Məhkəmə qərarları › İş №1(012)-555/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-555/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-555/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1969-cu il tarixdə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2024-cü il saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyib alkoqollu içki qəbul etməklə alkoqol sərxoşluğunda olarkən Zərərçəkmiş şəxs evdən çıxıb getmək istəməsindən əsəbiləşərək bununla bağlı sonuncuya irad bildirərkən həmin vaxtı tərəflər arasında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə o, həmin səbəbdən həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə sifətindən bir dəfə sillə ilə zərbə endirib, əlləri ilə paltarının yaxasından tutub kənara itələməklə Zərərçəkmiş şəxs başını evin küt hissəsinə (qapısına) vuraraq sonuncunun həmin zərbədən yerə yıxılmasına səbəb olub, artıq yerdə də, Zərərçəkmiş şəxs baş və alın nahiyələrinə əl, yumruq zərbələri ilə ardıcıl vuraraq Zərərçəkmiş şəxs təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin dərialtı hematoması ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 15 il olar ki, dost münasibətindədirlər. 29 dekabr 2024-cü il tarixdə Xəyalə onun Novxanı kəndində yerləşən evinə gəlmiş, mağazadan bazarlıq edərək, yemək yemiş və spirtli içki içmişlər. Bir neçə saat sonra Xəyalə getmək istədiyini deyərək, ünvanına nəlayiq ifadələr işlətdiyindən onların aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı Xəyaləyə bir dəfə sifət nahiyəsinə sillə vurub kənara itələmiş, bu zaman sonuncunun baş nahiyəsi qapıya dəyərək, xəsarət almışdır. Bundan sonra Xəyalə onun barəsində polisə şikayət edəcəyini bildirib, evdən çıxaraq getmişdir. Mübahisə zamanı evdə kənar şəxs olmamış, həmçinin onun tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilməmişdir. Sonda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 15 il müddətdir ki, dost münasibətindədirlər. 29 dekabr 2024-cü il tarixdə nahar vaxtında Mehmanı yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən evinə getmiş, orada birlikdə spirtli içki olan qəbul etmişlər. O, evinə gedəcəyini dediyi üçün Mehman onun ünvanına nəlayiq ifadələr işlətmiş və beləliklə onların aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə vaxtı Mehman onu qəsdən kənara itələmiş, onun başı evin qapısına dəymiş və zərbənin təsirindən yerə yıxılmış, sonuncu ona yumruqla bir neçə dəfə baş və alın nahiyələrinə zəbələr vurmaqda davam etmişdir. Həmin vaxt o, Mehmana polisə şikayət edəcəyini dedikdə sonuncu ondan aralaşmış, bu zaman o, cəld evi tərk edərək, Təcilli tibbi yardım vasitəsilə Bakı şəhəri ərazisində yerləşən X3 getmiş və orada ona ilkin tibbi yardım göstərildikdən sonra baş nahiyəsinə tikiş qoyularaq, 30 dekabr 2024-cü il tarixdə evə buraxılmışdır. O, əlavə olaraq baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə Mehmanın yaşadığı evdə davam etməsini, həmin vaxt onların yanında heç kim olmadığını və sonuncuya qarşı hər hansı formada zor tətbiq etmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onların arasında barışıq əldə olunmuşdur. Sonuncuya qarşı şikayəti və tələbi olmadığından barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata qəbul edilmişdir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 14 yanvar 2025-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin dərialtı hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yarana bilərdilər, dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 avqust 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, bundan sonra Abşeron rayon məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, o, təyin edilmiş cəzanın çəkilməmiş 07 (yeddi) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından azad edilmişdir. Sonuncu dəfə Abşeron rayon məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinrək, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 12 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.

5. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etiraz etmir.

6. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin ona qarşı irəli sürülmüş ittiham üzrə ilk dəfə məsuliyyətə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar