Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-551/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ailəsi ilə birlikdə yaşadıqları qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Məhəmmədli kəndi, Fərxrəddin Əsədov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evində sonuncunun yataq otağına qanunsuz daxil olaraq otaqda güzgülü dolabın siyirməsində mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 100 manat dəyərində 0,5 qram çəkidə 585 əyar qızıl sancağı, 01 ədəd 400 manat dəyərində 3 qram çəkidə 585 əyar insan əli formasında qızıl klonu, 01 ədəd 40 manat dəyərində 2,5 qram çəkidə 585 əyar qızıl haşiyəli göz muncuğunu, 01 ədəd 700 manat dəyərində 2 qram çəkidə 585 əyar «qırxayaq» formalı, rus istehsalı qızıl qolbağı, 01 ədəd 1000 manat dəyərində 4 qram çəkidə «Ruqəyyə» sözü hərflərlərlə işlənmiş 585 əyar qızıl boyunbağını, 01 ədəd 200 manat dəyərində 2 qram çəkidə üzərində oyma üsulu ilə «Ruqəyyə» sözü yazılmış 585 əyar qızıl qolbağı, 01 ədəd 900 manat dəyərində 3 qram çəkidə 585 əyar qızıl kişi üzüyünü, 01 ədəd 300 manat dəyərində 2 qram çəkidə 585 əyar sadə halqa formalı uşaq üzüyünü, 01 ədəd 450 manat dəyərində 2 qram çəkidə 585 əyar üzərində üç ədəd ürək naxışı olan uşaq üzüyünü, 01 ədəd 300 manat dəyərində 2 qram çəkidə 585 əyar tac formalı qadın qızıl üzüyünü, 01 ədəd 300 manat dəyərində 2 qram çəkidə 585 əyar üzərində halqa işləməsi olan qadın qızıl üzüyünü, 01 ədəd 500 manat dəyərində 3 qram çəkidə 585 əyar üzərində bir ədəd brliyant qaşı olan qadın üzüyünü, həmçinin 01 ədəd 1600 manat dəyərində 10 qram çəkidə 585 əyar qızıl komplekti tərkibində 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl üzüyü, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl qolbağı, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan klonla birlikdə qızıl boyunbağını, 01 cüt üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 6790 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, baş vermiş hadisəyə qədər Naxçıvan şəhərində yaşamış, təxminən 3 ay əvvəl ailəsi ilə birlikdə qayınatasının Abşeron rayonunda yerləşən Məmmədli kəndinə köçmüşlər. Həmin evdə onlarla birlikdə arvadı Şəhanənin qardaşı Şəhriyar və onun ailəsi yaşamışdır. 18 oktyabr 2024-cü il tarixdə, axşam satlarında yaşadığı evdə qaynı Şəhriyar və arvadı Azadənin yataq otağına girərək, güzgülü dolabın çəkməcəsində olan mücrü qutusunu götürmüş və həmin qutunu açdıqda içərisində qızıl-zinyət əşyalarını görərək, oğulamağı və borclarını ödəməyi qərarlaşdırmışdır. O, oğurladığı 01 ədəd qızıl sancaq, 01 ədəd insan əli formasında qızıl klon, 01 ədəd qızıl haşiyəli göz muncuğu, 01 ədəd rus istehsalı qızıl qolbaq, 01 ədəd «Ruqəyyə» sözü hərflərlərlə işlənmiş qızıl boyunbağı, 01 ədəd «Ruqəyyə» sözü yazılmış qızıl qolbaq, 01 ədəd qızıl kişi üzüyü, 01 ədəd sadə halqa formalı uşaq üzüyü, 01 ədəd üzərində üç ədəd ürək naxışı olan uşaq üzüyü, 01 ədəd tac formalı qadın qızıl üzüyü, 01 ədəd üzərində halqa işləməsi olan qadın qızıl üzüyü, 01 ədəd üzərində bir ədəd brliyant qaşı olan qadın üzüyü, həmçinin 01 ədəd komplekt tərkibində 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl üzük, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl qolbaq, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan klonla birlikdə qızıl boyunbağı, 01 cüt üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl sırğanı Bakı şəhəri, Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alış məntəqələrinə öz vəsiqəsini təqdim etməklə hissə-hissə sataraq 1300 manat pul əldə etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməyə imkanı olmasa da, azadlıqda qalarsa işləyib, ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs baldızı Şahid həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdən Qəşəm, Şəhanə və oğulları Əli ilə birlikdə Naxçıvan şəhərindən Bakıya gəlmiş və müvəqqəti olaraq Məhəmmədli kəndində onun evində qalmalarını xahiş etmişlər. Onun Şəhanəyə və onun ailəsinə rəhmi gələrək, razılıq vermiş və onlar birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə təmizlik işləri görərkən yataq otağında olan mücrünün içərisində saxladığı ona məxsus 01 ədəd 0,5 qram çəkidə 585 əyar qızıl sancaq, 01 ədəd 3 qram çəkidə 585 əyar insan əli formasında qızıl klon, 01 ədəd 2,5 qram çəkidə 585 əyar qızıl haşiyəli göz muncuğu, 01 ədəd 2 qram çəkidə 585 əyar «qırxayaq» formalı, rus istehsalı qızıl qolbaq, 01 ədəd 4 qram çəkidə «Ruqəyyə» sözü hərflərlərlə işlənmiş 585 əyar qızıl boyunbağı, 01 ədəd 2 qram çəkidə üzərində oyma üsulu ilə «Ruqəyyə» sözü yazılmış 585 əyar qızıl qolbaq, 01 ədəd 3 qram çəkidə 585 əyar qızıl kişi üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar sadə halqa formalı uşaq üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar üzərində üç ədəd ürək naxışı olan uşaq üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar tac formalı qadın qızıl üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar üzərində halqa işləməsi olan qadın qızıl üzüyü, 01 ədəd 3 qram çəkidə 585 əyar üzərində bir ədəd brliyant qaşı olan qadın üzüyü, həmçinin 01 ədəd qızıl 10 qram çəkidə komplekti tərkibində 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl üzük, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl qolbaq, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan klonla birlikdə qızıl boyunbağı, 01 cüt üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl sırğanın yerində olmadığını aşkar etmiş və bu barədə təcili baldızına məlumat verərək, birlikdə otaqları axtarmağa başlamış, lakin qızılları tapa bilməmişlər. O, Şəhriyara zəng edərək, hadisəni danışmış, bir neçə saat sonra axşama tərəfi Qəşəm evə qayıdanda baş verənləri ona danışmış, məlumatının olub-olmamasını soruşmuş, sonuncu xəbərinin olmadığını bildirmiş, bir qədər keçdikdən sonra polisə şikayət edəcəyini dedikdə, sonuncu qızılları oğurlayib sataraq əldə etdiyi pullarla dostuna olan borcunu ödəməsini etiraf etmişdir. həmin əşyaları Neftçilər metrostansiyası yaxınlığında bir neçə qızıl alış məntəqəsinə ümumilikdə 1300 manata satmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi dedikləri ilə razılaşmır. Belə ki, təqsirləndirilən şəxs həmin qızılları dəyər-dəyməzinə satmışdır. Ona məxsus qızıl zinyət əşyalarının ayrıayırılıqda qiyməti aşağıdakı kimidir: 01 ədəd 0,5 qram çəkidə 585 əyar qızıl sancaq, 01 ədəd 3 qram çəkidə 585 əyar insan əli formasında qızıl klon, 01 ədəd 2,5 qram çəkidə 585 əyar qızıl haşiyəli göz muncuğu, 01 ədəd 2 qram çəkidə 585 əyar «qırxayaq» formalı rus istehsalı qızıl qolbaq, 01 ədəd 4 qram çəkidə «Ruqəyyə» sözü hərflərlərlə işlənmiş 585 əyar qızıl boyunbağı, 01 ədəd 2 qram çəkidə üzərində oyma üsulu ilə «Ruqəyyə» sözü yazılmış 585 əyar qızıl qolbaq, 01 ədəd 3 qram çəkidə 585 əyar qızıl kişi üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar sadə halqa formalı uşaq üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar üzərində üç ədəd ürək naxışı olan uşaq üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar tac formalı qadın qızıl üzüyü, 01 ədəd 2 qram çəkidə 585 əyar üzərində halqa işləməsi olan qadın qızıl üzüyü, 01 ədəd 3 qram çəkidə 585 əyar üzərində bir ədəd brliyant qaşı olan qadın üzüyü, 01 ədəd 10 qram çəkidə qızıl komplekti tərkibində 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl üzük, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl qolbaq, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan klonla birlikdə qızıl boyunbağı, 1 cüt üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl sırğa. Onun ümumilikdə 6790 manat dəyərində olan qızıl-zinyət əşyaları oğurluq yolu ilə ələ keçirilməklə, həmin məbləğdə ziyan vurulmuşdur. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə 2023-cü ildə daxil olduqları rəsmi nikahdan 1 övladları vardır. Onlar atasıgilin evində məskunlaşdıqdan sonra Qəşəm Bakı Çörək Zavodunda işləməyə başlamışdır. xx.xx.2024cü il tarixdə səhər saatlarında qardaşının arvadı Azadə evdə təmizlik işləri görərkən mücrüdə olan qızıl zinyət əşyalarının yerində olmadığını dedikdə dərhal onunla birlikdə otaqları axtarsalar da, lakin qızılları tapa bilməmişlər. Azadə baş verən hadisə barədə qardaşı Şəhriyara zəng edib məlumat vermiş, bir qədər keçdikdən sonra sonuncu və Qəşəm evə gəlmişdir. Sonradan Qəşəm əməlini etiraf etmiş, qızıl-zinyət əşyalarını oğurlayıb və Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alış məntəqələrinə satdığını boynuna almışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:16 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla, icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 4(012)-735/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
7. «X2» MMC-nin 19 dekabr 2024-cü il tarixli 213 saylı əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Zərərçəkmiş şəxs məxsus 01 ədəd 0,5 qram çəkidə 585 əyar qızıl sancağın 2024cü ilin oktyabr ayına olan təqribi satış qiyməti 48,00 manat; 01 ədəd 3 qram çəkidə 585 əyar insan əli formasında qızıl klonun qiyməti 285,00 manat, 01 ədəd 2,5 qram çəkidə 585 ǝyar qızıl haşiyəli göz muncuğunun qiyməti 238,00 manat, 01 ədəd 2 qram çəkidə 585 eyar "qırxayaq" formalı rus istehsallı qızıl qolbağı qiyməti 190,00 manat, 01 ədəd 4 qram çəkidə "Ruqeyyə" sözü hərflərlə işlənmiş 585 ayar qızıl boyunbağının qiyməti 380,00 manat, 01 ədəd 2 qram çəkidə üzərində oyma üsulu ilə "Ruqeyyə” sözü yazılmış 585 ayar qızıl qolbağın qiyməti 190,00 manat, 01 ədəd 3 qram çəkidə 585 əyar qızıl kişi üzüyünün qiyməti 285,00 manat, 01 ədəd 2 qram çəkidə 585 eyar sadə halqa formalı uşaq üzüyünün qiyməti 190,00 manat, 01 ədəd 2 qram çəkidə 585 əyar üzərində üç ədəd ürək naxışı olan uşaq üzüyün qiyməti 190,00 manat, 01 ədəd 2 qram çəkidə 585 ayar tac formalı qadın qızıl üzüyün qiyməti 190,00 manat, 01 ədəd 2 qram çəkidə 585 ǝyar üzərində halqa işləməsi olan qadın qızıl üzüyün qiyməti 190,00 manat, 01 ədəd 3 qram çəkidə 585 əyar üzərində bir ədəd brliyant qaşı olan qadın üzüyünün qiyməti 285,00 manat, tərkibinə 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl üzük, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl qolbaq, 01 ədəd üzərində paxlava formalı işləməsi və qaşları olan klonla birlikdə qızıl boyunbağı və 01 cüt üzərində paxlava formalı işləməsi və qaşları olan qızıl sırğa aid olan 10 qram çəkidə qızıl komplektin qiyməti 950,00 manat olmaqla, həmin qızıl-zinət əşyalarının ümumilikdə dəyəri 3611,00 (üç min altı yüz on bir) manat məbləğində müəyyən edilir;
8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə, cinayət işinin materiallarına əlavə edilməsi, təqsirləndirilən şəxs, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsə 6790 manat maddi ziyan dəyməsi əsas götürülmüşdür.
9. “Təqsirləndirilən şəxə yenidən ittiham elan edilməsi” haqqında 07 yanvar 2025-ci tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir;
10. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 noyabr 2015-ci il təvəllüdlü X3 və adlı 28 mart 2024-cü il təvəllüdlü X5 övladları vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yəni - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 21 oktyabr 2024-cü il tarixdəm məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 6790 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 6790 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov