Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-57/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçinın iştirakı ilə xx xxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli əmlakını ələ keçirmək məqsədi ilə mülkiyyətində olmayan Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən, daşınmaz əmlak kimi qeydiyyata alınmayan, lakin faktiki olaraq Şahid2 məxsus fərdi yaşayış evi içərisində olan Şahid2 məxsus əşyalarla birlikdə Zərərçəkmiş şəxs göstərib, həmin evin içərisindəki əşyalarla özünə məxsus olduğunu və evi əşyalarla bir yerdə ona satacağını yalandan vəd edib aldadaraq, sonuncudan 16 may 2020-ci il tarixdə Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən həmin evin həyətində 500 manat, 21 may 2020-ci il tarixdə ünvan 2 ünvanında 2000 manat, 25 may 2020-ci il tarixdə həmin ünvanda 200 manat, 30 may 2020-ci il tarixdə həmin ünvanda 200 manat, 31 may 2020-ci il tarixdə həmin ünvanda 300 manat, 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Elimlər Akademiyası metrosatnsiyasının qarşısında 1600 manat, 2020-ci ilin iyun ayının sonunda Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat kontorunun yaxınlığında 2200 manat, ümumilikdə isə 7000 manat pulunu vahid niyyətlə alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2015-ci ildə o, valideyinlərindən ayrılmış və ondan sonra Gəncə şəhərində nənəsi ilə birlikdə yaşamışdır. 2018-ci ildə Bakı şəhərinə gəlmiş və kirayədə qalıb müxtəlif yerləşdə fərdi işlə məşğul olmuşdur. 2019-cu ildə Taleh İsmayılov adlı şəxslə tanış olmuş və onunla Xırdalan şəhəri Quşçuluq massivində təxminən 8-9 ay kirayədə yaşamışlar. Taleh ilə bir yerdə yaşadığı üçün onun ailə üzvlərini, yəni valideyinlərini də tanımış və onun valideyinlərinin yaşadığı evdə də olmuşdur. Talehin atası Mahirin öz yaşadığı evin qarşısında da bir evi olmuşdur. Həmin ərəfələrdə də bilirmiş ki, Mahir həmin evini kiməsə satıb. Həmin vaxtlarda, yəni 2020-ci ilin əvvəllərində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Talehdən ayrılmış və maddi vəziyyəti yaxşı olmadığı üçün qərara gəlmişdir ki, Mahirin satdığı həmin evi başqa şəxsə satsın. O, həmin evi özündə olan adi bir açarla açıb baxmışdır ki, evin içərisində mebellər də vardır və tam yaşamaq üçün hazır bir evdir. O, istifadə etdiyi ***-***-**-** nömrəni və Xırdalan şəhərində əşya ilə dolu olan evin 9000 manata satılması barədə elanı Bakı şəhərində dayanacaqlarda yapışdırmışdır. 2020-ci ilin may ayının ortalarında onun həmin nömrəsinə Asim, Samir adlı şəxslər zəng edərək, evlə maraqlandığını bildirmişlər.O, da ev barədə ona məlumat vermiş və Asim, Samir və Sehran adlı şəxslər onunla görüşərək, o, həmin evi onlara göstərmiş və onlar baxıb evi 7000 manata almağı razılaşmışlar.Evi almaq istəyən Asim, Samir və Sehran adlı şəxslər ilkin olaraq ona 500 manat beh vermişlər, o, evin açarını da Asimə vermişdir. Onlar demişlər ki, qalan pulu da tez bir müddətdə verəcəklər. O, Sehran adlı qadının şəxsiyyət vəsiqəsinin surətini almışdır ki, onun adına evə sənəd alıb verməlidir. Elə 2020-ci ilin may ayında bir dəfə Sehran Bakı şəhərində yaşadığı evdə ona 2000 manat, bir dəfə 200 manat, may ayının sonunda bir dəfə 200 manat, bir dəfə 300 manat, 2020-ci ilin iyun ayının əvvəllərində Elmlər Akademiyası metrosunun qarşısında Sehran ona 1600 manat, ondan sonra isə Xırdalan şəhərində ona 2200 manat pul vermişlər. O, da özü əlyazma yazaraq evi Zərərçəkmiş şəxs 7000 manata satmağı varədə yazıb vermiş, həmçinin Sehranın adına evin lahiyyə sənədlərini də vermişdir. Belə ki, Sehranın adına hazırda xatırlamadığı yerdə eskiz lahiyyə sənədlərini də alıb onlara vermişdir. Aldığım pulları da öz şəxsi ehtiyyaclarına sərf etmişdir. Qeyd etmişdir ki, o, bilmişdir ki, Mahir həmin evi satıb, ancaq kimə satıldığını bilməmiş, həmin evdə mebellər də olmuş, o, evdən heç bir əşya götürməmiş, evi əşyalı şəkildə Sehrana satmışdır.Evi alan şəxslərə göstərəndə bunu heç kim bilməmiş, Mahirin və onun ailə üzvlərinin də evin satmağından məlumatları olmamış, o, elə özündə olan adi bir açarla evin qapısını açıb içəri girmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.2020-ci ilin may ayında kürəkəni Şahid1 istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin ev əşyaları ilə birlikdə 7000 manata satılmasını bildirmiş və sözügedən fərdi yaşayış evinə baxıb bəyəndiyini bildirmişdir. Bundan sonra kürəkəni Asim və oğlu Samir ilə birlikdə sözügedən fərdi yaşayış evinə gedib birlikdə baxmışlar, o, da evi bəyəndiyi üçün özünü ev sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə 7000 manata danışıb razılaşmışlar. 16 may 2020-ci il tarixdə Rəqsanə ilə sözügedən fərdi yaşayış evinin həyətində görüşərək, ona 500 manat beh vermiş, Rəqsanə sözügedən fərdi yaşayış evinin 1 ədəd açarını kürəkəni Asimə təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında X4 iştirakı ilə 2000 manat, xx.xx.2020-ci il tarixdə isə yaşadığı binanın həyətində Təqsirləndirilən şəxs ilə görüşərək 200 manat, xx.xx.2020-ci il tarixdə yaşadığım evin həyətində Rəqasanə ilə görüşərək 200 manat, xx.xx.2020-ci il tarixdə yaşadığı evin həyətində Rəqsanə ilə görüşərək 300 manat, 2020-ci ilin iyun ayının əvvəllərində Rəqasanə ilə Elimlər metrosatnsiyasının qarşısında görüşərək 1600 manat, 2020-ci ilin iyun ayının sonlarında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat kontorunun yaxınlığında kürəkənim Asim ilə birlikdə Rəqsanə ilə görüşüb, 2200 manat pul vermişdir. Bundan sonra Rəqasanə Cəfərova ona natariat kontorunda təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin surətini, eskiz layihə, Xırdalan bələdiyyəsindən vergi ödəməyi barədə sənəd vermişdir. Rəqsanə onlara evi 7000 manata satması barədə yazılı şəkildə də yazıb bizə vermiş, bundan sonra kürəkəni qızı ilə birlikdə sözügedən fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar.xx.xx.2020-ci il tarixdə kürəkəni Asim istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək sözügedən fərdi yaşayış evinə Şahid2 gələrək həmin evin ona məxsus olamasını və sözügedən fərdi yaşayış evini səndələrdə Mahir olan və Qara kimi tanınan şəxsə 15000 manat pul verib almasını və özünə məxsus olan ev əşyalarını həmin evə yığaraq qapısını bağlamasını bildirmişdir. X10 ümumilikdə 7000 manat pul verib, aldığı evi ev əşyaları ilə birlikdə almışlar, həmin evdə olan bəzi əşyaları kürəkəni Asim istifadə etmədiyi üçün tanımadığı şəxsə satmışdır, lakin nələri hansı qiymətə satması barədə məlumatı yoxdur. Ondan sonra onlar evin həyətinə hasar çəkdirmiş, evin təmir işlərini görmüş, lakin təmir tikinti işlərinə nə qədər pul sərf etdiklərini kürəkəni Asim bilir. Təqsirləndirilən şəxs tərəfindən ona 7000 manat məbləğində pul ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, aralarında razılaşma olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksi ev 14, mənzil 114də anası Şahid3 ilə birlikdə yaşayır. 18 mart 2017-ci il tarixdə anası Leyla ilə birlikdə Xırdalan şəhəri ərazisində yerləşən ev alqı-satqısı ilə məşqul olan Seyid kimi özünü təqdim edənə X2 işlədiyi ofisə gedərək və almaq istədiyini bildirmişlər. Seyid onları Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində yerləşən 1 otaqlı fərdi yaşayış evinə aparıb həmin evi 10000 manata satıldığını bildirmişdir.O, evə baxdıqdan sonra almaq qərarına gəlmiş və həmin evi satan Şahid4 yaşadığı evdə Şahid4la görüşmüşlər. Şahid4 həmin 1 otaqlı evi qarşısında olan 60 kv/m torpaq sahəsi ilə birlikdə 15000 manata satdığını bildirmişdir. O, da Mahirlə razılaşmış və üzərində olan 4000 manat pulu həmin vaxt Mahirə beh kimi vermişdir. Elə orada da Mircuma Seyidovun iştrakı ilə beh müqaviləsi başğlamışlar. Həmin müqaviləyə əsasən o, qalan 11000 manat pulu 1 il müddətində Şahid4 ödəməli idi.O, Şahid4 4000 manat pulu verən zaman Mahirin oğlu Anar, arvadı Tacirə, Mahirin həbsdə olan Ruslan adlı oğlunun arvadı Ayşən də evdə olmuşlar. Səhəri gün Şahid4 özünə məxsus pasportun sənədinin sürətlərini və evin açarını ona vermişdir. Mahirin oğlu Anar isə 4000 manat pulu onlardan alması üçün kağız parçası vermişdir. Bundan sonra 2017-ci ilin aprel ayında Mahir adlı şəxsə 900 manat pulu yaşadığı evdə, 2017-ci ilin may ayında 300 manat pulu yaşadığı evdə, 2017-ci ilin iyun ayında 400 manat pulu yaşadığı evdə, 2017-ci ilin iyul ayında 250 manat pulu yaşadığı evdə, 2017-ci ilin avqust ayında 300 manat pulu yaşadığı evdə, 2017-ci ilin sentyabr ayında 1500 manat pulu yaşadığı evdə, 2017-ci ilin oktyabr ayında 4000 manat pulu yaşadığı evdə, 2017-ci ilin dekabr ayında 3350 manat pulu “Kristal Abşeron-1” yaşayış kompleksində Şahid4 vermişdir.O, Şahid4 ödənişləri edib qurtardıqdan sonra, Şahid4 həmin fərdi yaşayış evinin 3 ədəd açarlarından 2 ədədini ona vermiş, 1 ədədini isə özündə saxlamışdır ki, evdə təmir işləri aparacaq. 2018-ci ilin fevral ayında o, həmin fərdi yaşayış evinə 12000 manat dəyərində olan mebel, istilik sistemi və hamam aksesuarları alıb evə yığmaq üçün Şahid4 1 ədəd açarı istəyən zaman Mahir açarı itirdiyini bildirmişdir. Həmin vaxtdan sonra o, həmin evə gəlib-gedən zaman Mahir, oğlu Anar və arvadı Tacirə ilə görüşürmüş. 10 iyul 2020-ci il tarixdə, saat 13 radələrində anası Şahid3 evə baş çəkmək üçün gedən zaman qapını açıb içəri keçmək istədikdə evdə tanımadıqları şəxslərin yaşadıqlarını aşkar edib, ona zəng vurub bu barədə məlumat vermişdir. O, dərhal anasının yanına getmiş və ora gedən zaman isə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. O, evə çatan zaman ona məxsus evdə yaşayan Şahid1 ona bildirmişdir ki, onun Şahid4 aldığını evi Təqsirləndirilən şəxs adlı şəxs X3 7000 manata satmışdır. Bir müddətdən sonra onların yanına gələn Seyran İsmayılova bildirmişdir ki, o, evi internet vasitəsi ilə tapıb və bəyəndiyi üçün Rəqsanə adlı qadından evin içərisində olan əşyalarala birlikdə 7000 manata almışdır. Onlar Seyranla söhbət edən zaman Mahirnin arvadı Tacirə onların yanına gələrək, Tacirə əlini onun çiyninə vurub evi ona satıqlarını, evin ona məxsus olduğunu demişdir. Sonradan o, Asimlə söhbət edən zaman Asim ona bildirmişdir ki, o, Xırdalan şəhərində ev satılması barədə elan görüb həmin elanla əlaqə saxlayıb qayınanası X5 ilə birlikdə Rəqsanə ilə görüşüb, Rəqsanədən evi içərisində olan əşyalarla birlikdə 7000 manat almışdır. Asim bəzi əşyaları özü satdığını, ona məxsus yataq dəstini istifadə etdiyini, əşyaların bir qismini də bayıra çıxardıb qoyduğunu və Tacirənin həmin əşyaları götürdüyünü demişdir. Mahir evini onlara satanda da demişdir ki, evin heç bir sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ifadəsində olan xüsussatları təsdiq edərək ifadəsində göstərmişdir ki, o, sözügedən fərdi yaşayış evində təmir işləri aparmağa başlamış evdə olan 1 ədəd yataq taxtını, 1 ədəd güzgülü kamot, 1 ədəd rəfli şkafı tanımadığı şəxsə ümumilikdə 170 manata satmış, evdə olan yorğan döşək dəstlərini, qab qacaqları həmin evdən çölə çıxarmış həmin vaxt orada olan adlarını bilmədiyi qonşular götürmüşlər, evdə olan digər əşyalardan hal-hazırda evdə istifadə edilir. Ondan sonra o, həmin evin həyətinə hasar çəkdirmiş, evdə təmir işlərini görmüş və hazırkı günədək evə 4600 manat xərc çəkmişdir. xx.xx.2020-ci il tarixdə onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng olunmuş, Şahid2 ona həmin evin ona məxsus olamasını və sözügedən fərdi yaşayış evini səndələrdə Mahir şəxsə 15000 manat pul verib almasını və özünə məxsus olan ev əşyalarını həmin evə yığaraq qapısını bağlamasını bildirmişdir.Qeyd etmişdir ki, o, həmin evin Lalə tərəfindən alınmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin qarşısında təxminən 1990-cı ildə bir mərtəbəli yaşayış evini tikdirmiş, lakin həmin evin mülkiyyətinə dair rəsmi sənədi yoxdur. 2017-ci ildə maddi vəziyyəti pis olduğu üçün sözügedən fərdi yaşayış evini satdığa qoymuşdur. 2017ci ilin mart ayında ev alqı-satqısı ilə məşğul olan Mircuma adlı şəxs Leyla və Lalə adlı qadınlarla birlikdə satmaq istədiyi fərdi yaşayış evinə gələrək evə baxmaq üçün gəldiklərini bildirmişlər. Həmin şəxslər fərdi yaşayış evin baxdıqdan sonra evi bəyənərək almaq qərarına gəlmişlər. O, sözügedən fərdi yaşayış evini Laləyə satmağı üçün 10000 manata danışıb ilkin ödəniş kimi 4000 manat, qalan 6000 manata pulu isə hissə-hissə ona ödəyəcəklərini danışıb razılaşmışlar. 18 mart 2017-ci il tarixdə Mircuma Leyla və Lalə adlı qadınlarla yaşadığı evdə görüşərək evi onlara satmağı üçün 4000 manat pulu Lalə adlı qadından almış və ev alqı-satqısı ilə məşğul olan Mircuma özü ilə gətirdiyi Beh müqaviləsini imzalmışlar. Bundan sonra Lalə ilə hər ay 300 manat ödəməsi üçün öz aralarında şifahi razılığa gəlmişlər və evin 3 ədəd açarlarından 2 ədədin olnara verib açarın 1 ədədin evdə təmir işləri aparacağını deyib özündə saxlamışdır.Bundan sonra Lalə ona hissə-hissə 5900 manat pul vermiş, Lalə ona sözügedən fərdi yaşayış evini almaq üçün ümumilikdə 9900 manat pul vermişdir.Təqsirləndirilən şəxs oğlu X6 qeyri rəsmi yaşadığıdır, Rəqsanə sözügedən fərdi yaşayış evini hansı yolla Zərərçəkmiş şəxs satması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan 7000 manat ödənilməklə aralarında razılaşma olmuş, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ MSY-yə təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ MSY-dən azad olunaraq barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozaraq, istintaqdan qaçıb gizlənməyə cəhd etdiyindən barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün həmin tarixdə icraat təzələnərək, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut olan Təqsirləndirilən şəxs 01 vərəqədə əlyazmasının kserosurəti cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxsə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 01 vərəqədə əlyazmasının kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 01 vərəqədə əlyazmasının kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-57/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-57/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver