Məhkəmə qərarları › İş №1(012)-565/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-565/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-565/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu ildə Azərbaycan Respublikasında anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunaraq hazırda Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 dostluq münasibətində olduğu X3 təşkilatçılığı ilə sonuncunun bacısının əri Zərərçəkmiş şəxs bacısına xəyanət etməsi səbəbindən qisas almaq üçün əmlakını yandırmaqla qəsdən məhv etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmaq qərarına gəlmiş, bunun üçün özünə məxsus idarə etdiyi “Opel Zafira” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elvin İmanlı ilə birlikdə xx.xx.2016-cı il tarixdə saat 14 radələrində həmin hadisəni törədə biləcək Təqsirləndirilən şəxs2 tanışlarının vasitəsi ilə taparaq Sumqayıt şəhəri BTZ klubu adlanan ərazidə Elvin İmanlı ilə görüşüb birlikdə danışaraq Təqsirləndirilən şəxs2lə həmin işi 2000(iki min) manat müqabilində görəcəyi barədə razılığa gəldikdən sonra sonuncunu birlikdə Abşeron rayonu Saray qəsəbəsinə aparıb Zərərçəkmiş şəxs yeni məhəllədə yerləşən evini göstərmiş,xx.xx.2016-cı il tarixdə saat 03:40 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinin hasarından aşaraq həyətə daxil olub sonuncuya məxsus evin həyətində saxlanılan “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özü ilə gətirdiyi benzini tökərək yandırmaqla qəsdən zədələmiş, avtomobil tam yanmadığına görə Elvin İmanlının göstərişi ilə hadisədən sonra Təqsirləndirilən şəxs2 istintaqla müəyyən olunmamış Pərviz və Eldar adlı şəxslərlə xx.xx.2016-cı il tarixdə saat 03 radələrində yenidən Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən evinə gəlib hasardan aşaraq evin həyətinə daxil olmuş və sonuncunun evin həyətində saxladığı “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili özləri ilə butulkalarda gətirdikləri benzini avtomobilin üzərinə və salonuna töküb qəsdən yandıraraq Zərərçəkmiş şəxs 21955 manat manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əmlakının qəsdən məhv etməsinə yardım etmiş şəxs kimi kömək etmişdir. Təqsirləndirilən şəxs2 dostlarının vasitəsi ilə tanış olduğu X3 təşkilatçılığı və sonuncunun dostu Təqsirləndirilən şəxs1 köməkliyi ilə Elvin İmanlının yeznəsi Zərərçəkmiş şəxs bacısına xəyanət etdiyinə görə qisas almaq məqsədi ilə avtomobilini yandırması barədə təklifinə 2000(iki min) manat müqabilində razılıq verdikdən və pulun yarısını- 1000(min) manatı aldıqdan sonra Elvin İmanlı və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yeni məhllədə yerləşən evini ona göstərmiş,o da bu məqsədlə xx.xx.2016-cı il tarixdə saat 03:40 radələrində Zərərçəkmiş şəxs qeyd edilən ünvanda yerləşən evinin hasarından aşaraq həyətinə daxil olub Zərərçəkmiş şəxs evin həyətində saxladığı “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özü ilə gətirdiyi benzini tökərək yandırmaqla qəsdən zədələmiş,avtomobil tam yanmadığına görə pul müqabilində üzərinə götürdüyü öhdəliyi tam icra etmək üçün Elvin İmanlının göstərişi ilə xx.xx.2016-cı il tarixdə saat 03 radələrində yenidən Eldar və Pərviz adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinin hasarından aşaraq həyətinə daxil olub evin zədələnmiş vəziyyətdə həyətində saxlanılan sonuncuya məxsus “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə və salonuna özləri ilə butulkalarda gətirdikləri benzini töküb qəsdən yandıraraq Zərərçəkmiş şəxs 21955 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittiham aktı ilə razılaşdığını bildirdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o,ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Bildirmişdir ki, X5 onun dostudur. Elvinin bacısı Lalə 2010-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və o da həmin vaxtdan Fərhadı Elvinin bacısının yoldaşı kimi tanımışdır. Fərhadla onun şəxsən özünün münasibəti, tanışlığı olmuşdur. X17 əvvəllər Böyük Britaniyada ali təhsil almış bundan sonra həmin ölkədə qalaraq məskunlaşmışdır. X8 təhsil aldığı dövrdə tez-tez bayram ərəfələrində Azərbaycana gəlmiş və bayramı Azərbaycanda ailəsi ilə birgə keçirmişdir. 2016-cı ilin mart ayında yenə dostu X13 bayramı münasibəti ilə Azərbaycana gəlmiş və həmin ərəfədə onunla görüşmüşdür. Elvin İmanlı Azərbaycanda olduğu müddət ərzində onlar mütəmadi olaraq onunla görüşüb söhbətlər etmişlər. Elvinlə söhbət əsnasında Elvin mütəmadi olaraq öz yeznəsi Fərhaddan gileylənmiş və Elvinin bacısına baxmadığını, mütəmadi olaraq evə gec gəldiyini və müxtəlif qadınlarla münasibətinin olduğunu və yüngül həyat tərzi keçirdiyini bildirmişdir. Bundan sonra Elvin ona bildirmişdir ki, Fərhad hardasa başqa qadın saxlamış və bütün pulunu ona xərclədiyi üçün ailəsinə baxa bilməmişdir. Eyni zamanda Elvin ona bildirmişdir ki, “mənim avtomobilim ilə bir gün Fərhadı izləyək və hansı qadınla münasibətdə olduğunu müəyyən edək”. O da Elvinlə razılaşmışdır. Bundan sonra Təxminən 12 mart 2016-cı il tarixdə Elvin ona zəng vuraraq bacısı Lalənin zəng vurduğunu və Fərhadın harasa getdiyini onu izləmək lazım olduğunu bildirmişdir. Bundan sonra yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Elvinlə görüşmüş və Elvin onun idarə etdiyi “Opel Zafira” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onlar birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yem dükanı adlanan əraziyə getmişlər və gözləməyə başlamışlar. Həmin Fərhadın yaşadığı evdən mərkəz yola çıxan hissə həmin yem dükanının qarşısından görünmüşdür. Bir müddət gözlədikdən sonra görmüşlər ki, Fərhada məxsus ağ rəngli “Toyota Prado” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobil yola çıxmışdır. Həmin vaxtı avtomobildə Fərhadın anası və oğlu da olmuşdur. Bu zaman onlar görmüşlər ki, Fərhad Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzinə getdiyi üçün onlar qayıdıb Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Elvinin evinə getmişlər. Təxminən 2 saat Elvinin evində oturduqdan sonra Elvinə bacısı Lalə zəng vuraraq Fərhadın yenə evdən çıxdığını və hansısa qızla görüşməyə getdiyini bildirmişdir. Elvin yenidən ona məxsus “Opel Zafira” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onlar yenidən Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən yem dükanının qarşısına gəlmişlər. Bir müddət gözlədikdən sonra yenidən Fərhada məxsus “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxdığını görmüşlər. Bundan sonra həmin avtomobilin arxası ilə Fərhadı izləməyə başlamışlar. Fərhad avtomobil ilə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində 18-ci mikrorayonun dayanacağı adlanan ərazidə “Ucuz” marketlə üzbəüz dayanacaqda avtomobili saxlamış və bir nəfər qadını avtomobilinə əyləşdirmişdir. Fərhad avtomobili idarə edərək Bakı-Sumqayıt yolunda yerləşən “Nizami” adlı kafeyə getmişdir. Fərhad öz idarə etdiyi avtomobili kafenin həyətinə saldıqdan sonra onlar da avtomobili onun arxası ilə kefnin həyətinə salmışlar.Kafenin həyətində olan zaman Elvin onun avtomobilindən düşüb Fərhada yaxınlaşmış və Fərhadla nə isə danışmışdır. O, həmin vaxtı avtomobilində əyləşib Elvini gözləmişdir. Bundan sonra Fərhad yenidən avtomobilə əyləşib kafenin həyətindən çıxmış, Elvin də onun avtomobilinə əyləşib Fərhadın avtomobilinin arxası ilə sürməsini bildirmişdir. Bundan sonra Sumqayıt şəhərində yerləşən avtovağzalın yaxınlığında Fərhad avtomobili saxlamışdır. Elvin avtomobildən düşüb Fərhada yaxınlaşmışdır. O, isə avtomobilində qalmışdır. Bu zaman görmüşdür ki, Fərhad avtomobildəki qadını düşürüb taksi ilə yola salmışdır. Bundan sonra avtomobilin yanında Elvinlə mübahisə etmişlər. Bundan sonra Elvin ona yaxınlaşıb Fərhadın avtomobilinin arxasınca sürməsini istəmişdir. Özü isə Fərhadın avtomobilinə əyləşmişdir. Onlar Sumqayıt şəhərində dəniz qırağına gəlmişlər və avtomobili saxlamışlar. O, isə ailə məsələsi olduğu üçün avtomobildən düşməmişdir. Bu zaman görmüşdür ki, Elvin və Fərhad avtomobildən düşüb mübahisə etmişlər. Elvin Fərhadın yaxasından tutmuş və münaqişə etmişlər. Təxminən 10 dəqiqə mübahisə etdikdən sonra Elvin Fərhadın avtomobilinə əyləşmiş və yenidən Sumqayıt şəhəri “Şərq bazarı” adlanan əraziyə gəlmişlər.Həmin yerdə Fərhad avtomobili saxlamış və Elvin Fərhadın avtomobilindən düşərək onun avtomobilimə əyləşmişdir. Elvin avtomobilinə əyləşən kimi Fərhadın haqqında pis fikirlər deməyə,onun bacısına xəyanət etdiyini ona borclu olduğu halda əxlaqsız qadınlara pul xərclədiyini və ailəsinə baxmadığını bildirmişdir. Həmçinin Elvin ona bildirmişdir ki, Fərhadın ona 10 000 ABŞ dolları borcu var və qaytarmamışdır. O, Elvinlə birlikdə yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə gəlmişlər. Yol boyu Elvin Fərhaddan qisasını alacağını demişdir. Həyətə çatdıqdan sonra hər kəs öz evinə getmişdir. Həmin günün səhəri 13 mart 2016-cı il tarixdə Elvin ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, Elvinlə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ərazisində görüşmüşdür. Elvin görüş zamanı yeznəsi Fərhaddan qisas almaq istədiyini bildrimişdir. O, Elvindən necə qisas almaq istədiyini soruşduqda Elvin ona bildirmişdir ki, “Fərhada məxsus avtomobili yandırmaq istəyir”. Onlar birlikdə Fərhadın avtomobilini necə yandıra biləcəklərini düşünmüşlər. Bu zaman Elvin və onun tanıdığı Bəhruz adlı şəxsin onlara kömək edə biləcəyi qənatinə gəlmişlər. Bəhruzun mobil telefonunun onların heç birində olmadığı üçün Bəhruzu tapmaq üçün onlar qonşusu olan Bəhruzun xalasıoğlu Orxanla əlaqə saxlamışlar.Orxana Bəhruzla əlaqə saxlamaq istədiyini bildirmişlər. Orxan onlardan Bəhruzun nömrəsini nə üçün istədiklərini soruşmuş, lakin onlar Orxana sadəcə olaraq Bəhruzla işləri olduğunu bildirmişlər və əlavə heç nə deməmişlər. Orxan onlara Bəhruzun nömrəsini vermişdir. Elvin öz istifadəsində olan mobil telefon və nömrə ilə Bəhruza zəng edib Bəhruzla görüşmək istədiyini bildirmişdir. Bəhruz Elvinə bazar tərəfdə onunla görşə biləcəyini bildirmişdir. Bundan sonra Elvin onun idarə etdiyi avtomobilə əyləşərək birlikdə Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yanına gəlmişlər və orada Bəhruzla görüşmüşlər. Elvin Bəhruzla söhbət əsnasında yeznəsi Fərhadla aralarının dəydiyini idarə etdiyi “Toyota Prado” markalı avtomobillə əxlaqsızlıqla məşğul olduğunu və həmin avtomobili yandırmaq istədiyini və bu işi pul müqabilində edə biləcək adam lazım olduğunu bildirmişdir. Bəhruz Qadir adlı tanışının olduğunu və həmin şəxsin bu işi pul müqbilində edə biləcəyini bildirmişdir. Bundan sonra telefonundan baxıb Qadirin nömrəsini Elvinə vermişdir. Elvin elə Bəhruzun və onun yanından Qadirə zəng vurub nömrəni Bəhruzdan aldığını və görüşmək istədiyini bildirmişdir. Qadir nə üçün görüşmək istədiyini Elvindən soruşduqda Elvin görüşən zaman izah edəcəyini bildirmişdir.Qadir Elvinə görüşmək üçün axşam vaxtı olacağını bildirmişdir. Həmin günün axşamı Sumqayıt şəhərində yerləşən köhnə “BTZ” klubu adlanan ərazidə mən Elvin və Qadir görşmüşlər. Elvin Qadirlə söhbət zamanı yeznəsi Fərhadın “Toyota Prado” markalı avtomobili olduğunu və həmin şəxsin həmin avtomobillə əxlaqsızlıqla məşğul olduğunu və yeznəsi Fərhaddan qisas almaq üçün həmin avtomobili yandırmaq istədiyini bildirmişdir. Qadir Elvinlə razılaşmış və yeznəsi Fərhadın avtomobilini yandıra biləcəyini bildirmişdir. Lakin həmin iş müqabilində Elvindən ona nə verəcəyini soruşmuşdur. Elvin də yeznəsi Fərhadın avtomobilini yandıracağı təqdirdə Qadirə 2000 manat pul verəcəyini bildirmişdir. Qadir də həmin məbləğə bu işi görəcəyini bildirmiş və Elvinə demişddir ki, “sən pulu mənə çatdır qalan işi özüm həll edəcəyəm”. Həmin günün səhərisi yəni xx.xx.2016-cı il tarixdə mən Elvin və Qardir yenə birlidə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən çayxanada görüşmüşlər. Həmin yerdə X11 avtomobilini yandırmaq üçün 1000 manat pul vermişdir.Bundan sonra Elvin və Qadir onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə Fərhadın yaşadığı Abşeron rayonu Saray qəsəbəsi ərazisinə getmişlər. Saray qəsəbəsi ərazisinə çatan zaman Elvin avtomobilin içərisindən Fərhadın evini göstərdi və avtomobilin “Toyota Prado” markalı ağ rəngli avtomobil olduğunu Fərhadın avtomobili həyətin içində saxladığını bildirmişdir. Bundan sonra birlikdə Sumqayıt şəhərinə qayıtmışlar. Qadiri Sumqayıt şəhəri “BTZ” klubunun yanında görüşdükləri yerdə düşürdükdən sonra onlar hərəsi çıxıb öz evinə getmişlər. Həmin gündən təxminən 2-3 gün sonra xx.xx.2016-cı il tarixdə saat təxminən 03 radələrində Elvin ona zəng vuraraq bildirmişdir ki, Qadir Fərhadın avtomobilini yandırıb və bacısı Laləni gedib Fərhadgildən götürmək lazımdır. Bundan sonra Elvin onun avtomobilinə əyləşmiş və onlar birlikdə Fərhadgilin yaşadığı evə getmişlər. Onlar Fərhadın həyətinə daxil olan zaman görmü.lər ki, Fərhadın avtomobili yanmış vəziyyətdədir. Onlar Fərhadgilə çatan zaman Elvinin bacısı Lalə artıq əşyalarını yığıb hazırlamışdır. Elvin və o, Lalənin əşyalarını onun avtomobilinə yığıb Elvingilə aparmışdır. Həmin hadisədən bir iki gün sonra Elvinlə yenidən həyətdə görüşən zaman Elvin ona narazılıq etmişdir ki, Qadir işini tam görməyib avtomobil tamam yox qismən yanmışdır. Elvin ona Qadirlə yenidən görüşəcəyini və avtomobili tamamilə yandırmaq lazım olduğunu bildirəcəyini demişdir. Bundan sonra Elvin onsuz ikinci dəfə Qadirlə yenidən görüşmüş və Qadirə yenidən avtomobili yandırma lazım olduğunu deyib Qadirə əlavə pul vermişdir. Bundan sonra Elvinlə görüşən zaman Elvin ona bildirmişdir ki, Qadirlə görüşmüş və Qadirə yenidən pul vermişdir. Qadir yenidən 23 mart 2016-cı il tarixdə Fərhadın avtomobilini yandırmışdır.Bu səfər Elvin Qadirin işindən razı qaldığını avtomobilin ön hissəsinin demək olarki tamamilə yandığını bildirmişdir. Bundan sonra Elvin baş verən hadisələr barədə heç kimə heç nə deməməyi ona tapşırmışdır. Həmin hadisə ilə Fərhad polisə müraciət etmiş və baş vermiş hadisədə Elvindən və məndən şübhələndiyini bildirmişdir.Həmin hadisə ilə bağlı o, Abşeron rayon polis idarəsində ifadə verən zaman Elvin onun dostu olduğu üçün həqiqətləri həmin ifadəmdə bildirməmiş və yalan danışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittiham aktı ilə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs1 tanışı X2 vasitəsi ilə tanımışdır. 13 mart 2016-cı il tarixdə o, Bəhruzla birlikdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində adını xatırlamadığı çayxanada çay içən zaman Bəhruza zəng gəlmişdir. Bəhruz danışıb qutardıqdan sonra o, kiminlə danışdığını soruşduqda ona Rəvan adlı şəxslə danışdığını bildirmişdir. O, Rəvanla nə danışdığını soruşduqda ona bildirmişdir ki, “Rəvan onunla danışıb söhbət etmək istəyir və bir az sonra onların olduğu çayxanaya gələcəkdir”. Bir müddət sonra Rəvan və adının sonradan Elvin olduğunu öyrəndiyi şəxs “Opel Zafira ” markalı avtomobillə onların çay içdiyi çayxananın qarşısına gəlmiş və avtomobildən düşərək onların oturduqları stola əyləşmişlər. Stolda söhbət əsnasında Rəvan bir nəfər şəxsin avtomobilini yandırmaq istədiyini bu işi görə biləcək şəxs axtardığını bildirmişdir. Rəvan və Elvin həmin işi Bəhruzun görə biləcəyini düşünmüşlər və istəmişlər ki, Bəhruz pul qarşılığında bu işi görsün. Bəhruz isə əsəbləşmiş və bu işi görməkdən imtina etmişdir. Bundan sonra o, Bəhruzun xəbəri olmadan Rəvanın nömrəsini götürmüş. Çayxanadan çıxdıqdan sonra Rəvana zəng edib bu işi görə biləcəyini lakin Bəhruzun və ümumiyyətlə heç kimin bu işi bilməməli olduğunu Rəvana demişdir. Bu zaman Rəvan və Elvin “Opel Zafira ” markalı avtomobillə Sumqayıt şəhərində BTZ klubu adlanan yerdə Rəvan və Elvinlə görüşmüşdür. Həmin söhbət yenidən açılmış və Rəvanla Elvin ona bir nəfər şəxsin avtomobilini yandırmaql lazım olduğunu demişlər. Bu iş müqabilində onlar ona 2000 manat pul təklif etmişlər o da razılaşmışdır. Bundan sonra Rəvanın idarə etdiyi “Opel Zafira ” markalı avtomobilə əyləşmişlər. Rəvan avtomobili Abşeron rayonu, Saray qəsəbəsi, ərazisinə yandırmalı olduğu avtomobilin yerləşdiyi fərdi həyət evinə yəni Zərərçəkmiş şəxs yaşadığı evə aparmışdır. Həmin vaxtı Elvin də avtomobildə olmuşdur. Saray qəsəbəsinə çatdıqda Rəvan ona evin yerlədiyi yeri avtomobilin harada yerləşməsini göstərmişdir. Bundan sonra ilkin olaraq Elvin ona Rəvanın yanında 1000 manat pul vermişdir. Ondan işi necə hansı formada görəcəyimi soruşmuşlar. O da Rəvan və Elvinə işi necə hansı formada görəcəyinin onlara aidiyyatı olmadığını, danışdıqları kimi işi həll edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 02 radələrində o, plastik butulkada benzin kibrit götürüb tanımadığı dövət qeydiyyat nişanını və markasını xatırlamadığı taksiylə Zərərçəkmiş şəxs oğlıunun yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin yanında boş torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsindən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin mişar daşı ilə hörülmüş hasarına yaxınlaşmışdır. Hasardan həyətə baxıb evin işıqlarının söndüyünü və həyətdə heç kimin olmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Avtomobilə yaxınlaşaraq özü ilə gətirdiyi plastik butulkada olan benzini avtomobilin ön radiator barmaqlıqlarına və divar tərəfdən sağ qanadına həmçinin sağ tərəfdən ön və arxa qapının üzərinə tökmüşdür. Avtomobilin ön radiator barmaqlığından yandıranla avtomobili yandırmışdır. Avtomobilin alışdığını görüb hasardan aşaraq dərhal oranı tərk etmişdir. Həmin günün səhəri, o, Rəvanla əlaqə saxlayıb pulundan qalan 1000 manat pulu geri istədikdə Rəvan avtomobilin tam yanmadığını lain yüngülvari yandığını bildirmişdir. Rəvan və Elvin ona bildirmişlər ki, avtomobili tam şəkildə yandırdıqdan sonra qalan pulu da verəcəklər. Bundan sonra o, yenidən avtomobili yandırmaq qərarına gəlmişdir. Həmin evdə bir dəfə avtomobili yandırdığı üçün ikinci dəfə evə getdiyi zaman tutulacağından ehtiyyat edərək tək getməmək qərarına gəlmişdir. xx.xx.2016-cı il tarixdə O, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən kafelərdən birində yeyib içərkən orada orada kənar masada əyləşən iki nəfər oğlanın da yemək yediklərini spirtli içki qəbul etdiklərini görüb onlarla söhbət edib münasibət yaratmışdır. Bundan sonra onların masasında əyləşmiş və birlikdə spirtli içki içməyə başlamışlar. Söhbət əsnasında həmin şəxslərinin adının Pərviz və Eldar olduğunu öyrənmişdir. Spirtli içki içib qutardıqdan sonra söhbət edərkən O, Pərvizə və Eldara özü haqqında danışmağa başlamışdır. Onlara bildirmişdir ki, “o, əxlaqsızlığı qəbul edə bilmirəm. Belə ki,bir nəfər şəxs bu yaxınlarda “Toyota prado” markalı avtomobillə Sumqayıt şəhərində evli qadınlara yaxınlaşdığı cavan qızları avtomobilinə mindirmək istədiyi üçün həmin şəxsi cəzalandırmışam və onun avtomobilini yandırmışam.Lakin avtomobil ürəyimcə yanmamışdır.Həmin avtomobili sahibini cəzalandırmaq üçün yenidən yandırmaq istəyirəm”. Həmin şəxslər də onun bu addımını müsbət qarşılayıb ona etdiyi hərəkətə görə haqq vermişlər və lazım olarsa ona kömək edə biləcəklərini bildirmişlər. Bundan sonra o, Eldar və Pərvizlə birlikdə Sumqayıt şəhəri ərazisində yanacaqdoldurma məntəqəsindən plastik butulkada benzin alıb Pərviz və Eldarla birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişlər. Eldar onları evdən aralıda yolda gözləmişdir. Pərviz və o da Fərhadın evinin yanında yerləşən boş torpaq sahəsindən evin hasarına yaxınlaşmışlar. Həmin vaxtı təxminən saat 03 radələri olmuşdur. O, evin işıqlarının söndüyünü evin həyətində heç kimin olmadığını görüb Pərvizlə birlikdə hasardan aşaraq həyətə daxil olmuşlar. Evin hasarına asılmış zibil torbalarının yanında əski olduğunu görmüşdür. Həmin əskini götürüb bir neçə hissəyə bölmüş və hər birini benzinlə islatmışdır. Həmin əski parçalarını avtomobilin üzərinə damına və salonuna atmışdır. Həmin vaxtı Pərviz evin qarşısında dayanmışdır. Avtomobilə kifayət qədər benzin tökdükdən sonra yandıranla avtomobili yandırmış və gəldikləri yolla hasardan çıxaraq oranı tərk etmişlər. Yolda Eldarla görüşmüşlər və oradan hər kəs öz evinə getmişdir. Bu hadisədən sonra o, Pərvizi və Eldarı bir daha heç vaxt görməmişdir. Həmin gündən sonra avtomobil tam yandığı üçün Elvindən qalan 1000 manat pulu da geri almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 7 ildir Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət işinin istintaqı davam etmişdir hadisə nəticəsində ona məxsus «Prado-Toyota» markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil yandırılmışdır. İstintaq gedişatı zamanı ona dəymiş maddi ziyan 21900 (iyirmi bir min doqquz) manat hesablanmış və təqsirləndirilən şəxslər tərəfindən ona ödənilmişdir. Sığorta şirkəti avtomobilin təmiri ilə bağlı pul ayırmışdır. Lakin o, avtomobilin kreditinə 50000 (əlli min)manat pul ödəmişdir. Ona və ailə üzvlərinə törədilmiş cinayət əməlinin bilavasitə icraçısı Təqsirləndirilən şəxs2 olmamış, adı çəkilən şəxslə birlikdə onun yaşadığı evin həyətinə daxil olub avtomobilini yandırmaqla əmlakını qəsdən məhv edən ən azı daha bir nəfər də iştirakçı olmuşdur. İstintaq orqanı tərəfindən həmin şəxs taplmamışdır.Ona cinayət əməli nəticəsində maddi və mənəvi zərər vurulmuşdur.Bu barədə onun mülki iddiası var. Buna görə də o, həmin şəxsin və ya şəxslərin tapılması, hazırda məlum olan təqsirləndiirlən şəslərin və müəyyən olunacaq naməlum şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi və onlara daha ağır ittihamın elan olunması üçün məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs belə ifadə vermişdir ki, 2010-cu ildə o, Şahid2 ilə ailə qurmuş və birgə nigahdan bir oğlu olmuşdur. 2011-ci ildə o, ailəsi ilə birlikdə hal-hazırda valideynlərinin yaşadığı ünvanda valideynlərinin yanında yaşamışdır. Ailə münasibətləri həmişə yaxşı olmuşdur. 2015-ci ilin yaz mövsümündən başlayaraq isə arvadı Lalə ilə münasibətlərində gərginlik yaranmağa başlamışdır. Buna səbəb kimi xasiyyətlərinin uyğunlaşmamasını göstmişdir. Lalə dəfələrlə anası ilə məişət zəminində mübahisələr etmiş, bu isə ona xoş gəlmədiyindən o, Laləyə iradlarını bildirmişdir. Bu isə aralarında mübahisələrə səbəb olmuşdur. Ailədə münasibətlərinin pis olmasından Lalənin qardaşları və valideynlərinin də məlumatı olmuşdur. O və valideynləri bir neçə dəfə münasibətləri normal vəziyyətə gətirməyə çalışsalar da, Lalə və onun valideynləri onlarla bir araya gəlmək istəməmişlər. 2016-cı ilin iyul ayında onlar rəsmi olaraq boşanmışlar. 2016-cı ilin mart ayının 17-nə kimi, yəni istifadəsində olan «Prado-Toyota» markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşın ilk dəfə yandırılarkən Lalə onların evində qalmış və Lalənin oğlu ilə otağı ayrı olmuşdur. Onun otağı da evin 2-ci mərtəbəsində olmuş və pəncərələri həyətə baxmışdır. Həmin ərəfədə Lalənin xaricdə işləyən atası və xaricdə oxuyan qardaşı Elvin Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlmişlər. Lalənin atasıgil ünvan 3 ünvanında yaşamışlar. Lalənin atasıgilin evləri ilə onların evləri arasında məsafə təxminən 10 km-ə yaxın olmuşdur. Bildirmişdir ki, həmin avtomobili o, 2013-cü ilin dekabr ayında kredit yolu ilə «Access» bankın Sumqaıyıt filialından almışdır. Həmin vaxt maşının qiyməti 38000 ABŞ dolları olmuşdur. O, 9000 ABŞ dollarının üzərinə bankın ona kredit verdiyi 29000 ABŞ dollarını əlavə edib, həmin avtomobili almışdır. İlk vaxtlarda, təxminən 14 ay o, banka hər ay 750 ABŞ dolları ödəmişdir. Bildirmişdir ki, hadisə baş verməmişdən əvvəl o, həyətində it saxlamışdır. 11 mart 2016-cı il tarixdə saat 20 radələrində o, işdən evə gəlmiş, həmişəki kimi həyətin darvazasını açıb maşını içəri salmışdır. Darvazanı açdıqdan sonra həyətdə olan 5 yaşlı alman ovçarkası adətən küçəyə çıxır və darvazanı bağlayarkən həyətə qayıtmışdır. Həmin vaxt itin həyətdə olmadığını müşahidə etmiş və bu onu təəccübləndirmişdir. Bildirmişdir ki, həmin iti 2011-ci ildə ona əvvəllər Rusiya Federasiyasının Omsk şəhərində yaşamış xalası oğlu X6 bağışlamış və it artıq onlara öyrəşdiyindən iti heç vaxt həyətdə bağlamamışlar. Darvazanı bağladıqdan sonra o, küçəyə çıxıb iti səsləyərək axtarmağa başlamışdır. Təxminən 3 saata yaxın o, iti axtarmış, lakin tapa bilməmişdir. İti axtararkən hətta bir neçə dəfə keçmiş arvadı Lalə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna özünün istifadəsində olan və onun adına olan ***-***- **-** nömrəli mobil telefonundan zəng vuraraq, evə qayıtmasını demişdir. O, iti axtardığını bildirsə də o, buna biganə münasibət bəsləyərək, geri qayıtmasını bildirmişdir. O, bu haqda evdə maraqlanmış və anası bildirmişdir ki, “günorta vaxtı iti yemlədikdən sonra evə qalxmışdır, yalnız atası işdən qayıtdıqdan sonra, təxminən 17 radələrində itin həyətdə olmadığını görmüşlər”. Valideynləri küçəyə çıxıb iti axtarmış, lakin nəticə olmadığından geri qayıtmışlar. Qeyd etmişdir ki, həyətin darvazasının qapısı adətən bağlı olmuş və it öz başına küçəyə çıxa bilməmişdir. Lakin bəzən qapının açıq olmasından istifadə edərək it küçəyə çıxmış, lakin geri qayıtmışdır. İt həmin hadisədən, yəni itməsindən təxminən 1,5 il əvvəl yay fəslində üzbəüz həyət evində yaşayan qonşusu Rəfail ona bildirmişdir ki, saat 01-02 radələrində o, evinə qayıdarkən iki nəfər tanımadığı və üzlərini görmədiyi şəxsin onların həyətinə hasardan aşıb keçmək istəyərkən həyətdə olan it hürməyə başlamış, həmin şəxslər çıxıb getmişlər. 16 mart 2016-cı il tarixdə saat 18:00 radələrində işdən çıxıb axşam vaxtlarında evə çatmış, avtomaşını həyətə salıb və qapılarını bağlamışdır. 17 mart 2016-cı il tarixdə saat 03.20-03.30 radələrində o, otağa düşən işıqdan yuxudan oyanmışdır. Pəncərəyə yaxınlaşarkən maşının qabaq hissəsinin yandığını görmüşdür. Dərhal evdə olanları səsləmiş və özü həyətə düşmüşdür. Həyətdə olan su xəttini açıb, alışan yerləri söndürməyə başlamışdır. Valideynləri bu işlə məşğul olarkən o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, yanğın barədə məlumat vermişdir. Həmin vaxt o, maşının qısa qapanmadan yandığını düşünmüşdür. Qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, daha sonra isə polis əməkdaşları və sığortanın işçiləri gəlmişlər. Onlar artıq yanğını söndürmüşlər. Qeyd olunan şəxslər gəlməmişdən əvvəl atası maşının qabaq sağ təkərinin yaxınlığında 5 litrlik plasmas su qabını görmüş və bu haqda ona demişdir. Baxanda görmüşlər ki, qabın yuxarı hissəsi ərimiş şəkildə olmuş, lakin qabın içində rəngli maye qalıqları qalmışdır. Maşının dam və kapot hissələrində iki yerdə yanmış əski parçalarının hissələri və külü qalmışdır. Bundan anlamışdır ki, maşını kimlərsə qəsdən yandırmışdır. Maşının kapot hissəsi, sağ qanadı və digər hissələri yanmışdır. Elə həmin gecə Abşeron RPŞ-nin müstəntiqi tərəfindən hadisə yerinə və avtomaşına baxış keçirilmiş, o, ərizə ilə polisə müraciət etmişdir. Həmin hadisə baş verdikdən və hələ həyətə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlməmişdən əvvəl Lalənin İngiltərədə təhsil alan qardaşı Elvin dostu Rəvanla birlikdə onlara gəlmişlər və nə kömək lazım olduğunu soruşmuşlar. O, Elvinə kömək lazım olmadığını dedikdən sonra onlar təhlükəsizlik baxımından Laləni öz evlərinə aparmışlar. Elvin qardaşı onlara Fuadın «Hunday-Tukson» markalı ** UO *** dövlət qeydiyyat nömrəli avtomobili ilə gəlmişdir. Bundan başqa bildirmişdir ki, 23 mart 2016-cı il tarixdə o, evdə olmuşdur. Evdə təhlükəsizliyi təmin etmək üçün o, bir gün əvvəl həyətdə müşahidə kameraları quraşdırmaq üçün mütəxəssislər dəvət etmiş və onlar işlərini yalnız 23-də bitirmişlər. Qeyd etdiyi kimi avtomobili yanmış vəziyyətdə həyətdə olmuş və elektrik avadanlığı sıradan çıxdığından, qapıları bağlanmamışdır. 24 mart 2016-cı il tarixdə saat 03:20 radələrində o, pəncərə şüşəsinin sınmasına yuxudan oyanmışdır. Həyətə baxdıqda avtomobilin yandığını görüb, dərhal həyətə düşmüşdür. Artıq valideynləri də yuxudan oyanmışlar. Onlar yenidən alışmış avtomobili su ilə söndürməyə başlamışlar. Bu dəfə artıq maşının digər hissələrindən başqa həm də salon hissəsi yanaraq, yararsız hala düşmüşdür. Maşını söndürdükdən sonra o, ətrafa baxmış və görmüşdür ki, maşının salonunda qabaq sağ tərəfdə içi boş olan 2 litrlik üzərində «Bonaqua» yazıları olan plasmas su qabı vardır. Bundan başqa evin giriş hissəsi tərəfdən 1-ci mərtəbəsinin pəncərəsinin şüşəsi sındırılmış və həmin yerə əski parçası taxılmışdır. Əski parçasından yanacaq iyi gəlmişdir. Pəncərənin yanında yerdə isə 2 litrlik üzərində «Bonaqua» yazıları və içində rəngli maye olan plasmas su qabı, su qabının yanında isə həmişə evin arxasında saxladıqları külüng aləti olmuşdur. O, yenidən polisə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, polis əməkdaşları gələnə kimi həmin predmetlərə toxunmamışlar. Saat 12:00-13:00 radələri arası Lalə qardaşları Elvin və Fuadla birlikdə onlara gəlmişlər. Həmin vaxt polis əməkdaşları həyətdə olmuşlar və Elvin ondan nə hadisə baş verdiyini soruşmuşdur. O, Elvinə bildirmişdir ki, “bu gecə maşını 2-ci dəfə də yandırmışlar”. Lalə ilə həmin vaxt ünsiyyəti olmamış və Elvinin sözlərindən ona məlum olmuşdur ki, Lalə özünün və uşağın paltarlarını götürməyə gəlmişlər. Həmin vaxtdan Lalə atası evində yaşamağa başlamışdır. Bildirmişdir ki, həyətdə quraşdırılmış kamera artıq işlədiyindən sonuncu hadisədən sonra o, bir qədər sakitlik olduğundan istifadə edib, kamera görüntülərinə baxmışdır. Aydın şəkildə görünmüşdür ki, küçədən iki nəfər həyətin hasarına yaxınlaşır, həyətə baxdıqdan sonra ardıcıllıqla hasardan həyətə keçmişlər. Sonra isə biri evin arxasına keçərək əlində külüng geri qayıtmşdır. Görüntülərdən hiss olunmuşdur ki, hər ikisinin əlində mobil telefon olmuş və həmin şəxslər etdikləri hərəkətləri çəkirmişlər. Kamera bir qədər uzaqdan çəkdiyindən həmin şəxslərin sifətlərini müşahidə etmək mümkün olmamışdır. Ona görüntülərdən aydın olmuşdur ki, “maşını yandıran şəxs maşının içi alovlanarkən qəflətən maşının içindən geri çıxır və hasardan aşaraq, küçəyə tullanır, elə təsəvvür yaranır ki, alov onun sifətini yandırır”. Lakin o, bunu dəqiq iddia edə bilməmişdir. O, əvvəllər Elvingilnən münasibətləri yaxşı olmuş, lakin Lalə ilə aralarında olan narazılıqlardan sonra onların münasibətlərində soyuqluq hiss olunmuşdur. Heç vaxt aralarında dava-dalaş, mübahisələr olmamışdır. Yalnız bir dəfə, yəni 06 mart 2016-cı il tarixdə günorta vaxtı Elvin İmanlı yaxın münasibətdə olduğu Zarina adlı qadınla onu Sumqayıt şəhərində gördüyü üçün ona narazılığını bildirmiş və aralarında bununla söz mübahisəsi yaranmışdır. O, Zarinanı Bakı şəhərinə taksi ilə yola saldıqdan sonra Elvin ona demişdir ki, “mənimlə söhbəti var və dəniz kənarına getməyi təklif etmişdir”. Həmin vaxt Elvin dostu Rəvanın maşını ilə gəlmişdir. Elvin onun avtomobilnə əyləşib maşını dəniz kənarına sürməyi bildirmişdir. Rəvan isə idarə etdiyi «Opel-Zafira» markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə onların arxasınca gəlmişdir. Elvin yolda ona nə üçün Zarina ilə münasibət saxladığını, bacısına nə üçün xəyanət etməsini bildirmişdir. O, isə Elvinə Zarina ilə münasibətinin olmasını etiraf etmişdir. Bundan sonra onlar Sumqayıt şəhərində yerləşən “Triçal” restoranının yanına gəlib orada maşında mübahisəni davam etdirmişlər. Elvin onunla kobud danışdığı üçün o, avtomobildən düşmüş və Elvində maşından düşüb ona yaxınlaşıb əlindəki eletroşokla boynundan vurmaq istəyəndə o, əlini qabağına vermiş və elektroşok onun əlinə dəymişdir. O, Elvini itələmiş elektroşok Elvinin əlindən yerə düşmüşdür. Elvin onu hədələyərək, başına oyun açacağını, heç kimdən qorxmadığını demişdir. Bundan sonra o, Elvinlə maşına oturub söz mübahisəsini davam etdirirərək şəxsi işləri ilə əlaqədar əvvəlcə Sumqayıt şəhərinə 2-ci mikrorayona, daha sonra Sumqayıt şəhər bazarına gəlmişlər. Elvin orada maşından düşüb arxasınca gələn dostu Rəvanın maşınına minmişdir. Elvinlə aralarında olan mübahisə barədə evdə heç kimə bildirməmişdir. Bundan bir neçə gün sonra Elvin onunla telefonla “Vatsap”la əlaqə saxlayıb atasının ona verdiyi 10400 ABŞ dollarını nə vaxt qaytaracağını soruşmuşdur. O, isə demişdir ki, “indi maddi vəziyyəti yaxşı deyil, yay aylarında qaytaracaqdır”. Elvin isə pulu tez bir zamanda qaytarmasını tələb etmişdir. 16 mart 2016-cı il tarixdə də axşam vaxtı Elvin yenə də “Vatsap”la onunla əlaqə saxlayaraq pulu tələb etmişdir. O, isə Elvinə demişdir ki, “pulu qaytaramğa imkanım yoxdur”. Elvinə hətta onu da təklif etmişdir ki, “əgər tələsikdirsə avtomobilimi gətirib həyətlərində saxlayım, notariusda onun adına etibarnamə verim, maşını satıb pulunu götürsün”. Elvin isə bildirmişdir ki, “ona maşın lazım deyil, pulu qaytarım”. Elvinlə yalnız bu cür söz mübahisələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İstintaq düzgün aparılmamış və hadisədə iştirak edən digər şəxsin müəyyən edilməsini tələb edir. İş üzrə Şahid3 istintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Şahid1 məhkəmə yə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Bildirmişdir ki, BMT-nin Livanda Sülhsevər qüvvələr misiyasında mütəxəssis işləyir. Zərərçəkmiş şəxs onun kürəkənidir, qızı Şahid2 ilə 2010-cu ilin iyul ayında ailə qurmuşlar. Qohum kimi münasibətləri həmişə yaxşı olmuşdur. Fərhadın atası Tapdıqla 24 ildir ki, bir-birlərini tanımışlar, Tapdıqla dostluq münasibətləri olmuşdur. O, 17 mart 2016-cı il tarixdə Novruz bayramı ilə əlaqədar Livandan təyyarə vasitəsi ilə Bakı şəhərinə gəlmişdir. Saat 13 radələrində o, Binə hava limanında olmuşdur. Oğlu Fuad onu qarşılayıb evə gətirmişdir. Evə gələndən sonra yorğun olduğu üçün yatmışdır. O, evə gələndə qızı Lalə və nəvəsi Səid də onlarda olmuşdur. Səhəri gün evdə olarkən söhbət zamanı eşitmişdir ki, kürəkəni Fərhadın avtomobilini 17 mart 2016-cı il tarixdə gecə 04 radələrində kimsə həyətə girib yandırmışdır. O, gələn günü bu barədə ona deməmişlər. O, qızı Lalədən soruşmuşdur ki, “evdə münasibətlər necədir”. Lalə isə ona demişdir ki, “Fərhad başqa qadınla yenədə telefon əlaqəsi saxlayır. Hətta telefonla həmin qadına göndərməli olduğu mesajı səhfən ona göndərmişdir”. Lalə Fərhadla bununla bağlı mübahisə etdityi üçün bəhəanə kimi onun Fərhada verdiyi borcu istəməsini deyib borcun nəqədər olmasını dəqiqləşdirməsini deimişdir. Fərhadın bu hərəkətlərinə görə oğlu Elvin Fərhadın ona 10500 ABŞ dolları borcu olduğunu və qısa müddətdə qaytarmasını tələb etmişdir. Həmçinin onun dostu Mehdiyə olan 500 manat borcu də ödəməsini tələb etmişdir. Bütün bunlara səbəb Fərhadın qızına xəyanət etməsi və qızı ilə yersiz mübahisə etməsi olmuşdur. O, bu məsələləri eşitdiyi üçün Fərhadgilə getməmiş və avtomobilin yanması ilə bağlı maraqlanmamışdır. 21 mart 2016-cı il tarixdə o, Biləsuvar rayonuna gedib anasını yoxlamışdır. Həmin gün geri qayıtmışdır. Rayonda olarkən qudası Tapdıq onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmişdir. O da qudasına demişdir ki, “rayondan qayıdandan sonra görüşərik”. 23 mart 2016-cı il tarixdə qızı Lalə nəvəsini də götürüb oğlu Fuad və Elvinlə birlikdə evlərinə getmişdir. Təxminən 1 saat sonra qayıtmışlar. Qızıgil gələndə ona demişlər ki, gecə yenədə naməlum şəxslər Fərhadın avtomobilini benzinlə yandırmışlar. O, bunu eşidəndən sonra narahat olmuş və qızının bir müddət onlarda qalmasını bildirmişdir. 24 mart 2016-cı il tarixdə o, Tapdıqla Sumiqayıt şəhərində görüşərkən Tapdıq ona demişdir ki, “Fərhadın avtomobilini yandımışlar”. O, isə Tapdıqa demişdir ki, “Fərhadla söhbət etsin və maraqlansın ki, onun kiminlə problemi vardır”. Tapdıq bildirmişdir ki, “evlərinə quraşdırdıqları videogörüntüdən məlum olub ki, həyətə girənlər 3 nəfər olub və avtomobiil od vurub yandırıblar. Benzin dolu qabı isə həyətə atıb gediblər”. Tapdıqla söhbət zamanı bildirmişdir ki, “Elvin iki gün əvvəl Fərhadın mənə olan borcunun siyahısını gətirib”. X4 10500 ABŞ dolları borcluolmasından məlumatı olmamışdır. Çünki Tapdıq ona demişdir ki, “o, bir neçə dəfə Fərhada mənim pulumu qaytarmaq üçün pul verib və elə hesab edib ki, borcu ödəyib”. Lakin o, Tapdığa demişdir ki, Fərhad ona heç bir pul ödəyməyib bu vaxta qədər Fərhaddan pulu istəməmişdir. Tapdıq isə ona demişdir ki, “2-3 ay müddətdə evini satıb borcu ödəyəcəkdir”. O, isə Fərhada demişdir ki, “ilin axırına qədər ödəyə bilər”. Fərhada demişdir ki, “pulnan bağlı birdə mübahisə etməsinlər”. İş üzrə şahid X7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarından müəyyən edilir ki, şahid X7 iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqısirli bilinərək 2000 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqısirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 66.5-ci maddələri ilə təqısirli bilinərək 08 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 hazırki cinayət törətdiyi zaman yanız cərimə cəzasına məhkum edildiyi üçün onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 28 aprel 2016-cı il tarixli 7823/24 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yanmış qalıqların və yarıyanmış parça kəsiklərinin üzərində yüksək tempuratura məruz qalan şəkili dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül Fraksiyalar uçduğundan və yüksək tempuratura məruz qaldığından əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Bonaqua” yazısı olan bir ədəd 2 litrlik plastik qabda və bir ədəd yüksək tempuratur nəticəsində öz ilkin formasını dəyişmiş plastik qabın dibindəki qırmızımtıl rəngli maye –tez alışan nefy məhsulu benzindir və bir ədəd ağımtıl rəngli parça hissəsinin üzərində benzin izləri vardır. Hadisə yerindən götürülmüş nümunələrin üzərindəki yüksək tempuratura məruz qalan şəkli dəyişmiş tez alışan neft məhsulunun izləri qablardakı neft məhsulu ilə eyni qrup mənsubiyyətinə malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 16 iyun 2016-cı il tarixli 7775 saylı rəyindən görünür ki, iş materiallarında olan “Universal Servisin” xx.xx.2016-cı il tarixli qüsur aktına əsəsən təzə avtomobillərin qiymətləri nəzərə alınmaqla nəzəri hesablama yolu ilə “Tayota Prado” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətləri hadisə baş verən tarixə 1 ədəd bufer-260,0 manat, 2 ədəd fara sağ-sol-500,0manat, 1 ədəd ablisofka-120,0 manat, 1 ədəd patkrilnik sağ-80,0manat, 1 ədəd buferin zaşitniki-80,0 manat, 1 ədəd kapot çuxolu-100,0 manat, 2 ədəd kapotun amartizatorları-130,0 manat, 1 ədəd hava baçoku-170,0 manat, 1 ədəd Su radiatoru-200,0manat, 1 ədəd kondinsionerin radiatoru-180,0 manat, 1 ədəd kondinsionerin turbası- 150,0 manat, 2 ədəd siqnal-40,0 manat, 1 ədəd vetrafkin paslanması-60,0 manat, 1 ədəd difizor-140,0 manat, 1 ədəd Ventilyator -70,0 manat, 1 ədəd antifriz baçoku-60,0 manat, 1 ədəd kapotun alt rezini-80,0 manat, 1 ədəd Pravada tam-140,0 manat, 1 ədəd akumlyator-120,0 manat, 2 ədəd Brizqavik sağ arxa qabaq-50,0 manat, 1 ədəd motorun qızdırıcısı-150,0 manat, 1 ədəd padnoşka sağ-150,0 manat, 1 ədəd güzgü sağ-300,0 manat, 2 ədəd buferin salaçkaları-70,0 manat, 1 ədəd arxa potkrilnik-40,0 manat, 1 ədəd tent salon tam-400,0 manat, 2 ədəd stoykaların paslanması- 120,0 manat, 1 ədəd şit tam-1200,0 manat, 1 ədəd Rol tam aerobak-700,0 manat, 1 ədəd barr tam – 600,0 manat, 1 ədəd peçin korpusu-1300,0 manat, 1 ədəd qabaq R/L oturacaqlar -400,0 manat, 6 ədəd remen- 500,0 manat, 1 ədəd kovralet tam-400,0 manat, 1 ədəd ayaqaltı tam-100,0 manat, 1 ədəd salon güzgü-60,0 manat, 1 ədəd salon plafonu- 40,0 manat, 1 ədəd salon aerobakları-600,0 manat, 1 ədəd duqanın kranşteynləri-100,0 manat, 1 ədəd arxa bufer-150,0 manat, 1 ədəd salonun pravadaları 300,0 manat, 1 ədəd skorost rıçaqı-250,0 manat, 1 ədəd ruçnoy kojası-50,0 manat, 1 ədəd kapot-350,0 manat, 1 ədəd qabaq sağ krılo-200,0 manat, 1 ədəd qabaq sağ qapı tam-800,0 manat, 1 ədəd arxa sağ qapının ruçkası-50,0 manat, 1 ədəd arxa sağ qapının kantı-50,0 manat, 1 ədəd arxa sağ qapının şüşə rezinləri-110,0 manat, 1 ədəd qapı rezinləri qabaq sağ arxa-140,0 manat, 1 ədəd damın rezinləri sağ-60,0 manat, 1 ədəd arxa sağ fartuçkanın rezini-200,0 manat, 1 ədəd arxa təkər-150,0 manat, 1 ədəd motorun beyni-500,0 manat, 1 ədəd monitorun beyni-250 manat, motorun yağı-110,0 manat, antifriz-65,0 manat, ötürücü qutunun yağı-390,0 manat, ön alın şüşəsi(patpres)-230,0 manat, 1 ədəd hava filtirinin korpusu-60,0 manat, 1 ədəd hava filtri-20 manat, 1 ədəd vozduxamer-120,0 manat, 1 ədəd kondinsionerin daçiki-80,0 manat, 1 ədəd podpresin kantı-55,0 manat, 1 ədəd kirlo iç paslanması70,0 manat, 1 ədəd radiator örtüyü 85,0 manat, 4 ədəd qapıların obyivkası- 600,0 manat, 2 ədəd oturacaq tam monitoru-1300,0 manat, 6 ədəd kəmər - 300,0 manat, 8 ədəd damın ruçkaları 120,0 manat olmaqla ümumilikdə 18435,0 manat müəyyən olunur. Təmir bərpa işləri rəngsaz işi-1500,0 manat, dəmirçi işi 200,0 manat, çilingər işi- 350,0 manat, armatur işi-800,0 manat, elektrik proqramçı işi -400,0 manat, təkər ustası- 20,0 manat, mühərrikçi-150,0 manat, kimyəvi təmizləmə-100,0 manat olmaqla ümumilikdə 3520,0 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Universal Servisin” xx.xx.2016-cı il tarixli qüsur aktına əsəsən təzə avtomobillərin qiymətləri nəzərə alınmaqla “Tayota Prado” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18551,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 25 fevral 2019-cu il tarixli 3373 saylı rəyindən görünür ki, 1. təqdim edilmiş həssas təzyiqlə(sensorlu)çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “X16 İİ” markalı, “GT-N7100” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “3550xx/xx/782098/0” imey kodlu mobil (smartfon) telefon olmaqla hal-hazırda işlək vəziyyətdədir.

2. Tədqiq olunan “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefonun yaddaşında “Facebook”, “Odnaklasniki” və “İnstaqram” sosial şəbəkələrinə aid proqram təyinatları müəyyən olunmadı.

3. Təqdim edilmiş “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefonun yaddaşında qəbul olunmuş “SMS” mesajlar, göndərilmiş “SMS” mesajlar, çıxan, yığılan zənglər, qəbul olunmuş zənglər, telefon kitabçsında və “WhatsApp” proqram təminatında olan kontaklar müəyyən olundu və həmin məlumatlar “Ekspertiza 3373” iş çantasında üzərində “Princo” yazısı olan DVD-R diskə köçürüləcək ekspert rəyinə əlavə edildi.

4. Təqdim edilmiş “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefonun yaddaşında “WhatsApp” proqram təminatı müəyyən olundu.

5. Tədqiq olunan “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefona yüklənmiş “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı və foto faylları)mübadilələri müəyyən olundu. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir(“Android”, “İos”, “Windows” və s. proqram təminatı üçün nəzərdə tutulmuş) çox funksional “Cellebrite” firmasının “UFED” markalı qurğunun hal-hazırda əməliyyat sisteminin texniki dəstəkləməsində nasazlıq olduğuna görə və “Mobiledit Forensic” proqram təminatının köməkliyi ilə qeyd olunan məlumat mübadiləsini köçürmək mümkün olmadığı üçün tədqiq olunan “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefona yüklənmiş “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış məlumat (çat seansı və foto faylları)mübadiləsini əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmadı.

6. Tədqiq olunan “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefonun yaddaşındakı (əhəmiyyət kəsb edə biləcək) “Bluetoot” adlı “DCİM” adlı, “Download” adlı, “FinancialCalculators” adlı, “GalaxyCallRecorder” adlı, “Litres” adlı, “MapsWitheMe” adlı, “Media” adlı, “Navigator” adlı, “Pictures” adlı, “S Note” adlı, “Samsung” adlı, “Sounds” adlı və “Sounds” adlı qovluqlarda multimedia (audio, video, foto, “pdf”, “xls”, “doc”, “docx” və sairə) fayllar müəyyən olundu və həmin məlumatlar “Ekspertiza 3373” iş çantasında üzərində “Princo” yazısı olan DVD-R diskə köçürüləcək ekspert rəyinə əlavə edildi.

7. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir(“Android”, “İos”, “Windows” və s. proqram təminatı üçün nəzərdə tutulmuş) çox funksional “Cellebrite” firmasının “UFED” markalı kompleks qurğunun hal-hazırda əməliyyat sisteminin texniki dəstəkləməsində nasazlıq olduğundan “File məlumat bazası”na və “Fiziki məlumat bazası”na aid (pozulmuş məlumatların əldə ediməsi üçün) məlumatların çıxarılması mümkün olmaması səbəbindən təqdim edilmiş “X16 İİ” markalı, “GT-N7100” modelli mobil (smartfon) telefonun yaddaşından hər hansı bir (2016-cı ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində pozulmuş smslər, yazılar, mətnlər, şəkillər, fayllar və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Hadisə yerindən aşkar olunaraq götürülmüş yarıyanmış parça kəsikləri, üzərində “Bonaqua” yazısı olan bir ədəd 2 litrlik plastik qab ekspertizadan sonra iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş bir ədəd “X16 İİ” markalı, “GT-N7100” modelli mobil telefon ekspertizadan sonra iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd xx.xx.2016-cı il tarixdə saat 03 radələrində Abşeron rayonu Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evin həyətində saxlanılan özünə məxsus ağ rəngli “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandırılması anını əks etdirən sarı rəngli üzərində gümüşü hərflərlə “abv” sözü yazılmış DVD-R farmatlı disk əhəmiyyət kəsb etdiyndən iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin,habelə təqsirləndirilən şəxslərin özlərinin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən onlar cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur . Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin mənası baxımından az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra bir dəfə xx.xx.2023-cü il tarixdə dayandırılmış, 09 mart 2023-cü il tarixdə isə icraat təzələnmişdir.Cinayət işinə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin istintaqdan və ya məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı dayandırılmamışdır. Hazırki ittihamdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini xx.xx.2016-cı il tarixdə törətmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; İşin məhkəmə baxışında müdafiə tərəfi olaraq hər iki təqsirləndirilən şəxslər ərizə ilə məhkəməyə müraciət edərək özlərini təqsirli bildiklərini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri sübutdur, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən onlar cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və o, Abşeron rayon MƏhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin vaxtı xx.xx.2023-cü il tarixdə bitmiş və qətimkan tədbirinin müddəti uzadılmamışdır. Abşeron RPİ İŞ-nin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “polisin nəzarəti altınavermə” qətimkan tədbiri ləğv olunmalıdır. Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. İşin materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Nağı oğlu ibtidai istintaq zamanı 07 mart 2023-cü il tarixdə mülki iddia ilə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurulan 100 000 manat maddi ziyanın və 50 000 manat mənəvi zərərin təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə qanunla nəzərdə tutulan məbləğdə dövlət rüsumu zərərçəkən tərəfindən ödənilməmişdir.Bundan başqa, iddia tələbində tələb olunan maddi ziyan nəqliyyat vasitəsinin kredit ödənişləri ilə əldə edilməsinə əsaslanaraq bu əsasda vurulan maddi ziyan tələbindən ibarət olub, bunu təsdiq edən sübut isə zərərçəkən tərəfindən təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia ərizəsinə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalı, zərərçəkənə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 229,94 (iki min iki yüz iyirmi doquz manat doxsan dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 44.2.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs1 CM-nin 32.5 və 186.2.2-ci maddələri üzrə törətdiyi cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs2 CM-nin 186.2.2-ci maddəsi üzrə törətdiyi cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə barəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 229,94 (iki min iki yüz iyirmi dooquz manat doxsan dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, dövlət nəfinə keçirilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs Nağı oğlunun mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir,

Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar