Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-559/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Borno” Vəkil Bürosunun vəkili, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə soyğunçuluq yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 mart 2021-ci il tarixdə saat 05:50 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindən “Gold” taksi xidmətinə zəng vuraraq taksi sifariş vermiş və onun sifarişinə əsasən Sumqayıt şəhərində yerləşən avtovağzalın yanına gələn Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Opel Astra» markalı **-OV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə sərnişin qismində əyləşərək onu Sumqayıt şəhərindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə sürdürüb “Mədrəsə” adlanan ərazidə yerləşən avtobus dayanacağının yaxınlığında saxlatdırıb orada 217 manat pulunu tələb edib alaraq avtomobildən düşüb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs 217 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kristal ünvan 5 ünvanında valideyinləri ilə birlikdə yaşamışdır. 14 mart 2021-ci il tarixdə saat təxminən 24 radələrində o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən Sumqayıt şəhərinə internetdə tanış olduğum qızla görüşməyə getmişdir. Həmin vaxtı Sumqayıt şəhərində bir neçə saat gəzdikdən sonra 15 mart 2021-ci il tarixdə saat 04 radələrində o, yenidən yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə qayıtmaq istəmişdir. Bu məqsədlə o, öz istifadəsində olan ***-***-**-** nömrəsindən “Gold” taksi xidmətinə zəng vuraraq taksi sifariş etmişdir. Təxminən 15 dəqiqədən sonra “Opel Astra” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı taksi sürücüsü gəlmiş, o da həmin avtomobilə minib onu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə aparmasını demişdir. Onun yaşadığı evdən bir az aralıdır. Həmin taksi onu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində onun dediyi yerə gətirmişdir. Bu zaman taksi sürücüsünə demişdir ki, “pulum yoxdu pul tapım gəlirəm”. Sürücünün telefonu ilə bir neçə dəfə də zəng vurduğu tanışı telefonunu götürməmişdir. Bundan sonra sürücüyə demişdir ki, “cibində nə qədər pulun var çıxart ver.” O, əlini yaladan belimə tərəf aparmışdır ki, guya belindən nəsə çıxardır, amma bunu sürücünü qorxutmaq üçün etmişdir. Sürücü cibindən pulunu çıxarıb ona tərəf uzadanda o, sürücünün pulunu əlindən alaraq avtomobildən düşüb çıxıb getmişdir. Pulu sayanda hımin pulun 217 manat olduğunu görmüşdür. Sonra o, çıxıb evinə getmişdir. Həmin pulu isə öz ehtiyaclarına xərcləmişdir. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkən şəxs qismində tanınan Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, o, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 6 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 2 ay olarki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Alatava 2 ünvanında “Golt” taksi şirkətində sürücü vəzifəsində işləyir. O, hər gün şirkətdən saat 09 radələrində şirkətə məxsus “Opel Astara” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Bakı şəhərində taksi sürücüsü kimi fəlaiyyət göstərir. Axşam saat 21 radələrində isə avtomobili şirkətə təhfil verir. Aylıq 450 manat maaş alır. 14 mart 2021-ci il tarixdə saat təxminən 21 radələrində o, işə gəlmişdir. Gedib işdən avtomobili götürmüşdür. Bundan sonra o, müştəriləri ünvanlarına çatırmışdır. 14 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixə keçən gecə saat təxminən 05:20 radələrində Sumqayıt şəhərindən ***-***-**-** nömrəsindən müştəri sifariş vermiş, o da Bakı şəhərindən Sumqayıt şəhərinə avtovağzalın yanına getmişdir. Orada bir nəfər binanın qarşısından çıxaraq onun avtomobilinə əyləşmişdir. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhərinə gedəcəyini demişdir. Avtomobildə qarşı oturacaqda əyləşmişdir. Bir az hərəkət etmişdir ki, yanında əyləşən şəxs demişdir ki, “burada avtomobili saxla”. Elə bu anda 1 qadın və 1 kişi avtomobilin arxa oturacağına əyləşmişdir”.Bu zaman yanında əyləşən şəxs ona demişdir ki, “həmin şəxslərdə Xırdalan şəhərinə gedəçək”. O, oradan avtomobilini idarə edərək Sumqayıt-Bakı avtomobil yolu ilə Abşeron rayonu, Xırdalan şəhəri istiqamətinə hərəkət etməyə başlamışdır. Yolda həmin yanında əyləşmiş şəxs ona demişdir ki, “telefonunu ver zəng edim”. O da həmin şəxsə özünə məxsus olan “Samung AU” markalı telefonunu vermiş, həmin şəxs də onun telefonu ilə ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Amma həmin şəxs onun telefonu açmamışdır. Sonara həmin şəxs telefonu ona qaytarmışdır. O, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində avtomobili Mədrəsinin yaxınlığında üzü Bakı istiqamətinə saxlamışdır. Həmin vaxtı avtomobildə arxada əyləşən qadın və oğlan avtomobildən düşmüşdür. Sərnişinlər avtomobildən düşdükdən sonra sifarişi verən şəxs ona demişdir ki, “yenidən Sumqayıt şəhərinə qayıtmaq lazımdır”. O da həmin şəxsə demişdir ki, “Sumqayıta qayıtmaq üçün şirkətə məlumat verməliyəm”. Lakin buna baxmayaraq həmin şəxs ona demişdir ki, lazım deyil. Elə bu anda o, həmin şəxsə demişdir ki, “xidmət haqqı 7 manat 14 qəpik edir”. O, bunu dedikdən sonra həmin şəxs demişdir ki, “üzərində nə qədər pul var çıxar ver mənə”. Həmin şəxs əlini arxasına aparanda o, elə bilmişdir ki, onun üstünə bıçaq çıxarır. O da hava qaranlıq olduğu üçün o, cümldən yanında heç kim olmadığı üçün qorxmuşdur ki, həmin şəxs onu vuracaq. Ona görə də üzərimdə olan 217 manat pulu çıxarıb həmin şəxsə vermişdir. Həmin şəxs də pulu əlindən alıb avtomobildən düşərək qaçıb çıxıb getmişdir. O, avtomobildə əyləşib özünə gəldikdən sonra oradan birbaşa şirkətə getmişdir. Başına gələnləri danışmışdır. 15.03.2021-ci il tarixdə saat təxminən 10:10 radələrində özünə məxsus olan ***-***-**-** nömrəsindən DİN-in 102 xidmətinə zəng vuararq məlumat vermişdir. Həmin günü və səhəri günü qonaqları olduğu üçün polisə gələ bilməmişdir. 15.03.20201-ci il tarixdə isə Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, hadisə baş verən zaman həmin şəxs əlini belinə tərəf aparanda elə bilmişdir ki, üstünə bıçaq çıxarır ona görə qorxub üzərində olan 217 manat pulu çıxarıb həmin şəxsə vermişdir. Həmin şəxs də pulu əlindən alıb avtomobildən düşərək qaçıb çıxıb getmişdir. Qaranlıq olduğu üçün həmin şəxsin əlində nə olduğunu görməmiş ona görə də güman etmişdir ki, Həmin şəxsin əlində bıçaq var və bu səbəbdən ifadəsində göstərmişdir ki, həmin şəxsin əlində bıçaq olmuşdur. Həqiqətdə isə həmin şəxsin əlində hər hansı bir alətin olduğunu görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 15 mart 2021-ci il tarixdə işdə növbədə olduğu zaman sonradan ünvan 6 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə zəng edərək və Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək 15 mart 2021-ci il tarixdə 05:20 radələrində taksi kimi idarə etdiyi «Opel Astra» markalı **-OV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə sərnişin qismində oturan naməlum şəxs onu Sumqayıt şəhərindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə sürdürüb orada bıçaqdan silah kimi istifadə etməklə, həmin şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək onun 217 manat pulunu ələ keçirməklə ona quldurluq etmələrini bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsə quldurluq edərək 217 manat pulunu ələ keçirən şəxsin tapılması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, Abşeron RPİ-nin İTŞ-nn sahə rəisi polis polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2021-ci il tarixdə təxminən saat 05:20 radələrində Zərərçəkmiş şəxs qarşı quldurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs 17 mart 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Həmin şəxs onlarla bir yerdə Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs bildirmişdir ki, “15 mart 2021-ci il tarixdə saat 05:50 radələrində istifadəsində olan ***-***- **-** nömrəsindən “Gold” taksi xidmətinə zəng vuraraq taksi sifariş vermiş və onun sifarişinə əsasən Sumqayıt şəhərində yerləşən avtovağzalın yanına gələn Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Opel Astra» markalı **-OV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə sərnişin qismində oturaraq onu Sumqayıt şəhərindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə sürdürüb orada avtomobildən düşərək uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs istintaq orqanına təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Mərifət oğlu digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında ailə üzvülərim ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun balaca qardaşıdır, Rəşadla münasibəti hər zaman yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, 15 mart 2021-ci il tarixdə səhər saatlarında qardaşı Rəşad ona bildirmişdir ki, “15 mart 2021-ci il tarixə keçən gecə saat təxminən 05:20 radələrində Sumqayıt şəhərindən ***-***-**-** nömrəsindən müştəri sifariş verdi. Mən də Bakı şəhərindən Sumqayıt şəhərinə avtovağzalın yanına getdim. Orada bir nəfər binanın qarşısından çıxaraq mənim avtomobilimə əyləşdi. Bundan sonra o, Xırdalan şəhərinə gedəcəyini dedi. Avtomobildə qarşı oturacaqda əyləşdi.Bir az hərəkət etmişdim ki, yanımda əyləşən şəxs dedi ki, burada avtomobili saxla. Elə bu anda 1 qadın və 1 kişi avtomobilin arxa oturacağına əyləşdi.Bu zaman yanımda əyləşən şəxs mənə dedi ki, həmin şəxslərdə Xırdalan şəhərinə gedəçək. Mən oradan avtomobilimi idarə edərək Sumqayıt-Bakı avtomobil yolu ilə Xırdalan şəhəri istiqamətinə hərəkət etməyə başladım. Yolda həmin yanımda əyləşmiş şəxs mənə dedi ki, telefon nömrəni ver zəng edim. Mən də ona özümə məxsus olan Samung AU markalı telefonumu verdim o da mənim telefonumla ***-***-**-** nömrəsinə zəng vurdu. Amma həmin şəxs onun telefonu açmadı. Sonaradn telefonu mənə qaytardı. Mən Xırdalan şəhəri H.Əliyev prospektində avtomobili Mədrəsinin yaxınlığında üzü Bakı istiqamətinə saxladım. Həmin vaxtı avtomobildə arxada əyləşən qadın və oğlan avtomobildən düşdü. Onlar düşdükdən sonra sifarişi verən şəxs mənə dedi ki, yenidən Sumqayıt şəhərinə qayıtmaq lazımdı. Mən də dedim ki, Sumqayıta qayıtmaq üçün şirkətə məlumat verməliyəm. Lakin buna baxmayaraq həmin şəxs mənə dedi ki, lazım deyil.Elə bu anda ona dedim ki, xidmət haqqı 7 manat 14 qəpik edir. Mən bunu dedikdən sonra həmin şəxs sol cibindən tiyəsi qara olan bıçağı çıxardaraq mənə sağ böyrümə dirəyib dedi ki, üzərində nə qədər pul var çıxar ver mənə. Mən də hava qaranlıq olduğu üçün o, cümldən yanımda heç kim olmadığı üçün qorxdum ki, o məni vuracaq üzərimdə olan 217 manat pulu çıxarıb həmin şəxsə verdim. O da avtomobildən düşərək qaçıb çıxıb getdi.” Sonra Rəşad DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 13.08.2021-ci il tarixli 1783 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törətdiyi zaman və ona qədər üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs oolu müəyyən edilən şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan, hadisə vaxtı onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrm edilməmişdir. Təqsirləndirilən şəxs qəratda qeyd olunan cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhər Məhkəməsinin 17.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3; 221.2.1 və 66.2 maddələri ilə təqsili bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs cəzasının çəkib çəkməməsini müəyyən etmək məqsədi ilə Sumqayıt şəhər Probasiya Xidmətinə sorğu edilmiş, Sumqayıt şəhər Probasiya Xidmətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının qalan 01 il 02 ay 28 günü hissəsi qəti olaraq 07 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını 02 noyabr 2021-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.03.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək həbsdə saxlanıldığı 09(doqquz) ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsini alanadən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-559/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-559/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver