Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-56/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs on dörd yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və onların nümayəndəsi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə şərti məhkum edilmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında xalası oğlu X3 yaşadığı Abşeron rayonu, Pirikəşkül kəndindəki fərdi evində qonaq olduğu bir həftə ərzində səhər radələrində ailə üzvlərinin evdə olmamasından istifadə edib Arzu İsmayılovun xx.xx.2011ci il təvəllüdlü Zərərçəkmiş şəxs yanına çağırıb əynindəki şalvarı və alt paltarını soyundurmaqla yatağına salmış və zor tətbiq etmədən cinsiyyət orqanını bir neçə dəfə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs arxadan ayaqları arasına salıb 3-4 dəfə arxayaqabağa hərəkət etməklə sürtərək ona qarşı əxlaqsızlıq hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Beləki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Arzu xalası oğlu, Əsma isə sonuncunun qızıdır. Arzu Sabirabad rayon Ətcələr kənd sakini Şahid1 ilə 2010-cu ilin oktyabr ayının 6-da ailə həyatı qurmuş, birgə nigalarından 1 qız övladları vardır. Arzu həyat yoldaşı Gülnaz ilə ailə qurduqdan sonra Abşeron rayonu Pirəkəşkül kəndində özlərinə məxsus evdə yaşamağa başlamış, sonuncular ailə qurduqdan bir neçə vaxt sonra ona məlum olmayan səbəbdən ayrılmışlar. O, 2018-ci ilin iyul ayında hərbi xidmətimi başa vurduqdan sonra Şəmkir rayonunda yerləşən evinə getmiş, 2019-cu ilin iyun ayında xalası qızı ilə ailə həyatı qurmaq üçün nişanlanmışdır. Nişanlısı Abşeron rayonu Pirəkəşkül kəndində yaşadıqları üçün o, ayda bir dəfə işdən icazə alıb nişanlısını görmək üçün gəlmiş, sonuncu dəfə 2019-cu ilin iyul ayının təxminən əvvəllərində işdən icazə alıb Abşeron rayonuna Pirəkəşkül kəndinə gəlmişdir. Gəldikdən sonra isə nişanlısı ilə görüşüb öz xalasıgildə 2-3 gün, 1-2 gün isə dayısı Şövqügildə qalmış, sonra isə rayona qayıdıb getmiş, xalası Qərənfilgildə yaşayan zaman xalası oğlu Arzu ilə eyni otaqda bir taxtda yatmışdır. Əlavə olaraq göstərmişdir ki, Əsma ilə heç vaxt tək bir yerdə qalmamış, xalası və onun oğlu səhər işə getdikdən sonra o da yuxudan oyanıb paltarını geyinib nişanlısı Sadəyəgilə getmişdir. Həmçinin göstərmişdir ki, Arzu onun xalası oğlu, azyaşlı Əsmanın isə atasıdır, o, Arzunun Əsmaya qarşı həmin əxlaqsızlıq hərəkətlərini etməsini görməmiş və buna inanmır. O, Arzugildə yaşayan zaman Arzu ilə eyni otaqda gecələmiş, Əsma isə öz yataq otağında yatmış, xalası oğlu Arzunun keçmiş həyat yoldaşı Gülnazın onun barəsində şər-böhtan xarakterli müraciətlər etməsinin səbəbini bilmir. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakı ilə yetkinlik yaşına çatmayan, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atasının yaşadığı Abşeron rayonu Pirəkəşkül (Çaylı) kəndində adını və nömrəsini bilmədiyi orta məktəbdə təhsil almış, üçüncü sinfi isə anası Gülnazın yanında Sabirabad rayon Ətcələr kənd orta məktəbində oxumuşdur. 7 yaşına qədər Sabirabad rayonu Ətcələr kəndində babası Mirzəhüseynin evində yaşamış, lakin arada anası atası ilə barışıb bir yerdə Abşeron rayon Pirəkəşkül (Çaylı) kəndində yaşayan zaman atası ilə birlikdə yaşamışdır. X11 rayon Pirəkəşkül kəndində yaşamış, o, kənddə yaşayan müddətə atası ad günü olduqda bayramda, yəni ildə bir-iki dəfə onunla görüşmək üçün Ətcələr kəndinə gəlmiş, lakin orada yaşamamış, gəldiyi günü də qayıdıb öz evinə getmişdir. Həmişə kəndə gələndə nənəsi də onunla gəlmiş, kənddə yaşayanda nənəsi də, atası da onunla yaxşı davranmış, ona şirniyyatlar alıb gətirmişlər. 7 yaşı tamam olduqda anası ilə birlikdə Abşeron rayon Pirəkəşkül kəndinə atasının yanına köçmüş, anası onun məktəbə getməsi üçün Abşeron rayon Pirəkəşkül kəndinə köçmüşdür. Abşeron rayon Pirəkəşkül qəsəbəsində atasının 5 otaqlı həyət evi olmuş, onlar həmin evdə atası, anası və nənəsi Zəminə ilə birlikdə yaşamışlar. Nənəsinin əsl adı Qərənfildir, amma ona Zəminə deyərək müraciət etmişlər. Atasının evində qapıdan içəri girəndə dar koridor açılır, həmin koridorda isə mətbəx və hamam-tualet vardır. Həmin koridordan başqa bir koridora keçid vardır, ikinci koridora çıxdıqda isə sol tərəfdə onun otağı yerləşir. Otağının qapısı olmamış, qapının yerinə pərdə vurulmuş, onun otağından bir az irəlidə nənəsinin otağı, onun solunda isə qonaq otağı, onun otağı ilə üz-üzə isə atasının otağı yerləşir. Öz otağında tək yatmış, otağının evin içinə açılan bir pəncərəsi olmuş, həyətə isə balaca nəfəslik açılır. Anası onlarla qaldıqda atası ilə anası bir otaqda qalmış, anası Anam 8 ay onlarla birlikdə yaşamış, lakin sonradan anası çıxıb evdən getmiş və o atası və nənəsi ilə birlikdə yaşamağa başlamışdır. Anasının yanında olmasına görə atası və nənəsi ilə birlikdə 1 il 1 ay bir evdə yaşamışdır. 2019-cu ilin yaz aylarında Zəminə nənəsinin bacısı oğlu Zaur hərbi xidməti başa vurub onlarda qalmağa başlamış, gündüz nənəsi və atası işə getdikdə o, Zaurla evdə tək qalmışdır. Zaur gündüz evdə tək qaldıqlarını görüb, öz paltarlarını soyunub, onun da şalvarını çıxarmış, sonuncuya mane olmağa çalışmış, Zaura “nə etmək istəyirsən?” dedikdə sonuncu ona “sən səsini kəs” demiş, bundan sonra heç nə demə, Zaur da öz cinsiyyət orqanını arxadan onun ayaqlarının arasına salaraq sürtməyə başlamışdır. Təxminən 3-4 dəqiqə belə hərəkət etmiş, Zaur onlarda 1 ay 20 gün qalmış, bu müddət ərzində Zaur demək olar ki, hər gün bu hərəkətini təkrar etmişdir. Zaur birinci dəfə bu hərəkəti etdikdə ona tapşırmışdır ki, bu barədə heç kimə heç nə deməsin. O da utandığı və qorxduğu üçün evdə bu barədə heç kimə heç nə deməmiş, sonradan Zaur çıxıb öz evlərinə getmişdir. 2019-cu ilin yay aylarında nənəsi evi təmir etdirməyə başlamış, ilk əvvəl qonaq otağını təmir etdirmiş, sonradan nənəsinin otağı təmir olunmağa başlanmış, buna görə də nənəsi onun otağında yatmış, onun yatağı bir nəfərlik olduğuna görə nənəsi ilə birlikdə yata bilməmiş və nənəsi ona atasının otağında yatmağı tapşırmış, atasının yatağı iki nəfərlik olmuş, həmin vaxtdan o atasının otağında onunla birlikdə yatmağı bildirmiş, kəndə anasının yanına gələnə qədər sonuncu 5-6 gün atası ilə birlikdə yatmış, o, atasının yanında yatmağa başladığı ilk iki gecə rahat yatmış, üçüncü gecə o yatılı olan zaman atasının ona toxunduğunu hiss etmiş və yuxudan oyanmış, o yuxudan oyananda atasının onun alt paltarını çıxardığını görmüş, oyanib bir qədər də özünə gələndən sonra atasının da çılpaq olduğunu və cinsiyyət orqanını onun ayaqlarının arasına sürtdüyünü görmüş, o utandığı və qorxduğu üçün səsini çıxarmamış, nənəsini çağırmamış, sonuncuya da heç nə deməmiş, atası sakitcə cinsiyyət orqanını arxadan ayaqlarının arasına, budlarına sürtməyə davam etmişdir. Bu hal təxminən 5-6 dəqiqə belə davam etmiş, sonra atası onun alt paltarını əyninə geyindirib, özü də alt paltarını əyninə geyinib yatmağa davam etmişdir. O, atasının etdiyi hərəkətin pis hərəkət olduğunu başa düşsə də, nənəsi də, atası da onlarla qaldığı müddətdə onu tez-tez döydükləri üçün qorxmuş və bu səbəbdən atasının hərəkətləri barədə heç kimə heç nə deməmişdir. Bundan sonrakı iki gecə də atası həmin hərəkətlərini təkrar etmiş, sonrakı gün Mirzə babası anasının cehizlərini götürməyə gəlmiş və ona demişdir ki, “mənimlə kəndə getmək istəyirsənsə gedək”. O da babası ilə birlikdə getmək istədiyini bildirmiş, nənəsi Zəminə də ona getməyə icazə vermiş o, kəndə getdikdə həftənin birinci günü olmuş, nənəsinə həftənin 5-ci günü geri qayıdacağını demiş, o, kəndə gedəndən sonra atasının yanına qayıtmaq istəmədiyini bildirmiş, buna görə də babası məktəbin açılmasına 10 gün qalmış onu onu geri qaytaracağını demişdir. Bundan sonra evdə babasına və rəhmətlik Mətanət nənəsinə Zəminə nənəsinin və atasının onu döydüyünü, ona görə də onların yanına getmək istəmədiyini bildirmiş, o kəndə gedəndən 10 gün sonra Mətanət nənəsi rəhmətə getmiş, bu zaman anası Bakı şəhərində olmuş, nənəsi öləndən sonra anası kəndə gəlmiş və nənəsinin yasında iştirak edəndən sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Anası Bakı şəhərində işlədiyi yerdən pulunu alıb birdəfəlik geri qayıtmalı olmuş, həmin dövrdə anasının böyük bacısı Gülnar xalasının qızı Ləman və oğlu Turana atasının ona qarşı pis hərəkətlər etdiyini demiş. Onlar söhbət edən zaman balaca xalası Gülbəs söhbətin bəzi hissələrini eşitmiş, ona görə də atasının etdiyi hərəkətlər barəsində sonuncuya da danışmış, xalası da bu barədə anasına deyəcəyini bildirmişdir. Anası getdikdən təxminən 1 həftə sonra birdəfəlik kəndə qayıtmış və onunla birlikdə qalmağa başlamış, 08.09.2019cu il tarixdə balaca xalası Gülbəslə mübahisə etməyə başlamış, anası xalasına acıqlananda, xalam anasına “sən bilirsən sənin qızın nə pis-pis hərəkətlər edib?” demiş, anası bundan sonra xalasından da, ondan da nə hərəkət etdiyini soruşmuş, o da anasına atasının atasından əvvəl atasının xalası oğlu Zaurun ona qarşı pis hərəkətlər etdiyini, onu soyundurub özləri də soyunduqdan sonra öz cinsiyyət orqanlarını onun ayaqlarının arasına sürtdüklərini danışmış, anası həmin gecə çox ağlamış, səhəri günü onu müayinə etdirmək üçün həkimə aparmış, lakin həkim onlara prokurorluğa getməyi tapşırmış, onlar da prokurorluğa getmişlər. Əlavə olaraq göstərmişdir ki, atasının ona toxunması və ya cinsiyyət orqanını ayaqlarının arasına sürtməsinin pis hərəkət olduğunu başa düşmüş, bu hərəkətin adının nə olduğunu bilməsə də, yaxşı hərəkət olmadığını bilmiş, atası və nənəsi tərəfindən mütəmadi yemək yemədiyinə görə döyüldüyü üçün onların hərəkətləri barədə heç kimə heç nə deməmişdir. O, nə atası, nə də Zaur tərəfindən hədələməmiş, Zaur sadəcə ona heç kimə heç nə deməməyi tapşırmış, atası isə ümumiyyətlə heç nə deməmiş, o, həm utandığı üçün, həm də atası ilə nənəsinin onu döyəcəklərindən qorxduğu üçün bu barədə heç kimə heç nə deməmişdir. Zaur Zəminə nənəsinin bacısı oğludur, sonuncu hərbi xidmətdə olmaqla 2019-cu ilin ilin yaz aylarında xidməti bitirib gələndən sonra onlarla birlikdə yaşmmış, atası tez-tez evə içkili vəziyyətdə gəlmiş, lakin nənəsindən qorxduğu üçün ondan gizlədilmiş, ona da içki içdiyini nənəsinə deməməyi tapşırmış, lakin atasına deməyəcəyini desə də, nənəsinə axşamlar atasının içki içdiyini demişdir. Gündüz nənəsi və atası işə gedəndə o Zaurla evdə tək qalmış, gündüzlər evdə tək qalmalarından Zaur istifadə edib öz paltarlarını soyunub, onun da şalvarını çıxarmış, sonuncuya mane olmağa çalışmış və “nə etmək istəyirsən?” dedikdə Zaur ona “sən səsini kəs” demiş, bundan sonra qorxudan heç nə deməmiş, Zaur da öz cinsiyyət orqanını arxadan ayaqlarının arasına sürtməyə başlamış, təxminən 3-4 dəqiqə belə hərəkət etməyə davam edilmiş, Zaur onlarla 1 ay 20 gün qalmış, həmin müddət ərzində Zaur demək olar ki hər gün bu hərəkətini təkrar etmiş, onu nəsə edəcəyi ilə qorxutmamış, sadəcə tapşırmışdır ki, onun hərəkətləri barədə heç kimə heç nə deməsin. O da heç kəsə bir söz deməmiş, lakin Gülbəs xalası anasına atasının hərəkətləri barədə danışdığına görə, o da həm atasının, həm də Zaurun hərəkətləri barədə anasına danışmamışdır. Zaur onlarda qaldığı müddətdə gecə otağında tək yatmış, Zaur gecələr atası ilə bir otaqda qalmışdır. Həm atası və həm də Zaur onunla eyni cür hərəkətlər etmiş, hər ikisi cinsiyyət orqanını ayaqlarının arasına sürtmüş, o da bu barədə xalasına da, anasına da danışanda çox utandığı üçün dəqiq danışa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Şəmkir rayonunda qeydiyyatda olan, lakin Abşeron rayon Prəkəşkül kəndində yaşayan X6 ilə ailə həyatı quraraq nigaha daxil olmuş, 2011-ci il tarixdə onların Əsma adında qızı doğulmuş, qızı doğulduqdan sonra evdə ailə daxili söz söhbəti yaranmış, o əvvələr xəstəliyi ilə bağlı bəzi ev işlərini görə bilmədiyi üçün ari və qananası ilə tez-tez söz söhbəti yaranmış, ona görə də demək olar ki. bir ilin 5-6 ayını ər evində qalmış, qalan 5-6 ayını da Sabirabad rayon Ətcələr kəndində ata evində keçirmişdir. Əsma birinci sinifdə oxuyarkən Abşeron rayonunda olmuş, birinci sinfi bitirdikdə yenə söz söhbət yarandığından o, ata evinə gəlmiş, ancaq qızı Əsma orada nənəsinin və atasının yanında qalaraq ikinci sinfə getmiş, həmin il yəni 2019cu ilin yanvar-fevral ayında Arzu ondan boşanmış, o həmin vaxtı Bakı şəhərində əmisi evində həm müalicə olunmuş, həm də tikiş tikməyi öyrənmiş, 2019-cu ilin iyul ayında atası Abşeron rayon Pirəkəşkül kəndində keçmiş əri Arzunun evində olan cehizini gətirmək üçün getdikdə Əsma babası ilə kəndə gəlmək istədiyini bildirmiş, atası da Əsmanı Abşeron rayonundan yaşadıqları Ətcələr kəndinə gətirmişdir. O, isə 2019-cu ilin avqust ayına kimi Bakı şəhərində olmuş, anası avqustun 7-də rəhmətə getdiyindən Ətcələr kəndinə qayıtmış, anasının hüzürü günlərində kənddə qalmış və hüzürdən sonra yenə də Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərindən Əsma üçün məktəb paltarları almış, Əsmanın atasının yanına getdiyi təqdirdə paltarları da aparmasını və məktəbə geyinməsini fikirləşmiş, o, Əsmaya məktəbli paltarlarını göstərdikdə sonuncu ona bildirmişdir ki, atasının yanına getmək istəmir, bir gün evdə olarkən Əsma ilə bacısı Güldəstə qab üstündə mübahisə etmiş, o hər ikisinə də acıqlanmış, onun anası təzə rəhmətə getdiyindən bacısı Güldəstə doluxmuş və bir tərəfə çəkilib ağlamağa başlamış, Güldəstə ona «sənin uşağından xəbərin varmı» dedikdə, ona «bir aydır sənin yanındadır, mən nə bilim ki, nə danışır» demişdir. Bundan sonra Əsmanı danışdırmağa başlamış, Əsma əvvəlcə demək istəməsə də, sonuncunu məcbur etmişdir ki, evdə baş verənləri ona da danışsın, bir sözlə Əsma ona bildirmişdir ki, o atası evində yaşayarkən atasının xalası oğlu Zaur adlı şəxs onlarda bir aydan artıq qalmış, və o evdə kiçik otaqda tək yatmış, Zaur isə atası ilə iki nəfərlik divanda yatırmış, nənəsi Zəminə hər gün işə gedirmiş, atası isə iş axtarmaq adıyla gedib axşamlar gəlirmiş, Zaur da atası kimi gah iş axtarırmış gah da evdə bekar Əsma ilə birlikdə qalırmış. Əsma bildirmişdir ki, bir gün evdə səhər radələrində yatarkən yuxudan ayılmış, yuxudan ayıldıqda atası ilə birlikdə divanda yatmış Zaur onu yanına çağırmış və ona söz deyəcəyini bildirmiş, qızı Əsma onun yanına getdikdə bildirmişdir ki, «uzan yanıma», Əsma isə niyə uzanması barədə soruşduqda qızıma «səninlə bir iş eləyəcəm ancaq heç kimə heç nə demə” demiş, qızı da Zaurun yanında uzanmış, Zaur onun şalvarını və öz şalvarını aşağı çəkmiş, qızının arxasını özünə tərəf çəkmiş və qızının arxasına öz cinsiyyət orqanını 3-4 dəfə sürtmış və sonra şalvarını yuxarı çəkməsini, bu barədə heç kimə heç nə deməməsini tapşırmış, qızı da qorxduğu üçün heç kimə heç nə deməmişdir. Sonra ev təmir olduqda Zaur çıxıb getmiş, evdə girişdən solda olan kiçik otaqda qızı tək yatmış, evdə təmir işləri getdiyi üçün nənəsi Zəminə qızının otağında yatmış, qızı Əsma isə həmin otaqla qapıları üz-üzə olan otaqda atası ilə ikinəfərlik çarpayıda yatmış, iki gün sonra isə yuxudan ayıldıqda əyinində olan alt paltarının aşağı çəkildiyini və atası öz cinsiyyət orqanını onun arxadan ayaqlarının arasına sürtdüyünü hiss etmiş, qızı bu hərəkətdən donub qalmış və atasına heç nə deməmiş, sonra atası qızının alt paltarını yuxarı çəkmiş və yatmışlar. Qızı Əsma bu barədə nənəsinə heç nə deməmiş, səhərisi axşamı yenə də atası ilə bir çarpayıda yatarkən gecə eyni hərəkətləri etmişdir, Əsma atası ilə 4 axşam yatmış birinci iki günü heç nə baş verməmiş, sonrakı iki gün isə atası onunla göstərdiyi hərəkətləri etmiş, 5-ci gün isə atası Mirzəhüseyn cehizlərini gətirmək üçün oraya gedəndə Əsmanın sonuncu ilə getmək istədiyini bilib kəndə gətirmişdir. Əsma bu baş verənləri ona danışdıqdan sonra atası ilə birlikdə Əsmanı həkimə aparmış, həkimə göstərərkən ona Prokurorluğa şikayət etməsi bildirilmişdir. Əlavə olaraq göstərmişdir ki, o, Arzu ilə birlikdə yaşadığı müddətdə ona qarşı hər hansı bir əxlaqsız hərəkətlər olmamış, ancaq əri əxlaqsız hərəkətlərə meyilli olan şəxsdir. Qızı Əsma ona döyülməsindən ehtiyat edib əvvəlcə bu barədə ona heç bir məlumat verməmişdir. O, baş verənlərlə bağlı Əsmanı çox sorğu sual etmiş, qeyd olunanların 8 yaşında olan uşağın qurub danışa bilməsinə inanmır, bu səbəbdən də qızı Əsmanın danışdıqlarının real baş verdiyinə inanır, qızı Əsma düzgün danışır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Sabirabad rayon Ətcələr kənd sakini Şahid1 ilə 2010-cu ilin oktyabr ayının 6-da ailə həyatı qurmuş, birgə nigahdan 1 qız övladı doğulmuşdur. Həyat yoldaşı Gülnaz ilə ailə qurduqdan sonra Abşeron rayonu Pirəkəşkül kəndində özünə məxsus evdə yaşamağa başlamış, o ailə həyatı qurduqdan sonra həyat yoldaşı Gülnaz bir neçə dəfə epilepsiya keçirtmiş, o bu barədə onun valdeyinlərinə demiş, həmin epilepsiyalar uşaq olduqdan sonra daha çox baş vermişdir. O anası ilə birlikdə Gülnazı həkimə aparmış, həkim bildirmişdir ki, Gülnaza ailə həyatı qurmaq olmaz o, ailə həyatı qurduğu üçün onun epilepsiyası daha çox olacaq. Bundan sonra həkim onun müalicəsi üçün iynə-dərman yazmış, həmin müalicənin olunması üçün yoldaşı Gülnazı 2013-cü ildə aparıb Sabirabad rayonu Ətcələr kəndinə ata evinə qoymuşdur. Həmin vaxtı qızı Əsma 1 yaş yarım olmuş, onuda babasıgilə qoymuş, bundan sonra tez-tez anası ilə uşağına və yoldaşıma baş çəkmək üçün Sabirabad rayonu Ətcələr kəndinə qaynatası Mirzəheseyn kişinin evinə gedib gəlmiş, həmin vaxtı bir neçə dəfə də orada həyat yoldaşının əmisi oğlu Akşin və onların öz qohumları onunla mübahisə etmişlər ki, guya o, Gülnazla evləndikdən sonra onun evində xəstə olmuşdur, lakin əsl həqiqətdə isə həkim müayinəsi nəticəsində məlum olmuşdur ki, Gülnazda olan xəstəlik epilepsiyadır, o anadan gəlmə xəstəlikdir. O anası ilə birlikdə qızı Əsma məktəbə gedənə qədər tez-tez Sabirabad rayonuna gedib gəlmiş, Əsma 2017-ci ildə orta məktəbin 1-ci sinifinə getməli olduğundan 2017-ci ilin avqust ayında anası Gülnaz ilə birlikdə Sabirabad rayonu Ətcələr kəndində qaynatasına məxsus yaşadıqları evdən öz yaşadığı Abşeron rayonu Pirəkəşkül kəndindəki evinə gətirmiş və öz kəndində orta məktəbə qoymuşdur. Bir neçə vaxtdan sonra xəstələnmiş və işə getməyib evdə qalmışdır. Bunun üçün yoldaşı Gülnaz onunla evində söz-söhbət etməyə başlamış, belə ki, həkim müəyyən yeməkələri yeməyə icazə vermiş, Gülnaz isə ona həmin yeməkləri hazırlamamış, bundan sonra isə ondan xəbrsiz Gülnaz atası ilə telefonla əlaqə saxlayaraq onu öz evinə aparmasını demiş, bundan sonra Mirzəhüseyn kişi 2018-ci ilin təxminən iyul ayının əvvəllərində yoldaşı Gülnazı özü ilə Sabirabad rayonuna aparmışdır. Ancaq, həmin vaxtı qızı Əsma onun yanında yaşamağa başlamış, bundan sonra Gülnaz qızı Əsmanı görməyə gəlmədiyi üçün anasının sözü ilə onu özü ilə ara-sıra Sabirabad rayonuna aparıb anası və babasıgillə görüşdürüb gətirmişdir. Uşaq özü istəyəndə bir neçə gün də qalmış, sonra Gülnaz evinə qayıtmadığı üçün ondan boşanmaq məqsədi ilə Sabirabad rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə 1 ilə qədər davam etmiş, sonra məhkəmə çağrışlarına Gülnaz gəlmədiyi üçün məhkəmə nigahı ləğv edib az yaşlı qızı Əsmanı onun himayəsinəə vermişdir. Əsma 2019-cu ilin iyul ayının 25-dək onun evində birlikdə yaşamışdır. Keçmiş qaynatası Mirzəhüseyn 2019-cu ilin 25 iyul tarixində onun evinə gəlib qızı Gülnazın cehizini götürən zaman ondan xahiş etmişdi ki, nəvəsi Əsmanı tətil olduğu üçün 1 həftəlik onunla rayona getməyə icazə versin. O da razılıq vermiş, Əsma həmin günü babası Mirzəhüseyn kişiyə demişdir ki, onu öz evinə aparırsansa gedir, yoxsa anası Gülnazın yanına aparırsa getmir. Babası Mirzəhüseyn kişi isə demişdir ki, «səni öz evimə aparıram nənən səni görmək istəyir». Elə həmin vaxtdan da Əsma onlarla görüşüb getmiş, ona demişdir ki, «ata məni tez gəlib apararsan». Əlavə olaraq göstərmişdir ki, Əsma onun qızıdır, Əsmaya qarşı heç bir vaxt əxlaqsız hərəkətlər etməmiş, Əsmanın dedikiləri hamısı şər-böhtan xarakterldir. Həmçinin göstərmişdir ki, Zaur xalası oğludur sonuncu hərbi xidmətdən gəldikdən sonra 1 həftəlik onun evində qonaq olmuş, Zaur onların evində yaşayan zaman onunla eyni otaqda bir taxtda yatmış, Zaur günün bütün saatları onların evində olmamış, yalnız axşamlar yatmağa gəlmiş, səhərlər o və anası işə gedəndə Zaur evdə yatmış, onlar işə gedəndən sonra yuxudan oyanıb yemək yedikdən sonra harasa istəyəndə özü getmiş, onlar işə gedəndə səhərlər qızı Əsma evdə tək qalmış, Zaurun Əsmaya qarşı əxlaqsızlıq hərəkətlər etməsi barədə məlumatı yoxdur və buna inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində X3 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadələr verərək Əsmanın onun nəvəsi olduğunu, Əsmaya qarşı atası Arzu tərəfindən heç bir vaxt əxlaqsız hərəkətlər edilmədiyi, Əsmanın dediklərinin hamısı şər-böhtan xarakterli olduğu, həmçinin Zaurun onun bacısı oğlu olduğu, sonuncunun hərbi xidmətdən gəldikdən sonra 1 həftəlik onun evində qonaq olduğu, Zaur onların evində yaşayan zaman onunla eyni otaqda bir taxtda yatdığı, Zaur günün bütün saatları onların evində olmadığı, yalnız axşamlar yatmağa gəldiyi, səhərlər o və anası işə gedəndə Zaur evdə yatdığı, onlar işə gedəndən sonra yuxudan oyanıb yemək yedikdən sonra harasa istəyəndə özü getdiyi, onlar işə gedəndə səhərlər Əsma evdə tək qaldığı, Zaurun Əsmaya qarşı əxlaqsızlıq hərəkətlər etməsi barədə məlumatı olmadığını və buna inanmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gülnaz onun bacısıdır, Gülnar 2010-cu il tarixdə Abşeron rayon Pirəkəşkül kəndində yaşayan X6 ilə ailə həyatı quraraq birlikdə yaşamışlar. 2011-ci il tarixdə onların Əsma adında qızları doğulmuş, qızları doğulduqdan sonra evlərində ailə daxili söz söhbətləri yaranmışdır. Bacısı Gülnaz əvvələr xəstəliyi ilə bağlı bəzi ev işlərini görə bilmədiyi üçün həyat yoldaşı və qaynanası ilə aralarında tez-tez söz söhbətləri olmuş, bu səbəbdən də bacısı Gülnaz bir ilin 5-6 ayını ər evində, qalan 5-6 ayını da Sabirabad rayon Ətcələr kəndində ata evimdə onlarla birlikdə yaşamışdır. Əsma birinci sinifdə oxuyarkən Abşeron rayonunda olmuş, birinci sinfi bitirdikdən sonra ailələrində yenə söz söhbət yarandığın-dan Gülnaz ata evinə qayıtmış, ancaq qızı Əsma nənəsinin və atasının yanında qalaraq ikinci sinfə getmişdir. Həmin il, yəni 2019-cu ilin yanvarfevral ayında Arzu ondan boşanmış, Gülnaz həmin vaxtı Bakı şəhərində əmisi evində həm müalicə olunmuş, həm də tikiş tikməyi öyrənmişdir. 2019-cu ilin iyul ayında atası onun Abşeron rayon Pirəkəşkül kəndində keçmiş əri Arzunun evində olan cehizini gətirmək üçün getmiş, həmin vaxtı Əsma babasına bildirmişdir ki, onu da kəndə gətirsin. Atası isə Əsmanı Abşeron rayonundan yaşadıqları Ətcələr kəndinə gətirmiş, bacısı Gülnaz isə 2019-cu ilin avqust ayına kimi Bakı şəhərində olmuş, anası avqustun 7-də rəhmətə getdiyindən bacısı Gülnaz Ətcələr kəndinə qayıtmışdır. O, anasının hüzürünün 7-nə kimi kəndə qalmış və yenə də Bakı şəhərinə qayıtmış, Bakı şəhərindən Əsma üçün məktəb paltarları almış, bacısı Gülnaz Əsmaya məktəbli paltarlarını göstərəndən sonra Əsma ona bildirmişdir ki, atasının yanına getmək istəmir,. Əsma 2019-cu ilin yay aylarında rayonda onların evində olan zaman bacısı uşaqları Ləman və Turanla söhbət edən zaman onlara atasının ona qarşı əxlaqsızlıq hərəkətləri etməsi barədə danışdığını eşitmiş, həmin vaxtı tez Əsmanı evə aparıb ondan nə baş verdiyini və bu barədə ətraflı danışmasını istəmiş, Əsma isə ona demişdir ki, gecə yatan zaman atası onun alt paltarını soyundurmuş və özü də soyunaraq öz cinsiyyət orqanını arxadan onun ayaqlarının arasına sürtmüşdür. Bundan əlavə Əsma mənə bildirdiki, atasının xalası oğlu Zaurda onlarda yaşayan zaman bir neçə dəfə öz cinsiyyət orqanını arxadan onun ayaqlarının arasına sürtmüşdür. Mən Əsmanın dediklərini bir neçə gün heç kimə deyə bilməmiş, sonra Gülnaz Bakı şəhərindən rayona qayıtmış və onlarla birlikdə yaşamağa başlamış, Gülnaz qayıtdıqdan 3-4 gün sonra Əsma ilə aralarında mübahisə olmuş, onunla dalaşan zaman Gülnaz ona acıqlanmış, o da Gülnaza demişdir ki, «mənə acıqlanırsan öz qızının nə etdiyindən xəbərin yoxdur». Gülnaz Əsmadan nə baş verdiyini soruşduqda Əsma və anası Gülnaz ağlamağa başlamış, sonra isə Əsma anasına atasının və atasının xalası oğlu Zaurun hərəkətləri barədə danışmış, səhəri gün Gülnaz Əsma ilə birlikdə hadisə ilə bağlı şikayət etmək üçün rayon prokurorluğuna müraciət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır, Əsma onun kənddə babası Mirzəhüseynin evində yaşayır, onlar Əsma ilə ilə ya babasıgildə, yada ki, öz evlərində oynayırlar. Bildirmişdir ki, xalası qızı Əsma onlarla oynadığı müddətdə atası ilə arasında olmuş hər hansı məsələ ilə bağlı nə ona və nə də ki, bacısı Ləmana məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Arzu və Zaur onun xalası oğludur, Əsma isə onun xalası oğlu Arzunun qızıdır. Arzu 2010-cu ilin 6 oktyabr tarixində Gülnaz ilə ailə həyatı qurduqdan sonra Pirəkəşkül kəndindəki evlərində yaşamağa başlamışlar. X12 ilə ailə həyatı qurduqdan bir müddət sonra ona məlum olmayan səbəbdən ayrılmışlar. Xalası oğlu zaur Şəmkir rayonunun Qaracəmirlik kəndində yaşayır, sonuncu hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ilin 18 iyul tarixində onunla nişanlanmış, həmin müddətdə Zaur bir neçə günlük xalası oğlu Zaurun yaşadığı evə qonaq gəlmiş, həmin müddətdə gecəni Zaur xalası oğlu Arzunun evində qalmaqla səhərlər onun yaşadığı evə gəlmiş və bir qədər söhbət etdikdən sonra getmişdir. Həmin ərəfədə o, evində tək olmuş, belə ki, anası ilə birlikdə yaşadığı üçün səhərlər anası işə getdikdə o, evdə tək olmuşdur. Əlavə olaraq göstərmişdir ki, Əsmaya Zaur tərəfindən əxlaqsız hərəkətlər etməsi barədə göstərilən hallar şər və böhtan xarakterlidir, belə ki, zaur özü namaz qılır və belə bir səhv hərəkətə yol verməsinə inanmır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid5 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası MTE və PA Birliyindən alınmış 11.09.2019-cu il tarixli 581 nömrəli rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X10 qızının qızlıq pərdəsinin tamlığı pozulmamışdır. X10 qızının arxa keçəcək dəliyi girəcəyində və ətrafında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Müayinə zamanı X10 qızının bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 27.01.2020-ci il tarixli 642 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şahid4 fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmur. Şahid4 dünyagörüşü aşağı səviyyədə olmaqla bilikləri güzaran təcrübəsinə əsaslanır. Sosial və pedaqoji baxımsızlığı ilə əlaqədar oxu və yazı vəçrdişləri inkişaf etməməklə o sadə riyazi əməlləri belə yerinə yetirə bilmir. Şahid4 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunur. Şahid4 hadisə zamanı emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən dəyişikliklərin baş verməsi müşahidə olunmur. Şahid4 əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 10 dekabr 2019-cu il tarixli 28167 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunur. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halında olmuşdur Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmamşıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19.12.2019-cu il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarındaolan 12.12.2019-cu il trixli tutma haqqında protokolla müəyyən edilir ki, 12.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Apşeron Rayon Məhkəməsinin 14.12.2019-cu il tarixli qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan 14.12.2019-cu il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına verə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Medal vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasına görə medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsızlıq hərəkətlər etməklə cinayət əməlini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Göründüyü kimi, cəzadan şərti məhkum edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 2019-cu ilin iyul ayında, yəni sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak etməsini , həmçinin Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasına görə medalları ilə təltif edilməsini yungulləşdirici hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini, cinayətin residivini cəzanı ağırlaşdiran hal kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 02 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş qcəzadan çıxılaraq qəti cəz təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şəmkir rayonu İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə 95 manat və 110 manat məhkəmə psixoloji ekspertiza xərcləri, cəmi 205 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.12.2019-cu i tarixdən 14.12.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs oğlunun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Şəmkir rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə 95 manat və 110 manat məhkəmə psixoloji ekspertiza xərcləri, cəmi 205 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-56/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-56/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver