Məhkəmə qərarları › İş №1(012)-563/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-563/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-563/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev-29, mənzil 121-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, Ə.Vəliyev küçəsində kirayədə yaşayan, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasına təyin olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyinə görə barəsində Bakı şəhəri, Xəzər rayonu Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi məhkəmə baxışında olmasına baxmayaraq, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünə məxsus olmayan «VAZ» markalı avtomobilin fotoşəkllərini və avtomobilə aid digər məlumatları internet sosial şəbəkəsinin “Turbo.az” alqı-satqı saytının elan səhifəsində yerləşdirmiş, həmin avtomobili almaq üçün müraciət edən müştəri Zərərçəkmiş şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 16:06 və 16:46-də Bakı şəhəri Binəqədi rayonu, H.Hacıyev küçəsində yerləşən “Al market”dəki “e Manat” ödəmə terminalı vasitəsi ilə qardaşı Şahid2 məxsus "xxxx" ASC-yə aid 5404 0852 3896 4771 nömrəli bank kartına müvafiq olaraq 200 manat və 400 manat olmaqla 2 dəfəyə göndərdiyi cəmi 600 manat pulu Abşeron rayonu Xırdalan şəhərində yerləşən bankomatdan çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs vahid niyyətlə həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18:47 dəqiqədə Azercell MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi-26 ünvanında yerləşən ötürücü baza stansiyasının yanında yerdə qoyulmuş həmin stansiyaya quraşdırılması üçün bir gün əvvəl gətirilmiş 4229,29 manat dəyərində 1 ədəd RRU 2279 B8+B20 markalı radio ötrücüsünü və 13,33 manat dəyərində 5 metr uzunluqda "xxxx" markalı kabeli gizli olaraq talamaqla Azercell MMC-yə ümumilikdə 4242,62 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamla razı olduğunu, mülki iddianı qəbul etdiyini, lakin ziyanı ödəmək imkanı olmadığını bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün maddi sıxıntıları olmuş, buna görə də oğurluq edib əldə etdiyi əşyaları satmaqla dolanmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi-26 ünvanında yerləşən trenajor zalının yerləşdiyi yerə gəlmişdir. Həmin ərazidə trenajor zalının yan tərəfindən dalan kimi keçiddən keçib zala tərəf getdikdə divarın yanına qoyulmuş qutularda olan kabellər və digər əşyalar nəzərimi cəlb etmişdir. Ətrafa baxmış, yanında və ətrafda kimsənin olmadığına əmin olduğu üçün əlimdə olan qara rəngli selofonu zalın yan divarıının yanında qoyub geri qayıdıb həmin əşyalara baxmağa başlamışdır. Orada selofon paketin içərisində qalın kabel olduğunu görüb həmin kabeli götürmüş və keçib həmin kabeli qara paketinin içərisinə qoymuşdur. Daha sonra yenidən geri qayıdıb orada qoyulmuş əşyalara baxdıqda bir ədəd metaldan hazırlanmış sumka kimi əşya nəzərini cəlb etmiş və onu da götürüb uzaqlaşmış və qara rəngli paketinin içərisinə aparıb qoymuşdur. Daha sonra həmin əşyaları götürüb həmin ərazidən gedərək yaşadığı əraziyə gəlmiş, üstündən bir qədər keçmiş üzərində yük yeri olan Qaz 24 markalı avtormobildə metal yığanların yaşadığı ərazinin qarşısından keçdiyini görüb özündə olan kabeli və alüminiumdan olan metal sumkanı onlara təklif etmişdir. Həmin əşyaları metal kimi 20 manata razılaşmış və pulu alıb metal yığanlara həmin əşyaları təhvil vermiş, əldə etdiyi pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa göstədi ki, Şahid2 böyük qardaşıdır. X1 da böyük qardaşı olmuş, lakin 1 il bundan qabaq xəstəlik ilə əlaqədar rəhmətə getmişdir. Bir müddət əvvəl maddi sıxıntıları olmuş, fikirləşmişdir ki, bir neçə nəfər şəxsi aldadıb pullarını alsın. Buna görə də «Turbo az» saytına daxil olub, özünə məxsus olmayan avtomobilləri elanda yeləşdirmişdir, həmin avtomobilləri bazar qiymətindən aşağı qiymətə satdığını bildirmişdir. Elanda qoyduğu avtomobil şəkillərini müxtəlif internet səhifələrindən tapmışdır. «Turbo az» saytında bir nömrə ilə yalnız bir elan yerləşdirmək olmuş, ona görə də ona çoxlu sayda nömrələr lazım olmuşdur. O da müxtəlif tanışlarının adlarına mobil nömrələr almış, çünki nömrələrin hamısını öz adına alarsa, bu şübhə doğura bilərdi. Həmin nömrələri alandan sonra nömrələrə kontur yükləmiş, sonra internet saytında yeni avtomobil elanları yerləşdirmişdir. Bundan sonra elanda avtomobilin qiymətini ucuz görən şəxslər onunla əlaqə saxlamışlar. O da həmin şəxslərə elanda olan avtomobilin qüsurunun olmadığını, yaxşı maşın olduğunu bildirmişdir. Müştərilər də ondan xahiş etmişlər ki, maşına baxmaq istəyirlər. Bu zaman onlara yalandan başqa rayonda olduğunu bildirmiş və maşını canlı şəkildə göstərmək üçün onlardan beh istəmişdir. Müştərilər də razılaşandan sonra mərhum qardaşı X4 adına olan kartın nömrəsini müştərilərə vermiş və bildirmişdir ki, həmin kart hesabına pulu göndərsinlər. Müştərilər də müxtəlif terminallar vasitəsi ilə ona pul göndərmişlər. Həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. 07 oktyabr 2022-ci ildə «turbo az» saytında özünə məxsus olmayan «VAZ» markalı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş, elanda da 070 *** ** ** nömrəsini qeyd etmişdir. Elanda maşının dəyrini qəsdən aşağı yazmış ki, müştərilərin diqqətini cəlb etmişdir. Həmin elandan sonra bir nəfər ona zəng etmiş və bildirmişdir ki, maşını almaq istəyir. O, həmin üsulla beh istəmiş, sonuncu da verdiyi kart hesabına 600 manat pulu göndərmiş, sonra həmin şəxslə danışdığı nömrəni qırmış və həmin pulu da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bankomatdan çıxartmış və pulu şəxsi məqsədlərinə sərf etmişdir. Daha sonra, baş vermiş hadisə ilə bağlı polis əməkdaşları onu axtaran zaman barəsində digər rayonlarda cinayət işlərinin istintaqı aparıldığı üçün qardaşı Şahid2 cinayətin guya onun tərəfindən törədilməsini etiraf etməsini xahiş etmiş, Elman da onun etdiyi xahiş ilə razılaşmış, hadisənin guya onun tərəfindən törədilməsini bildirmişdir. Lakin sonra Elman hadisənin həqiqətən də onun tərəfindən törədilməsini bildiyi üçün o da çıxılmaz vəziyyətdə qalıb baş vermiş hadisəni etiraf etmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 07 oktyabr 2022-ci il tarixdə özünə avtomobil almaq məqsədi ilə Turbo.az elan saytında axtarış etmiş, həmin vaxtı saytda qara Vaz 2106 markalı halhazırda dövlət qeydiyyat nişanıınl xatırlamadığı avtomobilin 3800 manat müqabilində satışa qoyulmasını görmüşdür. Həmin elan onun diqqətini çəkdiyinə görə elana daxil olaraq elan yerləşdirilmiş məlumatlarla tanış olmuşdur. Elanda yerləşdirilmiş məlumatlarla tanış olan zaman avtomobilin sahibinin əlaqə telefonu kimi ***-***-**-** saylı nömrəni qeyd etməsini görmüşdür. Bundan sonra öz istifadəsində olan ***-***-**-** saylı nömrəylə həmin şəxsin istifadəsində ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış, sonradan Şahid2 olduğunu bildiyi şəxslə əlaqə zamanı elana yerləşdiyi avtomobili almaq istədiyini və avtomobilə baxış keçirmək istədiyini bildirmişdir. Həmin şəxs ona avtomobilin hal-hazırda Sabirabad şəhərində olduğu bildirmiş və avtomobilə baxış keçirmək üçün yalnız onun Sabirabad şəhərinə gəlmək lazım olduğunu bildirmişdir. O da heç bir problemin olmadığını zərurət olarsa Sabirabad şəhərinə gələrək avtomobilə baxış keçirə biləcəyini söyləmişdir. Söhbət əsnasında Şahid2 ona əgər avtomobili almaqda fikri ciddidirsə, avtomobilə beh göndərməyin lazım olduğunu bildirmişdir. O da avtomobili ciddi olaraq almaq istədiyini ilkin olaraq beh də göndərə biləcəyini söyləmişdir. Razılaşmalarına əsasən Şahid2 600 manat beh göndərməli olmuş, Elman da əlavə olaraq ona göndərdiyi sənədlərə əsasən avtomobili idarə etməyi üçün ona baş etibarnamə verdikdən sonra o, Sabirababad şəhərinə gedərək avtomobilin geri qalan pulunu verdikdən sonra avtomobili ona təhvil verə biləcəyini söyləmişdir. O, Elmanın ona etdiyi təklif ilə razılaşmış və onun ona göndərdiyi Kapital Bank ASC-ə məxsus 5404-0852-3896-4771 nömrəli kartın 16 rəqəmli qeyd edilən kodunu ona göndərərək beh olaraq razılaşdığı 600 manatı həmin karta göndərməyini istəmişdir.O də işlədiyi Al Marketdə yerləşən «EManat» aparatı vasitəsi ilə qeyd edilən karta birinci dəfə 200 manat ikinci dəfə isə 400 manat olmaqla ümumilikdə 600 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Sabirabad şəhərinə doğru yollanmış, Sabirabad şəhərinə çatdıqdan sonra ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamaq istəsə də, həmin nömrəyə zəng çatmadığından məcbur olub Bakı şəhərinə geri qayıtmışdır. Bakı şəhərinə geri qayıtdıqdan sonra isə baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə ilə bağlı ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ”Azercell” MMC-nin nümayəndəsi X8 ifadəsində bildirdi ki,xx.xx.2022-ci il tarixdə saat 10 radələrində MMC-yə məxsus baza stansiyalarına xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları onun işlədiyi MMC-yə zəng edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Abşeron rayonu Xırdalan şəhəri ərazisində olan baza stansiyasına quraşdırmaq üçün qoyduqları avadanlıqların oğurlandığını bildirdikdən sonra MMC-nin əməkdaşları hadisə yerinə gedib həqiqətən həmin yerdən 1 ədəd 4229,29 manat dəyərində olan RRU 2279 B8+B20 markalı radio ötrücüsünün və 13,33 manat dəyərində 5 metr uzunluqda "xxxx" markalı kabelin oğurlandığını müəyyən etmişlər. Baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə ümumilikdə 4242,29 manat məbləğində ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, 13 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində ifadə verilmişdir. Həmin ifadədə iş üzrə Zərərçəkmiş şəxs məxsus 600 manat pulu ələ keçirməyini etiraf etsə də, həmin hadisə onun tərəfindən deyil, qardaşı xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Belə ki, hadisə zamanı istifadə edilmiş bank kartı rəhmətlik qardaşı X5 məxsus olmuş və qardaşı Pərvizin onun dünyasını dəyişməsindən sui-istifadə edərək sonuncuya məxsus kartla dələduzluq etmişdir. Hadisə ilə bağlı onun ifadəsi alınan zaman qardaşı Pərvizin barəsində başqa cinayət işinin istintaqı aparıldığı üçün onun məsuliyyətinin daha da ağırlaşmaması üçün hadisənin onun tərəfindən törədildiyini etiraf etmişdir. Lakin, sonradan bunu düzgün olmadığı qənaətinə gələrək hadisənin həqiqətən də hansı formada baş verməsini bildirmək istəmişdir. Bir daha göstərmişdir ki, cinayət işində sözügedən cinayət əməlini o, deyil, qardaşı Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş hadisə ilə onun heç bir bağlılığı yoxdur. Göstərmişdir ki, bank kartı rəhmətlik qardaşı Rəhman Yusifova məxsus olmuş və öldükdən sonra kartı qardaşı Pərviz götürmüşdür. Pulu mənimsənilmiş şəxs şikayət etdikdən sonra faktla bağlı polis əməkdaşları onları axtaran zaman qardaşı Pərvizin daha da ağır məsuliyyətə cəlb edilməməsinə görə guya hadisənin onun tərəfimdən törədilməsi ilə bağlı ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 4 il olar ki, göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyir. İşlədiyi MMC-nin Mzərsell MMC-nin baza stansiyalarına xidmət göstərməklə bağlı aralarında müqavilə olduğundan digər əməkdaşlarla birlikdə baza stansiyalarının quraşdırılmasını və xidmət göstərməsini təmin edir.13 dekabr 2022-cxi il tarixdə saat 14 radələrində MMC-nin ambarından götürdükləri avadanlaqları avtomobilə yükləyib, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26 saylı ünvanda yerləşən ötürücü baza stansiyasına quraşdırmaq üçün həmin stansiyanın yanına aparıb boşaltmışdır. Bundan sonra Binəqədi rayonu, Xocəsən qəsəbəsinə yarımçıq qalmış işlərini tamamlamaq üçün getmişlər. 14 dekabr 2022-ci il tarixdə saat 09 radələrində MMC-nin montajçı işçiləri ilə birlikdə həmin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26 saylı ünvanına gəlib orada təmir işlərini aparmaq istəyərkən bir gün əvvəl həmin yerə qoyduqları 1 ədəd 4229,29 manat dəyərində olan RRU 2279 B8+B20 markalı radio ötrücüsünün və 13,33 manat dəyərində 5 metr uzunluqda "xxxx" markalı kabelin oğurlandığını müəyyən etmişlər. Bundan sonra həmin ərazidə quraşdırılmış müşahidə kameralarına baxdıqda həmin avadanlıqların 13 dekabr 2022-ci il tarixdə saat 18:47 radələrində 55-60 yaşlı şəxs tərəfindən oğurlandığının şahidi olmuşlar. Belə olduqda baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişlər. İş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə saat 18:47 dəqiqədə Azercell MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi-26 ünvanında yerləşən ötürücü baza stansiyasına aid 1 ədəd RRU 2279 B8+B20 markalı radio ötrücüsünün və "xxxx" markalı kabeli gizli olaraq talanması faktı ilə bağlı həmin ünvanda yerləşən videomüşahidə kamerasının hadisənin fiksə etdiyi anların köçürüldüyü bir ədəd DVD disk və bir ədəd "xxxx" ASC-yə aid 5404 0852 3896 4771 nömrəli bank kartı iş materiallarına əlavə edilmişdir. İş üzrə zərərçəkmiş şəxs ”Azercell” MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılaraq 1 ədəd 4229,29 manat dəyərində olan RRU 2279 B8+B20 markalı radio ötrücüsünün və 13,33 manat dəyərində 5 metr uzunluqda "xxxx" markalı kabelin oğurlandığına görə 1 ədəd 4229,29 manat dəyərində olan RRU 2279 B8+B20 markalı radio ötrücüsünün və 13,33 manat dəyərində 5 metr uzunluqda "xxxx" markalı kabelin ümumilikdə 4242,29 manat məbləğində ziyan məbləğinin təqsirləndirilən şəxsdən tutulmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 178.2.2-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş və o, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs irəli sürülən ittihamdan imtina etdiyi üçün Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətdən azad olunmuş və həmin epizod üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə onun əməli CM-nin 178.2.2-ci maddəsində 178.1-ci maddəyə tövsif olunmuş və 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən o, cinayətlərin residivi kimi qiymətləndirilməməli və məhkumluğu ödənilmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Xəzər rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq təkrarən dələduzluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü vardır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham CM-nin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək ona təyin olunmuş 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə onun barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxs ”Azercell” MMC məhkəməyə mülki iddia ilə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurulan 4242.62 (dörd min iki yüz qırx iki) manat maddi ziyan və 62.43 (altmış iki manat qərx üç qəpik) manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutularaq ”Azercell” MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, əsassız varlanan ö şəxs hesab olunur ki, şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1. və 1091.2. maddələri). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (Mülki Məcəllənin 1093.1. maddəsi). Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək ona təyin olunmuş 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti hazırkı iş üzrə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC tərəfindən verilmiş mülki iddia təmin olunsun və Təqsirləndirilən şəxs 4242.62 (dörd min iki yüz qırx iki) manat maddi ziyan və 62.43 (altmış iki manat qərx üç qəpik) manat dövlət rüsümüna görə pul tutulub "xxxx" MMC -ə verilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar