Məhkəmə qərarları › İş №1(012)-566/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-566/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-566/2022 13.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev-2A, mənzil 17-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 4-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Abşeron rayon Polis İdarəsinin qarşısında həmin idarənin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs ona avtomobil parklanması üçün pul ödəmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs RPİ-nin nəzarət buraxılış məntəqəsinin yanında saxlanılan “Passat CC” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön kopotunu qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən, “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü bıçağın tiyəsi əsasında əldə düzəlmə üsulu ilə dəstəklə komplektləşdirilmiş soyuq silah hesab edilən bıçaqla vurub zədələmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron RPİ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən 304 nömrəli Zərərçəkmiş şəxs xidməti iş otağına daxil olub ictimai yerdə otaqda olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib otaqda olan stolları, stulları aşırmış və üzərində olan həmin bıçağı çıxarıb sonuncuya hücum edib, bıçaqla və təpiklə qoluna və ayağına qəsdən vuraraq sol saidin 1/3-nin arxa səthinin cızıq şəkilli, sıyrığı ilə müşayiət edilən xəsarət yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərmişdir ki, boş vaxtlarında Abşeron rayon polis idarəsinin qarşısında avtomobillərin parklanması ilə məşğul olur. Həmin gün idarənin kolidorunda Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmişdir. Onun üzərində bıçaq olmamış və o heç kimi vurmamışdır. Ona görə də ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs “Passat” markalı avtomobilini rayon polis idarəsinin buraxılış məntəqəsinin sağ hissəsində saxlamış və o, Cavidə maşını orada saxlamamasını bildirmişdir. Lakin Cavid ona məhəl qoymayıb idarəyə daxil olmuşdur. Bundan sonra o, idarənin yanında yerləşən kafeyə gedib 3 bakal pivə içmiş və mağazadan 2 ədəd “GO” içkisi alıb içmişdir. Həmin gün saat 18 radələrində Abşeron rayon polis idarəsinin inzibati binasına daxil olub 3-cü mərtəbəyə qalxmış və müstəntiq Cavidin otağına daxil olmuşdur. Cavid otaqda olmadığı üçün o, Cavidin stolun üstündə olan mobil telefonunu götürüb otaqdan çıxmışdır. Bundan 5 dəqiqə sonra Cavid arxasıyca gəlib onu idarəyə çağırmış və ondan nə üçün avtomobilini əzdiyini soruşmuşdur. O, Cavidə avtomobilini əzmədiyini, lakin otaqda mobil telefonunu götürdüyünü bildirmişdir. Mobil telefonu və üstündə gəzdirdiyi bıçağı çıxarıb Cavidə vermişdir. Cavidlə birlikdə idarəyə daxil olmuş və 3-cü mərtəbədə Cavidin otağına getmişlər. Cavid maşınını əzdiyini bildirib onunla mübahisə etməyə başlamış və o, həmin vaxtı sərxoş olduğu üçün hirslənib Cavidin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxtı orada olan polis əməkdaşları onu sakitləşdirib otaqdan çıxarmışlar. O, Cavidə məxsus avtromobili zədələmədiyini, həmçinin Cavidi bıçaqla və təpiklə vurmamış və üstündə gzədirdiyi bıçağı Cavidə özü təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildən X4, 2021-ci ildən isə hazırda xidmətdə olduğu vəzifədə çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsi Abşeron RPİ-də işləyən zaman tanımışdır. Belə ki, Əli bir neçə vaxtdır Abşeron RPİ-nin inzibati binasının ətrafında maşınların park edilməsində polis əməkdaşlarına köməklik etmişdir. Buna görə də Əliyə köməklik məqsədi ilə arada müəyyən məbləğlərdə pul verirmiş. Hətta Təqsirləndirilən şəxs müəyyən vaxt keçdikdən sonra yersiz pul tələb etməyə başlamışdır. Maşını idarənin inzibati binasının ətrafında park edən zaman ona yaxınlaşıb, üzərində bıçaq gəzdirdiyini pul verməyəcəyi halda ya ona xəsarət yetirəcəyini, ya da maşınına ziyan vuracağını bildirmişdir. O, isə Əlinin sözlərinə əhəmiyyət verməmişdir. 28 iyun 2022ci il tarixdə saat 18 radələrində o, eyni qayda ilə maşını idarənin inzibatı binasının kənarında park edib xidməti iş otağına gələn zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ona yaxınlaşıb eyni qayda ilə ondan pul tələb etmişdir. O, isə Əlinin sərxoş və nalayiq ifadələrlə onunla danışmağına görə intizama dəvət etmiş, normal formada danışmasını bildirmişdir. Lakin, Əli yenə də onunla nalayiq ifadələrlə danışıb maşını saxlamağına görə əsassız olaraq pul verməyini tələb etmişdir. Pul verməyəcəyi halda üzərində gəzdirdiyi bıçaqla maşınını əzəcəyini və ya təkərini deşəcəyini bildirmişdir. O, yenə Əliyə əhəmiyyət verməyib xidməti iş otağıma getmişdir. Bir neçə dəqiqə sonra Abşeron RPİ-nin 1 nömrəli nəzarət buraxılış məntəqəsindən polis nəfəri ona zəng edib Təqsirləndirilən şəxs onun maşınımın kopot hissəsinə üzərində gəzdirdiyi bıçaqla zərbələr vurduğunu bildirmişdir. O, Əlinin etdiyi hərəkətə əsəbləşib inzibati binanın həyətinə avtomobilinə baxmağa düşmüşdür. Həqiqətəndə maşınının kopot hissəsinin əzildiyini görmüşdür. Təqsirləndirilən şəxs onun maşınının yanında olduğunu görmüş, Əlidən niyə maşınını əzdiyini soruşmuşdur. Əli isə yaxşı etdiyini, pul vermədiyinə görə əzdiyini bildirmişdir. O, Əlini özüm ilə birlikdə idarənin inzibati binasına xidməti iş otağına gətirib, barəsində tədbir görülməsi üçün raport yazacağını bildirmişdir. Əli onun xidməti iş otağına gəldikdən sonra otaq yoldaşları Şahid2 və Şahid1 yanında heç bir əsas və səbəb olmadan ona nalayiq söyüşlər söyməyə, xidməti otaqda olan stol və stulları dağıtmağa başlamışdır. O, Əlini sakitləşdirməyə çalışmış, ondan pul tələb etməyə başlamışdır. Maşını saxladığı üçün pul verməli olduğunu bildirmişdir. O, isə heç bir əsas olmadığına görə pul verməyəcəyini və ondan əsassız pul tələb etdiyini bildirmişdir. Bundan sonra Əli onun üzərimə gələrək, təpiklə onu vurmuş və o, Əlini saxlamağa çalışarkən Əıli şalvarının içərisindən bıçaq çıxardıb ona tərəf fırlamışdır. Bu zaman həmin bıçaq onun sol qolumdan dəymişdir. Artıq Təqsirləndirilən şəxs sakitləşmədiyini görüb, əlindəki bıçağı alaraq özünü zərərsizləşdirmək üçün yerə yıxmışdır. Otaq yoldaşlarının köməkliyi ilə Əlini Abşeron RPİnin Növbətçi Hissəsinə təhvil vermişdir. Bununla bağlı idarənin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da və həmin ildən Abşeron RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin 1 nömrəli nəzarət buraxılış məntəqəsində postda olan zaman saat 17:30 radələrində nəzarət buraxılış məntəqəsinin arxasında Əli adlı şəxsin sərxoş vəziyyətdə RPİ-nin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs məxsus “Passat CC” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin kopotuna əlində olan bıçaqla vurduğunu görmüşdür. O, Əliyə yaxınlaşıb onu nizam-intizama dəvət etmiş və müstəntiq Zərərçəkmiş şəxs xidməti otağına zəng edib bu barədə Cavidə bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs nəzarət buraxılış məntəqəsinə gəlmiş və Əli adlı şəxslə söhbət etdikdən sonra birlikdə RPİ-nin inzibati binasına daxil olmuşlar. Bir neçə dəqiqə sonra növbətçi hissədən nəzarət buraxılış məntəqəsinə zəng edilmiş və Əli adlı şəxsin RPİ-nin 3-cü mərtəbəsində münaqişə yaratdığını, nalayiq söyüşlər söydüyünü və gəlib Əlini RPİ-nin inzibati binasından çıxarmaları bildirilmişdir. O, həmin vaxtı RPİ-nin inzibati binasının 3-cü mərtəbəsinə qalxmış və orada dəhlizdə Əli adlı şəxsin qışqırıb müstəntiq Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Əlini sakitləşdirib, növbətçi hissəyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da və 2021-ci ildən Abşeron RPİ-nin Növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-də məsul növbətçi olan zaman saat 18 radələrində RPİ-nin 3-cü mərtəbəsində möhkəm səs-küy gəldiyini eşidib 3-cü mərtəbəyə qalxmış və həmin vaxtı dəhlizdə bir nəfər Əli adlı şəxsin sərxoş vəziyətdə RPİ-nin istintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Həmin vaxtı Cavid Kərimilinin xidməti otağında stol və stullar aşırılmış vəziyyətdə olmuş və Zərərçəkmiş şəxs Əi adlı şəxsin stol və stulları aşırdığını bildirmişdir. Əli adlı şəxsi sakitləşdirib növbətçi hissəyə gətirmişlər və sərxoşluq vəziyyətinin yoxlanılması üçün Əlini müayinəyə göndərmişlər. Müstəntiq Zərərçəkmiş şəxs bu barədə RPİ-nin rəisinə raportla müraciət etmiş və raport RPİ-nin 1 nömrəli hadisələr kitabında 5183 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən X4 xidmət edir, 2021-ci ildən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyir, polis kapitanıdır. 28 iyun 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin inzibati binasında 304 nömrəli xidməti otağında olduğu zaman Əli adlı şəxs otağa daxil olmuşdur. Həmin Əli adlı şəxsin nəfəsindən kəskin spirt iyi gəlmiş və müvazinətini saxlaya bilmədiyi müşahidə olunmuşdur. Əli həmin xidməti otaqda iş yoldaşı müstəntiq Zərərçəkmiş şəxs xitab edərək ona pul verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə pul verməyəcəyini bildirdikdə Əli nalayiq ifadələrlə Zərərçəkmiş şəxs təhqir etməyə başlamışdır. Daha sonra qəfil Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ona ayaqla zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs müvazinətini arxaya doğru itirərək otağın divarına dəymişdir. Əli adlı şəxs həmçinin otaqda stolları ayağı ilə vurub aşırmış və belindən bıçaq çıxardaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək zərbə endirməyə cəhd etmişdir. Onun və iş yoldaşı Şahid2 sayıqlığı nəticəsində Əlinin əlindəki bıçaq alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1401 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sol saidin aşağı 1/3-nin arxa səthinin cızıq şəkilli, sıyrığı iti uclu əşya təsirindən törənmişdir; müddəti qərarda göstərilən müddətə xx.xx.2022-ci il tarixə uyğun gələ bilərdi; sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə ballistik ekspertizasının 26 iyul 2022-ci il tarixli 3/909 nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü-bıçağın tiyəsi əsasında əldə düzəlmə üsulu ilə dəstəklə komplektləşdirmişdir bıçaqdır, soyuq silah hesab edilir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213 M 1 HİS; 23-1 bəndi əməyə mütləq cəlb olunmaqla 01 il şərti cəzaya məhkum edilmişdir. xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207 M 3 hissəsinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad olunub. xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1; 221.2.2; 228.4; 66.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.2.1; 221.3, 67.1-ci maddələri ilə 04 il azadlıqdan məhrum edilmişdir. Apellyasiya məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 05 il azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis İdarəsinin xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələr, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyi ilə, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində "Bu Məcəllənin 221.1ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. "Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını cinayət işinin materialları, o cümlədən müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin CM-in 128-ci maddəsinin tərkib əlamətinin olması barədə gətirdiyi dəlilləri ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxs tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin CM-in 221.3-cü maddəsinin tərkib hissəsinin mövcudluğu barədə məhkəmə iclasında araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Eyni zamanda məhkəmə qeyd edir ki, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Bu silahlar təsərrüfat və ya istehsalatda istifadə olunmaq üçün hazırlanmır. Sırf kiməsə, nəyəsə xəsarət yetirmək üçün hazırlanır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sədrlik edən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar