Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-566/2023 17.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Topular kəndində qeydiyyatda olmaqla, Bakı şəhər Sabunçu rayon Pirşağı qəsəbəsi, yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 fevral 2023-cü il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə “VATAN" MMC-nin Abşeron rayonu, Fatmayi qəsəbəsi, Fatmayi bağlar massivində yerləşən anbarının həyətinə, hasardan aşma yolu ilə qanunsuz daxil olmaqla orada yerləşən 1 kiloqramının qiyməti 10 manat 20 qəpik təşkil edən 2733,60 manat olan 268 (iki yüz altmış səkkiz) kq çəkidə aluminium près materiallarını gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “VATAN MMC”-yə ümumilikdə 2773 (iki min yeddi yüz otuz üç) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Abşeron rayon Fatmayi bağlar massivində yerləşən "xxxx" MMC-nin anbarında gündəlik olaraq fəhlə kimi işləmişdir. Maddi imkanı olmadığı üçün borclarını qaytarmaq məqsədi ilə işlədiyi anbarda "xxxx" MMC-nə məxsus olan, alüminium profilləri oğurlamaqla həyata keçirməyi planlaşdırmışdır. xx.xx.2023-cü ildə, saat 01 radələrində obyektin yaxınlığına getmiş, əvvəlcə hasarın bayır tərəfindən həyətə baxaraq göz gəzdirdikdə gözətçinin öz-özünə domino oynadığını görmüşdür. Bir qədər onu müşahidə etdikdən sonra onun öz otağında yatmasına əmin olduqdan sonra həyəti müşahidə etmişdir. Həyətdə heç kimin olmadığına tam əmin olduqdan sonra talvarın altında saxlanılan 50 kq çəkidə olan 6 metr uzunluğunda iki qutu aliminum profili kəsərək iki yerə bölərək hasardan bayıra daşıyaraq yol kənarında gizlətmişdir. Həmin gün, səhər saat 08 radələrində oğurladığı aliminum profilləri həmin vaxt təsadüfən yoldan keçən və taksi fəaliyyəti göstərən gümüşü-metal rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi “Tayota Prius” markalı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində Azər adlı şəxsə 120 (yüz iyirmi) manata sataraq pulunu ehtiyaclarına xərcləmişdir. Hazırda dəymiş ziyan tərəfindən ödənilmişdir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs İsmıxan oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC- də satış meneceri vəzifəsində işləyir. "xxxx" MMC-yə məxsus alüminium və plastik profillərin saxlandığı anbar Abşeron rayon Fatmayı bağlar massivində yerləşir və Şahid1 həmin anbarda gözətçi işləməklə hər gün saat 17:00-da işə gəlib, növbəti gün saat 09:00-da işçilər gəldikdən sonra növbəsini təhvil verir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində iş yerinə gəldikdə Şahid1 ona yaxınlaşaraq obyektin mühafizəsi üçün silah təşkil edə bilib-bilməyəcəyini soruşaraq gecə obyektə üç nəfər şəxsin daxil olaraq onu vurduğunu, lakin, obyektin içərisindən oğurluq edilmədiyini bildirmişdir. Obyektin içərisinə və ətrafına baxış keçirilərkən obyektin içərisində uzunluğu 6 metr olan bir qutu alüminium profilin kəsilmiş vəziyyətdə olduğunu, bir neçə alüminium profillərin isə olmadığını görmüşlər. Həmçinin obyektin hasarının bayır tərəfində alüminium profillərin aparıldığı yerin izlərinin olduğunu aşkar etmişlər. Bu məsələnin əvvəlcə şirkət daxilində həll edilməsi qərara alınaraq Vaqifə obyektdən oğurluq edilməsi bildirilsə də, o, oğurluq hadisəsinin baş verməsini etiraf etmədiyindən polisə müraciət etmişlər. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2019-cu ildən "xxxx" MMC-nin Abşeron rayonu Fatmayı bağlar massivində yerləşən anbarında gözətçi işləməklə hər gün saat 17:00-da işə gəlib, növbəti gün saat 09:00-da işçilər gəldikdən sonra çıxıb gedir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi 17:00-da işə gəlmiş, saat 18- 19 radələrindən işçilərin hamısı çıxıb getmişdir. Saat 22 radələrində yemək yeyərkən səs gəldiyini eşidib çölə çıxdıqda bir nəfər şəxsin həyətdə olmasını görüb ona yaxınlaşan zaman bir nəfər arxa tərəfdən dəqiq görmədiyi alətlə ona baş nahiyəsindən zərbə vurduğundan yerə yıxalaraq huşunu itirmiş və həmin şəxslər isə qaçıb getmişlər. Təxminən 2-3 saat sonra özünə gəlmiş və həyətə baxdıqda iki ədəd alüminium profilin kəsilmiş vəziyyətdə olmasını görmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində işçilər işə gəldikdə o, bu barədə mühasib işləyən Xilqətə məlumat vermişdir. Həmçinin, əlavə dindirmə zamanı Şahid1 “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Abşeron rayon şöbəsindən alınmış 06 mart 2023-cü il tarixli 390 nömrəli rəydə onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməməsi barədə verilmiş suala cavab olaraq ekspert rəyinə etirazı olmadığını bildirmiş, xx.xx.2023-cü ildə Abşeron rayon Fatmayi bağlar massivində yerləşən alüminium və plastik profillərin satışı sexinə oğurluq etmək məqsədi ilə gəlmiş iki nəfər şəxsin ona xəsarət yetirməsindən 11 gün sonra Abşeron RPİ-nə ərizə ilə müraciət etdiyini, həmin gün də təyin olunmuş məhkəmə-tibbi müayinəsinə təqdim olunduğunu, məhz həmin səbəbdən, yəni xəsarət aldığı gündən 11 gün sonra məhkəmə- tibbi ekspertizasına getdiyi üçün bədəni üzərində xəsarət aşkar edilmədiyini, səbəbsiz olaraq hər hansı tibbi müəssisəinə müraciət etmədiyini bildirmişdir. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Sarıyevlər məhəlləsi” adlanan ərazidə metal qəbulu fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs da yaşadığı ərazidən, yəni, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi sakini kimi tanıyır və münasibətləri normal olmuşdur. 17 fevral 2023-cü ildə, səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edib aliminium metalları satmaq məqsədi ilə işlədəyi metal qəbulu məntəqəsinə gəldiyini bildirmişdir. O, 2- 3 dəqiqə sonra həmin yerə yaxınlaşdıqda Xəyalın dövlət qeydiyyat nişanını və markasını bilmədiyi taksi ilə gələrək aliminium profilləri metal qəbulu məntəqəsinin qarşısına boşaltdığını bilmişdir. Həmin profillərin kimə məxsus olduğunu soruşduqda, o, həmin alminium profilləri ona işlədiyi yerdən lazımsız olduğu üçün verildiyini bildirmiş və onu tanıdığı üçün heç bir sənəd istəmədən həmin profilləri almağa razılaşmışdır. Təxminən, 50 kq çəkidə 3 metr uzunluqda aliıninum profilləri alıb tərəzidə çəkdikdən sonra Xəyala 120 manat pul vermiş və səhəri gün, yəni, 18 fevral 2023-cü ildə həmin aliminum profilləri Bakı şəhər Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən metal əritmə zavoduna satmışdır. Şahid2 həmçinin ifadəsində xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs ona satdığı 50 kq çəkidə olan 3 metr uzunluğunda aliminum profilləri oğurluq yolu ilə əldə etdiyini, yəni Abşeron rayonu, Fatmayi qəsəbəsi, Fatmayi bağlar massivində yerləşən "xxxx" MMC-nin anbarından oğurladığını bilmədiyini, əvvəlcədən ona alminium profillər satacağını demədiyini, Təqsirləndirilən şəxs ona həmin alminium profilləri işlədiyi yerdən lazımsız olduğu üçün verilməsini dediyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Abşeron rayon şöbəsindən verilmiş 06 mart 2023-cü il tarixli 390 nömrəli ekspert rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. "xxxx" MMC-dən verilmiş 01 mart 2023-cü il tarixli 08V/032023 nömrəli məktubdan görünür ki, alminum pres materialının oğurlanması nəticəsində müssisəyə 2733,60 (iki min yeddi yüz otuz üç manat altımış qəpik) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qərardan görünür ki, 01 mart 2023-cü ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 03 mart 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətinə qətimkan tədbiri “həbs” seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 16 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Bakı şəhəri, Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 16 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-566/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-566/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver