Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-57/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1959-cü ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, İİİ qrup Qarabağ Müharibəsi əlili, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1960-cı ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup Qarabağ Müharibəsi əlili, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, bina 28 A mənzil 11-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs2 gəlini X2 əlilliyə görə müavinətini bərpa etdirmək barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə sonuncudan 08 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən “Sevən Ürəklər” kafesinin qarşısında qrupun üzvü Təqsirləndirilən şəxs1 4000 manat pul alıb ələ keçirərək, öz aralarında bölməklə 500 manatını özünə, 3500 manatını isə ona verib verdikləri vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 əvvəllər bir yerdə işlədiyi Zərərçəkmiş şəxs1 epilepsiya xəstəsi olan qızı X4 əlilliyə görə müavinətini bərpa etdirmək barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə sonuncudan, 14 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” marketin qarşısında qrupun üzvü Təqsirləndirilən şəxs1 4000 manat pul alıb ələ keçirərək, öz aralarında bölməklə 250 manatını özünə, 3750 manatını isə ona verib verdikləri vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs2 gəlini X2 əlilliyə görə müavinətini bərpa etdirmək barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə sonuncudan 08 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən “Sevən Ürəklər” kafesinin qarşısında 4000 manat pulunu alıb ələ keçirərək, öz aralarında bölməklə 500 manatını özünə, 3500 manatını isə Təqsirləndirilən şəxs2 verib verdikləri vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əvvəllər bir yerdə işlədiyi Zərərçəkmiş şəxs1 epilepsiya xəstəsi olan qızı X4 əlilliyə görə müavinətini bərpa etdirmək barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə sonuncudan, 14 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” marketin qarşısında 4000 manat pulunu alıb ələ keçirərək, öz aralarında bölməklə 250 manatını özünə, 3750 manatını isə Təqsirləndirilən şəxs2 verib verdikləri vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 tanışıdır, aralarında yaxşı münasibət vardır. O, əvvəllər təqaüd düzəltməyə köməklik edə bilirmiş, bu işdə adını çəkmək istəmədiyi tanışı köməklik edirmiş. Bunu Məmmədtağı da bilirmiş. Lakin hal-hazırda həmin şəxslə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və tanışı Mehman adlı şəxsin qızına təqaüd düzəltməyə köməklik etməyini xahiş etmişdir. O da etiraz etməmişdir. Çünki həmin vaxt maddi durumu pis olmuş və pula ehtiyacı olmuşdur. Məqsədi həmin pulu ələ keçirmək imiş. O, Məmmədtağı ilə xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində görüşmüş, Məmmədtağı ona 3750 manat pul verərək, Mehman adlı şəxsdən 4000 manat aldığını və 250 manatı özünə götürdüyünü bildirmişdir. O həmin vaxt Məmmədtağıya bildirmişdir ki, hal-hazırda təqaüd düzəlməyə tanışı yoxdur, gələcəkdə görsün nə edir. Məmmədtağı da heç bir söz deməmişdir. Sonradan Mehman ilə danışıb pulunu qaytaracağını demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 tanışıdır, aralarında yaxşı münasibətləri vardır. O, əvvəllər təqaüd düzəltməyə köməklik edə bilirmiş, bu işdə adını çəkmək istəmədiyi tanışı köməklik edirmiş. Bunu Məmmədtağı bilmişdir. Lakin hal-hazırda həmin şəxslə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və tanışı Umudvar adlı şəxsin gəlininə təqaüd düzəltməyə köməklik etməyini xahiş etmişdir. O da etiraz etməmişdir. Çünki həmin vaxt maddi durumu pis olmuş və pula ehtiyacı olmuşdur və buna görə də məqsədim həmin pulu ələ keçirmək imiş. O, Məmmədtağı ilə dəqiq xatırlamadığı tarixdə təxminən 2021-ci ilin dekabr ayının 15-də Abşeron rayonu, Xırdalan şəhərində görüşmüş və ona Zərərçəkmiş şəxs2 4000 manat aldığını və 500 manatı özünə götürdüyünü bildirərək 3500 manat pul və bir neçə sənəd vermişdir. O həmin vaxt Məmmədtağıya bildirmişdir ki, halhazırda təqaüd düzəlməyə tanışı yoxdur, gələcəkdə görsün nə edir. Məmmədtağı da heç bir söz deməmişdir. Çünki tanışının olmadığını və böyük ehdimal işin düzəlməyəcəyini bilirmiş. X3 tanış etmişdir. O, Umudvarla danışıb pulunu qaytaracağını demiş, lakin pulu geri qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs1 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 7 ildir ki, tanımışdır. Əhliman əlilliyi bərpa etdirə biləcəyini daima ona demiş, çoxlu sayda şəxsin əlilliyini geniş əlaqələrinin hesabına bərpa etməsini demişdir. 2022-ci ilin sonlarında təsadüfən Əhlimanı görmüş, həmin vaxt Əhliman qonaq gəldiyindən Bakı şəhərində olmuşdur. Umudvar hazırda Ağdam rayonunda yaşayır. Söhbət zamanı Umudvar, gəlininin yəni Yasəmən adlı qadının müavinat ala bilməməsi problemini dedikdə o, tanışlarının olmasını, geniş əlaqələrə malik olmağını demiş, 4000 manat müqabilində Yasəmənin əlillik müavinatını bərpa etdirə biləcəyini demişdir. Umudvar da razılaşmış və tanışı Şahid1 yanında ona əlbəǝl 4000 manat pulu 08 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sevən Ürəklər kafesinin qarşısında vermişdir. O da vəd vermişdir ki, 1-2 həftə ərzində Yasəmənin Əlilliyi bərpa ediləcəkdir, hər ay 240 manat müavinat alacaqdır. Eləcə də Yasəmənin xəstəlik sənədlərinin əslini ona vermişdir. O da sonrakı zamanda pulun çox hissəsini Əhlimana sənədlə birlikdə vermişdir. Sonrakı zamanda Umudvarı Təqsirləndirilən şəxs2yla tanış etmiş, həmçinin Əhlimanın 050 *** ** ** nömrəsini vermişdir. O, etdiyi əməldən peşman olmuş, Umudvarin 4000 manatını ələ keçirmişlər. Əhlimanı Umudvar onun vasitəsilə tanımış, ilkin olaraq Umudvarın pulunu o, alsa da, sonrakı zamanda işin həlli ilə bağlı Əhliman Umudvarla görüşüb, telefonla danışmışdır. O, Təqsirləndirilən şəxs2 da cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 1974-cü il tarixdən tanıyır, Mehmanla eyni məktəbdə oxumuşdur, eyni zamanda Ağdam rayonunda olan “Qarabağ” çaxır zavodunda birlikdə işləmişlər. xx.xx.2021-ci il tarixdə Mehmanı təsadüfən Bakı şəhərində görmüşdür. Mehmandan Bakı şəhərinə hansı səbəbə gəldiyini soruşmuş, Mehmanda eplepsiya xəstəsi olan qızına təqaüd düzəltmək istədiyini bildirmişdir. O, Əhliman adlı tanışının bu işlə məşğul olduğunu bilirmiş. Belə ki, Əhlimanın öz tanışı vasitəsilə bir neçə nəfərə təqaüd düzəltməyə köməklik etdiyini eşitmişdir. O da bu barədə Mehmana bildirmiş və sonuncunun yanında Əhlimana yığmışdır. Əhliman da köməklik edə biləcəyini deyib 4000 manat pul istəmişdir. O da bunu Mehmana demiş, Mehman da razılaşmış və Ağdam rayonuna gedib, iki gün sonra yəni xx.xx.2021-ci il tarixdə gəlib Xırdalan şəhəri, “Araz” adlı marketin yanında görüşmüşlər. Həmin vaxt qeyd olunan 4000 manat pulu ona vermişdir. O da həmin pulun 250 manatını özünə götürmüş, qalan 3750 manatını Əhlimana Xırdalan şəhərində vermişdir. Əhlimana pulu verəndən sonra bildirmişdir ki, hal-hazırda təqaüd düzəldən şəxs ilə əlaqəsi yoxdur, gələcəkdə bir şey fikirləşəcək. Sonradan isə Əhliman Mehmana təqaüdü düzəltməmişdir. O, Əhlimanın aldatdığını həmin gün başa düşsə də, fikirləşmişdir ki, bəlkə gələcəkdə təqaüd düzəltməyə köməklik edər. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs2 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu, Boyəhmədli kənd sakindir. Məmmədtağını 1974-cü il tarixdən tanıyır. Məmmədtağı ilə eyni məktəbdə oxumuş, eyni zamanda Ağdam rayonunda “Qarabağ” adlı çaxır zavodunda birlikdə işləmişlər. İşdən çıxandan sonra Məmmədtağı ilə əlaqəsi olmamışdır. xx.xx.2021-ci il tarixdə Məmmədtağı ilə təsadüfən Bakı şəhərində görüşmüşdür. Məmmədtağı ondan hansı səbəbə Bakı şəhərinə gəlməyini soruşmuş, o da eplepsiya xəstəsi olan qızı Şəmsiyyə Aslanovaya xəstəliyi ilə əlaqədar olaraq aldığı təqaüdün yenidən bərpa olunması barədə müraciət etmək istədiyini bildirmişdir. Belə ki, qızı Şəmsiyyə Aslanova eplesiya xəstəsi olduğundan, bununla əlaqədar olaraq təqaüd alırmış. Lakin sonradan həmin təqaüdü verməmişlər. Bu səbəbdən həmin təqaüdü yenidən bərpa etmək istəmişdir. Təqsirləndirilən şəxs1 görüş zamanı mövcüd məsələnin o qədər də asan olmadığını deyib, Əhliman adlı tanışının vasitəsilə köməklik edəcəyini bildirmişdir. Məmmədtağı qızı Şəmsiyyə Aslanovanın təqaüdünü düzəlmək üçün 4000 manat pul istəmişdir. O da qeyd olunan pulu Ağdam rayonundan bankdan kreditə götürmüş və Xırdalan şəhəri “Araz” adlı marketin qarşısında xx.xx.2021-ci il tarixdə vermişdir. O, pulu verən zaman tanışları Şahid2 və Şahid1 da yanında olmuşdurlar. Məmmədtağı ondan 4000 manat pulu alandan sonra yalandan vədlər verməyə başlamışdır. Lakin aldığı pulun müqabilində heç bir iş görməmişdir. Sonradan Məmmədtağı ona Əhliman adlı tanışının nömrəsini vermiş və pulu verdiyini bildirmişdir. O da Əhlimanla da danışmağa başlamışdır. Əhliman həqiqətən 3750 manatın verildiyini bildirib, yaxın vaxtlarda qaytaracığına söz vermişdir. Lakin Əhliman da vədinə əməl etməmişdir. O, Əhlimanla 2022-ci ilin sentyabr ayında Xırdalan şəhərində görüşmüş, ona özünə aid sənəd vermiş və yenidən pulu qaytaracağına vəd vermişdir. O, Əhliman və Məmmədtağının onu aldatdığını görüb, aldadılmağı ilə bağlı ərizə ilə Ağdam rayon polis şöbəsində müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X5 oğlu Samirin yoldaşıdır, Yasəmən əlilliyə görə müavinat alır, lakin son 2 ilə yaxındır ki, müavinati kəsilib, buna görə də onlar müxtəlif yerlərə müraciət etmişlər. Təqsirləndirilən şəxs1 37 ildir ki, tanıyır, Məmmətdağı ilə Ağdam rayonunda tanış olmuşdur. 2022-ci ilin sonlarında təsadüfən Məmmədtağı görmüş, həmin zaman Bakı şəhərində olmuşdur. Söhbət zamanı Məmmədtağıya gəlinin müavinat ala bilməməsi problemini dedikdə sonuncu, tanışlarının olmasını geniş əlaqələrə malik olmasını demiş, ona 4000 manat müqabilində Yasəmənin əlillik müavinatını bərpa etdirə biləcəyini demişdir. O da razılaşmış, tanışı Şahid1 yanında əlbəəl 4000 manat pulunu 08 dekabr 2021 tarixdə Bakıxanov qəsəbəsində yerləşən Sevən Ürəklər kafesinin qarşısında vermişdir. Təqsirləndirilən şəxs1 vəd vermişdir ki, 1-2 həftə ərzində Yasəmənin əlilliyi bərpa ediləcək, hər ay 240 manat müavinat alacaqdır. Eləcə də Yasəmənin xəstəlik sənədlərinin əslini Məmmədtağıya vermişdir. Sonrakı zamanda Məmmədtağı onu aldatmışdır, Həmçinin bu işi Təqsirləndirilən şəxs2yla görməsini, bu işi düzəldəcəyini demişdir. Həmçinin Əhlimanın 050 *** ** ** nömrəsini vermiş, Əhlimana dəfələrlə zəng etsə də, bir dəfə cavab verib telefonla pulunu qaytaracağını demişdir. Bu əməli əlbir olaraq törətmişlər. Hazırda ona dəyən ziyan 4000 manatdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 tanıyır. Onlarla heç bir ədavəti yoxdur. 14 dekabr 2022-ci il tarixdə təsadüfən tanışı Fəridi Bakı şəhəri, Heydər Əliyev adına avtovağzalda görmüş və Fəridin Mehman ilə dasnışığının şahidi olmuşdur. Mehman söhbət zamanı epilepsiya xəstəsi olan qızına təqaüd düzəltmək üçün bir nəfər şəxsin ona köməklik edəcəyini demişdir. O, Mehman və Fərid Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” adlı marketin qarşısına getmişlər. Bir neçə dəqiqə sonra Məmmədtağı da ora gəlmişdir. Məmmədtağını görən kimi tanımışdır. Məmmədtağı tanışı Əhlimanın təqaüd düzəltməyə köməklkik edəcəyini vəd vermişdir. Bundan sonra Mehman onun və Fəridin yanında Məmmədtağıya 4000 manat pul vermişdir. Məmmədtağı onların yanında pulu saymış və yaxın zamanlarda təqaüdün düzələcəyini söz vermişdir. Sonradan eşitmiş ki, Məmmədtağı adlığı pulun müqabilində heç bir iş görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır. Belə ki, əvvəllər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyində mühasib işləmişdir. Həmin vaxtlar Məmmədtağı gəlib gedirmiş və özünü sədr müavini kimi təqdim edirmiş. Təxminən bir il əvvəl kəndçiləri X10 ona bildirmişdir ki, gəlini ikinci qrup əlil olan X2 pensiyasını düzəltmək üçün 4000 manat pul istəmişlər və həmin pulu Bakı şəhərində görüşüb verməlidir. Təxminən 2021-ci ilin 8 dekabr tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən “Sevən ürəklər” kafesinin qarşısında Cəfərov Ümidvarla görüşmüş və sonra Təqsirləndirilən şəxs1 ora gəlmişdir. Orada onun iştirakı ilə Ümüdvar görəcəyi işin müqabilində Məmmədtağıya 4000 manat pul vermişdir. Ondan bir müddət sonra o, Ümidvarla bu barədə danışdıqda sonuncu ona bildirmişdir ki, Məmmədtağı aldadaraq verdiyi vədə əməl etmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Məhkumun xx.xx.2026-cı ilə cəzasının çəkilməmiş hissəsi 02 il 09 ay 08 gün təşkil edir. Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin 022833 saylı vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup Qarabağ Müharibəsi əlilidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin 022833 saylı vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup Qarabağ Müharibəsi əlilidir. "xxxx" ASC-nin Abşeron filialının 02 ədəd qəbzində görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 2000 manat məbləğində pul dövlət büdcəsinə ödəniş edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, onların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiklərini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilmələrini və barələrində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxslərin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər "xxxx" ASC-nin “Abşeron” filialına xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 8000 manat məbləğində maddi ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında – 1001 və 1002 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və barələrində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, təqsirləndirilən şəxslər həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, onlara vurulmuş ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili SSalmanov Natiq Soltan oğlunun göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili SSalmanov Natiq Soltan oğlunun göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-57/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-57/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver