Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-565/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində daimi qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 (iyirmi) manat pul müqabilində 02 (iki) ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,181 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Novxanı kəndi ərazisinə daşıyaraq üzərində saxlamış, 29 aprel 2022-ci il tarixdə saat 16:15 radələrində Abşeron rayonu, Novxanı kəndi, M.Hüseynzadə küçəsində Abşeron RPİ-nin NMQ-nun əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən həmin 2 (iki) ədəd bükümlərdə 0,394 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,181 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə heroin və metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Novxanı ərazisində Abşeron RPİ-nin NMQnun əməkdaşları tərəfindən saxlanılması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində təmiz hava almaq üçün yaşadığı, Abşeron rayonu, Novxanı kəndində küçəyə çıxmış, həmin vaxtı iki nəfər mülkü formada ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, Abşeron RPİ-nin X3 işçiləri olduqlarını deyərək, ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib, onlarla birlikdə Abşeron RPİ-yə getməli olduğunu demişlər. O, da polis əməkdaşları ilə razılaşmış, onlarla birlikdə Abşeron RPİ-yə gəlmiş, Abşeron RPİ-nin inzibati binasında onun üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə bildirib, xidməti otaqlardan birində video çəkilişlə və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona təhqiqatçı tərəfindən müdafiəçinin yanında hüquq və vəzifələrim izah edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitə, psixotrop maddə, hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması barədə soruşulmuş, əgər üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini və bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamini cibindən çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlər açılaraq ayrı-ayrılıqda içərilərinə baxış keçirilmiş, həmin narkotik vasitə və psixotrop maddəni haradan, nə vaxt və nə məqsədlə əldə etməsi barədə ondan soruşmuşlar. O, həmin təqdim etdiyi iki ədəd bükümləri, yanı bir büküm heroini və bir büküm metamfetamini xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəm üçün 20 manat müqabilində alıb, həmin vaxtdan da əynində olan idman şalvarının cibində saxlamışdır. Onun üzərindən aşkar edilmiş içərində narkotik vasitə heroin və psixotrop maddə olan 2 ədəd bükümlər təhqiqatçı tərəfindən müdafiəçinin və iştirakçıların yanında video çəkilişlə götürülüb zərfə qablaşdırılmış və həmin zərf möhürlənmişdir. Şəxsin üzərinə baxış keçirilməsində iştirak edən iki nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən həmin zərf və bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra onlar tərəfindən imzalanmışdır. O, heroin və metamfetamindən istifadə edir, bu səbəbdən də bir büküm heroini və bir büküm metamfetamini bir neçə gün özü istifadə etmək üçün almış, həmin vaxtdan da əynində olan idman şalvarının cibində saxlamışdır. Onun üzərinizdə narkotik vasitə olmasını kimsə bilməmiş, ümumiyyətlə o, heç vaxtı heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş və satmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə icraatına Abşeron rayonu, Novxanı kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlanılması üçün raportla məruzə etmiş, bundan sonra, xx.xx.2022ci il tarixdə müvafiq əmrlə əməliyyat qrupu yaradılmış, həmin qrupda Abşeron RPİ-in NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 da onunla birlikdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2la birlikdə, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlayıb, özlərinin polis əməkdaşı olduqlarını təqdim edəndən sonra, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlamasında, gəzdirməsində şübhəli olduğu üçün, onlarla birlikdə Abşeron RPİ-yə getməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını etiraf etmiş, onlarla birlikdə Abşeron RPİyə gəlmişdir. O, Abşeron rayonu, Novxanı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasında şübhəli olması, bu səbəbdən polis idarəsinə gətirilməsi barədə raportla məruzə etmiş, həmin raportun icrası təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasında otaqlardan birində müdafiəçinin və onların iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, psixotrop maddə və narkotik vasitə varsa təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 2 (iki) ədəd bükülünü masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd bükülülərdən birinin içərisində narkotik vasitə heroin, digər bir bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin iki ədəd bükümlərə baxış keçirilərəkən, müəyyən edilmişdir ki, həmin bükümlərdən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, digər 1(bir) ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər maddə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin iki ədəd bükümlər, yəni bir bükümdə olan heroin və bir bükümdə olan metamfetamin iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış, bu barədə protokol tərtib edildikdən sonra ekspertizaya təqdim edilməsi üçün həmin zərf təhqiqatçı tərəfindən götürülmüşdür. İştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol, yanı içərisində heroin və metamfetamin olan zərf imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan heroini və bir ədəd bükümdə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazidə tanımadığı və anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 20 (iyirmi) manat müqabilində özü istifadə etmək üçün almış, həmin bir büküm psixotrop maddə metamfetamini və bir büküm narkotik vasitə olan heroini əynində olan idman şalvarının sağ yan cibində özü istifadə etmək üçün daşıyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bükümlər onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2514 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « imza Təqsirləndirilən şəxs» yazısı ilə imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,394 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq çəkisi 0,344 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq çəkisi 0,131 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,344 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirini pozduğuna görə şəxsin tutulması üçün barəsində axtarış elan edilmiş, həmin tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs Zairov X4 RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə dəyişdirilmədən qüvvədə qalmışdır. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan şalvarının qabaq sağ cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki tərəfli baş beyin əzilməsi diaqnozu ilə əməliyyat olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən hər iki tərəfli baş beyin əzilməsi diaqnozu ilə keçirdiyi əməliyyatdan sonrakı halını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,344 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,344 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-565/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-565/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver