Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-556/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16A, mənzil 21-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixdə saat 10 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı yumruqla sifətinə və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə vuraraq, ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ göz orbitasının hematoması, sağ bazunun, burunun, sağ saidin, eləcə də sağ əlin 4-cü barmağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs üç ilə yaxın müddətdir tanıyır. Belə ki, Aysel ilə Bakı şəhərində yerləşən kafelərdən birində tanış olmuş və daha sonra aralarında münasibət yaranmağa başlamışdır. Həmin zamandan sonra təxminən iki il müddətində qeyrirəsmi münasibətdə olmuş, lakin sonradan maddi durumu aşağı olduğu üçün kirayə haqqını ödəyə bilməmiş və Ayseli valideynlərinin yaşadığı ünvana gətirmişdir. Buna baxmayaraq mütəmadi olaraq həmin ünvana gedərək Aysel ilə maraqlanmış, birlikdə yaşadıqları müddət ərzində Aysel ilə aralarında bir neçə dəfə sözlə mübahisə baş vermişdir. 02 may 2021-ci il tarixinə keçən gecə Aysel ilə telefon vasitəsilə danışan zaman sonuncu evdə tək olduğunu bildirib onu yaşadığı ünvana dəvət etmiş, bundan sonra səhər saat 10 radələrində Ayselin yaşadığı ünvana getmiş, həmin zaman Aysel ona heç bir etiraz etmədən yaşadığı evə daxil olmasına icazə vermişdir. Onlar bir qədər söhbət etdikdən sonra başqa şəxslərlə münasibət saxlamasını bildirdikdə Aysel anidən onun barəsində nalayiq ifadələr işlətmiş, o, sonuncudan hərəkətlərinə son qoymasını tələb etsə də, Aysel ailəsinin də barəsində nalayiq ifadələr işlətmiş və o bundan sonra əsəbləşib Ayselin sifət nahiyəsindən iki dəfə sillə zərbəsi vurduqdan sonra Aysel ilə sağollaşaraq həmin ünvanı tərk etmiş, bir qədər sonra isə Aysel və sonuncunun valideyni Şahid onun barəsində şikayət etdiyi ona məlum olmuşdur. Mübahisə zamanı evdə Ayseldən başqa heç kim olmamış, aralarında baş vermiş mübahisə təxminən 5- 10 dəqiqə davam etmiş, həmin zaman o sillə zərbəsi ilə Ayselin sifət nahiyəsindən iki dəfə vurmuş, mübahisə zamanı Aysel ona heç bir müqavimət göstərə bilməmiş və heç bir xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən üç ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Fərid ilə Bakı şəhərində yerləşən kafelərdən birində tanış olmuş və daha sonra aralarında yaxın münasibətləri yaranmağa başlamışdır. Həmin zamandan sonra onlar təxminən 2 il müddətində qeyri-rəsmi münasibətdə olmuş, birlikdə yaşadıqları ilk vaxtlarda Fərid onunla normal davranmış və aralarında heç bir mübahisə baş verməmişdir. Lakin bir müddət sonra Fəridin ona qarşı münasibətləri dəyişmiş və dəfələrlə onunla mübahisə etmişdir. Bu səbəbdən o Fəriddən ayrılmaq qərarına gəlmiş və Bakı şəhərində, Memar Əcəmi metrostansiyasının yaxınlığında onunla birlikdə kirayədə yaşadığı evi tərk edərək ailəsinin yaşadığı ünvan 2 ünvanına geri qayıtmışdır. Bundan sonra Fərid dəfələrlə yaşadığı ünvana gələrək onu narahat edib yenidən birlikdə yaşamağı tələb etsə də, onunla razılaşmamışdır. 02.05.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə tək olan zaman Fərid onun yaşadığı evə gələrək onunla söhbət etmək istədiyini bildirmiş, o həmin zaman aralarında heç bir mübahisənin baş verməyəcəyini ehtimal edib ona etiraz etmədən evə daxil olmasına icazə vermiş, onlar bir qədər söhbət etdikdən sonra Fərid 30.04.2021-ci il tarixdə hansı ünvanda olduğunu soruşduqda o evdə olmadığını bildirərək, getdiyi yer barəsində sonuncuya məlumat verməkdən imtina etmişdir. Bundan sonra Fərid yüksək səslə onunla danışaraq mübahisə etməyə başlamış, o bu səbəbdən Fəridə irad bildirsə də sonuncu bu hərəkətlərini davam etdirərək yumruqla bir neçə dəfə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. O, bu zaman ondan evi tərk etməsini sözlə tələb etmiş və onun evi tərk etmək istəmədiyini görüb özü çölə çıxaraq dərhal Bakı şəhərinə müalicə məqsədilə getmiş, anası Şahid zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra anası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı evdə Təqsirləndirilən şəxs başqa heç kim olmamış, aralarında baş vermiş mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxtı Fərid yumruq zərbələri ilə sifətindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq xəsarətlər yetirmiş, həmin vaxt Fəridə heç bir müqavimət göstərməmiş və bu səbəbdən də ona heç bir xəsarət yetirməmiş, o evi tərk etdikdən sonra Fərid də həmin ünavnı tərk edib getmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 may 2021-ci il tarixli 883 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ göz orbitasının hematoması, sağ bazunun, burunun, sağ saidin, eləcə də sağ əlin 4-cü barmağının qançırı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 02.05.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmçinin Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qırarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənil Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-556/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-556/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver