Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-568/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ciil tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 68137 nömrəli, keçmir «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş odlu ov tüfənginin kəsiyi (obrezi) və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançadan və TOZ modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları əldə edib daşıyaraq üzərində gəzdirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayon X3 PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəkeçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üstündə daşıyaraq gəzdirdiyi həmin 01 ədəd 68137 nömrəli, keçmir «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş odlu ov tüfənginin kəsiyi (obrezi) və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançadan və TOZ modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları satmaq məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərinə gətirmək istəyən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əlində olan selofon torbaya bükülmüş 01 ədəd 68137 nömrəli, keçmir «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş odlu ov tüfənginin kəsiyi (obrezi) və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançadan və TOZ modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər AR CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 2 il əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Quşçuluq fabrikində fəhlə işləmiş, bu səbəbdən də tez-tez Mehdiabad qəsəbəsinə gedib gəlmiş, təxminən 3 ay əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsindən Novxanı qəsəbəsinə gedən avtomobil yolunun kənarından dəmir yığan zaman istifadəyə yararsız dəmirlərin içərisində selofon torbaya bükülmüş nəsə olduğunu görmüş, həmin selofon torba diqqətini cəlb etdiyi üçün onu açmış və bu zaman həmin torbanın içərisində bir ədəd markasını bilmədiyi silah və kitrit qutusunun içərisinə qoyulmuş 5 ədəd patron olduğunu görüb həmin selofon torbanı içərisindəkilərlə birlikdə götürmüş, içərisində bir ədəd silah və kibrit qutusunda 5 ədəd patron olan həmin selofon torbanı Mehdiabad qəsəbəsinə aparıb qəbirstanlıqda gizlətmişdir. xx.xx.2020-ci il tarixdə Mehdiabad qəsəbəsinə qəbirstanlığa gedib silahı gizlətdiyi yerdən götürmüş və həmin silahı tanışlarına göndərib satmaq üçün qəbirstanlıqdan bir qədər aralaşıb yol kənarına çıxdıqda ona polis əməkdaşları yaxınlaşmış, sonuncular özlərini təqdim etdikdən sonra onlarla birlikdə Mehdiabad PB-nə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Mehdiabad PB-nə getmiş və xidməti iş otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Şəxsi axtarış keçirilən zaman ondan üstündə və əlində saxladığı selofon torbada qanunsuz olaraq saxladığı hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, o da əlində olan selofon torbanın içərisində bir ədəd markasını bilmədiyi və lüləsi ilə qundağı kəsilmiş silah və 05 ədəd patronların olduğunu bildirib polis əməkdaşlarına təqdim etmişdir. Ondan götürülmüş odlu silah və onun komponentləri qablaşdırıldıqdan sonra üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş həmin odlu silahı tutulmazdan təxminən 3 ay əvvəl Novxanı qəsəbəsinə gedərkən avtomobil yolunun sağ kənarından dəmir yığan zaman istifadəyə yararsız dəmirlərin arasından tapmışdır. Həmin silahı satmaq məqsədi ilə götürməsinə baxmayaraq həmin silahı konkret satmaq istədiyi şəxs olmamışdır. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1982ci ildə Şəki şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166cı məhəllədə qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı satmaq məqsədi ilə üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq üçün xx.xx.2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Mehdiabad PB-nin sahə rəisipolis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qruppu yaradılmışdır. Həmin tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılmış və Mehdiabad PB-nə gətirilmişdir. Bundan sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə xidməti otağında video çəkiliş vasitəsi müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə və əlində saxladığı selofon torbada qanunsuz olaraq saxladığı hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş və əgər vardırsa təqdim etməsi bildirilmiş, sonuncu da əlində olan selofon torbanın içərisində bir ədəd lüləsi ilə qundağı kəsilmiş silah və bir ədəd kibrit qutusunun içərisində 05 ədəd patronların olduğunu bildirib təqdim etmişdir. Təqsirləndirilən şəxs götürülmüş odlu silah və onun komponentləri qablaşdırıldıqdan sonra üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq tərəfindən götürülmüş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin odlu silahı tutulmazdan təxminən 3 ay əvvəl Novxanı qəsəbəsinə gedərkən avtomobil yolunun sağ kənarından dəmir yığan zaman istifadəyə yararsız dəmirlərin arasından tapdığını və həmin silahı satmaq məqsədi ilə götürdüyünü bildirmiş, lakin həmin silahı konkret satmaq istədiyi şəxsin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli 20/433r saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 68137 nömrəli silah, keçmiş «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur və hal hazırda öz təyinatını itirmiş 5,6 mm kalibrli ov tüfənginin kəsiyidir (obrezdir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konktruksiyalı tapançadardan və TOZ modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Təqdim edilmiş 05 ədəd 5,6 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olundu. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli tutma protokolundan görünürki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla ştat patronları, 68137 nömrəli, keçmiş «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfənginin kəsiyi (obrez) maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Kənan Məmmədzadə və xx.xx.2003-cü il təvəllüdlü 2 övladı var onlardan biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayandır. Məhkəmədə, Təqsirləndirilən şəxsbiri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan iki övladının olmasını, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla ştat patronları, 68137 nömrəli, keçmiş «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfənginin kəsiyi (obrez)Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla ştat patronları, 68137 nömrəli, keçmiş «SSRİ» dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfənginin kəsiyi (obrez)Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-568/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-568/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver