Məhkəmə qərarları › İş №1(012)-562/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-562/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-562/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsi, ev 4G-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş, 01 ədəd bükümdə, kustar üsulla hazırlanmış 0,369 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və 01 ədəd bükümdə kustar üsulla hazırlanmış 0,291 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, 02 sentyabr 2023-cü ildə saat 22 radələrində Abşeron RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan ərazidə narkotik vasitələrin dövriyyəsində şübhəli kimi saxlanılaraq, Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və xx.xx.2023-cü il tarixdə saat 23:50-dən xx.xx.2023-cü il tarixdə saat 00:15-dək üzərində şəxsi axtarış keçirilərkən əyindəki şalvarın sağ yan cibində saxladığı, həmin 01 ədəd bükümdə, kustar üsulla hazırlanmış 0,369 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə kustar üsulla hazırlanmış 0,291 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki,üzərində bir bükül narkotiv vasitə olduğu halda iki büküm yazılıb,əməlindən peşimandır, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 4 ildir ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün bir büküm heroin və bir büküm metamfetamin alıb cibinə qoymuş, həmin günü saat təxminən 22 radələrində Xırdalan şəhərində “Şamlıq” deyilən ərazidə olarkən polis avtomobilin ona tərəf gəldiyini görüb oradan uzaqlaşmaq istəmiş, polislər də bunu hiss edib, avtomobili onun yanında saxlayıb yaxınlaşaraq adını və soyadını öyrəndikdən sonra nə üçün onları görən kimi yayınmaq istədiyini soruşmuşlar. O da onların sualına cavab verə bilmədiyinə görə polislər onun narkotik maddə istifadəçisi olmasından şübhələndiklərini bildirmişlər. O da cibində özü istifadə etmək üçün 2 büküm narkotik maddə olduğunu söyləmiş, bundan sonra polislər üzərində şəxsi axtarış aparılması üçün onu polis idarəsinə dəvət etmişlər. O da onlarla birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqlardan birində ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını deyib, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişlər. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Həmin vaxtı o da əlini əynindəki cins şalvarın sağ yan cibinə salıb orada saxladığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş, qara rəngli sellofan kəsiyi bükümündə olan 1 ədəd heroini və 1 ədəd metamfetamini çıxarıb masanın üzərinə qoymuş, bундан sonra da polislər onun üzərində axtarış aparmışlar. Lakin башга heç nə tapmayıb onun тягдим етдийи bükümlərə baxış keçirib, həmin narkotik maddələri haradan əldə etdiyini soruşmuşlar. O da həmin bir büküm heroini və bir büküm metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazində tanımadığı şəxdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər kağız zərfə qoyularaq üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, o və orada olan digər iştirakçılar həmin protokola və zərfi imzalamışlar. Bütün bu proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2023-cü ил тарихdя saat təxminən 22 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan ərazidə 47-56 çağrılı avtopatrulla xidmət apararkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin onları görən kimi dayandığı yerdən yayınmaq istədiyini görüb, sonuncunu saxladaraq anket məlumatlarını öyrəndikdən sonra onun narkotik maddə istifadəçisi olmasından şübhələndiklərini bildirib, üzərində şəxsi axtarış aparılması ilə bağlı onlarla birlikdə Abşeron RPİ-nə gəlməsini söyləmişlər. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm narkotik vasitə heroin və bir büküm də psixotrop maddə metamfetamin olduğunu bildirdikdən sonra onlar Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirmişlər. Bu barədə raportla idarə rəhbərliyinə məruzə olunduqdan sonra təhqiqatçı tərfindən РПİ-нин хидмяти отагларындан биринə vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs videoçəkilişlə цзяринdя şəxsi axtarış кечирləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl тящгигатчы тяряфиндян Təqsirləndirilən şəxs şübhəli şəxs qismində щцгуг вя вязифяляри изащ едилərək üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm heroin və bir büküm metamfetamin olduğunu bildirib, əlini əynindəki göy rəngli, cins şalvarının sağ yan ъибиня salıb oradakı bir ədəd siqaretin gümüşü rəngli kağızına bцкцlmüş içərisində 1 ədəd qara rəngli sellofan kəsiyi bükümündə наркотик васитя olan heroini və 1 ədəd qara rəngli sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamini тягдим етmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərindən başqa heç nə aşkar olunmamışdır. Bunun ardınca onlar videoçəkilişlə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdən birində qəhvəyi rəngli, tozşəkilli kütlə, digər bükümdə isə ağ rəngli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu və həmin bükümləri elə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün alıb, cibinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş iki büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərkən Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 da Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və saxlaması barədə Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 02 sentyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il saat 23:50-dən xx.xx.2023-cü il saat 00:15-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd qara rəngli sellofan kəsiyi bükümündə qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd qara rəngli sellofan kəsiyi bükümündə isə ağ rəngli kristalşəkilli kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,369 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,291 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 510 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,369 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 319 qram çəkidə narkotik vasitə heroin və bir büküm təmiz çəkisi 0,291 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 241 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd DVD fotmatlı disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, istintaq zamanı Abşeron RPİ-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı bir ədəd qara rəngli sellofan kəsiyi bükümündə qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd qara rəngli sellofan kəsiyi bükümündə isə ağ rəngli kristalşəkilli kütləni təqdim edib, həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.5 maddələri ilə təqsirli bilinib 01 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya Şöbəsinin 10 centyabr 2024-cü il tarixli 21-1/318295 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza müddəti başa çatdığından xx.xx.2021-ci il tarixdə İdarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə saat 23:40-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-655/2023 saylı qərarına əsasən xx.xx.2023cü ildən hesablanmaq 03 (üç) ay müddətinə həbs qətimkan tədiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-938/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 02 fevral 2024-cü il tarixədək uzadılmış, məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan çəkisi 0,319 qram olan narkotik vasitə heroin və 0,241 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,319 qram olan narkotik vasitə heroin və 0,241 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar