Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-558/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “DE FENDO” Vəkil Bürosunun vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Duzgölu kənarında ailə üzvləri ilə birlikdə idarə etdiyi “Toyoto Prius” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən “VAZ 2105” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qəza şəraiti yaratdığına görə ailə üzvlərinin qorxmasını bəhanə edib Zərərçəkmiş şəxs avtomobilini saxlatdırıb yerə düşərək həmin yolun kənarında aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özündən fiziki cəhətdən zəif və ahıl yaşlı Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vurub sonuncuya sol tərəfli ağır dərəcəli sensonevral eşitmə zəifliyi ilə nəticələnən sol qulaq seyvanının qançır-şişkinliyi, sol gicgah nahiyəsinin dərialtı hematoması xəsarətləri yetirməklə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələn qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, mülki iddianı qəbul etmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, 08 avqust 2024-cü il tarixdə, təxminən günorta saatlarında Duz gölünün kənarında “Toyoto Prius” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun qarşısına keçərək qəza şəraiti yaradaraq, ötmə əməliyyatı həyata keçirmiş, o, qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa döndümüş, həmin zaman avtomobilində olan həyat yoldaşı Şahid və azyaşlı oğlu Yusifin başı qapıya dəyərək, əzildiyindən o, əsəb keçirmiş və avtomobilini saxlayaraq, digər avtomobildə oturaq halda olan sürücü Zərərçəkmiş şəxs yaxınlaşmış və ilk olaraq sillə ilə sonuncunun sifət nahiyəsindən vurmuş, daha sonra isə avtomobilinin kapotunu yumruqla bir dəfə vurub avtomobilinə əyləşib getmişdir. Hadisənin baş verməsində özünü təqsirli bilərək, onu da qeyd etmişdir ki, hadisədən sonra dəfələrlə qohumları, qardaşı və özü həmin şəxsdən üzr istəmiş, əməlindən peşiman olduğunu bildirərək müəyyən maddi dəstək göstərmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs üzrxaqlığı və maddi yardımı qəbul etməmiş, onunla barışmayacağını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə dəfələrlə barışıq üçün cəhdlər etməsinə baxmayaraq nail ola bilməməsini, əməlində xuliqanlıq niyyətinin olmamasını, hadisənin ani narahatçılıq və qorxu nəticəsində yaranmış əsəbi halı ilə bağlı olması, həmçinin himayəsində maddi təminatının özü tərəfindən həyata keçirtdiyi iki azyaşlı uşaqlarının olmasını, həyat yoldaşının işləməməsini və son olaraq səhhətində olan xəstəliyi ilə əlaqədar müalicə aldığını bildirərək, zərərçəkmiş şəxs tərəfindən mülki iddia barədə heç bir sübut təqdim edilmədiyi üçün təmin edilməməsini, qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 08 avqust 2024-cü il tarixdə o, “VAZ 2105” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saray qəsəbəsi Duz gölü kənarındakı yolda hərəkətdə olarkən qarşısında olan “Toyoto Prius” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçdikdən bir qədər sonra həmin avtomobilin sürücüsü onun qarşısına keçərək dayandırmışdır. Bundan sonra adını bildiyi Təqsirləndirilən şəxs ona məxsus avtomobilə tərəf gələrək, ona “bu necə maşın sürməkdir?” ifadəsini işlədib, pəncərdən onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla sol qulaq nahiyəsinə və ağız nahiyəsinə xəsarət yetirmiş, həmin xəsarətlər nəticəsində onun həm protezi, həm də əlində olan “Redmi” markalı telefonu sınmışdır. Xəsarət almasına səbəb olan hərəkətlərlə kifayətlənməyən Rafik onun avtomobilini təpiklə vurub zədələmiş, bundan sonra avtomobilinə minərək, oranı tərk etmişdir. O, ilk olaraq baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat vermiş, daha sonra isə Saray Polis bölməsinə gedərək, şikayət ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda qeyd edir ki, hadisə nəticəsində ona 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Ona vurulmuş maddi və mənəvi zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və tərəfindən verilmiş mülki iddianın təmin olunması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, 08 avqust 2024-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə avtomobildə gedərkən, Masazır qəsəbəsində Duzgölu yolunda “VAZ 2105” markalı maşın əks yola çıxaraq, qarşıdakı maşınla toqquşmaması üçün tam olaraq onların üzərinə sürmüş, bu səbəbdən Rafik sükanı sağa döndərmiş, maşın yolun kənarında hasara dəymiş, maşında olan oğlu Yusifin başı pəncərəyə dəyib şişkinlik yaranmış, həmçinin onunda başı tutacağa dəymiş, həmin vaxt hamilə olduğundan həyəcanlanıb vəziyyəti pisləşmiş, bunu görən yoldaşı əsəbləşib maşından düşərək sürücünün yanına gedib niyə belə sürdüyünü soruşub 2 dəfə şillə ilə üz nahiyəsindən vurmuş və yumruğu ilə maşının ön hissəsinə vurub sonra yoluna davam etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 Abşeron rayon şöbəsinin 09 avqust 2024-cü il tarixli, 1810 saylı rəyinə əsasən 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsasən hadisə haqqında göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol tərəfli post travmatik eşitmə zəifliyi ilə nəticələnən sol qulaq seyvanının qançır şişkinliyi, sol gicgah nahiyəsinin dərialtı hematoması küt əşyanın təsirindən törənmişdir; qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 avqust 2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;
2. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmaqla, icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 Abşeron rayon şöbəsinin 21 noyabr 2024-cü il tarixli, T 762/2024 saylı rəyinə əsasən 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsasən hadisə haqqında göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs soltərəfli ağır dərəcəli sensonevral eşitmə zəifliyi ilə nəticələnən sol qulaq seyvanının qançırşişkinliyi, sol gicgah nahiyəsinin dərialtı hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla həmin nahiyələrə zərbələr vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.
4. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2016-cı il tarixdə Cəlilabad rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, mübahisələndirilən hökm Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, son olaraq Ali Məhkəmənin 30 iyun 2016-cı il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilərək, intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddəti 01 ilə endirilmişdir. Bundan sonra Bakı Hərbi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, intizam xarakterıi hərbi hissədə çəkdiyi cəza müddəti xidməti illərinə daxil edilmişdir;
5. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması” haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, o, qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, aparılmış istintaqla sonuncunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Zərərçəkmiş şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Abşeron rayon Prokurorluğuna göndərilmiş və iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, təkrar məhkəmə-tibbi ekspertizasının rəyi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, qərar ona elan olunmuş və surəti təqdim edilmişdir;
7. “Təqsirləndirilən şəxs barəsində” qətimkan tədbirinin seçilməsi haqqında 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
8. Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsidən görünür ki, 09 aprel 2023-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşıdır;
9. 01 saylı «Bakı Asan Xidmət Mərkəzi» tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 dekabr 2024-cü il tarixdə anadan olmuş, ata qrafasında X3, ana qrafasında isə Şahid göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 06 yanvar 2025ci il tarixdə 40 nömrə ilə qeyd edilmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapıb. Həmin Qərara görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) (6-cı bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən halı kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhdlər etməsini, lakin sonuncunun qəbul etməməsini, həmçinin himayəsində azyaşlı övladlarının olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməklə, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsində vurulmuş zərərlə bağlı xərcləmiş olduğu 10.000 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etsə də, bu xərcləri təsdiq edən sənədləri təqdim etməmiş, həmin halların araşdırılması prosessual qənaət prinsipi baxımından uyğun hesab edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının qeyd olunur ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər (72-ci bənd). Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən zəruri sübutlar məhkəməyə təqdim olunmadığından, həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs verdiyi mülki iddia baxılmamış saxlanılsın və ona həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov