Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-553/2023 01.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, mənzil 38-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 25 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan qəbiristanlığında Zərərçəkmiş şəxs ailə üzvlərinə məxsus qəbirlərin ətrafına çəkilmiş dür alüminiumdan hazırlanmış hasarın 2000 manat dəyərində 7 metr hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində özünü təqsirli bilərək bildirdi ki, 25 fevral 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan qəbiristanlığının yanından keçərkən qəbirin aliminium hasarla əhatə olunduğunu müşahidə etmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün həmin hasarı oğurlamaq qərarına gəlmiş, hasarı hissə-hissə sökdükdən sonra kisələrə yığmış, daha sonra həmin kisələri yolun kənarına çıxarmış, daha sonra həmin kisələri taksi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən metal və plastik materialların qəbulu ilə məşğul olan obyektə aparmışdır. Satıcıya həmin metalın özünə aid olduğunu bildirmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra metallar tərəzidə çəkilmiş, metalların müqabilində 135 manat pul almış, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş, əldə etdiyi 135 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Sonda o, etdiyi əməl üzrə peşmançılıq çəkdiyini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Abşeron rayonu, Xırdalan qəbiristanlığında mərhum atası-X5, mərhum anası-X4, mərhum qardaşı-X3 məzarları yerləşir. Həmin məzarların hasarı dür aliminiumdan çəkilmişdir. Hər ay gələrək məzarları ziyarət edir. Sonuncu dəfə 23 fevral 2023-cü il tarixdə qəbiristanlığa gəlib ailə üzvlərinin məzarlarını ziyarət etmişdir. 26 fevral 2023-cü il tarixdə ona ailə üzvlərinin məzarının kənarına dür aliminiumdan çəkilmiş hasarın bir hissəsi sökülərək oğurlandığı barədə məlumat verilmişdir. Bundan sonra, qəbiristanlığa gedib və qəbirlərin 7 metr hissəsinin sökülərək oğurlandığını müşahidə etmişdir. həmin gün Abşeron rayon Polis İdarəsinə gələrək baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. 2018-ci il tarixdə dür aliminiumdan olan həmin hasarı 2000 manata çəkdirmiş və baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, rəsmi olaraq heç yerdə işləmir. Bakı şəhəri, Binəqədi rayonu ərazisində metal və plastik qəbulu ilə məşğul olan məntəqədə malları qəbul edir. 25 fevral 2023-cü il tarixdə saat təxminən 22 radələrində məntəqədə olarkən bir nəfər şəxs yaxınlaşaraq dür aliminium gətirdiyini bildirmiş, daha sonra həmin dür aliminiumları iki kisəyə yığılmış formada məntəqənin içərisinə gətirmiş, o, kisələrin içərisindəki metallara baxıb və həqiqətən də dür aliminium olduğunu bilmişdir. Həmin şəxsdən bunları haradan gətirdiyni soruşmuş, həmin şəxs həyətindəki hasarın traktor tərəfindən əzildiyini, yararsız hala düşdüyünü, bu səbəblə satmaq istədiyini demiş, bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Şəxsiyyət vəsiqəsini aldıqdan sonra dür aliminiumları təqdim edən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra metalları tərəzidə çəkib və 22 kq, 100 qram üçün Təqsirləndirilən şəxs 36 manat pul ödəmişdir. Raqib ona hasarın yarısını gətirdiyini, qalan hissəsini isə səhəri gün yəni 26 fevral 2023-cü il tarixdə gətirəcəyini demişdir. 26 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs daha üç kisə dür aliminium gətirmiş, tərəziyə qoyulduqda çəkisinin 58 kq, 100 qram olması müəyyən edilmiş və ona 99 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs aldığı dür aliminiumların oğurluq olduğunu bilməmişdir. Daha sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq məlumat almışlar. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə və 26 fevral 2023-cü il tarixdə dür aliminium aldığını və ona ümumilikdə 135 manat pul ödədiyini bildirmişdir. İş üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 10 may 2023-cü il tarixdə tərəfimdən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair qərar qəbul edilmişdir. Alternativ Ekspertiza mərkəzinin 11 may 2023-cü il tarixli, 72 nömrəli rəyinə əsasən hissələrə ayrılmış vəziyyətdə olan 7 metr uzunluğunda dür aliminiumdan hazırlanmış hasarın 25 fevral 2023-cü il tarixə olan orta bazar satış qiymətinin nəzəri hesablama yolu ilə 1100 manat təşkil etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin təkrar dindirilməsi protokolundan görünür ki, Alternativ Ekspertiza mərkəzinin 11 may 2023-cü il tarixli, 72 nömrəli rəyinə əsasən hissələrə ayrılmış vəziyyətdə olan 7 metr uzunluğunda dür aliminiumdan hazırlanmış hasarın 25 fevral 2023-cü il tarixə olan orta bazar satış qiymətinin nəzəri hesablama yolu ilə 1100 manat təşkil etməsi ilə razılaşmamış, Təqsirləndirilən şəxs oğurluq etməsi nəticəsində ona 2000 (iki min) manat ziyan dəydiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ailə üzvlərinə məxsus qəbirlərin ətrafına çəkilmiş dür aliminiumdan hazırlanmış hasarın 7 metr hissəsi zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş hüquqi şəxsin məhkəmə iclasında verdiyi və şahidin elan olunmuş ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, təqsirləndirilən şəxs hökm ilə müəyyən edilən cinayət əməlini 15 mart 2023-cü il tarixdə törətmişdir, habelə Sumqayıt şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 1(060)-456/2021 saylı hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib, 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respubliaksı CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət üzrə ödənilməmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü Əkbər Dəmirov və xx.xx.2014-cü il təvəllüdlü İbrahim Dəmirov adlı iki azyaşlı uşaqları var. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaçəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin olunması nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaçəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin olunması nəzərə alınsın. Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ailə üzvlərinə məxsus qəbirlərin ətrafına çəkilmiş dür aliminiumdan hazırlanmış hasarın 7 metr hissəsi zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-553/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-553/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver