Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-554/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Nağıyeva Rəvanə Binyamin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də satıcınəzarətçi, kassir işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı ərazi dairəsi, Sığırlı kəndində qeydiyyatında olan və Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, nömrəsiz fərdi yaşayış ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «Toyota Prius» markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən avtomobilyuma məntəqəsində hərəkət etdirən zaman həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi təmin edilməsi məqsədi ilə avtomobilin mühərrikini işi salmazdan əvvəl sürətlər qutusunun hansı pillədə olmasına diqqət etməli və mövcud hadisə zamanı avtomobilin irəliyə doğru hərəkət etməsinin qarşısını alan tədbiri görməli və bundan sonra avtomobili arxaya doğru hərəkət etdirməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda, bu tələblərə əməl etməyərək hərəkətini davam etdirmiş və bu zaman avtomobilin qarşısında dayanmış həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sol baldır sümüklərinin açıq, sağ baldır sümüyünün qapalı yerdəyişən sınığı kimi və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayından Abşeron rayonu Masazır qəsəbəsi, Zənglian şəhərciyinin yaxınlığında yerləşən 2 boksdan ibarət moykada yuyucu işləyir. Həmin avtoyuma məntəqəsi tanışı Şahid məxsus idi. Zərərçəkmiş şəxs Arif oğlunu 2024-cü ilin may ayının əvvəlindən tanımış, belə ki, bir dəfə taksi sifariş edərkən “Toyota Prius” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonundan Bakı şəhər mərkəzinə getmiş, Vüsalla söhbət əsnasında onun Masazır qəsəbəsində işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında qalmasını öyrənmiş, buradan aralarında münasibət yaranmışdır. Vüsal bir neçə dəfə onun işlədiyi avtoyuma məntəqəsinə müştəri kimi də gəlib getmişdir. 16 may 2024-cü il tarixdə saat 16 radələrində Vüsal yenə işlədiyi avtoyuma məntəqəsinə gəlmiş, ondan xahiş etmişdir ki, maşınını özü yuyacaq, özü qurulayacaq, lakin pulu yoxdur. Ona etiraz etməmiş, həmin vaxt o özü avtoyuma məntəqəsində olan 2 boksdan sağ tərəfdəkində maşın yumuşdur. Soldakı boksda isə Vüsal öz maşınını, yəni “Toyota Prius” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yumuşdur. Belə ki, Vüsal ondan tələb etmişdir ki, maşınını içəri boksa salsın. Ondan soldakı boksun yamasının olmasını deməyinə baxmayaraq və maşını kənarda saxlayıb təmizləməyi xahiş etməyinə baxmayaraq onun sözünə məhəl qoymamış, maşını boksa salmışdır. Bir qədər sonra Vüsal onu çağırmış və maşına əyləşərək boksdan çıxarmağı tələb etmişdir. O istəməsə də təkidlə tələb etmişdir ki, maşına əyləşərək idarə etdin və boksdan geri çıxarsın. Həmin vaxt Vüsalın özü maşının önündə dayanmışdı. O, maşının geri hərəkəti üçün surət qutusunda “R” pilləsinə daxil etmək istəsədə, xəbəri olmadan “D” pilləsinə daxil olmuşdur. Hətta elə bilmişdir ki, “R” pilləsinə daxil etmişdir. Tormozu buraxaraq qaza basarkən maşın qəflətən geriyə yox irəli hərəkət etmişdir. Nəticədə “Toyota Prius” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi ilə maşının qarşısında dayanan Vüsalı ehtiyyatsızlıqdan vurmuşdur. Dərhal maşını geriyə pilləsinə daxil edərək arxaya sürmüş, Vüsal yerə yıxılmışdır. Dərhal ona ilkin tibbi yardım göstərərək X6 çağırıb Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışlar. Vüsal həmin vaxt ona demişdir ki, narahat olmasın, kim soruşsa hadisənin öz ehtiyyatsızlığından baş verməsini, maşını özünün idarə etməsini deyəcəkdir. O da polisə bu formada izahat vermişdir. Ona tibbi yardım göstərməklə yanaşı xəstəxana xərclərinə də yardım etmişdir. “Toyota Prius” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs Arif oğluna məxsus olmasını bilmişdir. “Toyota Prius” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi, yaxud mülkiyyət hüququnu təsdiq edən başqa sənədi olmamışdır. Onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Hadisə 16 may 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin yaxınlığında yerləşən 2 boksdan ibarət avtoyuma məntəqəsinin sol boksunun içərisində baş vermişdir. Yaxınlıqda ikisindən başqa heç kim olmamışdır. Hadisə baş verən zaman toqquşma yerinə qədər olan məsafə 2 metr olmuşdur. Hadisə zamanı o, sərxoş olmamışdır. Nəqliyyat vasitəsi ilə 10 km/saat surətlə Vüsalı vurmuşdur. O, avtomobili tam olaraq idarə edə və istismar qaydalarını bilməsə də, nəqliyyat vasitəsini qismən idarə edə bilir. 2500 manat zərərçəkmiş şəxsə ödəniş etmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsində Zəngilan şəhərciyi yaxınlığında yerləşən avtoyuma məntəqəsində, həmin məntəqədə yuyucu işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ertibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı 99-NL- 280 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qarşısında təmizlik işləri apardığı zaman onu divara sıxmış və Zərərçəkmiş şəxs hər iki ayağından açıq sınıq xəsarəti almağına səbəb olmuşdur. Hadisə baş verən günü Zərərçəkmiş şəxs maşını yumaq məqsədi ilə həmin avtoyuma məntəqəsinə getmişdir. Fərid maşını yuma bokusundan qurulama baxışına sürmüş və həmin vaxt ondan yol göstərməsini xahiş etmişdir. Fərid maşını saxlayıb düşmək istəyərkən qəfildən qaza basmış, avtomobil ona tərəf sürətlənmişdir. Həmin vaxt o avtomobillə divar arasında qalmış və Fərid onun ayaqlarından xəsarət almağına səbəb olmuşdur. Həmin vaxt özünü itirmiş, əli ilə mühərrik qapağına vurmuş, sonra Fərid maşını geriyə sürmüşdür. Həmin vaxt yerə yıxılmış və dizdən aşağı hər iki ayağı açıq sümük sınığı xəsarətini almışdır. Sonra ətrafda olan tanımadığı şəxsin köməyi ilə təcili yardım çağırmışlar və onu təcili yardımla Sumqayıt şəhər X6 xəstəxanasına aparmışlar. Həmin vaxt xəstəxanada əməliyyat olunmuş, xəstəxanada olan zaman Kamal adlı şəxs ondan xahiş etmişdir ki, qarşılıqlı razılaşsınlar, onun bütün müalicə xərclərini ödəyəcəklər, Fəriddən şikayətçi olmasın. Ona görə də Zərərçəkmiş şəxs izahat verərkən göstərmişdir ki, guya maşın özü hərəkət edib gəlib onu divara sıxmış və nəticədə ayaq nahiyəsindən xəsarət almışdır. Həqiqətdə hadisə Zərərçəkmiş şəxs qeyd etdiyi kimi baş vermiş, həmin vaxt avtomobili Fərid idarə etmiş və onu ehtiyyatsızlıqdan divarla avtomobil arasında sıxaraq ayaq nahiyəsindən xəsarət almasına səbəb olmuşdur. Keçən müddət ərzində Zərərçəkmiş şəxs heç bir maddi və mənəvi dəstək göstərməmişlər. Ona görə də Abşeron rayon polis idarəsinə gələrək bu barədə şikayət etmişdir. Zərər ödənilməyib, şikayətçidirlər. ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsi, Zəngilan şəhəriciyinin yaxınlığında yerləşən ona məxsus, 2 boksdan ibarət avtoyuma məntəqəsini 2024-cü ilin may ayının əvvəlindən açaraq işlətməyə başlamışdır. Fəridi yaşadığı Yasamal rayonunda tanımış, ona açdığı avtoyuma məntəqəsinə işçi axtardığını bildirmiş və o bekar olduğunu gəlib işləyə biləcəyini demişdir. 2024-cü ilin may ayının əvvəlindən etibarən Təqsirləndirilən şəxs açdığı avtoyuma məntəqəsində işə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxs ona zəng edərək avtoyuma məntəqəsində bədbəxt hadisə olması barədə məlumat vermişdir. Hadisə yerinə getmiş, oraya çatdıqda X6 maşınını görmüşdür. Yerdə uzanmış şəxsin ayaqlarından xəsarət almasını, həmçinin «Toyota Prius» markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının sol tərəfdə yerləşən boksda sönülıı vəziyyətdə dayanmasını görmüşdür. Vüsal isə maşının ön hissəsində yerdə uzanmışdı. X6 maşının vasitəsilə həmin şəxs Sumqayıt TTY stansiyasına aparılmışdı. Sonradan hadisənin necə baş verməsini Vüsaldan və Fəriddən soruşmuş, Vüsal ona demişdir ki, idarə etdiyi «Toyota Prius» markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının əl tormozu çəkdiyini düşünərək mühərriki işlək vəziyyətdə maşının qarşısına keçmiş, maşını qurulayan zaman maşının hibrid mühərrikindən benzin mühərrikinə keçid baş vermiş, nəticədə maşın hərəkətə gələrək onu divara sıxmış, dizlərindən aşağı nahiyələrindən xəsarət almışdı. Vüsalın deməsinə görə Fərid maşına əyləşərək maşını arxaya idarə etmiş və o yerə yıxılmışdır. Məsələni Fəriddən soruşduqda Vüsalın dediklərini təsdiq etmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, Vüsalın hər iki ayağı diz nahiyəsindən aşağı sınmışdır. Ona məxsus avtoyuma məntəqəsinin texniki passportu, icazə sənədləri, eyni zamanda həmin avtoyuma məntəqəsinin təhlükəsizlik passportu olmamışdır. Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində işləməsi ilə əlaqədar əmək müqaviləsi bağlanmamışdır, həmçinin avtoyuma məntəqəsi rəsmi dövlət qeydiyyatına alınmamışdır. O, hadisə yerində olmamış, Fəridin maşını idarə edərək Vüsalı divara sıxması nəticəsində xəsarət alması barədə məlumatı olmamışdır. O, hadisə olan gün Vüsaldan və Fəriddən hadisənin baş verməsi barədə maraqlandıqda ona maşının özünün hərəkətə gəlməsi nəticəsində Vüsalın divara sıxılması barədə məlumat verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 51 TS nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən sonra xx.xx.2024-cü il tarixdə “Sumqayıt Tibb Mərkəzi PHŞ X6 Xəstəxanası”na müraciət etmiş və ona sol baldır sümüklərinin açıq, sağ baldır sümüyünün qapalı yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3148 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Toyota Prius» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. -“Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 263- 1.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi və məhkəmə məsuliyyətinə verilməsi, iş üzrə şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsi, yol-nəqliyyat hadisəsi törətmiş “Toyota Prius” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının iş üzrə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün sahibinə qaytarılması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol- nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yolnəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1 maddəsində göstərilən digər şəxs zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci və 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia vermişsə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında pul tələbinə dair tələb hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomaşının cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-554/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-554/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver