Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-564/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakim Quliyeva Sevinc Məhəmməd qızının, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay,orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla Xırdalan şəhəri,Yeni Quşçuluq massivində nömrəsiz evdə kirayədə yaşayan, barəsində “poli nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasl CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllə, Köhnə bazarda yerləşən kafedə Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin cibindən 428 manat pulunu başqa şəxslərin gözü qarşısında çıxardıb, qaçmaqla açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 428 manat ziyan vurmaqla, soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi evdə kirayədə yaşayır, daimi iş yeri yoxdur. Rəsmi adının “Razim” olmasına baxmayaraq, özünü “Raci” adı ilə təqdim etdiyinə görə, onu “Raci” adı ilə çağırırlar. 25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Xırdalan şəhəri, köhnə bazarda yerləşən, Dilbər adlı qadının işlətdiyi kafedə olduğu vaxt, sonradan adını öyrəndiyi Şahid adlı şəxs kafeyə gəlib, qapının yaxınlığında oturub, çay sifariş vermişdir. Şahidin hərəkətlərindən onun sərxoş olduğunu bilmişdir. Şahid ayağa qalxmaq istədikdə, sərxoş olduğundan özünü saxlaya bilmədiyinə görə, yerə yıxılmışdır. Şahidə kömək etmək üçün tez onun yanına getmiş və onu ayağa qaldırmışdır. Həmin vaxt Dilbər onların dalaşdıqlarını guman edərək ona “Raci burda dalaşmaq olmaz” demişdir. Şahidi ayağa qaldırmış və kafedən çölə çıxartmışdır ki, ona hava dəysin və ayılsın. Şahid özünə gəldikdən sonra, oradan getmiş və Şahid isə orada qalmışdır. Həmin vaxt Şahidi marketdə görməmişdir. Şahidin cibindən pul götürməmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində günəmuzd araba sürüb fəhlə işləməklə, ailəsi üçün çörək pulu qazanır. 25 dekabr 2022-ci il tarixdə, işdən çıxmış və Xırdalan şəhərində, köhnə bazarda yerləşən Dilbər adlı qadının işlədiyi kafeyə saat 18 radələrində çay içmək üçün gəlmişdir. Siqaret olmaq üçün yaxınlıqdakı makrketə getmiş və əynindəki qara gödəkçənin sol iç cibində olan 430 manat pulunu çıxardaraq, həmin puldan 2 manat, əynindəki şalvarının cibindən isə 20 qəpik götürmüş, marketdən 2 manat 20 qəpiyə özünə bir qutu “Maqna” siqareti almış və yenidən çay içməyə Dilbərin kafesinə gəlib əvvəlki yerində əyləşmişdir. Marketdə siqaret alarkən cibindən pulu çıxartdıqda marketdən çöldə qalan bir kişinin ona baxdığını görmüş, lakin ona əhəmiyyət verməmişdir. Kafedə çay içdiyi vaxt həmin kişi üstünə gəlib heç nə demədən, qəfildən onun başından yumruqla vurmağa başlamış, onu yerə yıxmış və təpiklə vurmağa başlamışdır. Həmin vaxt kafeni işlədən Dilbər adlı qadın gəlib həmin kişiyə qışqıraraq, “Raci burda dava etmək olmaz” dedikdə, onu döyən kişinin adının Raci olduğunu bilmişdir. Raci onu kafedən çölə çıxardaraq əynindəki parçadan olan qara rəngli gödəkçəsinu əynindən çıxartmış, gödəkçəsinin cibində olan 428 manat pulunu çıxardaraq, gödəkçəsini üstünə atıb getmiş və pulunu da özü ilə aparmışdır. Lakin istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yumruq- təpiklə vurması, yerə yıxması və ona zor tətbiq edilməsi sübuta yetmədiyindən, sonuncunun ilkin ifadəsində göstərdiyi həmün xüsusatlar rədd edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs onun əynindəki gödəkçəsinin cibindən 428 manat pulunu çıxardıb, qaçaraq apardığına görə, ona qarşı acıqlı olduğundan, onun ağır cəzalanması üçün yalandan onu yumruq-təpiklə vurmasını, yerə yıxmasını, ona qarşı zor tətbiq etdiyini demişdir. Sonda isə bildirdi ki, yaxın günlərdə yenə də Təqsirləndirilən şəxs onu döymüş və telefona çəkmişdir. Şikayətçidir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. 2022-ci ilin yanvar ayından Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazarda olan kafeni işlədir, kafedə müştərilərə yemək və çay verir.25 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində kafedə işdə olduğu vaxt, sonradan adını öyrəndiyi Şahid adlı müştəri kafeyə gəlmiş, içməyə çay sifariş verdiyinə görə, ona çay aparıb vermişdir. Təxminən 3-4 dəqiqədən sonra adının “Raci” bildiyi kişinin Şahid ilə mübahisə etdiyini gördükdə Raciyə irad tutaraq “Raci burda dava etmək olmaz” demişdir. Raci heç nə demədən Şahid ilə kafedən çölə çıxmışdır. Şahidin əynindəki gödəkçəsinin yaxası açıq olmuşdur. Racinin həmin vaxt Şahidin əynindəki gödəkçəsinin iç cibindən nə isə götürdüyünü və qaçıb getdiyini görmüşdür. Şahid, Racinin ardınca qışqıraraq 428 manat pulunu apardığını demiş, sonra telefon ilə hara isə zəng edərək, danışmışdır. Raci adı ilə tanıdığı kişi, Şahini vurmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək 11 ay 26 gün islah işləri 20% və 1500 manat cərimə cəzasından, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021 -ci il tarixli “Amnistiya” qərarının 2.11 bəndinə əsasən cərimə cəzasından azad edilib. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq, Abşeron RPİ-nin MSY-də saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, saxlandığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxsnin istintaqa könüllü gəldiyini nəzərə alaraq cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-827/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM- nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də zərərçəkmiş şəxsin, şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı halları özünü müdafiə kimi qiymətləndirməklə inandırıcı hesab etmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X1 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməldiri. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 01(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli məhkəmə iclas zalından həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-564/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-564/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver