Məhkəmə qərarları › İş №1(012)-557/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-557/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-557/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il saat 19 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı fərdi evinin daş hasarla əhatə olunmuş içəri həyətində qeyri-rəsmi ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs daim spirtli içkilər qəbul etməsinə və ona maddi dəstək olmamasına görə irad bildirdikdə həmin səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağlı mübahisə əsnasında əsəblərini cilovlaya bilməyib sonuncunun üzərinə hücum edərək qəsdən əvvəlcə əli ilə Zərərçəkmiş şəxs sifətindən əllə (sillə ilə) vurub, ardınca sol əlinin V barmağını əli ilə tutub kənara çəkməklə sıxaraq Zərərçəkmiş şəxs üzün sağ yanaq nahiyəsinin sıyrıqları, sol əlin V barmağının əziyi, qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, daha sonra mətbəxdə istifadə etdiyi soyuq silah hesab edilməyən 01 (bir) ədəd zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs sol bud nahiyəsindən qəsdən vuraraq sonuncuya sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə mtişaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onunla qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Mehmandan əvvəl o, X3 ilə 2010-cu ildən 2013-cü ilədək qeyri-rəsmi ər-arvad münasibətində yaşamış və həmin münasibətdən 2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Zərərçəkmiş şəxsla xx.xx.2024-cü il tarixdə “TikTok” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, anası əlil olduğu üçün ona əlil arabası axtararkən Zərərçəkmiş şəxsla əlaqə saxlayıb danışmış və bundan sonra tanışlıqları yaranmışdır. Tanış olduqdan bir neçə gün sonra Mehman Mingəçevir şəhərindən gəlib onların yaşadığı evdə qalmağa başlamış, rəsmi nigahları olmasa da, 2024-cii ilin noyabr ayında dini nikah bağlamışlar. Lakin bir müddət sonra Mehmanın içki aludəçisi olduğunu bildiyi üçün münasibətləri korlanmışdır. Mehmana dələlərlə ayrılmağı təklif etmiş, lakin Mehman razılaşmaq istəməmişdir. Bir neçə gün əvvəl Mehman onun yaşadığı ünvana gəlmiş, söhbət əsnasında ona yenə ayrılmağı təklif etmiş, lakin Mehman yenə də etiraz etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən yenə də Mehmanın içki aludəçisi olmasından və ona maddi dəstək olmamasından Mehmana əsəbiləşdikdə Mehmanla aralarında münaqişə baş vermiş, Mehman onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün bundan əsəbiləşmiş və Mehmanın sol əlindən tutub çəkmişdir. Sonra mətbəxdə oturub mətbəx bıçağı ilə yemək hazırlayıb kartof soyarkən Mehman onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlədərək fərdi yaşayış evinin daş hasarla əhatə olunan həyətinə düşmüş, o da Mehmanın bu hərəkətindən əsəbiləşib arxasınca gedərək ona yaxınlaşaraq əlindəki mətbəx bıçağı ilə üzərinə gedib onun sol bud nahiyyəsinə bir dəfə bıçaqla vurmuşdur. Sonra isə Mehman həyətdən küçəyə çıxıb getmişdir. Lakin bir müddət keçdikdən sonra Mehman yenə də evə gəlib onunla sözlə mübahisə etmiş və onu sözlə öldürəcəyi ilə hədələmişdir. Baş vermiş hadisə zamanı Mehmanın onu vurmadığını və heç bir xəsarət yetirmədiyini, mübahisə zamanı səs-küy yaranmadığını və ətrafdan heç kimin gəlmədiyini, mübahisənin 3-5 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmədən yetkinlik yaşına çatmayan övladının və xəstə anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, barəsində şikayətçi olduğu Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Aralarında heç bir ədavət və düşmənçilik münasibətləri yoxdur. Aidə ilə xx.xx.2024-cü il tarixdə “TikTok” sosial şəbəkəsində tanış olmuşdur. Aidənin anası yataq xəstəsi olduğu üçün onun anasına əlil arabası almağa kömək etməsi ilə bağlı söhbət zamanı münasibətləri yaranmış və bundan sonra Aidənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə gələrək onunla birlikdə qeyrirəsmi yaşamağa başlamışdır. 2024-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə dini nikaha daxil olmuşdur. Lakin nikahları rəsmiləşdirilməmişdir. Bir müddət Aidənin yaşadığı ünvanda yaşamışdır. xx.xx.2024-cü il tarixdə yaşadıqları evin həyətində olarkən Təqsirləndirilən şəxs ondan təqaüd kartını istəmiş, o isə verməkdən imtina etdiyi üçün bu səbəbdən yaşadıqları evin daş hasarla əhatə olunan həyətinin içərisində aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı Aidə onun sifətinə sillə ilə vurmuş, sonra isə sol əlinin sonuncu barmağını əli ilə tutub sıxmışdır. Sağ əli amputasiya olunduğu üçün Aidəyə müqavimət göstərə bilməmişdir. Aidənin bu hərəkətindən əsəbiləşib ünvanına kobud formada ifadə işlətmiş, Aidə də həmin vaxt yemək hazırladığı mətbəx bıçağı ilə onun sol ayağının bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra münaqişələri başa çatmış və o telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə xəstəxanaya müraciət etmişdir. Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə qayıdıb qalan əşyalarını və sənədlərini götürmək istədikdə Aidə ilə yenə aralarında sözlə mübahisə olmuş və mübahisə zamanı əsəbiləşib Aidəni sözlə öldürəcəyi ilə hədələmişdir. Lakin həmin mübahisə zamanı Aidəyə heç bir xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı Aidəni vurmadığını və ona heç bir bədən xəsarəti yetirmədiyini, həmin vaxt yanlarında başqa şəxsin olmadığını, səs-küy yaranmadığını, həmin vaxt Aidənin qızı və anası evdə olduqları üçün onların mübahisələrini görmədiklərini göstərmişdir. Məhkəmədən ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, şikayətçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” X11 Abşeron rayon şöbəsinin 28.12. 2024-cü il tarixli, 2966 saylı rəyinə əsasən vətəndaş 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşic-kəsici alətin təsirindən, üzün sağ yanaq nahiyəsinin sıyrıqları, sol əlin V barmağının əziyi, qançırı isə küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, üzün sağ yanaq nahiyəsinin sıyrıqları, sol əlin V barmağının əziyi, qançırı isə ayrı-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi, digər xəsarətlərin isə əllə yetirilməsi inkar edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edimiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/2011 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat–məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2025-ci ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs 22 dekabr 2024-cü il tarixdə xəsarət yetirdiyi soyuq silah hesab edilməyən 01 (bir) ədəd zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərar alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladı vardır. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs in cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut Abşeron RPİ-nin Növbətçi Hissəsində saxlanılan soyuq silah hesab edilməyən 01 (bir) ədəd zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə 64 manat məhkəmə-ballistik ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs in hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan soyuq silah hesab edilməyən 01 (bir) ədəd zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmün apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar