Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-561/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hamamının plastik materialdan olan açıq qapısından içəri qanunsuz daxil olub orada olan 1 ədəd 80 manat dəyərində “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısını, divarda quraşdırılmış 1 ədəd 15 manat dəyərində su kranı və 1 ədəd 15 manat dəyərində duşu, daha sonra evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında olan dolabın içərisindəki 1 dəst 25 manat dəyərində “Marpessa” markalı istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarını, 1 dəst 9 manat dəyərində “Gulcan” markalı istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalını, 1 dəst 12 manat dəyərində “Belinda” markalı istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalını, 1 dəst 9 manat dəyərində “Vevien” markalı istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalını, 1 ədəd 45 manat dəyərində “Easy Stitch” markalı istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşını, 1 ədəd 100 manat dəyərində “X14” markalı istifadə olunmamış boz rəngli tozsoranı, 1 dəst 9 manat dəyərində “marbella” markalı istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalını, 1 dəst 15 manat dəyərində “Flosh” markalı istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarını, 1 dəst 8 manat dəyərində “Gulcan” markalı istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalını, 1 ədəd 5 manat dəyərində qıraqları saçaqlı olan boz rəngli süfrəni, 1 ədəd 5 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş balış üzlüyü, 2 ədəd hər birinin dəyəri 3 manat olan, ümumilikdə 6 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş döşəkçə üzlüklərini, 1 ədəd 5 manat dəyərində qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrəni, 1 ədəd 3 manat dəyərində “Neoteks Bamboo” markalı istifadə olunmamış əl dəsmalını, 1 ədəd 5 manat dəyərində açıq yaşıl rəngli qıraqları saçaqlı süfrəni, 1 ədəd 5 manat dəyərində yaşıl rəngli istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalını, 1 ədəd 5 manat dəyərində çəhrayı rəngli istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalını, 1 ədəd 15 manat dəyərində ağ rəngli qıraqları saçaqlı süfrəni, 1 dəst 22 manat dəyərində “X6” markalı kitab şəklində qutusu olan yataq dəstini, 2 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 4 manat dəyərində qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlüklərini, 1 ədəd 5 manat dəyərində ağ rəngli istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd 5 manat dəyərində ağ rəngli istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd 1 manat dəyərində yaşıl rəngli istifadə olunmamış çay dəsmalını, 1 ədəd 1 manat dəyərində çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalını, 1 ədəd 1 manat dəyərində çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalını, 2 ədəd hər birinin dəyəri 2,5 manat olan ümumilikdə 5 manat dəyərində ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlüklərini, 2 ədəd hər birinin dəyəri 2,5 manat olan ümumilikdə 5 manat dəyərində açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlüklərini, 2 ədəd hər birinin dəyəri 6 manat olan ümumilikdə 12 manat dəyərində “Best Gold” markalı istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qablarını, 1 dəst 18 manat dəyərində “Wind Willow” markalı istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkinin olduğu qutunu, 1 dəst 25 manat dəyərində “arcofam” markalı istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə və 1 ədəd böyük ölçüdə tort qab dəstini, həmin otaqda olan kamotun üzərində 2 ədəd hər birinin dəyəri 25 manat dəyərində ümumilikdə 50 manat dəyərində dəvə suvenirlərini, yerdə yığılmış yorğan-döşək dəstlərinin üzərində olan 2 ədəd hər birinin dəyəri 8 manat olan ümumilikdə 16 manat dəyərində bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik mütəkkələri, 2 ədəd hər birinin dəyəri 6 manat olan ümumilikdə 12 manat dəyərində qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük döşəkçələri, 1 ədəd 8 manat dəyərində bənövşəyi rəngli üzərində naxışları olan balışı, 2 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 6 manat dəyərində sintifon materialdan olan balışları, 2 ədəd hər birinin dəyəri 4 manat olan ümumilikdə 8 manat dəyərində ağ rəngli üzərində naxışları olan balışları, 1 ədəd 3 manat dəyərində ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfəni, 1 ədəd 3 manat dəyərində sarı rəngli mənəfəni, çarpayının yanında divara söykədilmiş 1 ədəd 150 manat dəyərində “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalçanı, evin qonaq otağında kamotun üzərindəki 1 ədəd 10 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldanı, 2 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 4 manat olan qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirləri, həmin bakalın içərisində olan 1 ədəd 150 manat dəyərində 583 əyarlı təxminən 2,5 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 100 manat dəyərində 583 əyarlı təxminən 1,5 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 4 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 750 manat dəyərində 583 əyarlı təxminən 13 qram çəkidə olan qadın qızıl qolbaq və 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 5 qram çəkidə olan qadın qızıl boyunbağını, 1 ədəd 10 manat dəyərində sarı rəngli gümüşü zərli cüt qaz suveniri, 1 ədəd 5 manat dəyərində ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, 1 ədəd 5 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, divanın üzərində olan 1 ədəd 3 manat dəyərində qızılı rəngli böyük mütəkkəni, 3 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 9 manat dəyərində “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlüklərini, həmin otaqda kamotun yanındakı 1 ədəd 15 manat dəyərində “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinkeşi, evin mətbəxində mebelin üzərində olan 1 dəst 15 manat dəyərində “Coffee Set” markalı istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət dəstini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2332 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 2016-cı ildə yanvar ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Abşeron rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2016-cı ilin iyun ayında 6 ay cəza çəkdikdən sonra ölkə rəhbərinin amnistiya sərəncamı ilə azadlığa çıxmış, 2 azyaşlı övladı var. Ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyi üçün maddi sıxıntıları olmuş, azyaşlı oğlu 2015-ci il təvəllüdlü X8 asma xəstəliyindən əziyyət çəkir. Özü də asma xəstəliyindən əziyyət çəkir və bununla bağlı tez-tez müalicə alır. Belə ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı evdən çıxmış, küçədə oğurluq etmək qərarına gəlmiş, onun yaşadığı evin arxasında yerləşən qonşusu Aynanın evində yaşayış olmadığı üçün evinin arxasında hasar çox hündür olmadığı üçün o, həmin hasardan aşaraq Aynanın evinin həyətinə düşmüş, ətrafa baxıb heç kimin olmadığını görüb evin eyvanının künc hissəsində yerləşən hamama açıq plastik qapıdan daxil olmuş, hamamda divarda quraşdırılmış 1 ədəd su kranı və 1 ədəd duşu əli ilə açmış, sonra yerdə olan 1 ədəd su qızdırıcısını götürüb çölə qapının ağzına yerə qoymuş, bundan sonra hamamın yanında olan pəncərənin açıq olduğunu görmüş, o, həmin pəncərənin dəmir barmaqlığını bir neçə dəfə yerindən silkələyib çıxarıb yerə qoymuş, daha sonra həmin pəncərədən içəri evə daxil olmuş, daxil olduğu otaq yataq otağı olmuş, orada olan dolabın qapılarını açmış, dolabın içərisində olan 1 dəst üzərində qızıl güllərin rəsmi olan çamodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarını, 1 dəst açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalını, 1 dəst ağ rəngli üzərində qara naxışları olan əl dəsmalını, 1 dəst çəhrayı rəngli 3 ədəd əl dəsmallarını, 1 ədəd ağ rəngli elektriklə işləyən paltar tikən maşını, 1 ədəd boz rəngli tozsoranı, 1 dəst ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmallarını, 1 dəst ağ rəngli atlas materialdan olan qadın gecə paltarını, 1 dəst sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmallarını, 1 ədəd qıraqları saçaqlı olan boz rəngli süfrəni, 1 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş böyük balış üzlüyünü, 2 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş kiçik döşəkçə üzlüklərini, 1 ədəd qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrəni, 1 ədəd əl dəsmalını, 1 ədəd açıq yaşıl rəngli qıraqları saçaqlı süfrəni, 1 ədəd yaşıl rəngli üzərində güldan naxışı olan əl dəsmalı, 1 ədəd çəhrayı rəngli üzərində güldan naxışı olan əl dəsmalını, 1 ədəd ağ rəngli qıraqları saçaqlı süfrəni, 1 dəst kitab şəklində qutusu olan yataq dəstini, 2 ədəd qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlüklərini, 1 ədəd ağ rəngli üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd ağ rəngli üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd yaşıl rəngli çay dəsmalını, 1 ədəd çəhrayı rəngli gül naxışları olan çay dəsmalını, 1 ədəd çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalını, 2 ədəd ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlüklərini, 2 ədəd açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlüklərini, 2 ədəd qara rəngli içərisində naxışları olan çərəz qabları, ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət 1 dəsti, 1 dəst üzərində naxışları olan 5 ədəd balaca ölçüdə, 1 ədəd böyük ölçüdə qab dəstini, sonra yataq otağında olan kamotun üzərindəki 2 ədəd dəvə suveniri, daha sonra çarpayının yanında yerdə üst-üstə yığılmış yorğan-döşək dəstlərinin üzərindəki 2 ədəd bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik mütəkkələri, 2 ədəd qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük döşəkçələri, 1 ədəd bənövşəyi rəngli üzərində naxışları olan balışı, 2 ədəd sintifon materialdan olan balışları, 2 ədəd ağ rəngli üzərində naxışları olan balışları, 1 ədəd ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfəni, 1 ədəd sarı rəngli mənəfəni, çarpayının yanında divara söykədilmiş 1 ədəd yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalçanı götürüb həmin otağın ortasında bir yerə yığmışdır. Bundan sonra o, digər otağa, yəni qonaq otağına daxil olmuşdur. Həmin otaqda kamotun üzərindəki 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldanı, 2 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirləri, 1 ədəd sarı rəngli gümüşü zərli cüt qaz suveniri, 1 ədəd ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, divanın üzərində olan 1 ədəd qızılı rəngli böyük mütəkkəni, 3 ədəd qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlüklərini, qonaq otağında kamotun yanında olan 1 ədəd ağ rəngli üzərində narıncı rənglər olan sərinləşdirici vintelyatoru götürüb yataq otağında orta hissədə yerdə yığdığı əşyaların yanına qoymuşdur. Daha sonra mətbəxə keçib orada olan mətbəx mebelinin qapılarına bağlanmış lentləri alışqanla yandırıb açmış, içərisində dəyərli heç nə tapmadığı üçün heç nə götürməmişdir. Ancaq mebelin üzərində olan qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət 1 dəsti götürüb yataq otağında olan yerdə yığdığı əşyaların yanına aparmış, daha sonra o, həmin içərisində yığdığı əşyalar olan mənəfəni pəncərədən çölə çıxarmış, daha sonra hamamın qarşısında yığdığı əşyaları yataq otağından götürdüyü mənəfəyə bükmüş, o, yığdığı əşyaları gəldiyi yerlə geri qayıdaraq yaşadığı evə tərəf aparmışdır. O, Aynanın evindən oğurladığı qeyd etdiyi əşyaları evinə gətirmiş, apardığı əşyaları evdə giriş hissəsində olan otaqda yerləşən şkafa yığmış, həmin vaxt evdə olan həyat yoldaşı Samirə və azyaşlı oğlu Ayaz yatmışlar, daha sonra o, yerinə girib yatmış, səhər oyananda həyat yoldaşı Şahid3 Hafiz qızı ondan həmin əşyaları hardan əldə etdiyini soruşduqda o, fəhlə işlədiyi bağ evinin sahibinin ona həmin əşyaları verdiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində evdən çıxıb Saray qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında olan hasar hörgüsündə fəhlə kimi işləmiş, günorta radələrində o, evə qayıtmış, küçədə olan zaman polis əməkdaşları onu görüb yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi baş verdiyini və bununla bağlı Abşeron rayon polis idarəsinə onlarla birlikdə getməyini bildirmişlər. O, da etiraz etməyib onlarla Abşeron rayon Polis İdarəsinə getmiş, polis idarəsində onunla fərdi söhbət zamanı o, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və oğurladığı əşyaları yaşadığı evdə saxladığını bildirmiş, həmin əşyaları könüllü olaraq istintaqa təqdim etmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs ilə həmişə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik, ədavət olmamış, bundan başqa qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olduğunu, o, oğurladığı əşyaları qeyd etdiyini, qızıl-zinət əşyalarını görmədiyini, götürmədiyini, o, Zərərçəkmiş şəxs evindən oğurluq cinayətini tək törətdiyini bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməyə maddi imkanı olmadığını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, qızı X1 həyat yoldaşı rəhmətə getdiyi üçün ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsi, 13 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evində uşaqları ilə yaşamış və sonuncunun evi olmadığı üçün cehizlik əşyalarını həmin evdə yerləşdirmişdir. həmin evdə yaşayış olmamış, arada vaxt olanda həmin evə gedib baş çəkib təmizlik işləri görürlər. xx xxxx 2020-ci il tarixdə qızı Gülsüm ilə birlikdə gedib həmin evdə təmizlik işləri görmüşlər. Saat 23 radələrində işlərini bitirib yaşadıqları evə qayıtmışlar. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində o, həmin evə gedən zaman evin eyvanının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və pəncərənin üzərinə qoyulduğunu görmüş, bundan sonra eyvanda olan hamama daxil olduqda orada yerdə olan 1 ədəd 250 manat dəyərində “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısının, divarda quraşdırılmış 1 ədəd 15 manat dəyərində su kranı və 1 ədəd 15 manat dəyərində duşun yerində olmadığını görmüş, bundan sonra o, evə daxil olmu, yataq otağına keçdikdə orada olan şkafın içərisində olan 1 dəst 150 manat dəyərində “Marpessa” markalı yeni, istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarın, 1 dəst 40 manat dəyərində “Gulcan” markalı yeni, istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalın, 1 dəst 50 manat dəyərində “Belinda” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalın, 1 dəst 50 manat dəyərində “Vevien” markalı yeni, istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalların, 1 ədəd 150 manat dəyərində “Easy Stitch” markalı yeni, istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşının, 1 ədəd 200 manat dəyərində “X14” markalı yeni, istifadə olunmamış boz rəngli tozsoranın, 1 dəst 60 manat dəyərində “marbella” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalların, 1 dəst 50 manat dəyərində “Flosh” markalı yeni, istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarının, 1 dəst 40 manat dəyərində “Gulcan” markalı yeni, istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalların, 1 ədəd 50 manat dəyərində qıraqları saçaqlı olan boz rəngli süfrənin, 1 ədəd 70 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş böyük ölçüdə balış üzlüyün, 2 ədəd hər birinin dəyəri 30 manat olan, ümumilikdə 60 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş kiçik ölçüdə döşəkçə üzlüklərin, 1 ədəd 30 manat dəyərində qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrənin, 1 ədəd 20 manat dəyərində “Neoteks Bamboo” markalı yeni, istifadə olunmamış əl dəsmalın, 1 ədəd 30 manat dəyərində açıq yaşıl rəngli qıraqları saçaqlı süfrənin, 1 ədəd 15 manat dəyərində yaşıl rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalın, 1 ədəd 15 manat dəyərində çəhrayı rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalın, 1 ədəd 50 manat dəyərində ağ rəngli qıraqları saçaqlı süfrənin, 1 dəst 70 manat dəyərində “X6” markalı kitab şəklində qutusu olan yataq dəstin, 2 ədəd hər birinin dəyəri 25 manat olan, ümumilikdə 50 manat dəyərində qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlüklərin, 1 ədəd 20 manat dəyərində ağ rəngli yeni, istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalın, 1 ədəd 20 manat dəyərində ağ rəngli yeni, istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalın, 1 ədəd 10 manat dəyərində yaşıl rəngli istifadə olunmamış çay dəsmalın, 1 ədəd 10 manat dəyərində çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalın, 1 ədəd 10 manat dəyərində çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalın, 2 ədəd hər birinin dəyəri 15 manat olan ümumilikdə 30 manat dəyərində ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlüklərin, 2 ədəd hər birinin dəyəri 30 manat olan ümumilikdə 60 manat dəyərində açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlüklərin, 2 ədəd hər birinin dəyəri 20 manat olan ümumilikdə 40 manat dəyərində “Best Gold” markalı yeni, istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qabların, 1 dəst 100 manat dəyərində “Wind Willow” markalı yeni, istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkinin olduğu qutunun, 1 dəst 70 manat dəyərində “arcofam” markalı yeni, istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə, 1 ədəd böyük ölçüdə qabın olduğu qutunun, bundan başqa yataq otağında olan kamotun üzərində 2 ədəd hər birinin dəyəri 30 manat dəyərində ümumilikdə 60 manat dəyərində dəvə suvenirlərin yerində olmadığını görmüş, bundan sonra yataq otağında yorğan-döşək dəstlərinin üzərində olan 2 ədəd hər birinin dəyəri 40 manat olan ümumilikdə 80 manat dəyərində bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik ölçülü mütəkkələrin, 2 ədəd hər birinin dəyəri 30 manat olan ümumilikdə 60 manat dəyərində qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük ölçülü döşəkçələrin, 1 ədəd 40 manat dəyərində bənövşəyi rəngli üzərində naxışları olan balışın, 2 ədəd hər birinin dəyəri 25 manat olan ümumilikdə 50 manat dəyərində sintifon materialdan olan balışların, 2 ədəd hər birinin dəyəri 25 manat olan ümumilikdə 50 manat dəyərində ağ rəngli üzərində naxışları olan balışların, 1 ədəd 10 manat dəyərində ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfənin, 1 ədəd 10 manat dəyərində sarı rəngli mənəfənin, çarpayının yanında divara söykədiyi 1 ədəd 950 manat dəyərində “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalçanın yerində olmadığını görmüş, bundan sonra qonaq otağına keçmiş, qonaq otağında yerləşən kamotun üzərində 1 ədəd 200 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldanın, 2 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 100 manat olan qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirlərin, 1 ədəd 50 manat dəyərində sarı rəngli gümüşü zərli cüt qaz suvenirin, 1 ədəd 50 manat dəyərində ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabın, 1 ədəd 50 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabının, divanın üzərində olan 1 ədəd 30 manat dəyərində qızılı rəngli böyük ölçülü mütəkkənin, 3 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 150 manat dəyərində “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlüklərin, qonaq otağında kamotun yanında olan 1 ədəd 100 manat dəyərində “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinləşdirici vintelyatorun yerində olmadığını görmüşdür. O, mətbəxə keçmişdir. Mətbəx mebelinin qapılarını lentlə bağlamışdır. Həmin lentlər alışqanla yandırılmışdır. Mətbəx mebelinin üzərində olan 1 dəst 60 manat dəyərində “Coffee Set” markalı yeni, istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkinin olduğu qutunun yerində olmadığını görmüşdür. Əlavə olaraq bildirmişdir ki, qonaq otağında kamotun üzərində olan bakalın içərisində qoyduğu 1 ədəd 150 manat dəyərində 583 əyarlı təxminən 2,5 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 100 manat dəyərində 583 əyarlı təxminən 1,5 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 4 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 750 manat dəyərində 583 əyarlı təxminən 13 qram çəkidə olan qadın qızıl qolbaq və 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 5 qram çəkidə olan qadın qızıl boyunbağı da oğurlanmışdır. Bunları görüb o, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları oraya gəlib evə baxış keçirmişlər. Əlavə olaraq oğurluq nəticəsində ümumilikdə ona 5500 manat məbləğində maddi ziyan dəydiyini, evindən 4000 manat dəyərində müxtəlif məişət əşyaları və 1500 manat dəyərində qızıl zinət əşyaları oğurlandığını qeyd etdi. Sonda o, təqsirləndiirlən şəxsdən şikayətçi olamdığını, lakin ona dəymiş maddi ziyanın tam ödənilmədiyini əsas gətirərək ona qanunvericiliyə uyğun qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2012-ci ildən DİO-da, 2013-cü ildən Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Saray qəsəbəsidir. xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evindən oğurluq olması barədə məlumat vermiş. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi cinayətində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında idarənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs evinin yaxınlığında Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onu görüb yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq olmasını bildirmişlər. Həmin cinayətdə onun şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra polis idarəsinə gəlmişlər, Abşeron rayon X2 Əli Ayaz oğlu ilə fərdi söhbət zamanı o, Abşeron rayonu, Saray qəsəbəsində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və oğurladığı əşyaları yaşadığı evdə gizlətdiyini bildirmiş, bundan sonra müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs evindən oğurladığı əşyalar baxış keçirilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hafiz qızı bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşıdır. İki azyaşlı övladı var. Azyaşlı oğlu 2015-ci il təvəllüdlü X8 asma xəstəliyindən əziyyət çəkir. Əri Təqsirləndirilən şəxs də asma xəstəliyindən əziyyət çəkir və bununla bağlı tez-tez müalicə alır. Əri Əli heç bir yerdə işləmir. Arada müxtəlif yerlərdə iş olanda mütəmadi olaraq fəhlə kimi işləyir. xx xxxx 2020ci il tarixdə səhər saatlarında yuxudan oyanıb yaşadıqları evin digər otağına daxil olduqda evdə müxtəlif ev əşyalarının olduğunu görmüş, Əlidən həmin əşyaları hardan əldə etdiyini soruşduqda, Əli ona həmin əşyaları fəhlə işlədiyi bağ evinin sahibinin ona verdiyini bildirmiş, bundan sonra Əli işləmək üçün evdən çıxıb getmiş, həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları Əli ilə birlikdə evə gələrək Əlinin evə gətirdiyi həmin əşyaları qonşuluqda yaşayan Aynanın evindən oğurladığını ona bildirmişlər. O, bundan sonra həmin əşyaların oğurluq olduğunu bilmiş, bundan sonra həmin əşyalar polis əməkdaşları tərəfindən götürülmüş, əlavə olaraq Əlinin qonşuları Ayna xanımın evindən oğurluq etməsi barədə heç bir məlumatı olmadığını, polis əməkdaşları Əli ilə birlikdə onların yaşadıqları evə gələn zaman o, Əlinin qonşuları Aynanın evindən oğurluq etdiyini bildiyini, Əlinin evə gətirdiyi əşyaları Aynanın evindən oğurladığını da polis əməkdaşları dedikdən sonra bildiyini, nə onun, nə də əri Əlinin qonşuları Ayna və ailəsinin arasında heç bir düşmənçilik, ədavət, qərəzli münasibətləri olmadığını, qonşu kimi həmişə münasibətləri normal olduğunu, bundan başqa, polis əməkdaşları Əli ilə birlikdə onların evinə gələnədək onun Əlinin oğurluq etməsi barədə heç bir məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs ilk dəfədir ki, oğurluq cinayəti törətdiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2855 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların qiymətləndirilməsi zamanı respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında mövcud olan qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış bazarlarında sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında ekspertiza tədqiqatına təqdim edilən malların hazırki vəziyyətdə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 832,00 manat müəyyən edilir. O cümlədən:
1. 1 ədəd “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısı – 80 manat;
2. 1 ədəd markası bilinməyən su kranı və 1 ədəd markası bilinməyən duş – 30 manat;
3. “Marpessa” markalı yeni, istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarı dəsti – 25 manat;
4. “Gulcan” markalı yeni, istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti – 9 manat;
5. “Belinda” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalı dəsti – 12 manat;
6. “Vevien” markalı yeni, istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti – 9 manat;
7. 1 ədəd “Easy Stitch” markalı yeni, istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşın – 45 manat;
8. 1 ədəd “X14” markalı yeni, istifadə olunmamış boz rəngli tozsoran – 100 manat;
9. “marbella” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti – 9 manat;
10. “Flosh” markalı yeni, istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarı dəsti – 15 manat;
11. “Gulcan” markalı yeni, istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalından ibarət dəsmal dəsti – 8 manat;
12. 1 ədəd qıraqları saçaqlı olan boz rəngli süfrə - 5 manat;
13. 1 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş böyük ölçüdə balış üzlüyü – 5 manat;
14. 2 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş kiçik ölçüdə döşəkçə üzlükləri – 6 manat;
15. 1 ədəd qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrə - 5 manat;
16. 1 ədəd “Neoteks Bamboo” markalı yeni, istifadə olunmamış əl dəsmalı – 3 manat;
17. 1 ədəd açıq yaşıl rəngli qıraqları saçaqlı süfrə - 5 manat;
18. 1 ədəd yaşıl rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı – 5 manat;
19. 1 ədəd çəhrayı rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı – 5 manat;
20. 1 ədəd ağ rəngli qıraqları saçaqlı süfrə - 15 manat;
21. “X6” markalı kitab şəklində qutusu olan yataq dəsti – 22 manat;
22. 2 ədəd qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlükləri – 4 manat;
23. 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalı – 5 manat;
24. 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalı – 5 manat;
25. 1 ədəd yaşıl rəngli istifadə olunmamış çay dəsmalı – 1 manat;
26. 1 ədəd çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalı – 1 manat;
27. 1 ədəd çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalı – 1 manat;
28. 2 ədəd ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlükləri – 5 manat;
29. 2 ədəd açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlükləri – 5 manat;
30. 2 ədəd “Best Gold” markalı yeni, istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qabları – 12 manat;
31. “Wind Willow” markalı yeni, istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti – 18 manat;
32. “arcofam” markalı yeni, istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə, 1 ədəd böyük ölçüdə qabdan ibarət qab dəsti – 25 manat;
33. 2 ədəd dəvə suvenirləri – 50 manat;
34. 2 ədəd bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik ölçülü mütəkkə - 16 manat;
35. 2 ədəd qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük ölçülü döşəkçələr – 12 manat;
36. 1 ədəd bənövşəyi rəngli üzərində naxışları olan balış – 8 manat;
37. 2 ədəd sintifon materialdan olan balışlar – 6 manat;
38. 2 ədəd ağ rəngli üzərində naxışları olan balışlar – 8 manat;
39. 1 ədəd ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfə - 3 manat;
40. 1 ədəd sarı rəngli mənəfə - 3 manat;
41. 1 ədəd “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalça – 150 manat;
42. 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldan – 10 manat;
43. 2 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirlər – 4 manat;
44. 1 ədəd sarı rəngli gümüşü zərli cüt qaz suveniri – 10 manat;
45. 1 ədəd ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı – 5 manat;
46. 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı – 5 manat;
47. 1 ədəd qızılı rəngli böyük ölçülü mütəkkə - 3 manat;
48. 3 ədəd “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlükləri – 9 manat;
49. 1 ədəd “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinkeş – 15 manat;
50. “Coffee Set” markalı yeni, istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti – 15 manat. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurlanmış 1 ədəd 150 manat dəyərində 583 əyarlı təxminən 2,5 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 100 manat dəyərində 583 əyarlı təxminən 1,5 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 4 qram çəkidə olan qadın qızıl üzüyü, 1 ədəd 750 manat dəyərində 583 əyarlı təxminən 13 qram çəkidə olan qadın qızıl qolbaq, 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 5 qram çəkidə olan qadın qızıl boyunbağı, ümumilikdə 1500 manat təşkil edir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurladığı 1 ədəd “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısı, 1 ədəd markası bilinməyən su kranı və 1 ədəd markası bilinməyən duş, “Marpessa” markalı yeni, istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarı dəsti, “Gulcan” markalı yeni, istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, “Belinda” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalı dəsti, “Vevien” markalı yeni, istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, 1 ədəd “Easy Stitch” markalı yeni, istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşın, 1 ədəd “X14” markalı yeni, istifadə olunmamış boz rəngli tozsoran, “marbella” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, “Flosh” markalı yeni, istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarı dəsti, “Gulcan” markalı yeni, istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, 1 ədəd qıraqları saçaqlı olan boz rəngli süfrə, 1 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş böyük ölçüdə balış üzlüyü, 2 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş kiçik ölçüdə döşəkçə üzlükləri, 1 ədəd qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrə, 1 ədəd “Neoteks Bamboo” markalı yeni, istifadə olunmamış əl dəsmalı, 1 ədəd açıq yaşıl rəngli qıraqları saçaqlı süfrə, 1 ədəd yaşıl rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı, 1 ədəd çəhrayı rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı, 1 ədəd ağ rəngli qıraqları saçaqlı süfrə, “X6” markalı kitab şəklində qutusu olan yataq dəsti, 2 ədəd qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlükləri, 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalı, 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalı, 1 ədəd yaşıl rəngli istifadə olunmamış çay dəsmalı, 1 ədəd çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalı, 1 ədəd çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalı, 2 ədəd ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlükləri, 2 ədəd açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlükləri, 2 ədəd “Best Gold” markalı yeni, istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qabları, “Wind Willow” markalı yeni, istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti, “arcofam” markalı yeni, istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə, 1 ədəd böyük ölçüdə qabdan ibarət qab dəsti, 2 ədəd dəvə suvenirləri, 2 ədəd bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik ölçülü mütəkkə, 2 ədəd qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük ölçülü döşəkçələr, 1 ədəd bənövşəyi rəngli üzərində naxışları olan balış, 2 ədəd sintifon materialdan olan balışlar, 2 ədəd ağ rəngli üzərində naxışları olan balışlar, 1 ədəd ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfə, 1 ədəd sarı rəngli mənəfə, 1 ədəd “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalça, 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldan, 2 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirlər, 1 ədəd sarı rəngli gümüşü zərli cüt qaz suveniri, 1 ədəd ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı, 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı, 1 ədəd qızılı rəngli böyük ölçülü mütəkkə, 3 ədəd “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlükləri, 1 ədəd “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinkeş, “Coffee Set” markalı yeni, istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hamamının plastik materialdan olan açıq qapısından içəri qanunsuz daxil olub orada olan 1 ədəd 80 manat dəyərində “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısını, divarda quraşdırılmış 1 ədəd 15 manat dəyərində su kranı və 1 ədəd 15 manat dəyərində duşu, daha sonra evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında olan dolabın içərisindəki 1 dəst 25 manat dəyərində “Marpessa” markalı istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarını, 1 dəst 9 manat dəyərində “Gulcan” markalı istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalını, 1 dəst 12 manat dəyərində “Belinda” markalı istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalını, 1 dəst 9 manat dəyərində “Vevien” markalı istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalını, 1 ədəd 45 manat dəyərində “Easy Stitch” markalı istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşını, 1 ədəd 100 manat dəyərində “X14” markalı istifadə olunmamış boz rəngli tozsoranı, 1 dəst 9 manat dəyərində “marbella” markalı istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalını, 1 dəst 15 manat dəyərində “Flosh” markalı istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarını, 1 dəst 8 manat dəyərində “Gulcan” markalı istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalını, 1 ədəd 5 manat dəyərində qıraqları saçaqlı olan boz rəngli süfrəni, 1 ədəd 5 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş balış üzlüyü, 2 ədəd hər birinin dəyəri 3 manat olan, ümumilikdə 6 manat dəyərində üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş döşəkçə üzlüklərini, 1 ədəd 5 manat dəyərində qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrəni, 1 ədəd 3 manat dəyərində “Neoteks Bamboo” markalı istifadə olunmamış əl dəsmalını, 1 ədəd 5 manat dəyərində açıq yaşıl rəngli qıraqları saçaqlı süfrəni, 1 ədəd 5 manat dəyərində yaşıl rəngli istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalını, 1 ədəd 5 manat dəyərində çəhrayı rəngli istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalını, 1 ədəd 15 manat dəyərində ağ rəngli qıraqları saçaqlı süfrəni, 1 dəst 22 manat dəyərində “X6” markalı kitab şəklində qutusu olan yataq dəstini, 2 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 4 manat dəyərində qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlüklərini, 1 ədəd 5 manat dəyərində ağ rəngli istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd 5 manat dəyərində ağ rəngli istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalını, 1 ədəd 1 manat dəyərində yaşıl rəngli istifadə olunmamış çay dəsmalını, 1 ədəd 1 manat dəyərində çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalını, 1 ədəd 1 manat dəyərində çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalını, 2 ədəd hər birinin dəyəri 2,5 manat olan ümumilikdə 5 manat dəyərində ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlüklərini, 2 ədəd hər birinin dəyəri 2,5 manat olan ümumilikdə 5 manat dəyərində açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlüklərini, 2 ədəd hər birinin dəyəri 6 manat olan ümumilikdə 12 manat dəyərində “Best Gold” markalı istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qablarını, 1 dəst 18 manat dəyərində “Wind Willow” markalı istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkinin olduğu qutunu, 1 dəst 25 manat dəyərində “arcofam” markalı istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə və 1 ədəd böyük ölçüdə tort qab dəstini, həmin otaqda olan kamotun üzərində 2 ədəd hər birinin dəyəri 25 manat dəyərində ümumilikdə 50 manat dəyərində dəvə suvenirlərini, yerdə yığılmış yorğandöşək dəstlərinin üzərində olan 2 ədəd hər birinin dəyəri 8 manat olan ümumilikdə 16 manat dəyərində bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik mütəkkələri, 2 ədəd hər birinin dəyəri 6 manat olan ümumilikdə 12 manat dəyərində qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük döşəkçələri, 1 ədəd 8 manat dəyərində bənövşəyi rəngli üzərində naxışları olan balışı, 2 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 6 manat dəyərində sintifon materialdan olan balışları, 2 ədəd hər birinin dəyəri 4 manat olan ümumilikdə 8 manat dəyərində ağ rəngli üzərində naxışları olan balışları, 1 ədəd 3 manat dəyərində ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfəni, 1 ədəd 3 manat dəyərində sarı rəngli mənəfəni, çarpayının yanında divara söykədilmiş 1 ədəd 150 manat dəyərində “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalçanı, evin qonaq otağında kamotun üzərindəki 1 ədəd 10 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldanı, 2 ədəd hər birinin dəyəri 2 manat olan ümumilikdə 4 manat olan qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirləri, həmin bakalın içərisində olan 1 ədəd 150 manat dəyərində 583 əyarlı təxminən 2,5 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 100 manat dəyərində 583 əyarlı təxminən 1,5 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 4 qram çəkidə olan qadın qızıl üzüyünü, 1 ədəd 750 manat dəyərində 583 əyarlı təxminən 13 qram çəkidə olan qadın qızıl qolbaq və 1 ədəd 250 manat dəyərində 583 əyarlı təxminən 5 qram çəkidə olan qadın qızıl boyunbağını, 1 ədəd 10 manat dəyərində sarı rəngli gümüşü zərli cüt qaz suveniri, 1 ədəd 5 manat dəyərində ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, 1 ədəd 5 manat dəyərində qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabını, divanın üzərində olan 1 ədəd 3 manat dəyərində qızılı rəngli böyük mütəkkəni, 3 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 9 manat dəyərində “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlüklərini, həmin otaqda kamotun yanındakı 1 ədəd 15 manat dəyərində “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinkeşi, evin mətbəxində mebelin üzərində olan 1 dəst 15 manat dəyərində “Coffee Set” markalı istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət dəstini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2332 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Onun zərərçəkmişə məxsus qızıl-zinət əşyalarının oğurlamamasına dair məhkəmədə göstərdiyi xüsusatlar işin təsdiq olunmuş halları ilə təkzib olunduğundan məhkəmə tərəfindən onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edənCM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirininəzərəalmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya haqında qərarının 2.5-ci bəndi ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Abşeron RİH başçısının Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evində ailə üzvləri həyat yoldaşı- 1990-cı il təvəllüdlü Şahid3 Hafiz qızı, 2013-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməkləəməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayətMəcəlləsinin177.2.3-cü maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurladığı 1 ədəd “Aqua Hot” markalı 30 litr həcmli, 1200 Watt mühərrikli su qızdırıcısı, 1 ədəd markası bilinməyən su kranı və 1 ədəd markası bilinməyən duş, “Marpessa” markalı yeni, istifadə olunmamış üzərində qızıl güllərin rəsmi olan çemodanın içərisində çəhrayı rəngli qadın üçün gecə paltarı dəsti, “Gulcan” markalı yeni, istifadə olunmamış açıq yaşıl rəngli üzərində qızıl gül rəsmi olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, “Belinda” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qara naxışları olan əl dəsmalı dəsti, “Vevien” markalı yeni, istifadə olunmamış çəhrayı rəngli 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, 1 ədəd “Easy Stitch” markalı yeni, istifadə olunmamış ağ rəngli elektriklə işləyən paltar tikən maşın, 1 ədəd “X14” markalı yeni, istifadə olunmamış boz rəngli tozsoran, “marbella” markalı yeni, istifadə olunmamış ağ rəngli üzərində qızıl gül naxışı olan 3 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, “Flosh” markalı yeni, istifadə olunmamış ağ rəngli atlas materialdan olan qadın gecə paltarı dəsti, “Gulcan” markalı yeni, istifadə olunmamış sarı rəngli üzərində naxışları olan 2 ədəd əl dəsmalından ibarət dəsmal dəsti, 1 ədəd qıraqları saçaqlı olan boz rəngli süfrə, 1 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş böyük ölçüdə balış üzlüyü, 2 ədəd üzərində müxtəlif rəngləri olan muncuqlarla bəzədilmiş kiçik ölçüdə döşəkçə üzlükləri, 1 ədəd qıraqlarında saçaqları olan tünd boz rəngli naxışları olan süfrə, 1 ədəd “Neoteks Bamboo” markalı yeni, istifadə olunmamış əl dəsmalı, 1 ədəd açıq yaşıl rəngli qıraqları saçaqlı süfrə, 1 ədəd yaşıl rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı, 1 ədəd çəhrayı rəngli yeni, istifadə olunmamış üzərində güldan naxışı olan əl dəsmalı, 1 ədəd ağ rəngli qıraqları saçaqlı süfrə, “X6” markalı kitab şəklində qutusu olan yataq dəsti, 2 ədəd qızılı rəngli üzərində çəhrayı rəngli naxışları olan balış üzlükləri, 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində qırmızı rəngli gül naxışı olan əl dəsmalı, 1 ədəd ağ rəngli yeni, istifadə olunmamış üzərində göy-ağ rəngli gül naxışı olan əl dəsmalı, 1 ədəd yaşıl rəngli istifadə olunmamış çay dəsmalı, 1 ədəd çəhrayı rəngli gül naxışları olan istifadə olunmamış çay dəsmalı, 1 ədəd çəhrayı rəngli qıraqları ağ zolaqlı olan çay dəsmalı, 2 ədəd ağ rəngli üzərində tünd rəngli gül naxışları olan balış üzlükləri, 2 ədəd açıq bənövşəyi rəngli üzərində qızılı rəngli gül və naxışı olan balış üzlükləri, 2 ədəd “Best Gold” markalı yeni, istifadə olunmamış qara rəngli içərisində naxışları olan çərəz qabları, “Wind Willow” markalı yeni, istifadə olunmamış ağ rəngli 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti, “arcofam” markalı yeni, istifadə olunmamış üzərində naxışları olan 5 ədəd balaca ölçüdə, 1 ədəd böyük ölçüdə qabdan ibarət qab dəsti, 2 ədəd dəvə suvenirləri, 2 ədəd bənövşəyi rəngli üzərində ağ gül naxışları olan kiçik ölçülü mütəkkə, 2 ədəd qızılı rəngli qıraqları qırmızı zolaqlı böyük ölçülü döşəkçələr, 1 ədəd bənövşəyi rəngli üzərində naxışları olan balış, 2 ədəd sintifon materialdan olan balışlar, 2 ədəd ağ rəngli üzərində naxışları olan balışlar, 1 ədəd ağ rəngli üzərində bənövşəyi rəngli gül naxışları olan mənəfə, 1 ədəd sarı rəngli mənəfə, 1 ədəd “Shaggy” markalı 3x2 metr ölçüdə yun materialdan olan boz rəngli üzərində qırmızı rəngli zolaqları olan xalça, 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı güldan, 2 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı bakal suvenirlər, 1 ədəd sarı rəngli gümüşü zərli cüt qaz suveniri, 1 ədəd ağ rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı, 1 ədəd qara rəngli üzərində sarı kəpənəklər olan qaşlı meyvə qabı, 1 ədəd qızılı rəngli böyük ölçülü mütəkkə, 3 ədəd “AYDİN Mensucat” markalı qəhvəyi rəngli üzərində gül və digər naxışları olan divan üzlükləri, 1 ədəd “Changli Crown” markalı ağ rəngli üzərində narıncı rənglər olan sərinkeş, “Coffee Set” markalı yeni, istifadə olunmamış qızılı rəngli 1 ədəd çaynik, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət qab dəsti saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim:Şövkət Nəcəfova