Məhkəmə qərarları › İş №1(012)-561/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-561/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-561/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş,orta təhsilli, evli, məhkumluğu olmayan, Daşkəsən rayonu, Qabaqtəpə Ərazi Dairəsi, Pirverdilər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsində Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin balansında olan meşə fonduna daxil olmayan yaş köküstə bioloji inkişafda olan 14-16 sm diametrli 9 ədəd müxtəlif cinsli meyvə ağaclarını qanunsuz kəsib zərərçəkmiş Xırdalan Bələdiyyəsinə ümumilikdə 2700 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki Abşeron rayonu, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən torpaq sahəsini təxminən bir il əvvəl almışdır. Həmin torpaq sahəsinin çıxarışı yoxdur, lakin Bələdiyyədən sənədi vardır. Təxminən bir il yarım əvvəl həmin torpaq sahəsində özü üçün fərdi ev tikdirməyə başlamışdır. Fərdi evin tikintisi zamanı ərazidə təmizlik işləri apardıqda bir sıra ağacları gediş-gəlişə mane olduğuna görə kəsmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Bildirmişdir ki, tikinti apardığı torpağın bələdiyyə mülkiyyətində olduğunu bilir və həmin torpağın təyinatı üzrə yaşayış məntəqələrinə aiddir. Həmin torpaq sahəsi Xırdalan bələdiyyəsinin mülkiyyətindədir. Torpağın təyinatı onun məlumatına əsasən yaşayış sahələrinə aiddir. Məhkəmə baxışında zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin nümayəndəsi qismində dindirilən X2 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən ərazi Xırdalan Bələdiyyəsinin ərazisidir, həmin ərazidə fərdi həyət sahələri vardır və həmin həyət sahələrində fərdi evlər tikilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsindəki yaşıllıqla əhatə olunmuş ərazidə tikinti işlərinin aparılması faktları aşkar edilmişdir. Sözügedən ərazidə yeni tikilən tikililərin altında, ətrafında və həmin tikililərə gedən yeni çəkilmiş yolda yaşıllıqların məhv edilməsi ehtimalı yoxlanılmış və təhlil zamanı ərazidə mövcud olmuş kökiistəyaş halda diametrləri 14-16 sm-dən 9 ədəd müxtəlif cinsli meyvə ağaclarını məhv edildiyi müəyyən edilmişdir. Həmin ərazidə özünü tikintinin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ərazidə tikilən tikililərdən birinin onun olduğunu bildirmişdir. Ağacların kəsilməsi və ya götürülməsi ilə əlaqədar hər hansı dövlət qurumuna, o cümlədən Xırdalan Bələdiyyəsinə müraciət olunmamış və müvafiq icazə verilməmişdir. Ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Xırdalan Bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsində diametrləri 14-16 sm-dən 9 ədəd müxtəlif cinsli meyvə ağaclarını məhv edilmiş, torpaq sahəsi Xırdalan Bələdiyyəsinin ərazisindədir və həmin diametrləri 14-16 sm-dən 9 ədəd müxtəlif cinsli meyvə ağaclarını məhv edilməsi nəticəsində Xırdalan Bələdiyyəsinə ümumilikdə 2700 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunun məsləhətçi müfəttişi vəzifəsində işləyir. Məsləhətçi müfəttiş kimi vəzifəsinə xidməti ərazimdə rəhbərliyin müvafiq sərəncamları əsasında ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, ekoloji qanunverericiliyin tələblərinə əməl olunmasına nəzarət etməkdən ibarətdir. İdarənin xx.xx.2013-cü il tarixli, 109 nömrəli sərəncam əsasında Xırdalan şəhəri ərazisində aparılan reyd zamanı İsrafil Məmmədov küçəsində tikinti işlərinin aparıldığını müşahidə etmişdir. Bu səbəbdən də həmin əranin peyk görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tikinti altına düşən yaşıllıqlar götürülmüşdür. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin yaşıllıqların götürülməsi zamanı dəymiş maddi ziyan 2700 manat təşkil edir. Həmin ərazidə tikilini adını sonradan bildiyi Təqsirləndirilən şəxs Fəxrədlin oğlu tərəfindən aparıldığı müəyyənləşdirilmiş və həmin ərazidəki yaşıllıqlar Təqsirləndirilən şəxs tərəfindən xüsusi texnika vasitəsi ilə götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verdiyi yer Abşeron rayonu, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsinin ətrafıdır. Həmin ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində 3 ədəd fərdi evlərin tikintisi aparılmışdır. Fərdi evlər tikilən ərazi əhatəyə alındığından həmin ərazidə ağacların kəsilməsini müşahidə etmək mümkün olmamış, baxışda iştirak etmiş Elxan Nəsənov ərazinin yaşıllıq zonası olduğunu və peyk görüntüləri zamanı ərazidəki ağacların kəsilərək götürüldüyünü bildirdi. Ərazidə olmuş ağaclar kəsilərək kökləri çıxarılmış və yerində fərdi evlər inşa edilmiş, həmin ərazidə evlər inşa edildiyindən və torpaq yol çəkildiyindən bilavasitə ağacların kəsildiyi yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 82620 saylı Aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin balansında olan sözügedən ərazidə tikinti işlərinin Camal Əzizadə tərəfindən aparıldığı, tikintisi aparılan əraziyə peyk vasitəsi ilə baxdıqda orada olan yaşıllıqların məhv edildiyi, köküstə yaş 9 ədəd ağacın kəsildiyi, kəsilmişa ağacların 8-10 illik olduğu, həmçinin fərdi evin qarşısında və onların ətrafında köküstə yaş halda diametri 8 sm-dən bir ədəd, 18 sm-dən 2 ədəd, 20 sm-dən 2 ədəd olmaqla ümumi 5 ədəd əncir, 12 sm-dən 1 ədəd albalı, 16 sm-dən bir ədəd ərik, 36 sm-dən bir ədəd qovaq, 24-44 sm-dən 2 ədəd tut, 24 sm-dən 2 ədəd qoz ağacı olmaqla ümumi 13 ədəd olduğu müəyyən edildi. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan növ ağacları qanunsuz kəsərək bələdiyyəyə xeyli miqdarda ziyan vurmuş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Daşkəsən rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 152-ci maddəsi ilə təqsirli bilinmiş 01 il 06 ay islah işləri cəzası təyin edilmişdir və hal-hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladını olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri olan Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi evini saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri olan Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi evini saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar