Məhkəmə qərarları › İş №1(012)-56/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-56/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-56/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3, tərcüməçi X2 iştirakı ilə xx.xx.1973-cü ildə Almaniya Respublikasında anadan olmuş, Türkiyə Cümhuriyətinin vətəndaşı, Türk, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X4 şəhəri Beşiktaş qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi Ə.Məmmədov küçəsi, ev 45-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Bayramov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus “ AL “ marketə giriş qapısının qıfılını dəmir parçası ilə açıb qanunsuz daxil olaraq, marketdən hər birinin dəyəri 6,50 manat olan, ümumi 19,50 manat 3 dəst "Gillette blue3“ üzqırxanı, hər birinin dəyəri 1,50 manat olan ümumi 135 manat dəyərində 90 ədəd "Gillette blue 3" üzqırxanı, hər birinin dəyəri 0,70 manat olan ümumi 2,80 manat dəyərində 4 ədəd “Çudo” yoqurtunu, hər birinin dəyəri 2,40 manat olan ümumi 57,60 manat dəyərində 24 ədəd "Vest" siqareti, hər birinin dəyəri 2,30 manat olan ümumi 27,60 manat dəyərində 12 ədəd "Classic" siqareti, hər birinin dəyəri 1,90 manat olan ümumi 7,60 manat dəyərində 4 ədəd "Bakı” siqaretini, hər birinin dəyəri 2,10 manat olan ümumi 33,60 manat dəyərində 16 ədəd "Magna” siqaretini, hər birinin dəyəri 2,10 manat olan ümumi 21 manat dəyərində 10 ədəd "Kingston" siqaretini, hər birinin dəyəri 2,20 manat olan ümumi 30,80 manat dəyərində 14 ədəd "Vant” siqaretini, hər birinin dəyəri 2,60 manat olan ümumi 10,40 manat dəyərində 4 ədəd "Vinshester" siqaretini, hər birinin dəyəri 1,90 manat olan ümumi 24,70 manat dəyərində 13 ədəd "Argo” siqaretini, hər birinin dəyəri 2,10 manat olan ümumi 10,50 manat dəyərində 5 ədəd"Viceroy” siqaretini, hər birinin dəyəri 2,60 manat olan ümumi 52 manat dəyərində 20 ədəd "Rothmons” siqaretini, hər birinin dəyəri 3,10 manat olan ümumi 31 manat dəyərində 10 ədəd "LD” siqaretini, bir ədəd 15 manat dəyərində “Tulum” pendirini, hər birinin dəyəri 0,90 manat olan ümumi 9 manat dəyərində 10 ədəd "Albeni Chocolate" şokoladını, hər birinin dəyəri 1,10 manat olan ümumi 33 manat dəyərində 30 ədəd "Ülker Albeni” şokoladını, hər birinin dəyəri 1 manat olan ümumi 10 manat dəyərində 10 ədəd "Pobeda şokolad poristıy" şokoladını, hər birinin dəyəri 1,80 manat olan ümumi 18 manat dəyərində 10 ədəd "Chocoart" şokoladını, hər birinin dəyəri 0,50 manat olan ümumi 9,50 manat dəyərində 19 ədəd "Zebra” şokoladını, hər birinin dəyəri 0,30 manat olan ümumi 3 manat dəyərində 10 ədəd “Çiorio”şokoladını, hər birinin dəyəri 1,50 manat olan ümumi 15 manat dəyərində 10 ədəd "Kit-kat" şokoladığını, hər birinin dəyəri 1,20 manat olan ümumi 12 manat dəyərində 10 ədəd "Tvix" şokoladını, hər birinin dəyəri 1,60 manat olan ümumi 40 manat dəyərində 25 ədəd böyük "Snickers" şokoladını, hər birinin dəyəri 4,50 manat olan ümumi 135 manat dəyərində 30 ədəd şüşə qabda"Nescafe gold” kofeni, hər birinin dəyəri 6 manat olan ümumi 12 manat dəyərində 2 ədəd "Nescafe gold” kofeni, hər birinin dəyəri 5,50 manat olan ümumi 66 manat dəyərində 12 ədəd şüşə qabda "Jacobs” kofeni, hər birinin dəfəri 0,30 manat olan ümumi 3 manat dəyərində 10 ədəd "Sıcakçikolata" kofeni, hər birinin dəyəri 0,60 manat olan ümumi 9 manat dəyərində 15 ədəd "Mr.eroco" kofeni, hər birinin dəyəri 0,30 manat olan 3 manat dəyərində 10 ədəd "JACOBS Late" kofeni, hər birinin dəyəri 0,30 manat olan ümumi 3,30 manat dəyərində 11 ədəd "Jacobs” 15 qr.kofeni, hər birinin dəyəri 0,40 manat olan ümumi 8 manat dəyərində 20 ədəd "Milano" qırmızı rəngli kofeni, hər birinein dəyəri 0,40 manat olan ümumi 4,40 manat dəyərində 11 ədəd "Milano” qızılı rəngli kofeni, hər birinin dəyəri 0,35 manat olan ümumi 14 manat dəyərində 40 ədəd "Nescafe classic 2 qr-lıq kofeni, hər birinin dəyəri 0,35 manat olan ümumi 17,50 manat dəyərində 50 ədəd “Jakobs monarch” 1,8 qr-lıq kofeni, bir ədəd 90 manat dəyərində olan üzərində "Hikvesion" markalı müşahidə kamerasının yaddaş aparatını, bir ədəd 90 manat dəyərində "İcatch" markalı müşahidə kamerası yaddaş aparatını, hər birinin dəyəri 3,50 manat olmaqla ümumi 175 manat dəyərində 50 ədəd Kərə yağını, hər birinin dəyəri 15 manat olan, ümumi 1350 manat dəyərində 90 ədəd “YENİ ZELLANDİYA” kərə yağını, hər birinin dəyəri 7,50 manat olan, ümumi 60 manat dəyərində YAKOR markalı 500 qramlıq spirtli içkini hər birinin dəyəri 1 manat olan ümumi 5 manat dəyərində 5 ədəd 0,500 qramlıq BİZON enerji içkisini gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 2673,80 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında tərcüməçi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2003-cü ildən etibarən Azərbaycan Respublikasında yaşayır. Aytac Salmanovu tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Qobu qəsəbə sakinləri Şahid2 Hüseyn oğlunu, Xəzər adlı şəxsi və X11 tanıyır, onlarla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Özü Qobu qəsəbəsində Şahid2 Hüseyn oğluna məxsus evin həyətindəki ayrı tikilidə tək yaşayır. "xxxx" marketdən oğurluq etməmişdir. İbtidai istintaq zamanı ona fiziki və psixi təzyiq edildiyinə görə göstərilən əməli törətməsini boynuna almış, bu barədə yazılı izahat və ifadə vermişdir. Verdiyi ifadədən imtina edir. Ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamı qəbul etmir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixə keçən gecə "xxxx" mağazalar şəbəkəsinin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən filialının qapısının qıfılını naməlum şəxs və ya şəxslər sındıraraq içəri daxil olmuş, oradan marketə məxsus müxtəlif məmulatları oğurlamışlar. Bu barədə "xxxx" mağazalar şəbəkəsinin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən filialının məşğulluq təsnifatı üzrə meneceri, əmək müqaviləsi üzrə mağaza müdirinin müavini vəzifəsində işləyən Şahid3 Azərbaycan Respublikası DİN-nin "xxxx" xidmətinə və Abşeron rayon Pİ-nin X16 şikayət etmiş və MMC-nin mərkəzi ofisinə məlumat vermişdir. Şirkətin Respublika ərazisində bir çox yerlərdə filialları yerləşdirilmişdir. Həmin marketdə 3 nəfər əlavə işçi də vardır. Həmin işçilərdən 2 nəfəri 1 qadın 1 oğlan olmaqla satıcı işləyirlər digər 1 nəfər oğlan Şahid4 isə filial üzrə müdir müavini vəzifəsində işləyir. Hər gün mağaza saat 07:45-də açılır axşam isə 22:00-da bağlanır. xx.xx.2022-ci il tarixdə axşam saat 22:00-da mağazanı bağlamışlar. Səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 07:45-də mağazanı açmaq istəyərkən görmüşdürlər ki, mağazanın qapısı açıq vəziyyətdədir. Həmin an DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmişlər, sonra isə bu barədə aidiyyəti üzrə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət olunmuşdur. Göstərmişdir ki, Qobu qəsəbəsi Bayramov küçəsində yerləşən “AL“ marketdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə naməlum şəxslər marketdə olan hər biri 6,50 manat olmaqla 19,50 manat 3 dəst "gillette blue3“ hər birində 3 ədəd, hər bir 1,50 qəpik 1 dəsti isə 67,50 qəpik olmaqla 135 manat 2 dəst "gillette blue3" hər birində 45 ədəd, 4 ədəd yoqurt Çudo hər biri 0,70 qəpik olmaqla 2,80 manat, hər biri 2,30 manat olmaqla 55 manat, 25 qəpik dəyərində 24 ədəd "Vest" siqareti, hər biri 2,30 qəpik olmaqla 27,60 manat qəpik dəyərində 12 ədəd "classic" siqareti, hər biri 1,90 manat olan 7,60 manat dəyərində 4 ədəd "Bakı” siqareti, hər biri 2,10 manat olan 33, 60 manat dəyərində 16 ədəd "Magna” siqareti, hər biri 2,10 manat olan 21 manat dəyərində 10 ədəd "Kingston" siqareti, hər biri 2,20 manat olan 30, 80 manat dəyərində 14 ədəd "vant” siqareti, hər biri 2,60 manat olan 10, 40 manat dəyərində 4 ədəd "Vinshester" siqareti, hər biri 1,90 manat olan 24,70 manat dəyərində13 ədəd "Argo” siqareti, hər biri 2,10 manat olan 10, 50 manat dəyərində 5 ədəd"Viceroy” siqareti, hər biri 2,60 manat olan 52 manat dəyərində 20 ədəd "Rothmons” siqareti, hər biri 3,10 manat olan 31 manat dəyərində 10 ədəd "LD” siqareti, 1 ədəd15 manat dəyərində tulum pendiri, hər biri 0,90 manat olan 9 manat dəyərində 10 ədəd "Albeni Chocolate", hər biri 1,10 manat olan 33 manat dəyərində 30 ədəd "Ülker Albeni”, hər biri 1 manat olan 10 manat dəyərində 10 ədəd "Pobeda şokolad poristıy" yazısı olan şokolad, hər biri 1,80 manat olan 18 manat dəyərində 10 ədəd "CHOCOART" yazısı olan şokolad, hər biri 0,50 manat olan 9,50 manat dəyərində 19 ədəd "Zebra” şokoladı, hər biri 0,30 manat olan 3 manat dəyərində 10 ədəd “çiorio”şokoladı, hər biri 1,50 manat olan 15 manat dəyərində 10 ədəd "Kit-kat" şokoladı, hər biri 1,20 manat olan 12 manat dəyərində 10 ədəd "Tvix" şokoladı, hər biri 2 manat olan 50 manat dəyərində 25 ədəd böyük "Snickers" şokoladı, hər biri 4,50 manat olan 135 manat dəyərində 30 ədəd şüşə qabda, hər biri 6 manat olan 10,60 manat dəyərində "Nescafe gold” kofeşüşə bankada, hər biri 5,50 manat olan, 66 manat dəyərində 12 ədədşüşəqabda "Jacobs” kofe, hər biri 0,30 manat olan 3 manat dəyərində10ədəd "sıcakçikolata" kofe, hər biri 0,60 manat olan 9 manat dəyərində 15ədəd "mr.eroco" kofe, hər biri 0,30 manat olan 3 manat dəyərində10ədəd " JACOBS Late", hər biri 0,30 manat olan 3,30 manat dəyərində11 ədəd "Jacobs” kofe 15qr, hər biri 0,40 manat olan 8 manat dəyərində 20 ədəd "Milano" kofe qırmızı rəngdə, hər biri 0,40 manat olan 4,40 manat dəyərində 11 ədəd "Milano” kofe qızılı rəngdə, hər biri 0,35 manat olan 14 manat dəyərində 40 ədəd "Nescafe classic 2 qr-lıq, hər biri 0,35 manat olan 17, 50 manat dəyərində 50 ədəd “Jakobs monarch” kofe 1,8 qrlıq, 350 manat dəyərində olan üzərində "Hikvesion" yazısı olan müşahidə kamerası yaddaş aparatı ağ rəngdə, 350 manat dəyərində olan üzərində üzərində "İcatch" yazısı olan müşahidə kamerası yaddaş aparatı qara rəngdə, 1 kq-lıq 50 ədəd Kərə yağı hər biri 3,50 qəpik dəyərində olmaqla 175 manat, 1 kq-lıq 90 ədəd YENİ ZELLANDİYA yağı hər biri 15 manat dəyərində olmaqla 1350 manat, YAKOR markalı 500 qramlıq hər biri 7,50 manat dəyərində olmaqla 60 manat dəyərində 8 ədəd spirtli içki və 5 ədəd 0,500 qramlıq 5 manat dəyərində enerji içkisi BİZON oğurlanmış və mağazaya ümumilikdə 3200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X8 tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid1 isə həmkəndlisidir, onunla da aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, onun Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evimin həyətində ayrıca tikili olan 1 otaqdan ibarət evdə tək yaşayır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əmələrindən xəbəri yoxdur. Polis əməkdaşları xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun həyətinə gəlmiş, Polad Piyaminin harada olmasını soruşmuş, o da, sonuncunun öz qaldığı evində olduğunu bildirmiş, polis əməkdaşları sonuncunun qaldığı evə baxan zaman orada onun oğurladığı siqaret və digər məhsullar aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs təxminən 15- 20 gündür ki, Nasirin vasitəsi ilə tanımışdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid2 həmkəndlisidir, onunla da aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, Nasirin Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində ayrıca tikili olan 1 otaqdan ibarət evdə tək yaşayır. Nasirə Piyami kirayə pulu vermir, sadəcə olarq Nasir Piyamiyə yazığı gəldiyi üçün orada qalmasına icazə vermişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsindən xəbəri yoxdur, heç kəslə oğurluq etməmiş, nə də ki kiməsə oğurluq mal satmamış, narkotik vasitə alıb bir yerdə onunla qəbul etməmiş, malları Piyami aparıb öz qaldığı Nasirə məxsus evdə gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yerləşən "xxxx" marketin müdir müavini vəzifəsində 2022-ci ilin yanvar ayından etibarən işləyir. Şirkətin Respublika ərazisində bir çox yerlərdə filialları yerləşdirilmişdir. Hər gün mağaza saat 07:45-də açılır axşam isə 22:00-da bağlanır. Mağazanı 1 gün mən açıb bağlayır, bir gün isə müdirə Şahid3 açıb bağlayır. Yəni, növbəli şəkildə mağazaya nəzarət edirlər. xx.xx.2022-ci il tarixdə axşam saat 22:00-da mağazanı Şahid3 bağlayıb çıxıb evinə getmiş, səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 07:45-də o, gəlib mağazanı açmaq istəmiş və görmüşdür ki, mağazanın qapısı açıq vəziyyətdədir. Həmin an DİN-nin 102 xidmətinə və müdirə Şahid3 zəng edərək bu barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmiş, sonra isə bu barədə aidiyyəti üzrə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yerləşən "xxxx" marketin müdirəsi vəzifəsində 2021-ci ilin iyun ayından etibarən işləyir. Şirkətin Respublika ərazisində bir çox yerlərdə filialları yerləşdirilmişdir. Həmin marketdə 3 nəfər əlavə işçisi də vardır. Həmin işçilərdən 2 nəfəri 1 qadın 1 oğlan olmaqla satıcı işləyirlər, digər 1 nəfər oğlan Şahid4 isə filial üzrə müavin vəzifəsində işləyir. Hər gün mağaza saat 07:45-də açılır, axşam isə 22:00-da bağlanır. Mağazanı 1 gün o, açıb bağlayır, bir gün isə müavini Şahid4 açıb bağlayır, yəni, növbəli şəkildə mağazaya nəzarət edirlər. xx.xx.2022-ci il tarixdə axşam saat 22:00-da mağazanı bağlayıb çıxıb evinə getmiş, səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 07:45-də Hüseyn gəlib mağazanı açmaq istəmiş və görmüşdür ki, mağazanın qapısı açıq vəziyyətdədir. Həmin an o, DİN-nin 102 xidmətinə və ona zəng edərək bu barədə məlumat vermişdir. O, dərhal mağazaya getmiş və görmüşdür ki, naməlum şəxslər mağazanın dəmir qapısının qıfılını sındıraraq qıfılı yerə atıb mağazaya daxil olub oradan oğurluq etmişlər. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmiş, sonra isə bu barədə aidiyyəti üzrə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış 17 iyun 2022-ci il tarixli, 9/3643 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 3 dəsi "Gillette blue 3“ hər birində 3 ədəd üzqırxanın bir ədədinin qiyməti 6,50 manat, 2 dəst "Gillette blue 3" hər birində 3 ədəd üzqırxanın dər bir dəstinin qiyməti 67,50 manat, 1 ədəd yoqut 0,70 manat bir ədəd “Vest” siqareti 2,40 manat bir ədəd “Classik” siqareti 2,30 manat bir ədəd “Bakı” siqareti 1,90 manat bir ədəd “Magna” siqareti 2,10 manat bir ədəd “Kinqstn” siqareti 2,10 manat bir ədəd “Vant” siqareti 2,20 manat bir ədəd”Vinçester” siqareti 2,60 manat bir ədəd “Arqo” siqareti 1,90 manat bir ədəd “Viceroy” siqareti 2,10 manat bir ədəd “Rothmans” siqareti 2,60 manat bir ədəd “LD” siqareti 3,10 manat bir ədəd tulum pendiri 15 manat bir ədəd “Albeni C hocolate” şokoladı 0,90 manat bir ədəd “Ülker Albeni” şokoladı 1,10 manat bir ədəd “Pobeda şokolad poristiy” şokoladı 1 manat bir ədəd ”CHOCOART” şokoladı 1,80 manat bir ədəd “Zebra” şokoladı 0,50 manat bir ədəd “çiorio” şokoladı 0,30 manat bir ədəd “kit-kat” şokoladı 1,50 manat bir ədəd “tvixs” şokoladı1,2 manat bir ədəd “Snikers” şokoladı 1,60 manat bir ədəd şüşə qabda “Neskafe qold” kofesi 4,50 manat bir ədəd şüşə qabda “Jacobs” kafesi 5,50 manat bir ədəd “sicak çikolata” kofesi 0,30 manat bir ədəd “mr.eroco” kofesi 0,60 manat bir ədəd “Late” kofesi 0,30 manat bir ədəd “Jacobs” kofesi 15 qr. 0,30 manat bir ədəd “milano” kofe qırmızı rəngli 0,40 manat bir ədəd “milano” kofe qızılı rəngli 0,40 manat bir ədəd “nescafeclassic” kofe 2 qr-lıq 0,35 manat bir ədəd “Jakobs monareh” kofe 8 qr-lıq 0,35 manat bir ədəd istifadə olanmuş ağ rəngli üzərində “Hikvision”yazısı olan müşahidə kamerasının yaddaş aparatı 90 manat bir ədəd istifadə olunmuş ağ rəngli üzərində “icatsh” yazısı olan müşahidə kamerasının yaddaş aparatı 90 manatdır. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 04 may 2022-ci il tarixli 872 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, maddi sübutların götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, iş üzrə 3 dəsi "Gillette blue3“ hər birində 3 ədəd üzqırxan, 2 dəst "Gillette blue 3" hər birində 3 ədəd üzqırxan, 4 ədəd yoqut, 24 ədəd “Vest” siqareti, 12 ədəd “Classik” siqareti, 4 ədəd “Bakı” siqareti, 10 ədəd “Magna” siqareti, 10 ədəd “Kinqstn” siqareti, 14 ədəd “Vant” siqareti, 4 ədəd”Vinçester” siqareti, 13 ədəd “Arqo” siqareti, 5 ədəd “Viceroy” siqareti, 8 ədəd “Rothmans” siqareti, 1 ədəd “LD” siqareti, 1 ədəd tulum pendiri, 5 ədəd “Albeni C hocolate” şokoladı, 12 ədəd “Ülker Albeni” şokoladı, 10 ədəd “Pobeda şokolad poristiy” şokoladı, iki ədəd ”CHOCOART” şokoladı, iki ədəd “Zebra” şokoladı, 1 ədəd “çiorio” şokoladı, 1 ədəd “kit-kat” şokoladı, 1 ədəd “tvixs” şokoladı, 5 ədəd “Snikers” şokoladı, 3 ədəd şüşə qabda “Neskafe qold” kofesi, iki ədəd şüşə qabda “Jacobs” kafesi, 1 ədəd “sicak çikolata” kofesi, 3 ədəd “mr.eroco” kofesi, 4 ədəd “Late” kofesi, 11 ədəd “Jacobs” kofesi 15 qr., 17 ədəd “milano” kofe qırmızı rəngli, 11 ədəd “milano” kofe qızılı rəngli, 19 ədəd “nescafeclassic” kofe 2 qr-lıq, 26 ədəd “Jakobs monareh” kofe 8 qr-lıq, bir ədəd istifadə olanmuş ağ rəngli üzərində “Hikvision”yazısı olan müşahidə kamerasının yaddaş aparatı, bir ədəd istifadə olunmuş ağ rəngli üzərində “icatsh” yazısı olan müşahidə kamerasının yaddaş aparatı saxlanılmasından ötrü qanuni sahibi "xxxx" mağazalar şəbəkəsinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İsmayıllı RPŞ-də AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqa həbs qətimkan tədbiri seçilmişdir. Türkiyə Cumhuriyyətinə məxsus **********2 nömrəli şəxsiyyət vəsiqəsinin (kimlik kartının) surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Türkiyə Cumhuriyyəti vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli 229-1059-1221 nömrəli məktubdan görünür ki, Türkiyə Cumhuriyyəti vətəndaşı olan Təqsirləndirilən şəxs 09 sentyabr 2008-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, həmin şəxsin Azərbaycan Respublikası ərazisində olduğu və ya yaşadığı yer qeydiyyata alınmamışdır. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X10” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə 177.2.3-cü maddəsi ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə binaya qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Həmin cinayət əməlinə görə cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin İsmayıllı Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X14 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X14 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayət əməlinə görə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə binaya qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə verməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən edilmiş təzyiqlər nəticəsində oğurluq cinayətinin törətməsi barədə etirafedici ifadələr verdiyini bildirmişdir. Lakin şübhəli şəxs qismində tutulduğu zaman Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Eyni zamanda ifadənin yerində yoxlanılması istintaq hərəkətləri aparılan zaman Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən "xxxx"ə giriş qapısının qıfılını sındırma yolu ilə daxil olaraq orada olan əmlakı gizli olaraq taladığını hadisə yerində əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilimiş Şahid2 təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, polis əməkdaşlarının xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun həyətinə gəldiyini, Polad Piyaminin harada olmasını soruşduqda, sonuncunun öz qaldığı evində olduğunu bildirdiyini, polis əməkdaşları sonuncunun qaldığı evə baxan zaman orada oğurlanmış siqaret və digər məhsullar aşkar olunaraq qablaşdırılıb götürüldüyünü təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı bir ədəd DVD diskə təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Şahid2 ona məxsus fərdi yaşayış evinin həyətində təqsirləndirilən şəxsin qaldığı ayrıca tikilidə sonuncunun oğurladığı siqaret və digər məhsulları könüllü olaraq təhqiqata təhvil verməsi müəyyən edilmişdir. Həmin DVD diskə baxış keçirilməsi barədə tərtib olunmuş protokola təqsirləndirilən şəxs digər iştirakçılar ilə birlikdə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və digər iştirakçıların iştirakı ilə keçirildiyini təsdiq etmişdir. Bundan başqa məhkəmə Pİ-də təzyiq edilməsi məsələsi araşdırılarkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin şəxsin adını deməkdən və həmin şəxsi göstərməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 04 may 2022-ci il tarixli 872 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxs nümayəndəsinin və şahidlərin ifadələrinə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən edilmiş təzyiqlər nəticəsində etirafedici ifadələr verməsini bildirərək, törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə törətdiyi əməli polislərin ona etdiyi təziqlər ilə bağlamağa çalışaraq, cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə binaya qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olması müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2-maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Türkiyə Cumhuriyyəti vətəndaşı olan Təqsirləndirilən şəxs 09 sentyabr 2008-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, onun Azərbaycan Respublikası ərazisində olduğu və ya yaşadığı yer qeydiyyata alınmamış olsa da həbs edilənədək Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 45-də qeydiyyatda olmaqla orada yaşamışdır. Bu müddət ərzində onun Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etməsi barədə məlumat yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində daimi yaşama müddəti beş ildən artıqdır. Məhkəmə hesab edir ki, qanunun göstərilən normasına uyğun olaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilən cəzanın 02 ildən artıq müddətə müəyyən edilməsi nəzərdə tutulduğundan ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış maddi sübutların götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və 3 dəsi "Gillette blue3“ hər birində 3 ədəd üzqırxan, 2 dəst "Gillette blue 3" hər birində 3 ədəd üzqırxan, 4 ədəd yoqut, 24 ədəd “Vest” siqareti, 12 ədəd “Classik” siqareti, 4 ədəd “Bakı” siqareti, 10 ədəd “Magna” siqareti, 10 ədəd “Kinqstn” siqareti, 14 ədəd “Vant” siqareti, 4 ədəd”Vinçester” siqareti, 13 ədəd “Arqo” siqareti, 5 ədəd “Viceroy” siqareti, 8 ədəd “Rothmans” siqareti, 1 ədəd “LD” siqareti, 1 ədəd tulum pendiri, 5 ədəd “Albeni C hocolate” şokoladı, 12 ədəd “Ülker Albeni” şokoladı, 10 ədəd “Pobeda şokolad poristiy” şokoladı, iki ədəd ”CHOCOART” şokoladı, iki ədəd “Zebra” şokoladı, 1 ədəd “çiorio” şokoladı, 1 ədəd “kit-kat” şokoladı, 1 ədəd “tvixs” şokoladı, 5 ədəd “Snikers” şokoladı, 3 ədəd şüşə qabda “Neskafe qold” kofesi, iki ədəd şüşə qabda “Jacobs” kafesi, 1 ədəd “sicak çikolata” kofesi, 3 ədəd “mr.eroco” kofesi, 4 ədəd “Late” kofesi, 11 ədəd “Jacobs” kofesi 15 qr., 17 ədəd “milano” kofe qırmızı rəngli, 11 ədəd “milano” kofe qızılı rəngli, 19 ədəd “nescafeclassic” kofe 2 qr-lıq, 26 ədəd “Jakobs monareh” kofe 8 qr-lıq, bir ədəd istifadə olanmuş ağ rəngli üzərində “Hikvision”yazısı olan müşahidə kamerasının yaddaş aparatı, bir ədəd istifadə olunmuş ağ rəngli üzərində “icatsh” yazısı olan müşahidə kamerasının yaddaş aparatı ibtidai istintaq zamanı qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış maddi sübutların götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 dəsi "Gillette blue3“ hər birində 3 ədəd üzqırxan, 2 dəst "Gillette blue 3" hər birində 3 ədəd üzqırxan, 4 ədəd yoqut, 24 ədəd “Vest” siqareti, 12 ədəd “Classik” siqareti, 4 ədəd “Bakı” siqareti, 10 ədəd “Magna” siqareti, 10 ədəd “Kinqstn” siqareti, 14 ədəd “Vant” siqareti, 4 ədəd”Vinçester” siqareti, 13 ədəd “Arqo” siqareti, 5 ədəd “Viceroy” siqareti, 8 ədəd “Rothmans” siqareti, 1 ədəd “LD” siqareti, 1 ədəd tulum pendiri, 5 ədəd “Albeni C hocolate” şokoladı, 12 ədəd “Ülker Albeni” şokoladı, 10 ədəd “Pobeda şokolad poristiy” şokoladı, iki ədəd ”CHOCOART” şokoladı, iki ədəd “Zebra” şokoladı, 1 ədəd “çiorio” şokoladı, 1 ədəd “kit-kat” şokoladı, 1 ədəd “tvixs” şokoladı, 5 ədəd “Snikers” şokoladı, 3 ədəd şüşə qabda “Neskafe qold” kofesi, iki ədəd şüşə qabda “Jacobs” kafesi, 1 ədəd “sicak çikolata” kofesi, 3 ədəd “mr.eroco” kofesi, 4 ədəd “Late” kofesi, 11 ədəd “Jacobs” kofesi 15 qr., 17 ədəd “milano” kofe qırmızı rəngli, 11 ədəd “milano” kofe qızılı rəngli, 19 ədəd “nescafeclassic” kofe 2 qr-lıq, 26 ədəd “Jakobs monareh” kofe 8 qr-lıq, bir ədəd istifadə olanmuş ağ rəngli üzərində “Hikvision”yazısı olan müşahidə kamerasının yaddaş aparatı, bir ədəd istifadə olunmuş ağ rəngli üzərində “icatsh” yazısı olan müşahidə kamerasının yaddaş aparatı ibtidai istintaq zamanı qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar