Məhkəmə qərarları › İş №1(012)-563/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-563/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-563/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, məhkəmə iclas katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3, X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, nəzərə çatdırmaq istəyir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 3(012)-235/2025 saylı inzibati xətalar haqqında iş üzrə barəsində inzibati xətta haqqında icraat aparılan şəxsin anası X6 xx.xx.2025 traixində saat 14:00-a təyin edilmiş və keçirilmiş məhkəmə iclasında və məhkəmə iclasından sonra Abşeron Rayon Məhkəməsinin binasının gözləmə zalında çoxsaylı kənar şəxslərin və digər vətəndaşların içində onu təhqir etmiş, şərəf və ləyaqətini açaldan ifadələr səsləndirmişdir. Belə ki, məhkəmə clasının gedişində dəfələrlə onun ifadəsini kəsmiş, yerindən təhqirli atmacalar atmış, səs-küy və qarışıqlıq almağa çalışmış, məhkəmə iclası bitdikdən sonra məhkəmənin gözləmə zalında səs-küy salmağa davam etmiş, onu təhqir etdiyi halda qabaqdan gəlmişlik edərək polisə və icra məmuruna “o bizi ortada qoydu, bu inadan çıxmayacaq, tutub saxlayın onu” deyərək qışqırmağa başlamış, o icra məmuru ilə birlikdə məhkəmə zalından çıxarkən telefonunu götürərək onun bu hərəkətlərini video qeydiyyata almağa başladığında X6 ona “bu kimdir ey çəkir, cındırın biri” deyərək çoxsaylı kənar şəxslərin içində onu təhqir etmişdir. Həmin video görüntülər hazırkı şikayət ərizəsinə əlavə olunur. Məhkəmənin diqqətinə çatdırılsın ki, bu cür hallar bugünədək dəfələrlə təkrarlanmış, polis orqanlarına dəfələrlə müraciət etsə də Vəlizadələrin müxtəlif yollarla polis nümayəndələrinə təsiri nəticəsində ' bir tədbir görülməmiş, onun müraciətlərinə isə formal cavab verilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Belə ki, Abşeron rayonu, Novxanı kəndində ona məxsus torpaq sahəsi və yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki üç metr enindəki dalanda X8 dəfələrlə dincliyimizi pozaraq, qoyulmuş məhkəmə qadağalarını tapdalayaraq onun və yaşlı deynlərinin rahat yaşayışına çoxsaylı qərəzli maneələr yaratmış, küçəyə çıxaraq onun və yaşlı valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, təhqirlər etmiş, böhtanlar işlətmişdir. X2 rayonu, Novxanı kəndində ona məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki üç metr enindəki dalanda küçədə yüksək səslə ona və anasına “dayan, fahişə, göstərərəm sənə”, “gör başına nə oyun açıram, hər yola əl atıb sizə bu evi sökdürəcəyəm”, “Allah bilir kimə nə bəla verir, elə-belə verməyib ki, bəlanı”, “məhkəmə də deyir ki, bunlar nə səviyyəsiz ailədir” kimi ifadələr səsləndirərək həm bizi təhqir etmiş, həm də məqsədli şəkildə insident yaranması üçün təhrik etmişdir. Həmçinin, X6 mütəmadi olaraq müxtəlif yerlərdə kənar şəxslərə onun və valideynlərinin barəsində böhtan xarakterli məlumatlar yayaraq onların şərəf və ləyaqətini alçaltmağa, onlar barəsində təhqirli ifadələr səsləndirərək işgüzar nüfuzuna zərər vurmağa çalışmışdır. X6 həm qonşulara, həm onların evinə gələn şəxslərə (ustalara, material gətirən şəxslərə, rəsmi qurumların nümayəndələrinə və s.), həm də onun işlədiyi şirkətin rəhbərliyinə (təsisçi və sahibkar şəxsə) zəng edərək və mesaj yazaraq onun və valideynlərinin barəsində nalayiq ifadələr və böhtanlar səsləndirmişdir. Belə ki, X6 onların evinə gələn şəxsləri saxlayaraq “bunlar iş verəndirlər, sahə rəisini şərlədilər, bunların başına oyun gətirəcəyəm mən, bunlar səviyyəsizdirlər, bilin, tanıyın hamınız” deyərək onlar barəsində böhtanlar və təhqirlər səsləndirmiş, həmçinin onun işlədiyi şirkətin rəhbərliyinə zəng edərək, video və fotolar, polisə aid sənədlər göndərərək və səsli mesaj yazaraq “İranə xanım, baxın, bu Nurlananın anası və atası necə biyabırçı insanlardır, sizin şirkəti talayıblar, onlara pul hardan olub ki, altı ay ərzində ikimərtəbəli kürsülü evi tam tikdilər, tam təmir etdilər, içərisini də bütün əşyalarla doldurdular, evin də dörd bir yanına kameralar, kondisionerlər quraşdırıblar, sizin şirkətdən maşın-maşın materiallar, mebellər daşıyıblar, bunlar kasıb ailədir, bir paltarı üç il geyinirlər, bankdan maşın götürüblər, heç onun pulunu ödəyə bilmirlər, bunlar sizin şirkəti talayıblar, xəbəriniz olsun, onu işdən çıxarmısınızsa, yaxşı eləmisiniz, böyük bəladan canınız qurtarıb, bunlar səviyyəsiz adamlardır” və s. çirkin ifadələr, böhtanlar səsləndirərək onun işgüzar nüfuzuna qaralamağa çalışmışdır. Qeyd etdiyi faktlara dair video görüntülər və audio mesajlar hazırkı müraciətinə əlavə olunur. Təqdim etdiyi video görüntülərdən və audio mesajlardan bariz şəkildə görünür ki, X6 tərəfindən ona və yaşlı valideynlərinə qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148- ci (təhqir) maddələri ilə müəyyən edilən cinayətlər törədilmişdir. Yuxarıda qeyd ediyi faktları, hazırkı şikayət ərizəsinə əsaslı sübut qismində əlavə etdiyi video görüntüləri və audio mesajları, qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq, ona və yaşlı valideynlərinə qarşı ədalətin təmin edilməsi, Vəlizadələrin qanunsuz və qərəzli əməllərinə son qoyulması, dinc yaşayışılarının təmin edilməsi məqsədilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 izahatında xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini, xüsusi ittihamçının onu məhkəmə iclaslarında dəfələrlə təhqir etdiyini, uzun illərdir ki, onlar arasında münaqişlərin davam etdiyini, özünün 66 yaşı olduğunu, infarkt keçirdiyini bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.3-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd edir ki, şikayətin məzmununun CPM-nin 293.3.5-293.3.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yerin olmaması xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mühüm elementlərindəndir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147(böhtan) və 148-ci(təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Lakin Cinayət Məcəlləsinin 147-ci maddəsi iki hissədən ibarətdir, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin CM-in 147-ci maddəsinin hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməmiş, ümumilkdə CM-in 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir, bununla da şikayət ərizəsində qeyri-müəyyənliyə yol vermişdir, həmçinin şikayətin tərtib edildiyi yer qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar