Məhkəmə qərarları › İş №1(012)-560/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-560/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-560/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2003-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X2 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 10 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində X5 rayonu, Masazır kəndi, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evinin pəncərəsini istintaqa məlum olmayan predmetlə sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə binaya qanunsuz daxil olmuş, o isə evin qarşısında dayanıb ətrafı müşahidə etmiş və oradan hər biri 67 manat 50 qəpik olan 270 manat dəyərində 4 top elektrik naqilini, bir ədəd 400 manat dəyərində yeni mikrodalğalı sobanı, hər biri 140 manat olmaqla ümumi dəyəri 280 manat olan iki ədəd havalandırıcım, 250 manat dəyərində yataq dəstini, cəmi 1200 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 10 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində X5 rayonu, Masazır kəndi, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs'Soltan oğluna məxsus yeni tikilən fərdi yaşayış evinin pəncərəsini istintaqa məlum olmayan predmetlə sındırdıqdan sonra sonuncu ilə birlikdə binaya qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs1 isə evin qarşısında dayanıb ətrafı müşahidə etmiş və oradan hər biri 67 manat 50 qəpik olan 270 manat dəyərində 4 top elektrik naqilini, bir ədəd 400 manat dəyərində yeni mikrodalğalı sobanı, hər biri 140 manat olmaqla ümumi dəyəri 280 manat olan iki ədəd havalandırıcım, 250 manat dəyərində yataq dəstini cəmi 1200 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin yaxınlığında olan zaman Asimlə rastlaşmışdır. O sonuncu ilə söhbətləşən zaman pulsuzluqdan və işsizlikdən gileylənmişdir. Asim isə onun pula ehtiyacı olduğunu görüb, ona birlikdə oğurluq etməyi təklif etmişdir. O isə əlacsız qalıb pula ehtiyacı olduğundan Asimin təklifini qəbul etmişdir. Onun istifadəsində mobil telefon olmadığından Asimlə razılaşmışdır ki, həmin gün yəni 09 sentyabr 2024-cü il tarixdə saat 21:00-da “Rəşad” çay evinin yaxınlığında görüşsünlər. Aralarındada razılaşdıqdan sonra Asimlə sağollaşıb yaşadığı Saray qəsəbəsinə getmişdir. Asimlə görüşəcəkləri vaxtın çatmağını gözlədikdən sonra saat 21:00-da Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin qarşısında Asimlə görüşmüşdür. Asim ilə həmin çay evində təxminən 30 dəqiqə birlikdə çay içdikdən sonra bir nəfər şəxsin yanlarına yaxınlaşdığını görmüşdür. Asim onları tanış edərək həmin şəxsin dostu Elvin oluğunu bildirmişdir. Onlar birlikdə çay içdikdən sonra təxminən saat 23 radələrində oradan qalxmışlar. Birlikdə Sumqayıt şəhərində yerləşən avtovağzalın yanına doğru piyada hərəkət edən zaman Asim oğurluq etməyi təklif etmişdir və onlar oğurluq etməyə getmək üçün Sumqayıt şəhərindən 20 yanvar metrostansiyasına hərəkət edən mikroavtobusa əyləşmişlər. Abşeron rayonu ərazisində yerləşən “Monza” şadlıq sarayının yaxınlığında olarkən Asim avtobusu saxlatdırmış və onlar avtobusdan düşmüşlər. “Monza” şadlıq evinin arxa tərəfindən piyada olaraq hərəkət edib tanımadığı küçəyə daxil olmuşlar. Asim həmin küçədə yerləşən lakin işıqları yanmayan və təmir işi aparılan evlərə girəcəklərinin və onun ətrafı nəzarət etmək üçün küçədə onları gözləyəcəyini tapşırmışdır. O da etiraz etməmiş və Asim Elvin ilə birlikdə evə hasardan tullanaraq daxil olmuşdur. O isə küçədə dayanıb ətrafa nəzər yetirməyə başlamışdır ki, kimsə gələndə onlara dərhal məlumat versin. Daha sonra onlar 2 top qırmızı rəngli, 1 top göy rəngli və təxminən 3 metr uzunluğunda elektrik naqilini hasardan o olduğu yerə tullamışlar. Sonra isə özləri də hasardan keçərək yanma gəlmişlər. Onlar birlikdə həmin naqilləri əritmək üçün Sumqayıt şəhərinə dəniz kənarına getmiş, naqilləri orada yandırıb əritdikdən sonra mis əldə etmişlər. Həmin misi isə Sumqayıt şəhərində yerləşən metal qəbul edilən yerdə satmışlar. Satdıqları mis 10 kiloqram gəldiyi üçün bir kiloqramı 10 manatdan olmaqla 100 manata satmışlar .Əldə etdikləri pulu isə öz aralarında bölmüşlər. Oradan ancaq elektrik naqilləri oğurlamışlar. Törətdiyi əməlindən çox peşmandır. Bir də belə əməllərə yol verməyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 sentyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra hər hansı bir yerdə işləmədiyindən pula ehtiyacı yaranmışdır. 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Rəşad" çay evinin yaxınlığında olan zaman Asimlə birlikdə olmuşdur. Həmin vaxt Emralı da orada görmüşlər. Onlar söhbətləşən zaman Emral pulsuzluqdan və işsizlikdən gileylənmişdir. Asim isə birlikdə oğurluq etməyi təklif etmişdir. Emral da, o da təklifi qəbul etmişlər. Razılaşmışlar ki, həmin gün yəni 09 sentyabr 2024-cü il tarixdə saat 21:00-da “Rəşad" çay evinin yaxınlığında görüşsünlər. Saat 23 radələrində o həmin yerə getmiş və Asim ilə Emralın onu gözlədiyini görmüşdür. Bundan sonra Sumqayıt şəhərindən 20 yanvar metrostansiyasına hərəkət edən mikroavtobusa əyləşmişlər. Abşeron rayonu ərazisində yerləşən “Monza” şadlıq sarayının yaxınlığında olarkən Asim avtobusu saxlatdırmış və onlar avtobusdan düşmüşlər. “Monza” şadlıq evinin arxa tərəfindən piyada olaraq hərəkət edib tanımadığı küçəyə daxil olmuşlar. Asim həmin küçədə yerləşən lakin işıqları yanmayan və təmir işi aparılan evə onunla birlikdə girəcəklərini və Emralın ətrafı nəzarət etmək üçün küçədə onları gözləyəcəyini bildirmişdir. Asim orada bir mərtəbəli işıqları yanmayan təmir işləri aparılan evi görüb həmin evi işarə edərək bu evə daxil olacaqlarını demişdir. Bundan sonra o Asim ilə birlikdə hasardan tullanıb evin həyətinə daxil olmuşlar. Emral isə küçədə qalaraq ətrafa nəzarət edirmiş ki, kiminsə gələcəyi halda onlara məlumat versin. O isə Asim ilə birlikdə həyətə tullandıqdan sonra evin qarşısına keçib pəncərəni açmaq istəsələr də, aça bilmədikləri üçün Asim evin həyətindən tapdığı dəmir parçası ilə pəncərəni sındırmış və evə daxil olmuşlar. Evin içərisində 2 top qırmızı rəngli, bir top göy rəngli və təxminən 3 metr uzunluğunda elektrik naqilini kisələr yığıb evdən çıxmışlar. Onlar birlikdə həmin naqilləri əritmək üçün Sumqayıt şəhərinə dəniz kənarına gedib orada yandırıb əritdikdən sonra mis əldə etmişlər. Həmin misi isə Sumqayıt şəhərində yerləşən metal qəbul edilən yerdə satmışlar. Satdıqları mis 10 kiloqram gəldiyi üçün bir kiloqramı 10 manatdan olmaqla 100 manata satmışlar. Əldə etdikləri pulu isə öz aralarında bölmüşlər. Törətdiyi əməlindən çox peşmandır. Bir də belə əməllərə yol verməyəcəkdir. Əlildir, pensiya alır, anası da xəstədir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlarla barışdığını, hazırda onlardan şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlanmış, istintaq aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixində saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında və X1 azad edilmə haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X1 dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqıda xx.xx.2024-cü il tarixli protoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi və X1 azad edilmə haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X1 dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə 06 ay şərti sınaq müddəti təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1; 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə 03 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2014-cü ildə cəzasını çəkib qurtarmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2 və 177.2.3-cü maddələri ilə 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 29, 177.2.2; 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4; 66.5; 69.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 602 manat cərimə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş və 602 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxslərin ifadələri, ifadənin yerində yoxlanması haqqında protokol iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın ödənilmiş, onlarla barışmış, hazırda onlardan şikayət və tələbi yoxdur, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onların tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 602 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. 602 manat cərimə cəzası Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzası Azərbaycan Respublikası CM- in 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə toplanılmasını əsaslı sayır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”polisin nəzarıti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”polisin nəzarıti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 602 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 602 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 602 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar