Məhkəmə qərarları › İş №1(012)-569/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-569/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-569/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə nər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-367/2021 saylı nömrəli, habelə alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-766/2023 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən vermə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 08 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsi baxılması üçün xx.xx.2023-cü il tarixli təqdimat əsasında 6910,00 manat aliment borcu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olar qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, aliment ödəməkdən yayınmır, hazırda işləmir, borc da bu səbəbdən yaranıb, ittiham aktında göstərilən aliment borcundan 3160 manat ödəmişdir. Əgər zərərçəkən etiraz etməsə qalan borcu da hissə-hissə ödəyər. Həmçinin bildirdi ki, himayəsində bir azyaşlı uşağı da var. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2007ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, bir sinifdə oxumuşlar, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsa da, uşaqları dünyaya gələndən sonra Zərərçəkmiş şəxs xasiyyəti dəyişmiş, gözəllik salonunda işləməyə başlamış, ona xəyanət etdiyindən şübhələnmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 14 il birlikdə yaşamışlar. O, ailəsini və uşaqlarını özü tam şəkildə saxlamışdır. O, müxtəlif fərdi əməklə məşğul olmuş, o, cümlədən tikntilərdə usta kimi işləmiş, öz avtomobili ilə sərnişin daşımaqla məşğul olmuş, lakin sonradan borcu olduğu üçün avtomobilini satmışdır, həmin avtomobil lizinqdə olmuşdur, hazırda isə «Prius» avtomobilini icarəyə götürərək işi olanda təmiz gəliri 20-30 manat olur. Zərərçəkmiş şəxs ondan boşanmaq üçün və uşaqlardan aliment almaq üçün özü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-367/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 340 sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu qətnamə üzrə müəyyən ödənişlər etmiş, lakin bundan sonra Zərərçəkmiş şəxs aliment miqdarının artırılması üçün məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məblğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bu qətnamə üzrə də imkanı daxilində ödənişlər etmişdir. Zərərçəkmiş şəxs təkidi və çoxsaylı şikayətləri ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 08 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat əsasında onun ödənilməmiş aliment borcu 6910,00 manat təşkil edir. O, 2 il bundan qabaq yeni ailə qurmuş, lakin bu nikah rəsmi olaraq qeydiyyatdan keçməmişdir. Bu nikahdan onun bir körpə uşağı vardır. Aliment borcunu bir dəfəyə ödəyə bilmədiyi üçün və məhkəmə prosesləri zamanı borc yığıldığı səbəbindən özünü qismən təqsirli hesab edir.. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, bir sinifdə oxumuşlar, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsa da, uşaqları dünyaya gələndən sonra Təqsirləndirilən şəxs xasiyyəti dəyişmiş, evə gecə vaxtı gəlməyə başlamış və yaxud evə gecələr gəlməmiş, onu əsassız və səbəbsiz olaraq incitmiş, içki məclislərinə meyilli olmuşdur. Təqsirləndirilən şəxsla təxminən 14 il birlikdə yaşamış, sonuncu uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddi dəstək göstərməmişdir. Təqsirləndirilən şəxs daimi iş yeri olmamış, müxtəlif fərdi əməklə məşğul olmuş, o, cümlədən tikntilərdə usta kimi işləmiş, öz avtomobili ilə sərnişin daşımaqla məşğul olmuş, lakin qazancı barədə ona məlumat verməmiş, qazandığını öz ehtiyaclarına və dostları ilə yeyib-içmək məclislərinə xərcləmişdir. O, belə vəziyyətə daha dözə bilməmiş və uşaqldarını götürərək anasının yanına getmişdir, Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığı və uşaqların böyüdülməsi üçün ona heç bir maddi yardım etməmiş, o, özü fərdi qaydada işləyərək uşaqlarını saxlamışdır. Bu səbəbdən uşaqların saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 340 sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs bu qətnamə üzrə müəyyən ödənişlər etsə də bu yetərincə olmamışdır. Bundan sonra uşaqların böyüdülməsi üçün tələbatlar artdığından yenidən məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bu qətnamə üzrə Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilov X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 08 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 6910,00 manat təşkil edir. Həmin məbləğin 2660(iki min altı yüz altmış) manatını istintaq zamanı ödəmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-367/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə Abşeron rayon məhkəməsinin 2(012)-367/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı “Tələbin könüllü icra haqqında” bildirişi iş üzrə borclu Cəlilov X8 rayon icra və probasiya şöbəsində şəxsən imza etməklə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Cəlilov X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarları Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində müvafiq olaraq 08(səkkiz) gün və 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu Təqsirləndirilən şəxs Adi! oğlunun işlə təmin olunması məqsədilə 7 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır. Həmçinin bundan sonra alimentin artırılması barədə Abşeron Rayon Məhkəməsinin 2(012)- 766/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə Abşeron rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü i! tarixli “İcraata başlamaq haqqında” qərarı “Tələbin könülllü icra haqqında” bildirişi iş üzrə borclu Cəlilov X8 rayon icra və probasiya şöbəsində şəxsən imza etməklə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı xx.xx.2021-ci il və Abşeron Rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023cü i! tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Cəlilov X8 Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs yenidən Abşeron rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs 5 (beş) gün müddət verilmişdir. Yekun olaraq borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticə çıxarmamış, aliment borcundan heç bir ödəniş etməmiş və icra sənədi üzrə 6910 (altı min doqquz yüz on) manat borcun ödənilməsindən qəsdən yayınmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması üçün tərəfindən təqdimat verilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 340 sabit pul məbləğində alimentin xx.xx.2020-ci il tarixdən tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 220 manat, cəmi isə 440 sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli bildirişlərdən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli inzibati xəta qərarlarından, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı, xx.xx.2021-cı il tarixli və 2(012)- 766/2023 saylı xx.xx.2023-cü tarixli qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 6910,00 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən ümumi zərərdən istintaq zamanı zərərçəkmiş şəxsə 2660,00 manat ödəniş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(012)-2000/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 Filialının xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə xx.xx.2022-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Cəlilov X8 Rayon Məhkəməsinin 2(012)-367/2021 saylı, xx.xx.2021-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-766/2023 saylı xx.xx.2023cü il tarixli qanuni qüvvəsini almış qətnamələrini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ümumi zərərdən istintaq zaman, zərərçəkmiş şəxsə 2660,00 manat ödəniş etməsi cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanə ağırlaşdıran halın olmamasını, təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar