Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-569/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, “Lazerbeauty clinic”də xadimə işləyən, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evin qonaq otağında faktiki ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ona işdən evə gec gəlməsini irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı evin mətbəxt otağında masanın üzərində olan mətbəxt bıçağını götürərək qəsdən bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsinə və qəsdən bir dəfə bel nahiyəsinə vuraraq sonuncuya döş qəfəsinin arxa səthinin deşilmiş- kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, bel nahiyəsinin səthi deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, bundan sonra 14 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yenidən həmin evdə Zərərçəkmiş şəxs ona qərəzli olaraq yad kişilərlə münasibət qurmasını bəhanə gətirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əllə Zərərçəkmiş şəxs boyun nahiyyəsindən tutaraq sıxmış, sonra isə mətbəxt bıçağı ilə qəsdən bir dəfə sol qoluna vuraraq ona sol said nahiyəsinin səthi kəsilmiş yarası və boyun nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5 azyaşlı övladı ilə birlikdə ünvan 2-də yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı il tarixdə qeyri-rəsmi ailə həyatı qurmuş və beş azyaşlı övladı vardır. Əri Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmuşdur. Bu səbəblə də hər zaman ailələrində yersiz mübahisə və söz-söhbətlər olmuşdur. 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, işdən evə gəlmişdir. Səmədin sərxoş vəziyyətdə qonaq otağnda divanda oturduğunu müşahidə etmişdir. Səməd onu gördükdə nə üçün işdən evə gec qayıtdığını soruşmuşdur. O, Səmədə evə hər zaman olduğu kimi vaxtında gəldiyini demişdir. Səməd ayağa qalxaraq onunla mübahisə etməyə başlamışdır. Daha sonra üz nahiyəsinə yumruq zərbələri endirərək onu döyməyə başlamışdır. Onun burnundan qan açılmış və yerə yıxılmışdır. Daha sonra Səməd mətbəxə keçərək əlinə bıçaq almış və onu qorxutmağa başlamışdır. Daha sonra mətbəxə gedib bıçağı stolun üstünə qoymuşdur. Sonra o, həmin bıçağı götürüb Səmədin kürək nahiyəsindən bir dəfə zərbə endirmişdir. Səmədin belindən qan axmağa başlamış və yerə yıxılmışdır. Daha sonra o, Səmədə kömək edib ilkin tibbi yardım göstərmişdir. Səmədə həkim çağırmağı təklif etsə də Səməd bununla razılaşmamışdır. 14 sentyabr 2022-ci il tarixdə işdən evə qayıtdıqda Səmədin içki içdiyini görüb uşaqların məktəbə gedəcəyini xatırlatmış və pulu spirtli içkiyə sərf etdiyi üçün öz iradını bildirmişdir. Səməd onun mübahisə etməyə başlamış və yumruq zərbələri ilə onu döyməyə başlamışdır. O, bir neçə dəqiqədən sonra özünü pis hiss etməyə başlamış, onun üçün evə həkim çağırılmış və xəstəxanaya aparılmışdır. Xəstəxanaya polis əməkdaşları gəlmişlər və o, baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Sonradan bilmişdir ki, Səməd də öz növbəsində 04 sentyabr 2022-ci il tarixdə və 14 sentyabr 2022-ci il tarixdə ona bıçaqla xəsarət yetirməsi barədə polisə məlumat vermişdir. O həmçinin ifadəsində 14 sentyabr 2022-ci il tarixdə Səmədə bıçaqla xəsarət yetirmədiyini qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikahı olmasa da, ər-arvad münasibətində olmuş, təxminən 2006-cı ildən birlikdə yaşamışlar. Həmişə yaxşı münasibətləri olmuş, bundan başqa həmin münasibətdən 5 övladı dünyaya gəlmişdir. 2022- ci ilin sentyabr ayından etibarən qısqanclıq səbəbi ilə Günel ilə aralarında mübahisələr başlamış, mübahisələr yarandığı üçün Günel bir dəfə də ondan polisə şikayət eləmiş, lakin məhkəmə prosesində barışmışlar. xx.xx.2022-ci il tarixdə təxminən 15 radələrində Günel onunla əlaqə saxlayıb növbəti gün övladlarının məktəbə getməsi üçün bəzi məktəb ləvazimatlarının alıb-almadığını soruşmuş, Səməd də ona pul düzəldə bilmədiyi üçün ala bilmədiyini bildirmişdir. Mobil telefonda danışıqları zaman Günellə hər hansı mübahisələri olmamış, bundan sonra işdən çıxıb evə getmişdir. Günel də axşam saatlarında işdən çıxıb evə gəlmiş, Günel evə gəldikdən sonra onunla günorta mobil telefonla əlaqə saxlayaraq etdiyi mübahisəni yənə də davam etdirməyə başlamışdır. Günel Səmədin işlədiyini, amma yənə də heç bir şey ala bilmədiyini demişdir. Səməd də həmin vaxt 2 ədəd “GO” spirtli içki qəbul etdiyi üçün bir qədər sərxoş vəziyyətdə olmuş, bundan sonra mətbəxə keçərək Günelə sillə zərbəsi vurmuşdur. Sonra geriyə dönüb yenidən digər otağa qayıdanda Günel arxadan mətbəx bıçağı ilə kürək nahiyəsində 2 dəfə zərbə endirmiş, Səməd də müvazinətini itirib yerə yıxılmışdır. Ayağa qalxıb Günelə burun nahiyəsindən yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən Günel yerə yıxılmış və üzündən qan gəlməyə başlamışdır. Böyük övladı Şahid onu arxadan çəkdiyi üçün Səməd yənə də yerə yıxılmış, bundan sonra Günel onun üstünə gəlib Səmədi boğmağa başlamışdır. Səməd Güneli itələyib yerdən qalxmış, sonra isə Günel övladı Türkanla birlikdə evdən çıxıb getmişdir. Səməd həmçinin dava-dalaş vaxtı evdə Günel və azyaşlı övladlarının olduğunu bildirmiş, baş vermiş hadisə zamanı dava-dalaşı böyük övladı Türkan görmüşdür. Həmçinin, ifadəsində qeyd etmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Günel işdən evə gəlib. O, evin qonaq otağında divanda oturub. Güneldən nə üçün işdən evə gec qayıtdığını soruşub. Günel ona vaxtında gəldiyini deyib. Sonra aralarında mübahisə yaranıb və tutaşıblar. Günel mətbəxə keçərək bıçağı götürüb onun kürək nahiyəmdən bir dəfə zərbə endirib. Onun belindən qan axmağa başlayıb və yerə yıxılıb. Daha sonra Günel ona kömək edib ilkin tibbi yardım göstərib. Həkim çağırmağı təklif etsə də buna razı olmayıb. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, anası ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93” yaşayış massivi, bina 65, mənzil 32-də yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbin 6B sinfində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun valideynləridir. Hadisə baş verən ^günü, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman atası Zərərçəkmiş şəxs bir qədər spirtli içkilər qəbul etmiş, anası Təqsirləndirilən şəxs təxminən saat 22 radələrində işdən yaşadıqları evə gəlmişdir. Anası evə gəldikdən sonra atası Səmədlə mübahisə etməyə başlamışlar. Valideynləri ona təklikdə danışmaq istədiklərini bildirdiyi üçün o, həmin otağı tərk etmişdir. Bundan sonra valideynləri arasında mübahisə davam etmiş, bir qədər sonra isə qonaq otağında atası anasını vurmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə də atası Səməd anasını vurduğu üçün anası da mətbəxdə olan bıçağı götürüb kürək nahiyəsindən Səmədə zərbə endirmişdir. Baş vermiş hər iki dava-dalaş zamanı o, valideynlərinə müdaxilə eləmişdir. Atası Səməd anasının burun nahiyəsindən zərbə endirdiyi üçün Təqsirləndirilən şəxs burun nahiyəsindən qan axmağa başlamış, həmçinin zərbənin təsirindən Günel yerə yıxılmışdır. Baş vermiş hadisədən sonra o, dərhal polisə zəng eləmiş və hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra atası Səməd evdə qaldığı üçün Türkan anası ilə birlikdə evdən çıxıb qonşuya getmiş, qonşunun mobil telefonundan istifadə edib 'X2” Xidmətinə müraciət etmişlər. “X2” Xidməti gəldikdən sonra anasını xəstəxayana aparmış, xəstəxanada atası Səmədin vurduğu yumruq zərbəsinin təsirindən anası Günelin burnunun sındığını bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2022-ci il tarixli 2194 nömrəli rəyindən görünür ki, 1979-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərdən boyun nahiyəsindəki sıyrıqlar bərk küt əşyanım (əşyalarınt) təsirindən, sol said nahiyəsindəki səthi kəsilmiş yara kəsici kənara malik olan iti alətin təsirindən, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, dərəcəsinə görə döş qəfəsinin arxa səthinin deşilmiş- kəsilmiş yarasısağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol said nahiyəsindəki səthi kəsilmiş yarası və boyun nahiyəsinin sıyrıqları isə ayrı-ayrılıqda hər biri sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərdən boyun nahiyəsindəki sıyrıqların, sol said nahiyəsinin kəsilmiş yarasının yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin deşilmiş-kəsilmiş yaralarının yetirilmə müddəti zərəçəkənin göstərdiyi xx.xx.2022-ci il tarixinə uyğun gəlir.
2. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən sol said nahiyəsindəki səthi kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin deşilmişkəsilmiş yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən bıçaqla vurulaan zərbələrin təsirindən, boyun nahiyəsinin sıyrıqları isə əl- barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilərdi.
3. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. 13 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunan zaman Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bir dəfə bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş materialları ilə, yəni zərər çəkmiş şəxs və şahid ifadəsi, üzləşdirmə protokolu, məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2194 nömrəli rəyi ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusat özünü müdafiə xarakterli olduğundan vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmadığından 10 mart 2023-cü il tarixdə barəsində axtarış elan edilərək tərəfimdən Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlib istintaqa təqdim olunduğundan cinayət işinin icraatı təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 90 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva