Məhkəmə qərarları › İş №1(012)-554/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-554/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-554/2023 01.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.2003-cü ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nəsimi rayonu H.Aslanov küç ev 85də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla həmin ünvanda kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1994-cü ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girərək onunla birlikdə yaşayan xalası oğlu Zərərçəkmiş şəxs **********579456 nömrəli "xxxx" ASC-ə aid bank kartını götürüb, həmin kartda olan pul vəsaitindən 4000 manat pulu çıxardıb talamaq barədə ümumi razılığa gəlmiş, bu məqsdə ilə o, bir qrup şəxs halında əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən 27 fevral 2023-cü il tarixdə saat 04 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs yatan zaman yataq otağındakı çarpayının yanında döşəmənin üzərində qoyduğu pul qabının içərisindən "xxxx" ASC-ə aid şəxsi hesab kartını gizli götürüb mənzilə giriş qapısının önündə pilləkən meydançasında qoyduqdan sonra bu barədə telefonla Təqsirləndirilən şəxs2 məlumat vermiş, Təqsirləndirilən şəxs2 həmin gün eyni vaxtda göstərilən ünvana gəlib Zərərçəkmiş şəxs bank kartını onun qoyduğu yerdən götürüb kartda olan pulu çıxarması üçün Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs3 vermiş və o, da 27 fevral 2023-cü il tarixdə 06:07-də Bakı-Sumqayıt şossesinin Abşeron rayonu Masazır kəndi ərazisindən keçən hissəsində yerləşən “Azər City” marketin qarşısına gəlib orada quraşdırılmış bankomata zərərçəkmişə aid kartı daxil etməklə həmin kart hesabından 4000 manat pulu çıxardıb gizli olaraq talamaqla öz aralarında bölüb, özünə 1800 manat, 1900 manat Təqsirləndirilən şəxs2, 300 manatı isə Təqsirləndirilən şəxs3 verməklə Zərərçəkmiş şəxs 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında xalası oğlu Zərərçəkmiş şəxs, Tofiq və xalası qızı Gülhanə ilə birlikdə yaşayır. Həmçinin, X2 4-cü kursda oxuyur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlal oğlunun həmkəndliləri və dostlarıdır. Oxuduğu kollecin təhsil haqqı olan 1700 manat pulunu ödəməli olduğunu, lakin, pul tapa bilmədiyini, buna görə də oğurluq etmək qərarına gəlmiş, xalası oğlu İbrahimin isə adına olan “Kapital Banka” aid şəxsi hesab kartının olduğunu və həmin kartda təxminən 4000 manat pul olduğunu bilmişdir Bu məqsədlə 26 fevral 2023-cü il tarixdə saat 22 radələrində mənzilə gələrkən orada olan xalası oğlanları İbrahim və Tofiq, həmçinin xalası qızı Gülhanənin yatdığını, sakitcə İbrahimin yatdığı otağa girib döşəmədəki geyim əşyalarının üzərində olan İbrahimə məxsus pul qabının içərisindən həmin bankomat kartını götürüb mənzilin giriş qapısının çöl tərəfinə qoyub Rüstəmə zəng edərək bu barədə məlumat vermişdir. Lakin Rüstəmə kartın oğurluq olduğunu bildiməmişdir.Rüstəm də əvvəlcədən razılşadıqları kimi həmin kartı gəlib götürmüş, Rüstəmə bankomat kartının şifrəsinin “1994” olduğunu demiş, bundan sonra heç nə olmamış kimi, xalası oğlu İbrahimin yanına gəlib yatmışdır. Sonra pulu razılaşdırları kimi aralarında bölmüşlər. Hazırda pulu qaytarmışdır, əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsindən görünür ki, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında xalası oğlu Zərərçəkmiş şəxs, Tofiq və xalası qızı Gülhanə ilə birlikdə yaşayır. Həmçinin, X2 4-cü kursda oxuyur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cəlal oğlunun həmkəndliləri və dostları olduğunu, onlarla heç bir ədavət və düşmənçiliyinin olmadığını, oxuduğu kollecin təhsil haqqı olan 1700 manat pulunu ödəməli olduğunu, lakin, pul tapa bilmədiyini, buna görə də oğurluq etmək qərarına gəlmiş, xalası oğlu İbrahimin isə adına olan “Kapital Banka” aid şəxsi hesab kartının olduğunu və həmin kartda təxminən 4000 manat pul olduğunu bilmiş, bu məqsəd ilə 26 fevral 2023-cü il tarixdə saat 22 radələrində ünvan 5 ünvanında kirayə yaşayan dostu Rüstəmin evində onunla həmin oğurluq barədə danışmış, öz aralarında həmin kartdakı 4000 manat pulu oğurlayıb yarıya bölməyi qərara almışlar. Bu vaxt hər birinə 2000 manat pul düşməli olmuş, bu vaxt Rüstəm “gəl onda mən adam var kartı verərəm həmin adama pulu çıxardıb bizə verər biz də həmin puldan hər 1000 manat üçün ona 75 manat olmaqla ümumilikdə 300 manat pul verərik” demiş, Rüstəmin təklifinin ağlabatan olduğunu fikirləşib onunla razılaşmış, bundan sonra edəcəkləri oğurluğun hansı formada olacağını Rüstəmə izah eləyərək özü İbrahimgilin qaldığı mənzilə gedib onun hesabında pul olan "xxxx" kartını götürüb həmin mənzilin qapısının çöl tərəfinə qoyacağını və ona gəlib götürməsi üçün xəbər edəcəyini demiş, Rüstəmin də onunla razılaşdığını, bundan sonra Rüstəmin evindən çıxıb özünündə yaşadığı xalası oğlu İbrahimin yaşadığı və giriş qapısının açarının biri də özündə olduğu mənzilə gəlmişdir. Mənzilə gələrkən orada olan xalası oğlanları İbrahim və Tofiq, həmçinin xalası qızı Gülhanənin yatdığını, sakitcə İbrahimin yatdığı otağa girib döşəmədəki geyim əşyalarının üzərində olan İbrahimə məxsus pul qabının içərisindən həmin bankomat kartını götürüb mənzilin giriş qapısının çöl tərəfinə qoyub Rüstəmə zəng edərək bu barədə məlumat vermişdir. Rüstəm də əvvəlcədən razılşadıqları kimi həmin kartı gəlib götürmüş, Rüstəmə bankomat kartının şifrəsinin “1994” olduğunu demiş, bundan sonra heç nə olmamış kimi, xalası oğlu İbrahimin yanına gəlib yatmış, 27 fevral 2023-cü il tarixdə saat 08 radələrində yuxudan oyanıb maşınını ustaya aparmış, həmin zaman Rüstəmə zəng edib necə olduğunu soruşmuş, Rüstəmin də ona İbrahimə məxsus kartdan iki dəfəyə ümumilikdə 4000 manat pul çıxarıldığını və pulun özündə olduğunu özünün isə kirayə yaşadığı evdə olduğunu demiş, həmin gün, yəni 27 fevral 2023-cü il tarixdə saat 11 radələrində Rüstəmin kirayə yaşadığı mənzilə getmiş, həmin vaxt mənzildə Rüstəm və Səxavətin olduğunu, mənzilə girəndə Səxavətin yatılı olduğunu, Rüstəmin ona 4000 manat puldan 1800 manat pul verdiyini, qalan 2200 manat pulun 300 manatını bankomatdan pulu çıxardan dostu Səxavətə verəcəyini, qalan 1900 manat pulu isə özünə götürəcəyini demiş, həmin vaxt xalası oğlu İbrahimin bankomat kartından pulu Rüstəmin təklifi ilə Səxavətin çıxardığını bilmiş, bu vaxt Rüstəmlə razılaşıb 1800 manat pulu götürüb oradan çıxıb getmiş, həmin pulun 300 manatını kreditə ödəmiş, qalan 1500 manat pul isə idarə etdiyi avtomobilə qoymuş, daha sonra polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etdikdə hadisəni etiraf etmiş, və oğurluq yolu ilə əldə etdiyi 1800 manat puldan qalan 1500 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında tək yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cəlal oğlu da həmkəndliləri və dostlarıdır. Maddi cəhətdən ehtiyacını təmin etmək üçün kirayə evlərin təşkili ilə fərdi qaydada məşğul olur. Son vaxtlar maddi sıxıntıları yaranmış, buna görə də hardansa pul əldə etmək fikrinə düşmüş, 26 fevral 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun kirayə yaşadığı evə gələrək ona pula ehtiyacı olduğu üçün oğurluq etmək istədiyini demiş, Xalidə haradan və nə oğurlayacağını soruşanda Xalidin ona xalası oğlu İbrahimin şəxsi hesab kartını gizlin götürüb yaşadıqları evin qapısının çöl tərəfinə qoyacağını və onun da həmin kartı götürüb içərisində olan pulu çıxaracağını təklif etmiş, həmin kartın içərisində nə qədər pul vəsaiti olduğunu soruşanda Xalidin ona həmin kartda təxminən 4000 manat pul olacağını və həmin məbləği iki yerə böləcəyini demiş, bu zaman Xalidə «gəl başqa bir nəfər var həmin kartı ona verərəm pulu çıxarıb verər hər 1000 manata görə də həmin şəxsə 75 manat pul verərik» təklif etmiş, Xalid də bu təklifdən sonra onunla razılaşmış, həmin gün Xalidin çıxıb getdiyini, Xalid gedəndən sonra dostu Səxavətin onun evinə gəlmiş, Səxavətə “Kapital Bank“a aid oğurluq kartın olduğunu və həmin kartı ona verib şifərsini də deyib həmin kartdan Bakı-Sumqayıt şossesində “Azər City” marketin qarşısındakı quraşdırılmış bankomatdan 4000 manat pulu çıxarıb ona gətirməsini, bunun qarşılığında da ona hər 1000 manata görə 75 manat pul verəcəyini demiş, Səxavətin də heç nə deməyərək onunla razılaşmışdır. 27 fevral 2023-cü il tarixdə saat 04 radələrində Xalidin ona İbrahimin evinin yerləşdiyi yerin konumunu atdığını, həmin yerə gəlmiş, bu vaxt mənzilin giriş qapısının qarşısında üzərində “İbrahim Nağıyev” sözləri yazılmış “kapital Banka” məxsus bankomat kartını götürüb metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, orada Səxavət ilə görüşüb həmin kartı ona verib şifrəsinin də “1994” olduğunu deyib kirayə yaşadığı evə qayıtmış, təxminən 1 saat sonra Səxavətin onun kirayə qaldığı mənzilə gəldiyini, həmin vaxt mənzildə Səxavət və özündən başqa heç kimin olmadığını, 4000 manat pulu Səxavətdən alıb sayıb kartı nə etdiyini soruşanda Səxavətin həmin kartı metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Badi Səba” restoranın qarşısında atdığını demiş, həmin 4000 manat puldan 300 manatını sayıb Səxavətə vermiş, qalan 3700 manat pulu isə özündə saxlamış, Səxavətin pulu adlqdan sonra onunla birlikdə yatdığını, 27 fevral 2023-cü il tarixdə saat 11 radələrində evin qapısının döyüldüyünü eşidib qapıya tərəf getmiş, bu vaxt gələn adamın dostu Xalid olduğunu görüb onu mənzilə buraxmış, Xalid ilə mənzildə söhbət edib 3700 manat pulun 1800 manatını Xalidə vermiş, qalan 1900 manat pulu isə özündə saxlamış, həmin vaxt Xalidə İbrahimə məxsus kartdan pulu həmkəndlisi Səxavətin çıxardığını və 300 manat pulu da Səxavətə verdiyini demiş, Xalidin də onunla razılaşaraq 1800 manat pulu götürüb getmiş, özü isə yorğun olduğu üçün yatmış, həmin gün saat 12 radələrində Səxavətin yuxudan oyanıb işə getdiyini, özü də həmin 1900 manat pulun 1600 manatını telefonda internet vasitəsi ilə “Mosbet” programında oyunda uduzmuş, qalan 300 manat pulun 180 manatını şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra qalan 120 manat pulu isə idarəyə dəvət olunarkən xidməti otaqların birində polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olduğunu, onunla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da həmkəndlisi və dostlarıdır, son zamanlar maddi sıxıntılarının olduğunu, buna görə də hardansa pul əldə etmək istəyi yaranmış, 27 fevral 2023-cü il tarixdə saat 02 radələrində dostu və həmkəndlisi Rüstəmin kirayə yaşadığı evə getmiş, həmin vaxt evdə Rüstəmin tək olduğunu, bu vaxt Rüstəm ilə söhbət edərək ona pul lazım olduğunu bildirmişdir. Rüstəm də ona “Kapital Bank“a aid oğurluq kartın olduğunu, həmin kartı ona verib şifrəsini də deyəcəyini bildirmiş, o da həmin vaxt pula ehtiyacı olduğu üçün heç nə deməyərək onunla razılaşmış, həmin gün saat 05 radələrində əvvəlcədən razılaşdıqları kimi metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, orada Rüstəm ilə görüşüb kartı ondan götürmüş, bu zaman Rüstəmin həmin kartın şifərsinin də “1994” olduğunu deyib ona kirayə yaşadığı evə getdiyini demişdir. O, “Azər City” adlı marketin qarşısına gəlmiş, orada "xxxx"ın bankomatına həmin kartı daxil edib şifrəni yazmış, bundan sonra həmin kartdan hər dəfəsində 2000 manat olmaqla 2 dəfəyə 4000 manat pulu çıxartmış, daha sonra əvvəlcədən razılaşdıqları kimi 300 manat pulu ona verib qalan 3700 manat pulu Rüstəmə vermişdir, lakin kartın oğurluq olduğunu bilməmişdir, ona çatan 300 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs3 istintaqda verdiyi ifadəsindən görünür ki, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla təxminən 2 aydır ki, Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küç 291 ünvanında yerləşən “Görünməz adam” adlı PUB-da aşbaz işləyib elə gecəni də orada qaldığını, Zərərçəkmiş şəxs həmkəndlisi olduğunu, onunla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da həmkəndlisi və dostları olduğunu, son zamanlar maddi sıxıntılarının olduğunu, buna görə də hardansa pul əldə etmək istəyinin yarandığını, 27 fevral 2023-cü il tarixdə saat 02 radələrində dostu və həmkəndlisi Rüstəmin kirayə yaşadığı evə getmiş, həmin vaxt evdə Rüstəmin tək olduğunu, bu vaxt Rüstəm ilə söhbət edərək ona pul lazım olduğunu demişdir. Rüstəm də ona “Kapital Bank“a aid oğurluq kartın olduğunu, həmin kartı ona verib şifrəsini də deyəcəyini bundan sonra onun Bakı-Sumqayıt şossesində “Azər City” marketin qarşısındakı bankomatdan həmin kartdan 4000 manat pulu çıxardıb gətirəcəyini, qarşılığında isə Rüstəmin ona hər 1000 manata görə 75 manat pul verəcəyini demiş, həmin vaxt pula ehtiyacı olduğu üçün heç nə deməyərək onunla razılaşmış, həmin gün saat 05 radələrində əvvəlcədən razılaşdıqları kimi metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, orada Rüstəm ilə görüşüb kartı ondan götürmüş, bu zaman Rüstəmin həmin kartın şifərsinin də “1994” olduğunu deyib ona kirayə yaşadığı evə getdiyini demiş, bundan sonra həmin yerdən manatlıq tanımadığı taksi ilə saat təxminən 06 radələrində Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən “Azər City” adlı marketin qarşısına gəlmiş, orada "xxxx"ın bankomatına həmin kartı daxil edib şifrəni yazmış, bundan sonra həmin kartdan hər dəfəsində 2000 manat olmaqla 2 dəfəyə 4000 manat pulu çıxartmış, daha sonra keçidlə əks hərəkət istiqamətinə keçib tanımadığı manatlıq taksi ilə “Şamaxinka” deyilən yerdə düşmüş, oradan piyada metronun “20 Yanvar” stansiytası istiqamətində gələrək “Badi Səba” restoranının qarşısında həmin kartı yerə atmış, bundan sonra taksi ilə Rüstəmin qaldığı evə gəlmiş, həmin zaman mənzildə Rüstəmdən başqa heç kim olmamış, pulu Rüstəmə vermiş, Rüstəm də sayıb 4000 manat olduğunu demiş, daha sonra əvvəlcədən razılaşdıqları kimi 300 manat pulu ona verib qalan 3700 manat pulu Rüstəm özündə saxlamış, bundan sonra yorğun olduğu üçün Rüstəmin evində yatmış, həmin gün saat 12 radələrində yuxudan oyanıb iş yerinə getmiş, daha sonra polis əməkdaşları onu idarəyə dəvət etmiş, oğurluq yolu ilə əldə edilmiş 4000 manat puldan ona çatan 300 manat pulu polis əməkdaşına təhvil vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 8 ünvanında bacısı Gülhanə və qardaşı Tofiq ilə birlikdə kirayə yaşayır, onlarla birlikdə xalası oğlu Təqsirləndirilən şəxs1 da yaşadığını, kirayə qaldığı evin bir açarının da Xalid də olduğunu, maddi cəhhətdən ehtiyacını təmin etmək üçün Bakı şəhəri Nəsimi rayonu ərazisində “X6” adlı kababxanada işlədiyini, özünə məxsus **********579456 nömrəli "xxxx" şəxsi hesab kartının olduğunu, pulunu həmin kart hesabında saxlamışdır. Sonuncu dəfə 27 fevral 2023-cü il tarixdə 01 radələrində həmin şəxsi hesab kartına Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Spar”market mağazalar şəbəkəsinin filalındakı “Milliön” ödəmə terminalından 30 manat yükləmiş, bununla da şəxsi hesab kartında ümumilikdə 4300 manat pul olmuş, daha sonra yaşadığı evə gəlmiş, həmin vaxt bacısı və qardaşının yatmış, Xalid isə evdə olmamış, hər gün olduğu kimi yorğun olduğu üçün öz yerinə keçib yatmış, səhər saat 09:30-da yuxudan oyanıb işi ilə əlaqədar olaraq Nəsimi rayonu ərazisində yerləşən “3-cü mikrarayon bazarı” deyilən yerə gəlib restoranı üçün ət alarkən alacağı ətin pulunu ödəmək üçün kartdan ödəmə etmək istəyərkən pul qabının içərisində kartının olmadığını görmüş, dərhal mobil telefonuna yüklədiyi “bir bank” proqramına baxarkən gecə saat 06:07-də ona məxsus kartdan Abşeron rayonu ərazisində “Azər City” adlı marektin yaxınlığındakı bankomatdan 2000 və 2000 manat olmaqla 2 dəfəyə ümumilikdə 4000 manat pulunun çıxarılması barədə SMS gəldiyini görmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CMnin 177.2.1, 177.2.3 və 70-ci maddələri ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 9 ay şərti sınaq müddəti saxlanılmışdır. Göyçay rayon İcra və Probasiya şöbəsindən alınmış 18 aprel 2023-cü il tarixli, 593- 1/97/-68/17 nömrəli məktubla müəyyən edilmişdir ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs3 cəzası başa çatdığı üçün 16 may 2018-ci il tarixdə iş Göyçay rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddələri ndə göstərilmişdir ki, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddələri nə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. İş üzrə "xxxx"dan xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd CD diskə məhkəmədə baxış keçirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 götürülmüş 13 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq və 5 ədəd 20 manatlıq əskinazlardan ibarət 1500 manat nağd pul, Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əskinazlardan ibarət 120 manat nağd pul və Təqsirləndirilən şəxs3 götürülmüş 3 ədəd 100 manatlıq əskinazlardan ibarət 300 manat nağd pul iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və pul əskinazlarının sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixdə X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron prokurorluğu vasitəsi ilə Abşeron rayon məhkəməsinə təqdimat verilsə də, həmin təqdimatlar təmin edilməyərək barələrində başqa qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarılmışdır. 01 mart 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özlərinin etirafedici, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddələri nin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3- 1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddələri nə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özlərini qismən təqsirli bilməsini onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özlərini qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 kartın oğurluq olmasının digər təqsirləndirilən şəxslərə demədiyini və Təqsirləndirilən şəxs3 isə kartın oğurluq olmasından məlumatı olmadığını bildirsə də, ibtidai istintaqdan fərqli olaraq məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verərək, onların müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddələri nə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələri ndə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddələri nə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X1 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddələri nə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddələri nin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddələri nin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddələri nə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, yəni, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə zalından həbs edilməli, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, yəni, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə zalından həbs edilməli, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, yəni, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə zalından həbs edilməli, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələri nə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları 02 gün müddət nəzərə alınsın, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx"dan xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd CD diski iş materiallarında saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs1 götürülmüş 13 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq və 5 ədəd 20 manatlıq əskinazlardan ibarət 1500 manat nağd pul, Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əskinazlardan ibarət 120 manat nağd pul və Təqsirləndirilən şəxs3 götürülmüş 3 ədəd 100 manatlıq əskinazlardan ibarət 300 manat nağd pul əskinazlarının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 120 manat, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 2 (iki) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbs etmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 2 (iki) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbs etmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 2 (iki) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbs etmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 götürülmüş 13 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq və 5 ədəd 20 manatlıq əskinazlardan ibarət 1500 manat nağd pul, Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əskinazlardan ibarət 120 manat nağd pul və Təqsirləndirilən şəxs3 götürülmüş 3 ədəd 100 manatlıq əskinazlardan ibarət 300 manat nağd pul əskinazlarının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar