Məhkəmə qərarları › İş №1(012)-568/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-568/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-568/2021 10.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi Dairəsi, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi , ev 20, mənzil 26-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.10.2021-ci il tarixdə saat 00 radələrində birlikdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, "Kristal ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə-məişət münasibətləri zəmnindəki mübahisə zamanı yumruq və sillə ilə Zərərçəkmiş şəxs baş, sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2005-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 2 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Buna səbəb Bəsirənin son zamanlar onu əsassız yerə qısqanmasıdır. 05.10.2021-ci il tarixdə saat 00 radələrində yaşadıqları evdə olan zaman "Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə iş yoldaşlarına mesaj yazaraq iş olarsa ona da xəbər etmələri barədə söhbət edən zaman Bəsirə yaxınlaşaraq xəyanət etdiyini, qadınla danışdığını demiş, o isə Bəsirəyə belə bir şey olmadığını demiş, lakin Bəsirə ona inanmamış, o, iş yoldaşları ilə danışdığını sübut etmək üçün telefonunu Bəsirəyə göstərmiş, Bəsirə yenə də ona inanmamış, Bəsirə ona inanmadığı üçün əsəbiləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı sillə ilə bir dəfə Bəsirənin sifət nahiyəsinə zərbə vurmuş, Bəsirə də bundan sonra DİN-in "102" xidmətinə zəng vurub onun barəsində şikayət etmişdir. O, 05.10.2021-ci il tarixdə saat 00 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı sillə ilə bir dəfə Bəsirənin sifət nahiyəsindən zərbə vurmasını, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində azyaşlı, yəni xx.xx.2008-ci il təvəllüdlü qızı Şahid və 19.04.2012-ci il təvəllüdlü oğlu Nurlan Hümbətlinin olmasını, mübahisənin yaranma səbəbinin Bəsirənin yalandan ona xəyanət etdiyini, başqa qadınla danışdığını bildirməsi və ona inanmamasının olmasını, Bəsirə ilə aralarında olan mübahisənin yaşadığı evin içərisində olmasını, buna görə də mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını və Bəsirənin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Hazırda əməlindən peşmandır və amnistiya tətbiq olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2005-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 2 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər də yaxşı olmamışdır. Buna səbəb Babəklə xasiyyətlərinin uyğun gəlməməsi və Babəkin valideynlərinin onların ailə işinə müdaxilə etməsidir. Həmçinin Babək son zamanlar heç bir yerdə işləmir və ailəyə laqeyd münasibət göstərir. 04.10.2021-ci il tarixdə saat 21 radələrində Babək yaşadıqları evə gəlmiş və özü ilə gətirdiyi ərzaqla qidalanmağa başlamış, saat 00 radələrində yaşadıqları evdə olan zaman Babəkə özünün yeyib-içdiyini, övladlarınıın isə ac olduğunu və pul verməsini demiş, Babək pul verməyəcəyini demiş, həmçinin öz mobil telefonunda olan sosial şəbəkədəki başqa şəxsə məxsus şəkili göstərib ona aid olduğunu deyərək böhtan atmış, o isə şəkildəki şəxsin özünə aid olmadığını, bənzədiyini demiş, eləcə də Babəkə ondan boşanmasını bildirmiş, Babək ondan boşanmayacağını bildirərək ona qarşı nalayiq ifadələr işlətmiş və onunla mübahisə etməyə başlamış, mübahisə zamanı yumruqla bir neçə dəfə baş, sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, o, Babəkə polisə məlumat verəcəyini demiş, Babək bundan sonra sakitləşmiş, o da DİN-in "102" xidmətinə zəng vurub məlumat vermişdir. O, ifadəsində əlavə olaraq Babəkin 05.10.2021-ci il tarixdə saat 00 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı yumruqla bir neçə dəfə baş, sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 15-20 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü qızı Şahid və 19.04.2012-ci il təvəllüdlü oğlu Nurlan Hümbətlinin olmasını, mübahisənin yaranma səbəbinin Babəkin ailəyə baxmaması, laqeyd münasibət göstərməsi və onun bu barədə bildirdiyi iradları qəbul etməməsinin olmasını, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Babəki vurmadığını, mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini, Babəkin ona bıçaqla xəsarət yetirmədiyini, belə ki, DİN-in "102" xidmətinə ilkin məlumatı azyaşlı övladları Nurayın verməsini və səhvən bu cür bildirməsini göstərmişdir.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə oğlu Heyyətin qeyri-rəsmi ikinci arvad olaraq saxladığı X3 rayonu ərazisində döydüyünü və sonuncunun Xaçmaz MRX-na aparıldığını öyrəndikdən sonra həmin xəstəxanaya getmiş, orada təcili tibbi yardım almış Natəvan Saruxanovanı özü ilə müalicə etməyə Şabran rayonuna aparmaq istədikdə əvvəlcə onunla gəlməkdən imtina etmişdir. Natəvan üst-başının pis vəziyyətdə olmasına görə Qusara evlərinə getmək istəmirdi və həmin xəstəxanada yataq şəraitində müalicə almaq istəyirdi. Lakin orada ona yataq şəraitində xəstəxanada qalmasına zərurət olmadığı söylənildi. Bundan sonra Natəvan oraya oğlu Heyyətin dostu Vüsalı çağırmış, Vüsal onu Xaçmaz MRX-dan götürüb apardıqda onunla danışmışlar və Natəvan Şabran rayonu Məliklər kəndində onun qardaşı Hikmətin evinə gəlib orada sağalana kimi qalmağa razılıq vermişdir. Buna baxmayaraq həmin evdə Natəvanın qalıb müalicə alması üçün hər cür şərait yaradılsa da, sonuncu həmin günü gecə evi tərk etmiş, Şabran RPŞ-nə gedərək polisə oğlu Heyyətdən şikayət etmişdir. X5 ifadəsində bildirmişdir ki, o Natəvana qarşı zorakılıq etməmiş və onu zorla heç bir yerdə saxlamamışdır. 07 avqust 2021 -ci il tarixdə axşam vaxtı Natəvan öz istəyi ilə onunla Şabran rayonu Məliklər kəndinə gəlib qardaşı evində sağalana kimi qalmağa razılıq vermişdir. Natəvan həmin evdə bir neçə saatdan artıq olmamışdır. Sonra özü oradan qaçıb getmişdir. O, Natəvanı orada zorla saxlamamış və şikayət etməsin deyə də onun mobil telefonunu əlindən almamışdır. Natəvan ona iftira atır. X1 onu döyməsini bəhanə gətirib ondan və ailəsindən pul istəyir. O baş vermiş hadisədən əvvəldə pul tələbləri edirdi. Hətta əvvəl bir dəfə onun özünə də zəng edib oğlu Heyyətin onu saxladığını, onu saxlamaq üçün hər ay pul verməyə söz verdiyini, saxladığına görə ona 1000 manat borcu yığıldığını bildirərək ondan oğlunun əvəzinə pul verməsini istəmişdir. Lakin o Natəvana pul verməkdən imtina etmişdir. Bu barədə onunla Natəvan arasında baş tutmuş telefon danışığının səs yazısı da onda vardır. Məhkəmə istintaqında şahid qismində qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. 05.10.2021-ci il tarixdə saat 00 radələrində yaşadıqları evdə olan zaman anası Bəsirə Babəkə ailəyə baxmadığını, evdə yeməyə ərzaq olmadığını və pul verməsini demiş, atası Babək isə pulu olmadığını, həmçinin belə şeylərin onu maraqlandırmadığını demiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı atası Babək sillə və yumruqla bir neçə dəfə anası Bəsirənin baş və sifət nahiyələrinə zərbələr vurmuş, o isə anasının telefonunu götürüb Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub məlumat vermişdir. O, əlavə olaraq baş vermiş mübahisənin şahidi olduğunu, belə ki, mübahisə zamanı atası Babəkin sillə və yumruqla bir neçə dəfə anası Bəsirənin baş və sifət nahiyələrinə zərbələr vurmasını, mübahisənin təxminən 15 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evdə başqa heç kəsin olmadığını, DİN-in "102" xidmətinə ilkin məlumatı özünün verdiyini, lakin mübahisə zamanı atası Babəkin Bəsirəyə bıçaqla xəsarət yetirmədiyini, atası Babəkin bıçaqla Bəsirəyə xəsarət yetirəcəyindən qorxduğu üçün bu cür məlumat verməsini qeyd etmişdir. İş üzrə təyin edilib edilmiş məhkəmə-tibb ekspertizasının 10 avqust 2021-ci il tarixli 799 №-li rəyində göstərilmişdir ki, Abşeron rayon şöbəsinin 22.10.2021-ci il tarixli 2405 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları da daxil olmaqla sol gözaltı - almacıq nahiyəsinin qançır-şişkinliyi, ənsə nahiyəsinin qançır-şişkinliyi, üst dodağın səthi əzilmiş yarası, üst çənədə soldan 2-ci dişin travmatik qopması və diş ətinə qansızma, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir günə qədər olmaqla, qərarda göstərilən 05.10.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, 23.06.2008-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə 250 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cərimə 14 iyul 2018-ci il tarixdə ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun xx.xx.2008-ci il təvəllüdlü Şahid və 19.04.2012-ci il təvəllüdlü Nurlan Hümbətli adlı 2 azyaşlı övladı var. İş materiallarında olan Abşeron Xırdalan MMC-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yaşayır. Yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı İsmayıl oğlu ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs oğlunun və Zərərçəkmiş şəxs izahatını və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs oğlunun barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs olunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Xırdalan şəhər Vəkil bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs olunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Xırdalan şəhər Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar