində olan 04 ədəd güllə ilə birlikdə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 01 ədəd mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd pul kisəsi içərisində olan 489 manat pul əskinasları və 01 ədəd əl çantası şəxsin özünə geri qaytarılmışdır. Axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında 23 iyul 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi “Universal Education” şirkətinin ünvan 7 ünvanında yerləşən ofisində axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarışın videoçəkiliş vasitəsi ilə axtarış prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X8 tərəfindən aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd edilən ünvanda Azərbaycan Respublikası qanunvericiliyi ilə gəzdirməsi, saxlaması, daşıması qadağan olunan əşya və ya predmet varsa onu könüllü surətdə təqdim edilməsi təklif edildikdə, sonuncu axtarış keçiriləcək ofisdə saxlanması, gəzdirilməsi, daşınması qadağan olunan əşya və predmet saxlamadığını bildirmişdir. Axtarış keçiriləcək ofis otağına daxil olunmuş və orada sol hissədə olan dolabın hər bir çəkməcəsi ayrı-ayrılıqda açılaraq axtarış keçirilmiş, iş üzrə hər hansı əhəmiyyət daşıyacaq hər hansı əşya və predmet aşkar edilməmişdir. Otaqda olan paltar şkafıda açılmış və oradan da iş üzrə əhəmiyyət daşıya biləcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra otağın küncündə yerləşən kitab rəfinə axtarış keçirilməyə başlanmış və orada bir neçə müxtəlif məzmunlu kitabların olması müəyyən edilmişdir. Üzərində “Azərbaycan İqtisadiyyat Tarixi” yazısı olan ümumilikdə 4 cilddə, üzərində “Azerbaijani Cuisine” sözləri yazılan 01 ədəd cilddə, üzərində “Futuristov v Baku” sözləri yazılan 01 ədəd cilddə kitablar aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün götürülməmişdir. Həmin rəfdə olan digər sənədlərə baxılan zaman içərisində Təqsirləndirilən şəxs şəxsi sənədlərin surətləri olan 01 ədəd qovluq, 01 ədəd DVD disk, üzərində “Peygamber Efendimizin izinden Mekke-Medine” sözləri yazılan 01 ədəd kitab, içərisində Təqsirləndirilən şəxs sertifikatları olan 03 ədəd qovluq aşkar edilmişdir. Həmin sənədlərdən 01 ədəd DVD disk, üzərində “Peygamber Efendimizin izinden Mekke-Medine” sözləri yazılan 01 ədəd kitabın götürüləcəyi barədə sonuncuya məlumat verilmişdir. Bundan sonra ofisdə masanın üzərində 01 ədəd “Asus” markalı kompyuter (notbuk) olması müəyyən edilmiş və həmin əşyanın da götürüləcəyi barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Axtarış davam etdirilərkən masanın çəkməcələri açılaraq içərisində axtarış aparılmış və orada olan çəkməcənin içərisindən içərisində 5600 manat (30 ədəd 100 manat, 13 ədəd 200 manat) pul əskinazına bənzəyən predmetin götürüləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Bundan sonra istintaq hərəkəti zamanı götürülmüş əşyalar qablaşdırılmağa başlanmış, ilk öncə ofisdə masanın üzərindən götürülmüş “Asus” markalı kompyuter qara rəngli sellofan torbaya qoyularaq möhürlənib üzəri yazılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. Bundan sonra rəfdən götürülən 01 ədəd DVD disk və 01 ədəd üzərində “Peygamber Efendimizin izinden Mekke- Medine” sözləri yazılan 01 ədəd kitab ağ rəngli zərfin içərisində qoyularaq üzəri yazılıb iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılmış, sonda isə çəkməcədən aşkar edilmiş ümumilikdə 13 ədəd 200 manatlıq əskinaz, 30 ədəd 100 manatlıq əskinaz qəhvəyi rəngli zərfə qoyularaq üzəri yazılıb iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. Axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında 23 iyul 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nda yerləşən evində axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarışın videoçəkiliş vasitəsi ilə axtarış prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X8 tərəfindən aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, qeyd edilən ünvanda ailəsi, yəni arvadı və üç övladı ilə birlikdə yaşamasını, həmin şəxslərin hazırda evdə olmadığını, mənzili dibçəyin altında gizlətdiyi açarla açıb axtarışa təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dibçəyin altındakı açarl götürərək, evin qapısını açmış və tədbir iştirakçılarını evə dəvət etmişdir. İlk öncə qapıdan sağ hissədə yerləşən otağa daxil olmuş və orada mətbəx otağının olduğunu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd edilən ünvanda Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə gəzdirməsi, saxlaması, daşıması qadağan olunan əşya və predmet varsa onu könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra sonuncu evdə uşaq otağında qanunsuz dini ədəbiyyat olan kitabların olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hazırda olduqları mətbəx otağında hər hansı qadağan olunan hər hansı əşya və predmet olub-olmadığı soruşulmuş, sonuncu qeyd edilən otağın mətbəx təyinatı ilə istifadə edildiyini, burada hər hansı qadağan olunan əşya və predmet olmadığını bildirmişdir. Mətbəx otağında axtarış aparılmış, axtarış zamanı mətbəx otağında olan çəkməcələr, rəflər videoçəkilişlə bir-bir açılaraq içərisində axtarış keçirilmişdir. Bu zaman qanunla qadağan olunan hər hansı əşya və predmet aşkar edilməmiş və mətbəx otağında olan çəkməcə və rəflərdə məişət təyinatlı əşyalar, mətbəx ləvazimatları, qida məhsullarının olması müəyyən edilmişdir. Bundan sonra evin digər otağında, yəni mətbəx otağı ilə üzbəüz yerləşən qonaq otağında axtarış aparılmış, qonaq otağına daxil olduqdan sonra qapıdan sol hissədən güzgülü dolabın üzərində 2 ədəd kitab olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən kitabların birinin uşaq psixologiyasına aid kitab olduğunu, digər kitabın isə dua kitabları olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzəri çəhrayı rəngli üzərində türk dilində “Büyük Cevşan ve meali” sözləri yazılmış kitabın iş üçün əhəmiyyət daşıya bilmə ehtimalının olması səbəbindən tərəfimdən qablaşdırılaraq götürüləcəyi barədə məlumat verilmişdir. Qonaq otağında axtarış aparılsa da, hər hansı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, odur ki, tədbir iştirakçılarla birlikdə digər otağa, yəni evin giriş qapısından sol hissədə yerləşən ikinci otağa daxil olunmuşdur. Təqsirləndirilən şəxs bu otağın uşaq otağı olduğunu bildirmiş və axtarış zamanı hər hansı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Digər otaqda, yəni evin giriş qapısından sol hissədə yerləşən üçüncü otaqda axtarış aparılmış, Təqsirləndirilən şəxs bu otağın da uşaq otağı təyinatı ilə istifadə edildiyini bildirmişdir. Uşaq otağında masanın üzərində müxtəlif kitabların olduğu aşkar edilmiş, sonuncu az əvvəl bildirdiyi özünə məxsus dini ədəbiyyat olan kitabların bu kitablar olub-olmadığı soruşulmuş, sonuncu kitabların özünə məxsus olduğunu, az əvvəl bildirdiyi kitabların bu kitablar olduğunu bildirmişdir. Qeyd edilən kitablara baxış keçirilən zaman orada ümumilikdə 20 ədəd kitab olduğu və həmin kitabların adlarının “Üfüqdəki məktəb”, “X19 Haritası”, “Kadın və ailə ilmihali”, “Bahara Yolçuluk”, “X20”, “El kulubu Daria- M.Fetullah Gülen”, “Əşəreyi-mübəşşərə”, “Faziletli Dualar”, “Mən İnanıram-iman əsaslan”, “Yeniyetməlik dövründə yol xəritəsi”, “X13 Məhəmməd”, “Qul haqqı”, “Qul haqqı”, “Peyğəmbərimiz”, “Peyğəmbərlər tarixi-1”, “Peyğəmbərlər tarixi-2” , “Peyğəmbərlər tarixi- 2”, “Peyğəmbərlər tarixi-1”, “İslamda Dialoq və Tolerantlıq”, “Quran oxumağın fəzilətləri” kimi qeyd edilməsi müəyyən edilmişdir. Bundan əlavə olaraq, kitabların yanında çap edilmiş 06 ədəd A4 formalı vərəqlərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin vərəqlərin özünə məxsus olduğunu, həmin vərəqlərə baxış keçirdikdə isə yazı mətnlərinin Fetullah Gülen ilə əlaqədar olduğu, eyni zamanda yazı mətnlərində sarı rəngli qələmlə xüsusi hissələrinin qeyd formasında saraldıldığı aşkar edilmişdir. Həmin qeydiyyatın kim tərəfindən aparıldığı soruşulduqda, Təqsirləndirilən şəxs sarı qələmlə qeydiyyatın özü tərəfindən icra olunduğunu bildirmiş, bundan sonra götürülmüş yuxarıda adları qeyd edilən ümumilikdə 21 ədəd kitab, yəni evin qonaq otağından aşkar edilən 1 ədəd kitab və uşaq otağından aşkar edilən 20 ədəd kitab qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otağına yəni, yataq otağında axtarış aparılmış, lakin həmin otaqdan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma həmin Məcəllənin 167-3.1-ci maddəsinin tərkibini yaradır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1.8-ci maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstremizmin təzahür formalarındandır. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakı, terror fəaliyyətinin həyata keçirilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan silah olmaması, ona qarşı irəli sürülmüş ittihamda göstərilənlərin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərə və hədələrə məruz qalması nəticəsində boynuna götürməsi, həmçinin yaşadığı və işlədiyi ünvandan aşkar edilib götürülən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların ona məxsus olmadığı barədə verdiyi ifadələrini digər sübutlarla həmçinin onun məhkəmədə verdiyi ifadəsi ilə təkzib edilir. Belə ki, o, məhkəmə prosesində də, Ftullah Gülənə olan rəğbətini gizlətməmiş, onun müəllifi oduğu kitbları əldə edərək oxuduğunu, idealarını dəstəklədiklərini bildirmişdir. Qanunsuz olraq odlu silahın əldə edilməsi və saxlanması ilə bağlı ittihamla əlaqədar olaraq qeyd olunur ki, o, məhkəmədə ifadəsində polis idarəsində ona qarşı fiziki zor və ya içgəncə faktoruna yol verilmədiyi, lakin psixoloji olaraq fikirlərinə təsir göstərildiyini bildirmişdir. Lakin iş materialları öyrənilərən müəyyən edilir ki, barəsində qətimkan tədbiri seçilərkən də o , təqsirini etiraf etmişdir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 22 iyul 2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Makarov PM konstruksiyalı tapança, 01 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patron və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan və işlədiyi ofisdən aşkar edilərək götürülmüş "X11 hocaefendi yazılmış kserosurətlər" (24 vərəq), "Kim terör örgütü?" yazılmış kserosurətlər (2 vərəq), “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?" yazılmış kserosurətlər (2 vərəq), "Cumhuriyet de tuzağa düştü" yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?" yazılmış kserosurətlər (4 vərəq), "Mülaane kime vurdu" yazılmış kserosurətlər (2 vərəq) və "ASUS" markalı notebook-un içərisində "Fethullah Gülen hocaefendinin hizmet anlayışı" slaydı olan məlumat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin təqsirləndirilən şəxsin yaşadığı ünvanda, işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 270 (iki yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmadan təqsirləndirilən şəxsin yaşadığı evə və iş otağına axtarış keçirilən zaman götürələrək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Əbdürrəhman Dönərin “Yeniyetməlik dövrünün yol xəritəsi", Mahir Şahinin “Üfüqdəki məktəb”, Həsən Yenibaşın "Peyğəmbərlər tarixi" (4 cild), Rasim İHaner, Yüksel Çayıroğlu, Aykut Avcının "Kadın ve aile ilmihalı", Davut Aydüzün "Peygamber efendimizin dilinden faziletli dualar", Osman Şimşekin "Bahara yolculuk", Ali Demirelin "İffet ya hu", Talha Uğurluelin "Peygamber efendimizin izinde Mekke- Medine”, X4 "Bir müslümanın yol haritasf, Hizbu envaril hakaikin-nuriyye - “Büyük cevşen meali", “Əşəreyimübəşşərə”, “Mən İnanıram-iman əsasları”, “Qul haqqı" (2 cild), “Peyğəmbərimiz”, “X13 Məhəmməd”, M. Fethullah Gülenin "Eİ-Kulubud-daria", “İslamda Dialoq və Tolerantlıq”, “Quran oxumağın fəzilətləri” adlı kitabları, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 02 ədəd bankomat kartı, 01 ədəd mobil telefon, içərisində olan sübut əhəmiyyətli məlumat silindikdən sonra "ASUS" markalı notebook və Azərbaycan Respublikası DİN-in Maliyyə - Plan İdarəsinin depozit hesabına verilmiş 5600 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə, həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Makarov PM konstruksiyalı tapança, 01 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patron və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan və işlədiyi ofisdən aşkar edilərək götürülmüş "X11 hocaefendi yazılmış kserosurətlər" (24 vərəq), "Kim terör örgütü?" yazılmış kserosurətlər (2 vərəq), “Fethullah Gülenin uluslararası komisyon talebi yerine gelmiş oldu mu?" yazılmış kserosurətlər (2 vərəq), "Cumhuriyet de tuzağa düştü" yazılmış kserosurətlər (2 vərəq), “Bizden misin?" yazılmış kserosurətlər (4 vərəq), "Mülaane kime vurdu" yazılmış kserosurətlər (2 vərəq) və "ASUS" markalı notebook-un içərisində "Fethullah Gülen hocaefendinin hizmet anlayışı" slaydı olan məlumat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə təqsirləndirilən şəxsin yaşadığı ünvanda və işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının xərci 270 (iki yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmadan təqsirləndirilən şəxsin yaşadığı evə və iş otağına axtarış keçirilən zaman götürələrək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Əbdürrəhman Dönərin “Yeniyetməlik dövrünün yol xəritəsi", Mahir Şahinin “Üfüqdəki məktəb”, Həsən Yenibaşın "Peyğəmbərlər tarixi" (4 cild), Rasim İHaner, Yüksel Çayıroğlu, Aykut Avcının "Kadın ve aile ilmihalı", Davut Aydüzün "Peygamber efendimizin dilinden faziletli dualar", Osman Şimşekin "Bahara yolculuk", Ali Demirelin "İffet ya hu", Talha Uğurluelin "Peygamber efendimizin izinde Mekke- Medine”, X4 "Bir müslümanın yol haritasf, Hizbu envaril hakaikin-nuriyye - “Büyük cevşen meali", “Əşəreyi-mübəşşərə”, “Mən İnanıramiman əsasları”, “Qul haqqı" (2 cild), “Peyğəmbərimiz”, “X13 Məhəmməd”, M. Fethullah Gülenin "Eİ-Kulubud-daria", “İslamda Dialoq və Tolerantlıq”, “Quran oxumağın fəzilətləri” adlı kitabları, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 02 ədəd bankomat kartı, 01 ədəd mobil telefon, içərisində sübut əhəmiyyətli məlumat silindikdən sonra "ASUS" markalı notebook və Azərbaycan Respublikası DİN-in Maliyyə -Plan İdarəsinin depozit hesabına verilmiş 5600 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 ( iyirmi ) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov