Məhkəmə qərarları › İş №1(012)-561/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-561/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-561/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 20:05 radələrində idarə etdiyi “Kia-Rio” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksinin ərazisindən Ə.Vahid küçəsi istiqamətində hərəkət edərək yolların kəsişməsinə daxil olub Novxanı qəsəbəsi istiqamətinə dönmə əməliyyatı yerinə yetirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkəti istiqamətində olan 2,5 “Dayanmadan keçmək qadağandır” yol nişanını tələblərinə əməl etmədən avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, soldan yolayrıcına daxil olan “Eque FY” markalı mopedin hərəkətinə üstünlük verərək ona yol verməli və hərəkəti üçün təhlükəli şərait yaratmamalı, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin vaxtı Ə.Vahid küçəsi ilə Masazır qəsəbəsinin mərkəzinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara riayət etmədən idarə etdiyi 48 kubluq “Eque FY" markalı moped ilə yolayrıcına daxil olarkən həmin ərazidə “Kia Rio” markalı avtomobilinin sol arxa qanadı ilə toqquşmuş, nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs yerə yıxılaraq ehtiyatsızlıqdan sağ körpücük-akromal bağının travmatik qopması ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kia Rio markalı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi avtomobil ilə Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksindən mərkəzi avtomobil yolu ilə Masazır qəsəbəsi “Duz gölü” istiqamətinə hərəkət etmişdir. Belə ki, həmin yolda işıqfor olmamış, avtomobili mərkəzi yola istiqamətləndirib sola dönmək istəyərkən bu zaman Masazır qəsəbəsi Duz gölü isiqamətindən gələn “48 Kubluq Eque FY” markalı moped öz yolunda sol arxa hissəsinə dəymiş, bu zaman mopedin sürücüsü yerə yıxılmışdır. O da sonuncunun xəsarət aldığını görüb Təcili Tibbi yardım xəstəxanasına zəng vurduqda orada həkimlər gəlib ona ilk tibbi yardım göstərərk onu müalicə olunması üçün Sumqayıt Travmatalogiya xəstəxanasına aparmışlar. Orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər və onun tərəfindən mopedin sürücüsü Zərərçəkmiş şəxs xəstəxana xərcləri ödənilmişdir. Hadisə vaxtı yanında kənar şəxs olmamış, toqquşma zamanı avtomobilə ziyan dəyməmişdir. Həmçinin xəsarət almamış, hadisə vaxtı avtomobili 5-10 km/saat sürətlə idarə etmiş, həmin anda yola çıxarkən mopedin gəlməsini görmədiyi üçün yola çıxmış, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus 48 kubluq Eque FY markalı mopedi vardır. 02 yanvar 2023-cü il tarixdə saat 20:05 radələrində idarə etdiyi 48 kubluq Eque FY markalı mopedi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən əsas yolda 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı anidən köməkçi yoldan Kia-Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi mopedin qarşısına çıxmışdır. Buanda onun idarə etdiyi moped həmin Kia markalı avtomobilin sol arxa qanadına dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. O, toqquşmanın nəticəsindən yerə yıxılmış və müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra həmin Kia markalı avtomobilin sürücüsü onun xəsarət aldığını görüb Təcili Tibbi yardım xəstəxanasına zəng vurmuş və həkimlər gəlib ona ilk tibbi yardım göstərərək onu Sumqayıt Travmatalogiya xəstəxanasına aparmışlar. Orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Göstərmişdir ki, hadisə vaxtı mopedini təxminən 40-50 km/saat sürətlə idarə etmiş və hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq öd\nilmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 30 saylı rəydən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni səthində xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 117 saylı nömrəli rəyindən məlum olur ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ körpücük-akromal bağının travmatik qopması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2023-cü il tarixli 8/477 saylı rəyindən görünür ki,

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia-Rio markalı, 77- ER-216 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Eque FY markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2017-ci ildə «BC»kateqoriyalı AE029225 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2027-cu il tarixə kimi etibarlıdır. İş üzrə Kia-Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil, Eque FY markalı mopedin və hadisə yerində quraşdırılmış kameradan hadisəni fıksə etmiş anların köçürüldüyü bir ədəd DVD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, avtomobilin və mopedin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut tanınmış Kia-Rio markalı, **-ER-*** minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması və DVD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut tanınmış Kia-Rio markalı, **-ER-*** minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması və DVD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsna məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar