Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-561/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09.08.2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev şossesində yerləşən Zərərçəkmiş şəxs müdiri olduğu “AS” marketin hasarından həyətinə düşməklə marketin ofis kimi nəzərdə tutulmuş otağının plastik pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə açıb içəri daxil olmaqla otaqda olan açar dəstini götürüb marketin həyətində olan anbarın dəmir seyf qapısını götürdüyü açarla açıb anbara qanunsuz daxil olaraq anbarda yerdə yığılmış 1 ədədinin qiyməti 6 manat 20 qəpik olan 36 ədəd 2 litr həcmli ümumi dəyəri 223 manat 20 qəpik olan “Kuller”, 1 ədədinin qiyməti 4 manat 20 qəpik olan 9 ədəd 1,5 litr həcmli ümumi dəyəri 37 manat 80 qəpik olan “Xırdalan” spirtli pivə içkilərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 261 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tək yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Arada iş olanda tikinti işlərində fəhlə işləyir. Son zamanlar maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09.08.2021-ci il tarixdə saat təxminən 05 radələrində yaşadığı evdən çıxaraq evlərinin yaxınlığında, yəni Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketin yanına getmişdir. Ümumiyyətlə həmin marketə çox gedib-gəldiyi üçün marketin giriş-çıxışını yaxşı bilir. Bu səbəbdən həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxmış və heç kimin olmadığından əmin olduqdan sonra marketin arxa divarına çıxıb həyətinə düşmüşdür. Bundan sonra həmin vaxt yerdən dəmir parçası tapıb marketin ofisinin plastik pəncərəsini açmışdır. İçəri otağa daxil olmuşdur. O, həmin vaxt otaqda stolun üzərində olan açarları götürüb daxil olduğu pəncərədən marketin həyətinə düşmüşdür. Bundan sonra götürdüyü açarla marketin anbarının dəmir qapısını açıb içəri daxil olmuşdur. Anbarda qapının yanında yerdə spirtli pivə içkilərinin olduğunu görmüşdür. Bundan sonra həmin içkiləri oğurlamaq qərarına gəlmişdir. O, 36 ədəd 2 litr həcmli “Kuller” və 9 ədəd 1,5 litr həcmli “Xırdalan” spirtli pivə içkilərini bir neçə dəfəyə götürüb hasarın kənarına yığmışdır. Bundan sonra anbarın qapısını açarla bağlayıb otaqdan götürdüyü açarları yenidən otağa pəncərədən daxil olub yerinə qoymuşdur. Bundan sonra oğurladığı içkiləri daşıyaraq evinə aparmışdır. Bir neçə gün ərzində həmin içkilərin hamısını içib qurtarmışdır. İçkilərin butulkalarını isə xatırlamadığı yerlərə atırmış. Sonradan bilmiş ki, marketin müdiri polisə məlumat vermişdir. 16.08.2021-ci il tarixdə isə axşam saatlarında Abşeron rayonu, Novxanı kəndinin polis sahə rəisinin vasitəsi ilə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində fərdi söhbət zamanı “AS” marketdən spirtli pivə içkiləri oğurladığını etiraf etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq etməsi barədə heç bir şəxsə məlumat verməmişdir. Onun Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketə daxil olmaqda məqsədi hər hansı əşyanı oğurlamaq olmuşdur. O, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketdən oğurluq cinayətini tək törətmişdir, cinayəti törədən zaman yanında heç kim olmadığını bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. 01.06.2021-ci il tarixdən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketdə müdir vəzifəsində işləyir. Hər gün saat 08 radələrində işə gedir, axşam saat 19 radələrində evə qayıdır. 10.08.2021-ci il tarixdə marketin anbarında olan mallara baxış keçirərkən spirtli pivə içkilərinin azalması barədə onda şübhə yaranmışdır. Bundan sonra o, marketə qurşadırılmış videomüşahidə cihazına mütəmadi baxış keçirməyə başlamışdır. 12.08.2021-ci il tarixdə o, müdiri işlədiyi “AS” marketin anbarına naməlum şəxsin 09.08.2021-ci il tarixdə saat 05 radələrində marketin ofisinin pəncərəsini açaraq otaqda olan açarı götürüb anbarın qapısını açıb içəri daxil olaraq qapının yanında yerdən yığılmış spirtli pivə içkilərini götürərək daşıdığını videomüşahidə cihazında aşkar etmişdir. Bundan sonra o, 16.08.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları müdiri işlədiyi “AS” marketə gələrək baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, müdir işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketdən 36 ədəd 2 litr həcmli 1 ədədi 6 manat 20 qəpik olan ümumilikdə 223 manat 20 qəpik dəyərində “Kuller” spirtli pivə içkiləri, 9 ədəd 1,5 litr həcmli 1 ədədi 4 manat 20 qəpik olan ümumilikdə 37 manat 80 qəpik dəyərində “Xırdalan” spirtli pivə içkiləri naməlum şəxs tərəfindən oğurlanmışdır. Nəticədə ona ümumilikdə 261 manat maddi ziyan dəymişdir. Müdiri işlədiyi marketdən oğurluq edən şəxsin Abşeron rayonu, Novxanı kəndində yaşayan Ramin adlı şəxsin olduğunu sonradan bilmişdir. Ramin adlı şəxs müxtəlif vaxtlarda marketə gələrək alış-veriş etdiyi üçün müştəri kimi qismən tanıdığını bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, 2001-ci ildən DİO-da, 2021-ci ildən Abşeron RPİ-nin Saray polis bölməsində sahənin polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Novxanı qəsəbəsidir. 16.08.2021-ci il tarixdə vət. Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək müdiri işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketin anbarından spirtli pivə içkilərinin oğurlanması barədə məlumat vermişdir. 16.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs müdiri işlədiyi “AS” marketin anbarından oğurluq edilməsi cinayətində ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 16.08.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra Raminə sözügedən cinayətin törədilməsində şübhəli olduğunu bildirdikdən sonra Ramini Abşeron rayon Polis idarəsinə dəvət etmişdir. Ramin də etiraz etməyib onunla polis idarəsinə gəlmişdir. Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı o, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “AS” marketin anbarından spirtli pivə içkiləri oğurladığını, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09.08.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi mərkəzi yolun kənarında yerləşən “AS” marketdə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09.08.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi mərkəzi yolun kənarında yerləşən “AS” marketdə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, təqdim edilmiş bir ədəd DVD diskdə 3 ədəd qovluq müəyyən olunmuşdur. Qeyd olunan qovluqdakı 1-ci görüntü 04:20 dəqiqədən 04:33 dəqiqəni əhatə edir və həmin anları fiksə etmişdir. Görüntünün 04:20-ci dəqiqəsində əynində açıq rəngli uzunqol köynək, tünd rəngli şalvar olan bir nəfər şəxsin marketin həyətində bir tərəfdən digər tərəfə doğru getdiyi görünür, görüntünün 04:21-ci dəqiqəsində həmin şəxs marketin həyətində olan hasara dırmaşaraq küçəyə düşür. Qovluqdakı 2-ci görüntü 04:26 dəqiqədən 04:37 dəqiqəni əhatə edir. və həmin anları fiksə etmişdir. Görüntünün 04:35-ci dəqiqəsində əynində açıq rəngli uzunqol köynək, tünd rəngli şalvar olan bir nəfər şəxsin marketin həyətində bir tərəfdən digər tərəfə doğru getdiyi görünür, görüntünün 04:37-ci dəqiqəsində həmin şəxs marketin həyətində getdiyi istiqamətdən geri qayıdaraq həyətdə olan anbvarın qapısını açmağa çalışır. Qovluqdakı 3-cü görüntü 04:37 dəqiqədən 04:53 dəqiqəni əhatə edir və həmin anları fiksə etmişdir. Görüntünün 04:37-ci dəqiqəsində əynində açıq rəngli uzunqol köynək, tünd rəngli şalvar olan bir nəfər şəxs marketin həyətində olan anbvarın qapısını açaraq içəri daxil olur. Görüntünün 04:52-ci dəqiqəsində həmin şəxs marketin həyətində olan anbarın qapısını açaraq içəri daxil olur. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs həmin görüntülərdə əksi təsvir olunan şəxsin özü olduğunu, həmin marketin həyətinə hasardan keçməklə həyətdəki otağın pəncərəsindən içəri daxil olub otaqdan açarları götürərək anbarın qapısını açıb içəri daxil olaraq anbardan spirtli pivə içkilərini götürüb həmin yerdən çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası ərazisində “Kuller” markalı iki litr həcmli spirtli pivə içkisinin bir ədədinin qiyməti 6 manat 20 qəpik, “Xırdalan” markalı 1,5 litr həcmli spirtli pivə içkisinin bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli hökmündən görünür ki, Xəlilov X3 rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, 01.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan Abşeron RİHB-nın Novxanı kənd üzrə Ərazi nümayəndəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Xəlilov X3 rayonu, Əlağa Ağayev küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, cinayətlərin resedivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 16.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 51 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 306 (üç yüz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 16.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 51 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 306 (üç yüz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-561/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-561/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver