Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-569/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 11 may 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ünvanında yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə qonşusu Zərərçəkmiş şəxs2 Çin Xalq Respublikasından bir ədədinin qiyməti 51 ABŞ dolları (86.70 manat) olan diş üçün nəzərdə tutulmuş implantları ölkə ərazisinə gətirərək həmin implantları 180 ABŞ dollarına (306 manat) sataraq qazanc əldə edəcəklərinə dair yalan vəd verərək aldadıb, sonuncudan birinci dəfə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən yaşadığı 7 nömrəli binanın qarşısında 2800 manat, digərlərini isə yəni ki, 4200 manat, 7000 manat, 4000 manat, 3500 manat, 650 manat və 350 manat pulu işlədiyi ünvan 3 ünvanda yerləşən dərzi emalatxanasında 2023-cü ilin aprel ayı ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla bir neçə dəfəyə ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat pul vəsaitini alaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 məxsus “iPhone 15” markalı mobil telefonu qızdırdığına görə üzərində 180 manat ödəməklə Dubay şəhərindən gətirilmiş “iPhone 15 Pro” markalı mobil telefonla dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, 10 iyun 2024-cü il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs1 məxsus 1999,99 manat dəyərində “İPhone 15” markalı mobil telefonu sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib həmin telefonu satıb pulunu xərcləməklə dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 qonşu kimi uzun müddətdir tanıyır. 2023cü ilin mart ayının əvvəllərində o, Zaurla əlaqə saxlayaraq onun işlədiyi dərzi emalatxanasına getmişdir. Dərzi emalatxanasına getməkdə məqsədi yeni aldığını şalvarın balağını kəsdirməkmişdir. Emalatxanada olan zaman Zaur onun şalvarının balağını düzəltdiyi zaman onun mobil nömrəsinə zəng gəlmişdir. O, zəng edən şəxslə mobil telefon vasitəsilə danışdığı zaman Zaur da danışıqları eşitmişdir. Belə ki, o, mobil telefonla danışdığı şəxsdən borca pul istəyirmişdir. Mobil telefonla danışıb qurtardıqdan sonra Zaur özünə məxsus avtomobili satdığını, müəyyən miqdarda pulu olduğunu, həmin pulu ona faizlə verə biləcəyini demişdir. O, da onunla razılaşdıqdan sonra Zaur bu barədə ona yaxın günlərdə xəbər verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra o, Zaurla əlaqə saxlayaraq pulu verib-verməyəcəyini soruşmuşdur. Zaur isə cavabında ona 5000 manat pul verəcəyini, 2 aydan sonra əlavə olaraq üzərində 1000 manat da olmaqla ümumilikdə 6000 manat pul qaytarmalı olduğunu demişdir. O, da onunla razılaşmışdır. Təxminən 10 gün sonra o, Zaurla əlaqə saxlayaraq əlavə olaraq 7000 manata da ehtiyacının olduğunu bildirmişdir və üzərində 20 faizlə 1400 manat pul qaytaracağını demişdir. Zaur da onunla razılaşmışdır və Nərimanov rayonu, C. Hacıbəyli küçəsində yerləşən emalatxanasında 7000 manat pulu ona vermişdir. O, pulu ondan götürdükdən sonra tez bir zamanda borcunu qaytaracağını demişdir. 2023-cü ilin aprel ayının əvvəllərində o, Zaurla əlaqə saxlayaraq onun işlədiyi emalatxanaya getmişdir. Orada Zaura verməli olduğu pulun 20 faizi, yəni 2400 manat pulun qarşılığında 3000 manat pul vermişdir. Zaur pulun nə üçün 3000 manat olduğunu soruşan zaman o, ondan aldığını pulla əlavə qazanc qazandığını demişdir və əlavə pulu da ona vermişdir. 2023-cü ilin aprel ayının ortalarında Zaur özü onunla əlaqə saxlayaraq ona əlavə olaraq 7000 manat da faizlə pul vermək istədiyini bildirmişdir. O, da pula ehtiyacı olduğundan onunla razılaşmışdır. 2023-cü ilin aprel ayının ortalarında Zaurla onun işlədiyi emalatxanada görüşmüşdür. Görüş zamanı Zaur 7000 manat pulu ona vermişdir. 2023-cü ilin may ayının əvvəllərində o, Zaurun emalatxanasında şalvarını düzəltdirən zaman mobil telefonla danışırmışdır. Zaur da mobil telefonla danışan zaman yenə pula ehtiyacı olduğunu eşitmişdir və ona pul verə biləcəyini demişdir. O, da onunla razılaşdıqdan sonra səhəri gün Zaurla emalatxanada görüşmüşdür və Zaur ona əlavə olaraq 2000 manat pul vermişdir. O, həmin pulu da alaraq borclarına vermişdir. 2023-cü ilin iyun ayında artıq onun çoxlu borcları yaranmışdır. O, ailəsinə borcları barədə məlumat vermişdir. Bildirir ki, əvvəllər stomatoloji dərmanlar və implant alqı-satqısı ilə məşğul olurmuşdur. Zaurdan aldığı pulları da həmin biznesini inkişaf etdirmək üçün almışdır. Lakin sonradan alver zəiflədiyindən o, bu işdən çıxmışdır və buna görə də külli miqdarda borcları yaranmağa başlamışdır. 2023-cü ilin noyabr ayında Zaur artıq ona olan borcunu qaytarmağını istəmişdir. O, yaxın günlərdə borcu qaytarmağa söz versə də, onun borcunu qaytara bilməmişdir. Lakin bir neçə gün əvvəl ailəsi tərəfindən Zaurdan aldığı bütün məbləğ ona geri qaytarılmış və aralarında barışıq olmuşdur. Bundan başqa o, Zərərçəkmiş şəxs1 2024-cü ilin iyun ayının əvvəllərində tanımışdır. Belə ki, Şayiq “Şəhidlik” məscidində axund işləyirmiş. O, onunla birlikdə həmin məsciddə namaz qılırmış və beləcə onunla münasibəti yaranmışdır. Şayiq Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində yaşayırmışdır. O, da onun yaşadığı ünvanın yaxınlığında, Zəngilan şəhərciyində yaşayırmışdır. Məscidə namaz qılmaq üçün gedən zaman yolda Şayiq arvadına “iPhone 15” markalı mobil telefon aldığını və həmin telefonun tez-tez qızdığını bildirmişdir və bu barədə ondan köməklik istəmişdir. O, da ona mobil telefonu aldığı mağazaya getməsini və mobil telefonu orada həmin mağazanın ustasına göstərməsini demişdir. Bundan əlavə ona təklif edib ki, özündə olan “iPhone 15” markalı mobil telefonu ona versin, o isə qarşılığında həmin telefonu əvəzləyərək ona “iPhone 15 Pro” verəcəkdir. Belə ki, o, “iPhone 15 Pro” markalı mobil telefonu ona verdikdən sonra Şayiq hər ay 250 manat olmaqla 2 ay ümumilikdə 500 manat pul ödəyəcəkdir və mobil telefonun qalan pulunu isə o, ödəyəcəkdir. Şayiq də bununla razılaşıb və iyun ayının ortalarında yaşadığı evdə “iPhone 15” markalı mobil telefonu ona vermişdir. O, həmin telefonu ondan aldıqdan sonra “Tap.az” sosial şəbəkəsində həmin telefonu tanımadığı şəxsə 1100 manat satmışdır. Bundan sonra “iPhone 15 Pro” markalı mobil telefon alıb Şayiqə verə bilməmişdir və o, ondan şikayət ərizəsi yazmışdır. Təxminən fevral ayında Şaiqə dəymiş zərər tam şəkildə ödənilmiş və onlar arasında barışıq olmuşdur. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə dəymiş zərərin tam ödənilməsini, barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, uzun müddətdir ki, həbsdə olmasını və bundan ciddi nəticə çıxarmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, Təqsirləndirilən şəxs 2008-ci ildən tanımışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs onunla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən yataqxanada qonşuluqda yaşayırmış. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun iş yerinə paltar düzəltdirmək üçün bir neçə dəfə gəlmişdir. Söhbət zamanı Fəqana avtomobilini satdığını və yeni avtomobil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona nə qədər pulunun olduğunu və hansı qiymətə hansı avtomobili almaq istədiyini soruşduqda, o, ona satdığı avtomobilin pulu ilə birlikdə ümumilikdə 14.000 manat pulunun olduğunu, təxminən 18.000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobil almaq istədiyini bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs daha tez-tez onun yanına gəlməyə başlamışdır. O, hər dəfə gəldikdə stomatoloji və lazer avadanlıqların alqı-satqısı ilə məşğul olduğunu və bu işdə yaxşı qazancın olduğunu ona bildirmişdir. O, 2023-cü ilin aprel ayının ortalarında ona onunla ortaq olmağı təklif etmişdir, lakin o, onun təklifinə razılıq verməmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs tibbi avadanlıqları və preparatları Çin Xalq Respublikasından özünün şəxsən gətirdiyini və həmin məmulatları özünün əlaqəsinin olduğu həkimlərə və tibb müəssisələrinə satdığını, birlikdə iş görüb yaxşı qazanc əldə edəcəklərini ona bildirmişdir. O, Fəqanın təklifi ilə razılaşaraq müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vəsaitini sonuncuya vermişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayındək ondan ümumilikdə 22.500 manat pul almışdır. 2023-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs işlə bağlı xəbər almaq istədikdə işlərin yaxşı getmədiyini, həkimlərin yay tətilinə çıxmaları ilə bağlı xeyir götürə bilməyəcəyini ona bildirmişdir. O, ondan ona verdiyi 22.500 manat pulu tələb etməyə başladıqda o, pulu tibbi avadanlıq alınmasına sərf etdiyini, bununla əlaqədar pulun müxtəlif şəxslərdə olduğunu, ona pulu qaytara bilməyəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Fəqan müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Təxminən bir neçə ay sonra o, yaşadığı Masazır qəsəbəsində təsadüfən Təqsirləndirilən şəxs qardaşı Rəvan Əhmədovu görmüşdür və ona demişdir ki, qardaşı Təqsirləndirilən şəxs onu aldadaraq 22.500 manat pulunu ələ keçirmişdir. Rəvan Əhmədov ona söz vermişdir ki, alacaqları vardır, 1 həftə ərzində Təqsirləndirilən şəxs ondan aldığı 22.500 manat pulu qaytaracaqdır. O, yenə gözləmişdir, lakin pulu qaytarılmamışdır. O, Rəvan Əhmədovun mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, səsini eşidən kimi telefonu söndürərək onunla danışmamışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 22.500 manat pulu Çin Xalq Respublikasından diş üçün nəzərdə tutulmuş implantları ölkə ərazisinə gətirərək satmaq və birlikdə qazanc əldə etmək məqsədilə vermişdir. Hazırda o, notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, zərərinin tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən , Zərərçəkmiş şəxs1 ilkin araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, Səbail rayonunda yerləşən “Şəhidlik” məscidində axund kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayından tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə məsciddə namaz qılan zaman bir nəfər ona yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs deyə təqdim edərək onunla salamlaşdıqdan sonra məsciddə axund kimi ona hörmətinin olmasını, onunla qonşuluqda yaşadığını, bir dost kimi onunla tanış olmaq istədiyini bildirmişdir. O da ona etiraz etməyib və harada yaşadığını soruşmuşdur. Fəqan isə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində birinci binada yaşadığını bildirmişdir və evə getdiyini əgər o da evə gedirsə, onu da aparmaq istədiyini demişdir. O, evə getdiyini bildirəndən sonra onun idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinə getmişlər. Orada o, avtomobildən düşdükdən sonra Fəqan sübh namazı üçün məscidə gedəcəyini, əgər istəyərsə, onu da özü ilə birlikdə məscidə apara biləcəyini demişdir. O, avtomobilsiz olduğundan razılaşmış və əvvəlcədən razılaşdıqları vaxta görüşərək məscidə getmişlər. Beləcə, Fəqanla onun arasında dostluq münasibəti yaranmışdır. Fəqan özünü ona mühasib kimi təqdim etmişdir. Belə ki, o, müxtəlif özəl şirkətlərdə mühasib kimi fəaliyyət göstərdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Fəqanla danışıqların birində o, arvadı X2 aldıqdan sonra “İPhone 15” markalı mobil telefonun dolum zamanı qızdığını bildirmiş və bu məsələdə ona köməklik etməsini istəmişdir. Fəqan isə cavabında mobil telefonda problem olduğunu, həmin mobil telefonu başqa mobil telefonla dəyişdirməyi (barter) təklif etmişdir. O, bu məsələnin necə olacağını soruşduğunda Fəqan ona mobil telefonu götürəcəyini, tanışları vasitəsilə Dubay şəhərindən gətirilmiş digər “iPhone” markalı mobil telefonla dəyişdirəcəyini və üzərində əlavə pul da verəcəyini demişdir. O isə cavabından mobil telefonun başqa mobil telefonla dəyişdirilməsinə müsbət baxdığını, yeni mobil telefon üçün əlavə nə qədər pul lazım olsa verəcəyini bildirmişdir. Lakin Fəqan həmin xərci özü çəkəcəyini bildirmişdir. Bundan sonra o, “iPhone 15” markalı mobil telefonun şəklini Fəqana göndərmişdir. Bir neçə saat sonra Fəqan onunla əlaqə saxlayaraq tanışları ilə danışdığını, mobil telefonu ondan götürərək bir həftədən sonra üzərində 180 manat da verdikdən sonra ona “iPhone 15 pro max” markalı mobil telefon verəcəyini demişdir. O da onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində yerləşən evində “iPhone 15” markalı mobil telefonu ona vermişdir. Fəqan mobil telefonu ondan götürdükdən sonra bir həftə ərzində yeni telefonun Dubay şəhərindən Bakı şəhərinə gətirilərək ona veriləcəyini bildirmişdir. O da onunla razılaşdıqdan sonra Fəqan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə o, Fəqanla əlaqə saxlayaraq mobil telefonu dəyişdirəcək şəxsi verib-vermədiyini soruşmuşdur. Fəqan isə cavabında mobil telefonu dəyişdirəcək şəxsə verdiyini, bir həftə ərzində onun mobil telefonunun Dubay şəhərindən gətiriləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, Fəqanla əlaqə saxlayaraq mobil telefonu ondan istəyərkən Fəqan mobil telefonun Bakı şəhərinə gətirildiyini demişdir. Mobil telefonu Bakı şəhərinə kimin gətirdiyini soruşduğunda isə o, Nizami rayonu, “Lotos” ticarət mərkəzinin yaxınlığında işləyən Əhməd və Rəsul adlı şəxslər tərəfindən gətirildiyini bildirmişdir və mobil telefonu onlardan götürərək ona verəcəyini demişdir. O, bir neçə gün müddətində Fəqanla əlaqə saxlayaraq mobil telefon barədə onunla maraqlanmış, lakin o, müxtəlif bəhanələrlə mobil telefonu verməkdən imtina etmişdir. Hətta o, poçtda olduğunu və mobil telefonu qeydiyyata aldığını, qeydiyyat qurtardıqdan sonra mobil telefonu gətirəcəyini əlavə olaraq poçtun şəkillərini də ona göndərmişdir. O, ondan arvadına məxsus mobil telefonu istəsə də, o, həmin mobil telefonu da ona qaytarmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, ona dəymiş zərərin tam ödənildiyini və barışdıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs ” haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsininilə cinayət işi başlanılmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 noyabr 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 28 noyabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1351/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarına əsasən həbsetmənin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 01 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir;
7. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;
8. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələtinə tövsif edilmişdir;
9. “Cinayət işi üzrə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir;
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2025-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 aprel 2024-cü il tarixdə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam edilmişdir;
11. “Sübutların qiymətləndirilməsi” haqqında 19 yanvar 2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, digər sənədlər cinayət işi üzrə sübut kimi qiymətləndirilmişdir.
12. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi 08 fevral 2025-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, X5 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, onunla barışmış, tələb və şikayəti yoxdur.
13. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 01 iyun 2025-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, X5 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, onunla barışmış, tələb və şikayəti yoxdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini onun əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirilir. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən Abşeron rayon ərazi hüdudlarından kənara çıxmamaq, saat 21:00-dən növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron Rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ev 7, mənzil 59 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə olduğu 07 (yeddi) ay 25 (iyirimi beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə zalından həbsdən azad olunmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində vurulmuş zərərlə bağlı xərcləmiş olduğu 22958 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etsə də, sonradan zərərin tam ödənildiyini bildirmişdir. Belə olan halda mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə olduğu 07 (yeddi) ay 25 (iyirimi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən Abşeron rayon ərazi hüdudlarından kənara çıxmamaq, saat 21:00-dən növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron Rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ev 7, mənzil 59 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 verdiyi mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov