Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-569/2021 22.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, 56-cı məhəllə, ev 23-də qeydiyyatda olub Abşeron rayonu Hökməli qəsəbəsi yeni massivdə yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 31 iyul 2021-ci ildə saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-cü hissəsinin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi, «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Güzdək istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola keçən piyada, 1962-ci il təvəllüdlü X4 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X4 baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə sümüklərinin sınıqları, başın ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun və üzün sol yarısını geniş həcmli hematoması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alması nəticəsində Bakı şəhəri, 3 saylı X5 31 iyul 2021-ci il tarixdə saat 23:35-də ölməsinə, habelə «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 120 manat məbləğində ziyan yetirilməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs2 məxsus Opel markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Oğlu Amin 2013-cü ildən ailə həyatı qurmuş və 2020-ci ildən etibarən Qobu qəsəbəsində yaşayır. O, oğlu ilə birlikdə Bakı şəhəri, Əmircan qəsəbəsində su şirkətində fəhlə işləyirlər. 31 iyul 2021-ci il tarixdə saat 19 radələrində oğlu Aminlə birgə oğlunun idarə etdiyi Opel markalı avtomobil ilə işlədikləri Bakı şəhəri, Əmircan qəsəbəsindən çıxıb yaşadığı Hökməli qəsəbəsinə yola düşmüşlər. Hökməli qəsəbəsi ərazisində yaşadığı evin yaxınılığndakı mağazanın qarşısında su almaq məqsədi ilə oğlu Amin avtomobili saxlamış, o, maşından düşərkən oğlu Aminə su alandan sonra evinə getməyi, onun isə Qobu qəsəbəsində yaşadığı evdən iki nəvəsini gətirəcəyini bildirmişdir. Amin razılaşıb maşından düşüb mağazaya getmiş, O isə oğlu Aminə məxsus Opel markalı avtomobildə sükan arxasında əyləşib Güzdək istiqamətində hərəkət etməyə başlamışdır. O, idarə etdiyi Opel markalı 99-KK -211 dövlət qeydiyyat nişanlı avtomobil ilə Güzdək istiqamətində təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarından bir nəfər kişinin yolun soluna doğru qaçdığını görüb qəzadan yayınmaq üçün sükanı sola burmuş, buna baxmayaraq yolayırıcı ağ xəttin yaxınlığında öz hərəkət zolağında piyada kişini avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. Zərbədən piyada yerə yıxıılmışdır. O, tez avtomobildən yerə düşüb piyadaya yaxınlaşarkən piyadanın ağır xəsarət aldğını görüb oğlu Aminə zəng vuraraq avtomobil ilə piyadaı vurduğunu, hadisə yerinə gəlməsini bildirmişdir. Qısa müddət sonra oğlu yol maşını ilə hadisə yerinə gəlmiş, piyadanı maşina mindirib Sabunçu rayon xəstəxanasına getmişlər. Qısa müddət sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, həkimlərin səyinə baxmayaraq piyada aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Sonra o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış, hadisənin hansı şəraitdə baş verdiiyni əyani olaraq göstərmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, o, da həmin protokola imza etmişdir. O, ifadəsində əlavə olaraq göstərdi ki, hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə anında idarə etdiyi avtomobildə yük və sərnişin olmamış, hadisədən əvvəəl spirtli içki qəbul etməmiş, piyada yolu adi qaçışla keçmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi cəhətdən kömək etdiyini, ondan şikayətləri olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X14 ifadəsində göstərdi ki, xx.xx.1962-ci il təvəllüdlü X7 onun qardaşıdır. Qardaşı Xudaverdi işləmək məqsədilə Türkmənistan Respublikasına getmiş, 1984-cü ildə orada Humayə adlı qadınla ailə həyatı qurduqdan sonra uzun müddət orada yaşamaqla Türkmənistan Respublikası vətəndaşı olmuşdur. Arabir qardaşı Xudaverdi ailəsi ilə birgə qonaq kimi Azərbaycan Respublikasına gəlib qısa müddət sonra Türkmənistan Respublikasına qayıtmışdır. 2012-ci il tarixdən etibarən qardaşı Xudaverdi Türkmənistan Respublikasında arvadından boşanaraq Azərbaycan Respublikasına qayıtmış və Abşeron rayonu Qobu qəsəbəsində yaşamışdır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 01 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı Lənkəran rayonunda olarkən ona 31 iyul 2021-ci il tarixdə qardaşı Xudaverdinin Abşeron rayonu Qobu qəsəbəsi ərazisində maşın vurduğunu, qardaşı Xudaverdnin aldığı xəsarətlərdən xəstəxanada öldüyünü eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, 31 iyul 2021-ci il tarixdə saat 19 radələrində qardaşı Xudaverdi Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yolu keçərkən Abşeron rayonu Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu vurmuşdur. Təqsirləndirilən şəxs mərhumun ailəsinə maddi və mənəvi cəhətdən kömək etdiyini, yas mərasiminin keçirilməsinə yardım göstərdiyini, ondan şikayəti olmadığını bildirdi. O, bu barədə notarial qaydada təsdiq olunmuş qaydada yazılan ərizəni məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Valideynləri qardaşının ailəsi ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. O, isə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində təzə məscidin yanında öz ailəsi ilə birlikdə kirayə yaşayır. Onun özünə məxsus “OPEL ASTRA” markalı tünd göy rəngli **-KK-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Belə ki, o, Naxçıvan MR-da qeydiyyatda olduğu üçün öz avtomobilini əmisi Bəxtiyarın həyat yoldaşı X8 adına keçirmiş, sonuncunun sürmək üçün verdiyi etibarnamə əsasında avtomobili idarə edir. Odur ki. avtolmobil onun şəxsi mülkiyyəti və özünə məxsusdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. O, atası ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində “ ƏSİL “ inşaat MMC-də fəhlə işləyirlər. 31 iyul 2021-ci il tarixdə saat 19 radələrində o, idarə etdiyi Opel markalı avtomobil ilə atası Orucəli ilə birgə işlədikləri Bakı şəhəri, Əmircan qəsəbəsindən çıxıb yaşadığı Hökməli qəsəbəsinə yola düşmüşlər. Hökməli qəsəbəsi ərazisində atasının yaşadığı evin yaxınılığndakı mağazanın qarşısında avtomobili saxlamış, su almaq məqsədi ilə maşından düşərkən atası su alandan sonra evinə getməyi, özünün isə gedib Qobu qəsəbəsində yaşadığı evdən iki nəvəsinin gətirəcəyini ona bildirərkən o, atası ilə razılaşmışdır. Maşından düşüb mağazaya getmiş, atası Orucəli isə ona məxsus avtomobili idarə edib Güzdək istiqamətində hərəkət etməyə başlamış, qısa müddət sonra atası Orucəli ona zəng vuraraq idarə etdiyi avtomobil ilə yolu keçən piyadanı vurduğunu və ona hadisə yerinə gəlməsini demişdir. O, yoldan keçən maşınla hadisə yerinə getmişdir. Orada yaralı piyadanı maşina mindirib Sabunçu rayon xəstəxanasına getmişlər. Qısa müddət sonra xəstəxanaya yol polisi əməkdaşları gəlmişdir. Həkimlərin səyinə baxmayaraq piyada kişi aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Sonra atası yol polisi əməkdaşları ilə birgə hadisə yerinə qayıtmışlar. Sonradan atası ona bldirmişdir ki, idarə etdiyi Opel Astra markalı avtomobillə Güzdək istiqamətində təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarından bir nəfər kişinin yolun soluna doğru qaçdığını görüb qəzadan yayınmaq üçün sükanı sola burmuş, buna baxmayaraq yolayırıcı ağ xəttin yaxınlığında öz hərəkət zolağında piyada kişini avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. O, ifadəsinə əlavə olaraq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinin əzilməsi ilə bağlı ona 120 manat ziyan dəydiyini, avtomobili düzəlmiş, təqsirləndirilən şəxs olan atası Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını göstərmiş və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir.. İş materiallarında olan «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibbi ekspertizasının 27.08.2021-ci il tarixli 83 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə sümüklərinin sınıqları, başın ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun və üzün sol yarısını geniş həcmli hematoması bərk küt əşyanın təsirindən əmələ gəlmişdilər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır, 31.07.2021-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyinin toxumasına qişalarına, mədəciklərinə qansızma və kəllə sümüklərinin sınığı olmuşdur. X1 ölümü 31.07.2021-ci il tarixdjə saat 23:35-də 3 saylı X5 baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 avqust 2021-ci il tarixli 8/1863 nömrəli rəyindən görünür ki, Opel Astra markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 01. 08.2021-ci il tarixli, ******* saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 01. 08.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış Opel Astra markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Abşeron RPİ DYPŞ-dən alınmış məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 03.04.2019-cu il tarixdə 03.04.2029-cu il tarixədək müddətə etibarlı olan AC seriyalı 562410 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron RİH Hökməli qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Hökməli qəsəbəsində yaşayış massivində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, yaşının 60 yaşdan yuxarı olmasını, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 06.06.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra vəProbarsiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X17 İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Sumqayıt şəhər İcra İdarəsinə və Azərbaycan Respublikası Baş X17 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-569/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-569/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver