Məhkəmə qərarları › İş №1(012)-563/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-563/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-563/2024 29.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi 3, fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, “Köhnə bazar” deyilən ərazidə yerləşən “Üç Qardaş” adlı kafedə bokkallarda pivə içib hesabı əskik verməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət və başqa nahiyələrindən qəsdən yumruqla bir neçə dəfə vurub ona burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşaiyət olunan burun nahiyəsinin qançır şişkinliyi, üzün sol gözaltı nahiyəsinin və göz qapaqlarının, üst dodağın şişkinliyi və dodağın selikli qişasına qansızma xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 onun xalasıdır. Qənirə Abşeron rayonu, Xırdalan şəhəri köhnə bazar deyilən ərazidə “üç qardaş” kafesini işlədir. O, axşamlar kafeyə gedib xalasına kömək edir. Zərərçəkmiş şəxs bir neçə müddətdir ki tanıyır. Belə ki, Rəfayıl bir neçə dəfə müştəri kimi kafeyə gəlmişdir. 05 iyun 2023-cü il tarixdə saat 21 radələrində kafeyə gələn zaman Rəfayılın masada oturub yeyib-içdiyini görmüşdür. Təxminən 1 saat sonra Rəfayıl hesabı ödəmədən kafedən gizlincə çıxıb getmiş, xalası ona bu barədə bildirdikdə, Aysunla birlikdə onun arxası ilə getmiş və Rəfayılı kafeyə qaytarmışlar. Xalası Rəfayıla hesabı vermədən getdiyini dedikdə, sonuncu isə hesabı ödədiyini bildirmişdir. Xalası verilməli olan hesabın çox hissəsinin ödənilmədiyini dedikdə Rəfayıl içkili vəziyyətdə olduğundan hesabı verməyəcəyini bildirmiş bu vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı o Rəfayılın sinəsindən itələmiş, sonuncu isə içkli olduğundan yerə yıxılmış, üz nahiyəsi yerə dəymişdir. Rəfayıl yerdən qalxaraq onun üzərinə gəlmiş, bu vaxt kafenin qarşısına gələn polis əməkdaşları onları Abşeron rayon polis idarəsinə aparmışlar. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə bazar” deyilən bazarın ərazidə yerləşən Qənirə adlı qadının işlətdiyi kafeyə bir neçə dəfə getmişdir. 05 iyun 2023-cü il tarixdə Bakı şəhərində dostları ilə yeyib içdikdən sonra pivə içmək üçün saat təxminən 21 radələrində Qənirənin işlətdiyi “üç qardaş” adlı kafeyə getmişdir. O, içəri daxil olduqda yer olmadığından Qənirə ona digər şəxslərin əyləşdiyi masada oturmasını, həmin şəxslərin bir az sonra gedəcəklərini demişdir. O, həmin masada əyəşib, 1 bakal pivə içmiş, bir qədər sonra həmin şəxslər qalxıb getdikləri zaman o,masada əyləşməyə davam edərək daha da 3 bakal pivə içmişdir. Axşam saat təxminən 22 radələrində ödəniş etmək üçün hesabı istəmiş, ofisant qız həmin hesabın 13 manat etdiyini dedikdə o, həmin pulu verərək, kafedən çıxmışdır. Kafedən bir qədər aralanmışdır ki, ofisant qız və sonradan adının bildiyi Xəyal adlı şəxs arxasınca gələrək, hesabın tam verilmədiyini demiş, məsələni aydınlaşdırmaq üçün kafeyə qayıtmışlar. O, Xəyala 3 bakal pivə üçün 13 manat pul verdiyini bildirmiş, sonuncu isə əyləşdiyi masada ödənilməli məbləğin artıq etdiyini, həmin hesabın onun tərəfindən verilməli olduğunu demiş, o, buna etiraz edib başqa məbləğ ödəməyəciyini bildirdikdə Xəyal onun onunla mübahisə edərək ona xəsarət yetirmişdir. Bu vaxt polis əməkdaşları kafeyə gəlib onları ayıraraq, Abşeron rayon Polis İdarəsində aparmışlar. O, olanlarda özünü də təqsirli bilərək hadisənin baş verməsinin onun içkili olması ilə əlaqəli olduğunu bildirmiş və hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhərində “könə bazar” deyilən ərazidə “üç qardaş” kafesini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Belə ki, bacısı vəfat etdikdən sonra Xəyalı o saxlamışdır. Xəyal axşam vaxtlarında kafeyə gəlib ona kömək edir. O, Zərərçəkmiş şəxs da uzun müddətdir ki, tanıyır, əvvəllər də bir neçə dəfə kafeyə gəlmişdir. 05 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində Rəfayıl içkili vəziyyətdə kafeyə gəlmiş və başqa şəxslərin yanına əyləşmişdir. Bir qədər keçdikdən sonra masaya yemək sifariş verilmiş, yeyib-içdikdən sonra digər şəxslər masadan qalxmış, Rafayıl tək qalmış, sonradan pivə sifariş vermişdir. Təxminən saat 22 radələrində Rəfayıl hesabı ödəmədən kafedən gizlincə çıxıb getmişdir. Bu barədə Aysun və Xəyala bildirdikdə, onlar Rəfayılın arxasında gedib, sonuncunu kafeyə qaytarmışlar. O, Rəfayıldan hansı səbəbə hesabı vermədən getdiyini soruşmuş, Rəfayıl 16 manat verdiyini demiş, o isə 72 manat hesab etdiyini, qalığını da verməsini istəmişdir. Rəfayıl içkili vəziyyətdə olduğundan pulu verməyəcəyini bildirmiş, Xəyal ondan hesabı verməsini tələb etmiş, bu vaxt mübahisə yaranmış o, Şərqiyyə və Aysunla birlikdə araya girib Xəyalla Rəfaylı sakitləşdirmişlər. Rəfayıl Xəyalın üzərinə gəldikdə sonuncu onun sinəsindən itələmiş, Rəfayıl içkili olduğundan müvazinətini itirib yerə yıxılmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları onları Abşeron rayon polis idarəsinə aparmışlar Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Şahid1 işlətdiyi Xırdalan şəhərin “köhnə bazar” deyilən ərazidə “Üç qardaş” kafesində ofisant işləyir, hamı onu Aysun adı ilə tanıyır. Zərərçəkmiş şəxs bir neçə dəfə kafeyə müştəri kimi gədliyindən onu uzun müddət olar ki, tanıyır. 05 iyun 2023-cü il tarixdə axşam saatlarına Rəfayıl içkili vəziyyətdə kafeyə gəlib, 2-3 bokal pivə içmiş, sonra qonağı gələcəyini deyərək, yemək sifariş vermişdir. Rəfayıl yanına gəlmiş qonaqla birlikdə 700 qram ölçüdə araq içmiş, daha sonra sonra yanındakı oğlan getmişdir. Rəfayıl 3-4 bokalda pivə sifariş verib tək içmiş və ümumi hesab 72 manat etmişdir. Həmin vaxt kafeyə pivə aldıqları firmadan bir neçə şəxs gəlmiş, lakin onların həmin şəxslərə verməyə pulları tam çatmadığından firmadan gələn şəxsləri yola salmaq lazım olduğu üçün o, Rəfayılın verməli olduğu hesabdan bir miqdar verməsini istəmiş, Rəfayıl ona 16 manat vermişdir. Təxminən saat 22 radələrində Rəfayıl hesabı ödəmədən kafedən gizlincə çıxıb getmişdir. Xəyalla birlikdə Rəfayıl arxasında gedib Rəfayılı yolda saxlamış, hesabı vermək üçün kafeyə qaytarmışlar. Kafenin qarşısında Rəfayıl sərxoş vəziyyətdə onların ünvanına nalayiq söyüşlər söymüş, Qənirə Rəfayıldan hesabı istədikdə, hesabı verdiyini deyib, Qənirəni də söymüşdür. Bu zaman Xəyalla Rəfayıl mübahisəyə başlamış, mübahisə zamanı Xəyal Rəfayılın sinəsindən itələmiş, sonuncu içkili olduğundan özünü saxlaya bilməyib, yerə yıxılmışdır. Sonra hadisə yerinə gəlmiş polis əməkdaşları Rəfayılı, Xəyalı və Qənirəni Abşeron rayon polis idarəsinə aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid DİN-in X2 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 3 saylı ərazidə piyada marşrut üzrə İbrahimli Səfərli və Rəşid Əliyevlə birlikdə xidmətdə olarkən saat 22:30 radələrində Xırdalan şəhəri, köhnə bazar deyilən ərazidə “üç qardaş” kafesinin qarşısında 3 nəfərin şəxsin mübahisə etdiklərini görmüşlər, onlara yaxınlaşıb sakitləşdirmiş, mübahisənin hesab üstündə baş verdiyi məlum olmuşdur. Onlar hadisə yerinə çatdıqda dava-dalaş qurtarmışdır. Zərərçəkmiş şəxs onlara Xəyal və qadın işçilərin ona xəsarət yetirdiyini bildirmişdir. Avtopatrul çağırıb həmin şəxsləri Abşeron rayon Polis İdarəsinə təhvil vermişlər. Daha sonradan müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxsdur. Bundan sonra raport yazıb xidmətə qayıtmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid DİN-in X2 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid4 ondan əvvəl şahid qismində ifadəsi elan edilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin 06 iyun 2023-cü il tarixli, 1114 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşaiyət olunan burun nahiyəsinin qançır şişkinliyi, üzün sol gözaltı nahiyəsinin və göz qapaqlarının, sağ əlin arxa səthinin şişkinlikli qançırları, üst dodağın şişkinliyi və dodağın selikli qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti xx.xx.2023cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.  Cinayət işinin icraata qəbul edilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmıç material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır.  Cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs yeri müəyyən olunub istintaqa təqdim olunanadək dayandırılmışdır.  Axtarışda olan şəxsin tutulması haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə barəsində 271546 nömrəli axtarış işi açılmış xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir.  Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.  Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, ev 3-dı olan fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 01 saylı əlavəyə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşaiyət olunan burun nahiyəsinin qançır şişkinliyi, üzün sol gözaltı nahiyəsinin və göz qapaqlarının, sağ əlin arxa səthinin şişkinlikli qançırları, üst dodağın şişkinliyi və dodağın selikli qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, üzün sol gözaltı nahiyəsinin və göz qapaqlarının, sağ əlin arxa səthinin şişkinlikli qançırları, üst dodağın şişkinliyi və dodağın selikli qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.  Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur.  Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.  Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar