Məhkəmə qərarları › İş №1(012)-56/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-56/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-56/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, çilingər işləyən, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, ABİ34457 seriya nömrəli X2 Şəhadətnaməsi ilə X3 məxsus “Mercedes C180” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya 8000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 05 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Xırdalan dairəsi adlanan yerdə 200 manat, 06 dekabr 2020- ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında 2000 manat, 07 dekabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində 100 manat, 10 dekabr 2020-ci il tarixdə saat 09:01-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 7 ünvanında yerləşən Araz Marketdə olan “eManat” ödəmə terminalı (terminal №3188) vasitəsi ilə göndərmə yolu ilə 350 manat, 12 dekabr 2020ci il tarixdə saat 13:02-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “eManat” ödəmə terminalı (terminal №3728) vasitəsi ilə göndərmə yolu ilə 250 manat, 22 dekabr 2020-ci il tarixdə saat 14:11-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən Economy Marketdə olan “MilliÖN” ödəmə terminalı (terminal №01452) vasitəsi ilə göndərmə yolu ilə 350 manat, 25 dekabr 2020-ci il tarixdə saat 18:13də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən “MilliÖN” ödəmə terminalı (terminal №19062) vasitəsi ilə göndərmə yolu ilə 400 manat, 29 dekabr 2020-ci il tarixdə saat 16:11-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən “MilliÖN” ödəmə terminalı (terminal №19062) vasitəsi ilə göndərmə yolu ilə 450 manat, 05 yanvar 2021-ci il tarixdə saat 14:37-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “eManat” ödəmə terminalı (terminal №3728) vasitəsi ilə göndərmə yolu ilə 600 manat, 08 yanvar 2021-ci il tarixdə saat 14:13-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “eManat” ödəmə terminalı (terminal №3728) vasitəsi ilə göndərmə yolu ilə 300 manat olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oğlu Şahid2 ali məktəbə qəbul olduğuna görə sonuncuya avtomobil almaq qərarına gəlmişdir. O bacanağının kürəkəni olan Mahir adlı şəxsin vasitəsi ilə 04 dekabr 2020-ci il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində tanış olmuşdur. Həmin şəxs «Mercedes C klass» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini 8000 manata satmaq istədiyini bildirmişdir. O, həmin avtomobilə baxdıqdan sonra, bəyənərək avtomobili almaq qərarına gəlmiş və elə həmin günü beh kimi Sadiqə 200 manat pul təklif etmişdir. Lakin Sadiq özünü məşədi kimi təqdim edib gecə vaxtı pul alıb vermədiyini bildirmişdir. O, Sadiqin məşədi olduğunu biləndə sonuncunun düzgün adam olduğunu bilib sevinmişdir. Səhəri gün yəni ki, 05 dekabr 2020-ci il tarixdə Sadiq onunla telefon əlaqəsi saxlayıb 200 manat pul lazım olduğunu bildirmişdir. O, da oğlu Cavidin vasitəsi ilə həmin günü saat 13 radələrində Sadiqə 200 manat beh göndərmişdir. Oğlu Cavid də həmin pulu Abşeron rayonu, Xırdalan dairəsi deyilən yerdə Sadiqlə görüşüb vermişdir. Səhəri gün, yəni 06 dekabr 2020-ci il tarixdə Sadiq onun yaşadığı ünvana gələrək Gürcüstan Respublikasından özünə başqa avtomobil gətirdiyini və həmin avtomobili gömrükdən keçirmək üçün 2000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, ilk öncə Sadiqə pul vermək istəməsə də, sonradan həmin 2000 manat məbləğində pulu yaşadığı evdə oğlu Cavidin yanında Sadiqə vermişdir. Onlar Sadiqlə səhəri gün notarius vasitəsi ilə həmin avtomobili oğlu Cavidin adma sənədləşdirməklə bağlı razılaşmışlar və sənədləşdirmədən sonra da o yerdə qalan 5800 manat pulu Sadiqə verməli imiş. Beləcə onlar səhəri gün, yəni 07 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən notariusa getmişlər. Notariusda Sadiq ona həmin avtomobilin Lənkəran şəhərində yerləşən qohumunun adına olduğunu və həmin qohumun Cavidə baş etibarnamə vermək üçün özünün Lənkəran şəhərinə getməli olduğunu demişdir. O, Sadiqə birlikdə Lənkəran şəhərinə getməyi təklif etsə də, Sadiq ona əziyyət olmasın deyə onun getməyinə ehtiyac olmadığını bildirmiş, o, da Sadiqlə razılaşmışdır. Yol pulu üçün də Sadiq ondan 100 manat pul almışdır. Beləcə 07 dekabr 2020-ci il tarix üçün o artıq Sadiqə ümumilikdə 2300 manat pul vermiş olmuşdur. Sadiq Lənkərana gedəndən sonra onunla əlaqə saxlayıb ondan gah avtomobilin cəriməsi, gah boşanması gah da avtomobil iki nəfər arasında bölünməsin deyə məhkəməyə hörmət etmək lazım olması, bundan başqa avtomobilin arvadı ilə arasında ümumi birgə əmlak kimi bölünməməsi, gömrükdə olan avtomobili üçün pul lazım olması ilə bağlı pullar istəmişdir. Bu səbəbdən də o, 10 dekabr 2021-ci il tarixdə 350 manat, daha sonra 12 dekabr 2020-ci il tarixdə yenə də eyni kart vasitəsi ilə 250 manat, həmçinin 22 dekabr 2020-ci il tarixdə 350 manat, 25 dekabr 2020-ci il tarixdə 400 manat, 29 dekabr 2020-ci il tarixdə 450 manat, 05 yanvar 2021-ci il tarixdə 600 manat və 08 yanvar 2020-ci il tarixdə isə 300 manat olmaqla ümumilikdə 2700 manat pulları Kapital Bank vasitəsi ilə Xırdalan şəhərinin ərazisindən Sadiqin qohumu X6 adına olan karta göndərmişdir. Bununla da o Sadiqə ümumilikdə 5000 manat pul vermiş olmuşdur. Daha sonra 10 yanvar 2021-ci il tarixdə o Sadiqləəlaqə saxlayıb harada olduğunu və nə üçün avtomobili gətirmədiyini soruşmuşdur. Sadiq isə ona guya ki, Lənkərandan Bakı şəhərinə gələndə Hacıqabul ərazisində avtomobilin benzin nasosu xarab olduğu üçün avtomobili Qədr Xum deyilən restoranın həyətində saxladığını bildirmişdir. Həmin günü həftənin bazar günü olduğu üçün və o da bekar olduğu üçün gedib Qədr Xumda olan avtomobilə baxmağa qərar vermişdir. O, Qədr Xuma getsə də, orada sözügedən “Mercedes C klass” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili görməməmiş və artıq Sadiqin onu aldatdığı ilə bağlı şübhələnməyə başlamışdır. O, Sadiqə zəng edib nə üçün ona yalan danışdığını soruşmuş, Sadiq isə ona 12 yanvar Bakı şəhərinə gələcəyini və görüşəcəyini bildirmişdir. 12 yanvar 2021-ci il tarixdə o, Sadiqlə Neolit şadlıq sarayı tərəfdə görüşmüşdür. Orada o, Sadiqdən vermiş olduğu 5000 manat pulunu istəmişdir. Sadiq isə ağlaya-ağlaya ondan 18 yanvar 2021-ci il tarixədək vaxt istəmişdir. 18 yanvar 2021-ci il tarixdə o, Sadiqlə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasmın yaxınlığında görüşmüşdür. Orada Sadiq bir nəfər əvvəllər tanımadığı şəxslə onun avtomobilinə əyləşmişdir. Sadiq ona yanında gələn şəxsi Zaur adlı şəxs kimi təqdim edərək, iş yoldaşı olduğunu bildirmişdir. Zaur adlı şəxs onun avtomobilində arxa oturacaqda, Sadiq isə qabaq sərnişin oturacağında əyləşmişdir. O isə sükan arxasında əyləşmişdir. Həmin vaxt Sadiq, əynində olan gödəkçəsinin sol qoyun cibindən bir ədəd ağ rəngli kağız konvert çıxardıb içərisində pul olduğunu bildirmişdir. O həmin konvertə baxanda içində pul olmadığını belə hiss etmişdir. Sadiq ona konverti göstərib «bu pulu verdim sənə, birdə məni narahat edən olmayacaq ki?» sualını vermişdir. O isə Sadiqə demişdir ki, “heç kim sənə bir söz deyə bilməz.” Bundan sonra Sadiq ona «pulu burada sənə verim və yaxud polis idarəsində verim?» sözlərini demiş, o da Sadiqə «harada istəyirsən ver» sözlərini demişdir. Daha sonra o, avtomobili üzü Abşeron RPİ-nə tərəf sürməyə başlamışdır. Qara Qarayev metrostansiyasmın qarşısına çatanda Sadiq ona bu ərazidə düşəcəyini və ayrıca onun arxasıyca Abşeron RPİ-nə gələcəyini demişdir. Həmin vaxt Sadiqlə Zaur onun avtomobilindən düşmüş və o avtomobilini Abşeron RPİ-nə sürmüşdür, lakin həmin gün Sadiqə nə qədər zəng etsə də, sonuncu telefona cavab verməmişdir. O, həmin vaxt Sadiqin bir daha onu aldatdığını başa düşmüşdür. Onun avtomobilində oturan Zaur adlı şəxsin əlində mobil telefon olmuşdur. O düşünür ki, onun Sadiqlə danışığını Zaur telefona yazırmış. Belə ki, Zaurla Sadiqə onun dilindən pulu alması barədə səs yazısı almaq lazım olmuşdur. Sadiq onun ümumilikdə 5000 manat pulumu dələduzluq yolu ilə keçirmişdir. Əməlindən peşmançılıq çəkir. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 il olar ki, tanıyır. Onun Sadiqlə ailəvi münasibətləri yaranmış və bir-birilərinin evinə gediş-gəlişləri vardır. Bir neçə dəfə o, Sadiqdən borc almış, eyni zamanda Sadiqdə ondan borc alıb vaxtında qaytarmışdır. Dəqiq tarix xatırlamasa da, 2020-ci ilin təxminən dekabr ayında Sadıq ona zəng edərək, 5000 manat məbləğində borca pul lazım olduğunu və həmin pulu bir ay ərzində geri qaytaracağını bildirmişdir. Sadiq həmçinin ona özünə məxsus avtomobili Asəf adlı şəxsə 8000 manata satmaq istədiyini, həmin məbləğin 5000 manatını Asəfdən aldığını, lakin avtomobilin sənədləşməsində problem çıxdığı üçün Asəfdən aldığı 5000 manatı geri qaytarmalı olduğunu bildirmişdir. O, Sadiqə etibar etdiyi üçün sonuncuya 5000 manat məbləğində pulu borca verməyə razılaşmışdır. Buna görə də o, 5000 manat pulu götürüb Neftçilərə getmiş və orada Sadiqlə görüşüb sonuncuya 5000 manat pulu vermişdir. Sadiq pulu ondan alandan sonra mağazadan konvert alıb həmin pulu konvertin içərisinə, sonra isə pencəyinin cibinə qoymuşdur. Təxminən bir neçə dəqiqə keçəndən soma həmin Asəf adlı şəxs Mercedes markalı avtomobili ilə onların yanına gəlmiş və onlar birlikdə həmin avtomobilə əyləşmişlər. O, arxada sağ tərəfdə Sadiq isə qabaqda sağ tərəfdə oturmuşdur. Onlar avtomobilə əyləşib salamlaşandan soma Asəf avtomobili Q.Qarayev metrosu istiqamətində idarə etmişdir. Yolda gedə-gedə də Asəf Sadiqi yalançılıq etdiyi üçün danlayırmış. Daha sonra Sadiq, əynində olan gödəkçəsinin sol cibindən bir ədəd ağ rəngli kağız konvert çıxardıb həmin konvertin içərisində pul olduğunu Asəfə demişdir. Sadiq Asəfə konverti göstərib «bu pulu verdim sənə, birdə məni narahat edən olmayacaq ki?» sualını vermişdir. Asəf isə Sadiqə “heç kim sənə bir söz deyə bilməz” sözünü demişdir. Lakin o, Sadiqin Asəfə həmin konverti verdiyini və ya konverti açıb konvertin içərisindən pulu çıxarıb Asəfə pul verdiyini görməmişdir. Onlar Q.Qarayev metrosu tərəfə çatandan sonra isə Asəf avtomobili saxlamış və onunla Sadiq hər ikisi avtomobildən düşüb çıxıb getmişdir. 5000 manat məbləğində pulu o, Sadiqə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasımn yaxınlığında vermiş və onun Sadiqə pul verməyini kimsə görməmişdir. O, pulu Sadiqə versə də, Sadiqin həmin pulu Asəfə verdiyini görməmişəm. Həmçinin Sadiq onun pulundan 1000 manatını qaytarmışdır. Qalan pulun ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, atası ona tələbə adını qazandığı təqdirdə avtomobil alacağına söz vermişdir. Buna görə də atası Asəf 2020-ci ilin dekabr ayında ona avtomobil almaq qərarına gəlmişdir. Həmin ərəfələr də həmin bu Əliyev X8 C180 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil satırmış. O, 04 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində görüşmüş və sonuncu orada Mercedes C180 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini 8000 manata satmaq istədiyini bildirmişdir. O və atası həmin avtomobilə baxdıqdan sonra, bəyənərək avtomobili almaq qərarına gəlmişlər. Elə həmin günü beh kimi də atası Asəf Sadiqə 200 manat pul təklif etmişdir. Lakin Sadiq özünü məşədi kimi təqdim edib gecə vaxtı pul alıb vermədiyini bildirmişdir. Səhəri gün yəni ki, 05 dekabr 2020-ci il tarixdə atası Asəf ona 200 manat pul verərək həmin pulu Sadiqlə görüşüb sonuncuya verməsini bildirmişdir. Elə həmin günü yəni ki, 05 dekabr 2020-ci il tarixdə saat 13 radələrində o, Sadiqlə Abşeron rayonu, Xırdalan dairəsi deyilən yerdə görüşüb 200 manat pulu Sadiqə vermişdir. Səhəri gün, yəni 06 dekabr 2020-ci il tarixdə Sadiq onların evinə gələrək Gürcüstan Respublikasından özünə başqa avtomobil gətirdiyini və həmin avtomobili gömrükdən keçirmək üçün 2000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən də atası 06 dekabr 2020-ci il tarixdə saat 12 radələrində onun yanında Sadiqə 2000 manat pulu vermişdir. Onun gördükləri yalnız bunlar olmuşdur. Lakin bildiyi qədəri ilə atası ümumilikdə Sadiqə 5000 manat pul versə də, Sadiq onlara nə həmin Mercedes C180 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili, nə də 5000 manat pulu qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən 21.04.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan qismən ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 04.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə müstəntiq Babək Hacıyev tərəfindən 01 aprel 2021-ci il tarixdə qərar qəbul edilmiş, lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmamışdır. Bu səbəbdən 01 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 06 iyul 2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon polis idarəsinin X9 təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 08.07.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə istintaqı dövründə qaçıb gizləndiyindən Təqsirləndirilən şəxs barəsində axtarış verilməklə həbs qətimkan tədbiri seçilmiş, 14.02.2022-ci il tarixdə isə Xırdalan şəhəri ərazisində tutularaq istintaqa təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun 07.03.2017-ci il təvəllüdlü Araz Əlizadə və 06.10.2007-ci il təvəllüdlü Südabə adlı 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan 2 övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini və 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, dəymiş ziyanın qismən ödənilməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətdikdən sonrakı davranışına, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 06.07.2021-ci il tarixdən 08.07.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, eyni zamanda 14.02.2022-ci il tarixdə həbsdə saxlandığı 02 ay 07 gün olmaqla ümumilikdə 02 ay 09 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bundan başqa, Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar